Məhkəmə qərarları › İş №6(3-9)-26/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-9)-26/2026

13.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-26/2026 13.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, şikayətçi Şikayət verən şəxs, onun nümayəndəsi və vəkil-Şirvan Regional Vəkil Bürosunun vəkil Nümayəndə iştirakları ilə. Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq Bölməsinin müstəntiqi, R X4 tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında qərarın ləğv edilməsi barədə Salyan Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.İşin halları: Şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, Samir Eynullazadənin ********* saylı cinayət işi üzrə ## ##### 2026-cı il tarixli cinayət işinə xitam verilməsi barədə qərarının ləğv edilməsi və cinayət işinin istintaqının davam etdirilməsi üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, Samir Eynullazadənin ## ##### 2026-ci il tarixli cinayət işinə xitam verilməsi barədə qərarı ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə başlanılmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Qeyd edilən cinayət işi üzrə özünü təqsirli bilməmiş və bu barədə müvafiq ifadə vermişdir. Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Samir Eynullzadə heç bir istintaq aparmadan yalnız məhkəmə-xətşünaslıq ekspertizasının rəyini alaraq iş üzrə yenidən ədalətsiz qərar qəbul etmişdir. Bütün istintaq müddətində o özünü təqsirli bilməmişdir. Təqsirli bilmədiyi halda o necə ola bilər ki, istintaqın sonunda ərizə verərək özünü təqsirli bilir və cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir? Niyə görə ərizəyə onun müdafiəçisi imza etməmişdir. Nahid Abbaslı cinayət işinə bəraətverici əsaslar olmadan xitam veriləcəyini bildirmədi və həmin vaxt onun müdafiəçisi yanında olmadığı üçün ərizənin hüquqi nəticələrini ona heç kim izah etmədi. Qeyd etmək istəyir ki, müstəntiq qərar qəbul edərkən kobud prosessual pozuntuya yol vermişdir. Belə ki, o bütün ifadələrində özünü təqsirli bilmədiyi halda onu aldadaraq ərizəyə qol çəkdirərək barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam vermişdir. Odur ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, Samir Eynullazadənin ********* saylı cinayət işi üzrə ## ##### 2026-cı il tarixli cinayət işinə xitam verilməsi barədə qərarının ləğv edilməsi və cinayət işinin istintaqının davam etdirilməsi üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq Bölməsinin müstəntiqi, R X4 tərəfindən qəbul olunmuş ## ##### 2026-cı il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında qərar ləğv edilmişdir. Məhkəmənin qeyd olunan qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Salyan rayon məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq bölməsinin ##.##.2026ci il tarixli qərarı qanunsuz və əsassız olaraq ləğv edilmişdir. Məhkəmə heç bir maddi və prosesual hüquq normaların tələblərinə uyğun olmayan şəkildə Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq bölməsinin ##.##.2026-ci tarixli qərarını ləğv etmişdir. Belə ki, Salyan rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq bölməsinin ##.##.2022-ci il tarixli qərarı ləğv edilmiş cinayət işi üzrə istintaqın davam etdirilməsi Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq bölməsinə həvalə edilmişdir. Həmin cinayət işi üzrə istintaq təzələndikdən sonra cinayət işi üzrə materiallara əlavə edilmiş Şikayət verən şəxs tərəfindən yazılmış bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsi haqqında ##.##.2022-ci il tarixli ərzədəki yazı xətt nümünəsinin və həmin ərizədə olan imzanın kimə məxsus olmasını müəyyən etmək məqsədilə ##.##.2026-ci il tarixli qərarla məhkəmə xəttşünaslıq eksperpertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin */*** nömrəli, ##.##.2026-ci il tarixli ekspertiza rəyilə ##.##.2022-ci tarixli ərizədəki yazılarda və yazıların aşağı hissəsində imza yazısın qarşısındakı imza Şikayət verən şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. Həmçinin, ##.##.2026-ci il tarixli şahidin əlavə dindirilməsinə dair protokolda müstəntiqin suallarna Şikayət verən şəxs vermiş olduğu cavablarda ##.##.2022-ci tarixli ərizənin onun tərəfindən yazılanmadığı qeyd edilsədə sonradan növbəti suallara cavabında Şikayət verən şəxs ##.##.2022-ci tarixli ərizənin onun tərəfindən yazıldığını etiraf etmişdir. Buna görə də, habelə cinayət işinin materialları nəzərə alınaraq Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq bölməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata AR CM-nin 75.1.1, 75.1.2-ci cə CPM-nin 39.1.3-cü maddələrinə əsasən xitam verilmişdir. Qeyd olunan qərardan narazı qalan Şikayət verən şəxs tərəfindən yenidən məhkəmə nəzarəti qaydasında ##.##.2026-ct il tarixdə şikayət verilmişdir. Lakin, şikayət ərizəsinin məzmunundan görünür ki, şikayət formal və şablon cümlələrdən ibarətdir və Salyan rayon məhkəməsinin hazırda qüvvədə olan 2(057)- ****/**** saylı, ## ###### 2022-ci il tarixli məhkəmə qətnaməsinin icrasını qərəzli olaraq təmin etmədiyinə görə Şikayət verən şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində CM-nin 306.1-ci maddəsinə əsasən başlanılmış cinayət işi üzrə məhkəmə istintaqına maneçilik yaratmaq və məhkəməni yanlışlığa yönəltmək məqsədi daşıyır. Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq bölməsinin ##.##.2022-ci il tarixli qərarından onun barəsində məhkəmə qərarını icra etmədiyinə görə cinayət işi başlanıldıqan sonra şikayət etməyə başlamışdır. Bu o anlamı verir ki, əgər yuxarıda qeyd etdiyim hazırda qüvvədə olan Salyan rayon məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsinin icrası Şikayət verən şəxs tələb olunmasaydı onun tərəfindən Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq bölməsinin ##.##.2022-ci il tarixli qərarından şikayətdə verilməzdi. Həmçinin, Şikayət verən şəxs şikayətində maddi və prosessual pozuntuların nədən ibarət olduğu qeyd edilməmişdir. Lakin, buna baxmayaraq şikayətə baxan Salyan rayon məhkəməsi qanunsuz və əsassız olaraq Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-ci il tarixli qərarını ləğv etmişdir. Eyni zamanda hazıkı iş üzrə ##.##.2026-ci il tarixli məhkəmə iclasında Şikayət verən şəxs izahatında və ona verilən sualları cavablandırarkən ona qarşı dələzduq etdiyini bir daha təsdiq etmişdir. Salyan rayon məhkəməsinin ##.##.2026-cil tarixli qərarının ləğv edilməsi və Şikayət verən şəxs şikayətinin təmin olunmaması haqqında qərar qəbul edilməsi xahiş olunur. Şikayətçi şikayətçi Şikayət verən şəxs, onun nümayəndəsi və vəkil-Şirvan Regional Vəkil Bürosunun vəkil Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Salyan Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nəzarəti Cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il, 12 fevral tarixli Qərarı). “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinin məzmununa uyğun olaraq, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar da göstərilmişdir. Zərərçəkmiş şəxs məhkəmə nəzarəti qaydasında şikayəti ilə bağlı, mübahisələndirilən qərarlar üzrə materiallar öyrənilmişdir. Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli qərarından görünür ki, Şikayət verən şəxs Salyan RPŞ-nin müstəntiqi R X2 ## ###### 2022-ci il tarixli qərarından şikayət vermək üçün buraxılmış müddət bərpa edilməmiş, şikayət etibarsız hesab edilərək geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli qərarından görünür ki, ərizəçi Şikayət verən şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-**/**** saylı qərarı ləğv edilmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Nahid Abbaslının təqsirləndirilən şəxs Şikayət verən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinə xitam verməsi haqqında ## ###### 2022-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatəti və ona əlavə edilmiş şikayəti Şikayət verən şəxs geri qaytarılmış, ərizəçiyə barəsində olmuş cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətlə həmin qərarı qəbul etmiş müstəntiqə müraciət etmək hüququ izah olunmuşdur. Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq Bölməsinin müstəntiqi, R İbrahimov Şəhriyar Adil oğlu tərəfindən qəbul edilmiş “cinayət prosesini həyata keçirən orqanın qərarından şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətə baxılması barədə” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq Bölməsinin sabiq müstəntiqi Nahid Abbaslı tərəfindən qəbul edilmiş ## ###### 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi, cinayət işinə xitam verilməsi, şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında” qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair ## ### 2025-ci il tarixli vəsatəti rədd edilmiş, ona istintaq orqanının müddətin bərpasından imtina etməsindən prokurora şikayət vermək hüququnun olması izah edilmişdir. Salyan rayon prokuroru, R Rəşad Mansurov tərəfindən qəbul edilmiş “cinayət prosesini həyata keçirən orqanın qərarından şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətə baxılması barədə” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq Bölməsinin sabiq müstəntiqi Nahid Abbaslı tərəfindən qəbul edilmiş ## ###### 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi, cinayət işinə xitam verilməsi, şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında” qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair ## ### 2025-ci il tarixli vəsatəti rədd edilmişdir. Salyan Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq Bölməsinin müstəntiqi, R X2 tərəfindən qəbul edilmiş ## ###### 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi, cinayət işinə xitam verilməsi, şəxsin cinayət məsuliyyətindən azad edilməsi” qərarından Şikayət verən şəxs tərəfindən şikayət vermək üçün buraxılmış müddət bərpa edilməmiş, şikayət etibarsız hesab edilərək geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, Nahid Abbaslının ********* saylı cinayət işi üzrə ## ###### 2022-ci il tarixli cinayət işinə xitam verilməsi barədə qərarından apellyasiya şikayəti vermək üçün buraxılmış müddət bərpa edilmiş, Şikayət verən şəxs ********* saylı cinayət işi üzrə ## ###### 2022-ci il tarixli cinayət işinə xitam verilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin istintaqının davam etdirilməsi üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan qaytarılması barədə şikayətinə mahiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq Bölməsinin müstəntiqi, R X2 tərəfindən qəbul olunmuş ## ###### 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi, cinayət işinə xitam verilməsi, şəxsin cinayət məsuliyyətindən azad edilməsi” haqqında qərar ləğv edilmiş və cinayət işinin istintaqının davam etdirilməsi üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan qaytarılması qərara alınmışdır. Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq Bölməsinin müstəntiqi, R X4 tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında ## ##### 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şikayət verən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-in 75.1.1, 75.1.2 və Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən xitam verilməsi və Şikayət verən şəxs cinayət məsuliyyətindən azad edilməsi, cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarın surətlərinin maraqlı şəxslərə göndərilməsi və zərərçəkmiş şəxs X1 pul tələbi ilə bağlı olaraq mülki iddia qaydasında aidiyyəti üzrə məhkəməyə şikayət etmək hüququnun olması barədə məlumat verilməsi, qərarın surətinin 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq Bölməsinin müstəntiqi, R X4 tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında ## ##### 2026 cı il tarixli qərarla istintaq orqanı tərəfindən cinayət təqibinə CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilmiş, lakin həmin qərar qəbul edilərkən barəsində cinayət təqibi aparılan şəxsin təqsirlilik məsələsinə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməmişdir. Belə ki, aparılmış ibtidai istintaq materiallarından aşkar görünür ki, Şikayət verən şəxs özünü heç vaxt təqsirli bilməmişdir. Bu vəziyyətdə ondan iş üzrə icraata xitam verilməsi barədə razılıq ərizəsinin alınmasının heç bir prosessual əhəmiyyəti yoxdur və bu səbəblə müstəntiqin müddətin keçməsinə görə cinayət təqibinə xitam verməsi prosessual tələblərə tam zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: 451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; 451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Beləliklə, kollegiya hesab edir ki, Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsi, Hərəkətindən (qərarından) şikayət verilən orqan İstintaq Bölməsinin müstəntiqi, R X4 tərəfindən qəbul olunmuş ## ##### 2026-cı il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında qərarın ləğv edilməsi və iş materialları məhkəmə qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilən halların araşdırılması və onlara hüquqi qiymət verilməsi üçün cinayət işinin istintaqının davam etdirilməsi məqsədilə Hərəkətindən (qərarından) şikayət verilən orqan qaytarılması barədə hakimin mövqeyi qanuni olmuşdur. CPM-nin 442.2.1-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq , mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara baxır. CPM-nin 446.1 və 446.1.1-ci maddələrilə əsasən istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinin məhkəmədə baxılması üçün müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasdır. Həmin Məcəllənin 451.1.2-ci mаddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərаrın ləğv edilməsi bаrədə qərar çıxarа bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Salyan Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar dərhal qanuni qüvvəyə minir, qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar