Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-27/2026 20.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, Saatlı rayon prokurorunun köməkçisi, R Həsənov İlqar Vaqif oğlunun iştirakı ilə. Saatlı rayon prokurorunun köməkçisi, R Həsənov İlqar Vaqif oğlunun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair Saatlı Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs İbrahim qızı və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.İşin halları: Saatlı rayon prokurorunun köməkçisi, R Həsənov İlqar Vaqif oğlunun ## ###### 2026-cı il tarixli qərarı ilə, İsmayılov İbrəhim Hüseyn oğlu və İsmayılova Pəri Edil qızının yaşadıqları evdə ölmələri faktı ilə bağlı toplanmış 98 C-** nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Şikayət verən şəxs İbrahim qızı ərizə ilə məhkəməyə müraciət edərək Saatlı rayon prokurorunun köməkçisi, R Həsənov İlqar Vaqif oğlunun 98 C-** nömrəli material üzrə ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs İbrahim qızı şikayətini onunla əsaslandırmışdır ki, atası 1933-cü il təvəllüdlü İsmayılov İbrahim Hüseyn oğlu, anası 1936-cı il təvəllüdlü İsmayılova Pəri Edil qızı ilə uzun müddət idi ki, ər-arvad kimi Saatlı rayonunun Qaranuru kəndindəki özlərinə məxsus fərdi yaşayış evində çox mehriban yaşamışlar. Onların hər ikisi pensiyaçı olmuşlar, ikisinə 700 manatdan çox pensiya alırmışlar. Həyət-baca becərir, dolanışıqlarını təmin edirmişlər və heç kəsdən bir asılılıqları olmamışdır. Eləcə də, hər ikisi tam sağlam, gümrah olmuşlar. O, özü isə Bakı şəhərində yaşamağına baxmayaraq, tez-tez onlara baş çəkmiş, nəyəsə ehtiyacları olduğu təqdirdə həmin əşyaları alıb onlara təqdim etmişdir. ## ###### 2025-ci il tarixdə qardaşı İsmayılov Elşən mobil telefonla ona zəng edərək bildirmişdir ki, atasıyla anası yaşadıqları evdə guya qaz sızmasından boğulub vəfat etmişlər. Dərhal həyat yoldaşı Bayram Səfiyevlə rayona birgə getmişlər və hər yerə və meyitlərə də özü baxmışdır. O, valideynlərinin belə müəmmalı ölümlərinə inanmır. Çünki onların hər ikisi sağlam, qıvraq olub, sərbəst hərəkət edirmişlər. Onda olan məlumata əsasən valideynləri zorakılıq nəticəsində qətlə yetirilmişlər. Çünki atasının meytinin üzərində deşilmiş xəsarət izləri (çiyin nahiyəsində), anasının qol və boğazında sıxılma izləri olmuşdr. O, onların fotoşəkillərini çəkmiş və istintaqa təqdim edəcəkdir. O, bu dəhşətli hadisənin baş verməsində atasıgil ilə bir həyətdə, lakin ayrıca fərdi yaşayış evində iki qizi il yaşayan qardaşı İsmayılov Cahandar İbrahim oğlundan şübhələnir. Çünki, Cahandar atasının çoxlu sayda malqarasını oğurlayaraq satıb yediyinə görə bir neçə müddət bundan əvvəl atasıyla Cahandarın arasında mübahisə və dalaşma baş vermişdi ki, bu barədə də Saatlı rayon Polis İdarəsində araşdırma da aparılmışdır. Atası Cahandara onun evinə gəlməyə, qapısına toxunmağa qadağa qoymuşdur. Bunun nəticəsində Cahandar atasına düşmən münasibəti bəsləmişdir. Eləcə də, atasının 35 min manata qədər pulu, həmçinin qızıl sırğa ilə üzükləri olmuşdur. Valideynlərinin ölüm faktın araşdırılması ilə Saatlı rayon Prokurorunun köməkçisi İ.V.Həsənov məşğul olmuş və ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla araşdırmasını bitirmişdir. Aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən ##.##.2026-cı il tarixli qərarla cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Saatlı rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə 98 C-** nömrəli material üzrə ## ###### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan verilmiş şikayətin təmin edilməsindən imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** saylı qərarı ilə Saatlı rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından verilmiş apellyasiya şikayəti təmin edilmiş, Saatlı rayon məhkəməsinin həmin qərarı və İ.V.Həsənov tərəfindən 98 C-** saylı material üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş və qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla material üzrə əlavə araşdırma aparılması üçün qərarın surəti rayon prokurorluğuna göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** saylı qərarının təsviriəsaslandırıcı hissəsində Şikayət verən şəxs qardaşı İsmayılov Cahandar İbrahim oğlunun (o cümlədən istintaqın gedişinə uyğun olaraq digər şəxslərin) adına olan və faktiki olaraq istifadəsində olmuş mobil telefon nömrələri müəyyən edilərək aidiyyəti üzrə mobil operatordan zəruri məlumatlar, həmçinin anten məlumatları, SMS-lər, daxil olan və çıxan zənglər, onların məxsus olduğu şəxslərə dair məlumatların əldə edilmədiyi qeyd edilmişdir. Aparılan əlavə araşdırma zamanı 98 C-** nömrəli material üzrə yaranmış araşdırma zərurəti ilə əlaqədar İsmayılov Cahandar İbrahim oğlunun istifadəsində "xxxx" MMC mobil operatoruna aid +99451- 290-94-00 və +*****-***-**-** saylı telefon nömrələri, Şikayət verən şəxs istifadəsində isə "xxxx" MMC mobil operatoruna aid ***-***-**-** saylı telefon nömrəsinə ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il saat 00:00-dək daxil olmuş və çıxmış zənglər, mesajlar, habelə zənglər mesajlar üzrə telefon nömrələrinin kimlərə məxsus olması və həmin şəxslərin yaşayış ünvanlarına dair məlumatların, həmin nömrələrin ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixlərinə olan anten dairələrinin "xxxx" MMC və "xxxx" MMC-yə məxsus rabitə vasitələrindən götürülməsindən ötrü Saatlı rayon məhkəməsinə vəsatət və təqdimatla ##.##.2026-cı il tarixdə müraciət edilmiş, Saatlı rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı ilə vəsatət təmin edilməmişdir. Ona görə də İ.V.Həsənovun ##.##.2026cı il tarixli qərarı ilə Az.Res.CPM-nin 39.1.1-ci maddəsinə əsasən həmin material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qeyd edilmişdir ki, məgər bu hadisəni qəsdən olaraq kim isə planlaşdırıb həyata keçirə bilməzdirmi? Bu şəxslərin ölümündə maraqlı olan kəs bu hadisəni ətraflı planlaşdıra, özü üçün hər cür təhlükəsizlik tədbiri görüb heç bir iz buraxmadan belə hadisəni törədə bilərdi. Ona görə qeyd etdiyi xüsusatları tam, hərtərəfli və obyektiv olaraq araşdırıldıqdan sonra bütün sübüt növləri qiymətləndirilərək iş üzrə obyektiv qərar qəbul edilə bilər. Həmin qərarı ##.##.2026-cı il tarixdə əldə etmişdir. Saatlı rayon prokurorunun köməkçisi, R Həsənov İlqar Vaqif oğlunun ## ###### 2026-cı il tarixli 98 C-** nömrəli material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın əsassız və qanunsuz olduğuna görə ləğv edilib, cinayət işinin başlamasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Saatlı rayon prokurorunun köməkçisi, R Həsənov İlqar Vaqif oğlunun 98 C-** nömrəli material üzrə ## ###### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından Şikayət verən şəxs İbrahim qızının vermiş olduğu şikayətin təmin edilməsindən imtina edilmiş, Saatlı rayon prokurorunun köməkçisi, R Həsənov İlqar Vaqif oğlunun 98 C-** nömrəli material üzrə ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Şikayətçi Şikayət verən şəxs İbrahim qızı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin qeyd olunan qərarından apellyasiya şikayəti vermişdir. II.Məhkəmə nəzarəti qaydasında verilən apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, atası 1933-cü il təvəllüdlü İsmayılov İbrahim Hüseyn oğlu, anam 1936-cı il təvəllüdlü İsmayılova Pəri Edil qızı ilə uzun müddət idi ki, ər-arvad kimi Saatlı rayonunun Qaranuru kəndindəki özlərinə məxsus fərdi yaşayış evində çox mehriban yaşayırdılar. Onların hər ikisi pensiyaçı idilər, ikisinə 700 manatdan çox pensiya alırdılar, həyətbaca becərir, dolanışıqlarını təmin edirdilər və heç kəsdən bir asılılıqları yox idi. Eləcə də, hər ikisi tam sağlam, gümrah idilər. Özü isə Bakı şəhərində yaşamağına baxmayaraq, tez-tez onlara baş çəkərdi, nəyəsə ehtiyacları olduğu təqdirdə həmin əşyaları alıb onlara təqdim edərmiş. ## ###### 2025-ci il tarixdə qardaşı İsmayılov Elşən mobil telefonla ona zəng edərək bildirdi ki, ata və anası yaşadıqları evdə guya qaz sızmasından boğulub vəfat ediblər. Dərhal həyat yoldaşı Bayram Səfiyevlə rayona birgə getdik və hər yerə və meyitlərə də özüm baxmışdır. O valideynlərinin belə müəmmalı ölümlərinə inanmırdı, çünki onların hər ikisi sağlam, qıvraq olub, sərbəst hərəkət edirdilər. Onda olan məlumata əsasən valideynləri zorakılıq nəticəsində qətlə yetiriliblər. Çünki atasının meytinin üzərində deşilmiş xəsarət izləri (çiyin nahiyəsində), anasının qol və boğazında sıxılma izləri var idi. Onların fotoşəkillərini çəkmiş və istintaqa təqdim edəcəkdir. O, bu dəhşətli hadisənin baş verməsində atasıgillə bir həyətdə, lakin ayrıca fərdi yaşayış evində iki qızı ilə yaşayan qardaşı İsmayılov Cahandar İbrahim oğlundan şübhələnir. Çünki Cahandar atasın çoxlu sayda mal-qarasını oğurlayaraq satıb yediyinə görə bir neçə müddət bundan əvvəl atası ilə Cahandarın arasında mübahisə və dalaşma baş vermişdi ki, bu barədə də Saatlı rayon Polis İdarəsində araşdırma da aparılmışdı. Atası Cahandara onun evinə gəlməyə, qapısına toxunmağa qadağa qoymuşdu, bunun nəticəsində Cahandar atasına düşman münasibəti bəsləyirdi. Eləcə də, atasının 35 min manata qədər pulu da olub. Bu faktın araşdırılması ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan məşğul olub və fakt üzrə ##.##.2026-cı il tarixıi qərarla cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Həmin qərardan şikayət vermiş, lakin məhkəmə şikayətini təmin etməmişdi. Məhkəmədən Saatlı rayon prokuroru köməkçisinin 98 c-** №-li material üzrə ##.##.2026cı il tarixli qərarını ləğv edərək material üzrə yenidən tam və hərtərəfli araşdırma aparılması üçün qərarın surətini Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərmişdir. Lakin bu fakt üzrə cinayət işi başlamadan və şəxslərin anten dairəsi müəyyən edilmədən yenidən ##.##.2026- cı il tarixli qərarla Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarı ##.##.2026-cı il tarixdə əldə etmiş. Sözügedən qərardan verdiyi ##.##.2026-cı il tarixli Şikayətə Saatlı rayon məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixdə baxılmış və həmin tarixli, *(*-***)-*/**** saylı qərarla verdiyim şikayətin təmin olunmasından imtina edilmiş və İ.V.Həsənovun 98C-25№-li material üzrə ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Halbuki, İ.V.Həsənovun 98C- 25№-li material üzrə ##.##.2026-cı il tarixli rədd qərarı Şirvan Apellyasiya Məhkəməsinin Cknin ##.##.2026-cı il tarixli 6(3-9)-*/**** №-li qərarı ilə ləğv edilmişdir. Müvafiq mobil operatorlardan götürülməsi üçün ##.##.2026-cı il tarixdə Saatlı Rayon Məhkəməsinə vəsatət və təqdimatla müraciət edilsə də Saatlı Rayon Məhkəməsinə ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı ilə vəsatətin təmin edilməsi rədd edildiyindən həmin məlumatların alınması mümkün olmamış, lakin şikayətçinin iddialarında adı keçən İsmayılov Cahandar İbrahim oğlunun hadisə baş verən zaman olduğu yer şahid ifadələri və müvafiq sorğulara verilən cavablar əsasında dəqiq müəyyən edilmişdir. İsmayılov Cahandar İbrahim oğlunun hadisə vaxtı Bakı şəhərində olması həm yaxın qohumunun və iş yoldaşlarının (Salayev Elvin və Abbasov Taleh) konkret izahatları, həm də "X1" MMC-nin girişçıxış qeydiyyatını təsdiq edən rəsmi sorğu cavabı ilə tam şəkildə sübuta yetirilmişdir. Bununla yanaşı, şikayətdə adıkeçən şəxslərin və hadisədən ilk məlumatı olmuş qonşunun telefonlarına baxış keçirilmiş, daxil olan və çıxan zənglər, mesajlar araşdırılarkən hər hansı şübhəli məqam aşkar edilməmiş, zənglərin tarixi və vaxtı şahid ifadələri ilə, həmçinin Şikayət verən şəxs dedikləri ilə tam uyğunluq təşkil etmişdir. Mərhumların bütün övladları hadisədən xəbər tutan kimi hadisə yerinə gəlmiş, meyitləri özləri müşahidə etmiş, araşdırma prosesi barədə məlumatlandırılmış və icraata dair hər hansı etiraz və ya şikayət bildirməmişdirlər. Bütün bu mötəbər sübutlar toplusu birmənalı olaraq göstərir ki, baş vermiş bədbəxt hadisədə kənar şəxslərin hər hansı təsirinin, təqsirinin və ya cinayət xarakterli aidiyyətinin olması barədə iddialar tamamilə subyektivdir və heç bir maddi sübuda əsaslanmır. İlkin yoxlama zamanı qanunvericiliyin tələb etdiyi bütün zəruri istintaq araşdırma tədbirləri icra edilmiş, material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi haqqında tam qanuni və əsaslı qərar qəbul edilmişdir. Qeyd olunan faktları nəzərə alaraq, qərardan verilmiş şikayət hüquqi və faktiki əsaslardan məhrum olduğu üçün rədd edilməlidir. Odur ki, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Saatlı rayon prokurorunun köməkçisi, R Həsənov İlqar Vaqif oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan şikayətin təmin edilməsindən imtina edilməlidir” Göstərilənlərə əsasən, Saatlı rayon məhkəmənin *(*-***)-*/**** saylı ##.##.2026-cı il tarixli qərarının əsassız və qanunsuz olduğuna görə ləğv edib, material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə cinayət işinin başlanmasının təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. III.Proses iştirakçılarının çıxışları: Şikayətçi Şikayət verən şəxs İbrahim qızı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmişlər, sonuncu məhkəməyə ərizə göndərərək apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını və obyektiv qərar qəbul edilməsi xahiş olunur. Saatlı rayon prokurorunun köməkçisi, R Həsənov İlqar Vaqif oğlunun apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, müstəntiq tərəfindən işin halları tam araşdırılmışdır. Müvafiq araşdırma aparılmış və izahatlar alınmışdır. Şikayətdə göstərilən xüsusatlar özünün izahatından başqa heç bir şəxsin izahatı, nə obyektiv dəlillə, sübutlara, nə də işin digər halları ilə təsdiq olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, şikayətçi Şikayət verən şəxs İbrahim qızı və onun nümayəndəsi və vəkili Nümayəndə şikayətinin təmin edilməməsini və Saatlı Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. IV.Hüquqi məsələlər: Məhkəmə nəzarəti Cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il, 12 fevral tarixli Qərarı). “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinin məzmununa uyğun olaraq, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar da göstərilmişdir. Şikayət müəllifləri məhkəmə nəzarəti qaydasında şikayəti ilə bağlı, mübahisələndirilən qərarlar üzrə materiallar öyrənilmiş və müəyyən olunmuşdur ki, hal-hazırda apellyasiya şikayətində və birinci instansiya məhkəməsinə edilən şikayətdə hal-hazırda araşdrılması zəruri olan məlumatlar göstərilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, ** saylı ekpert rəyində göstərilmişdir ki, İsmayılova Pəri Edil qızının meyitinin müayinəsi zamanı aşağıdakılar aşkar edildi: qanda karbohksihemoqlobin, daxili orqanlarda doluqanlılıq, baş beyin və ağciyərin ödemi. Alın nahiyəsində sağda, burnun belində, sol gözaltı nahiyədə, sol almacıq sümüyü proyeksiyasında, alt dodaqda, sol kürpücük sümüyü proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sol əlin üst səthində 1-2 ci əldarağı sümüyü proyeksiyasında qançırlar, sol baldırın yuxarı 1/3-də ön səthdə sıyrıq. Müayinə zaman aşkar edilmiş xəsarətlər - Alın nahiyəsində sağda, burnun belində, sol gözaltı nahiyədə, sol almacıq sümüyü proyeksiyasında, alt dodaqda, sol kürpücük sümüyü proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sol əlin üst səthində 1-2 ci əldarağı sümüyü proyeksiyasında qançırlar, sol baldırın yuxarı 1/3-də ön səthdə sıyrıq – həyatidir, küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinədən 1 gün əvvələ uyğun gəlir, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər kimi qiymətləndirilir. Xəsarətlərin ölümlə səbəbli əlaqəsi yoxdur. Xəsarətlərin xarakterini, bədən səthində yerləşməsini nəzərə alsaq, həmin xəsarətlər mərhumun hərəkət vaxtı hər hansı bir küt əşyaya, predmetə toxunması, həmçinin hərəkət vaxtı üzü üstə yer səthinə yıxılması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlərdən sonra mərhum sərbəst hərəkətlər etmək iqtidarında olmuşdur. Mərhumun bədən səthində qarşılıqlı mübarizə, həmçinin özünü müdafiə xarakterli xəsarətlər yoxdur. P.E.İsmayılova ölümündən az əvvəli spirtl içki və güclütəsiredici zəhərləyici maddələr qəbul etməmişdir. İsmayılova Pəri Edil qızının ölümünə səbəb dəm qazı ilə zəhərlənmə olmuşdur. Ölümün müddəti müayinədən bir gün əvvələ uyğun gəlir. İş materialında olan məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, ** saylı ekpert rəyində göstərilmişdir ki, İsmayılov İbrəhim Hüseyn oğlunun meyitinin müayinəsi zamanı aşağıdakılar aşkar edildi: qanda karbohksihemoqlobin, daxili orqanlarda doluqanlılıq, baş beyin yumşaq qişasında diffuz qansızmalar, beyin maddəsinin ödemi, miokarda damarətrafı xırda ocaqlı skleroz ocaqları, stromanın ödemi, ağciyərlərdə ödem, atelektaz və emfizema ocaqları, qaraciyərdə ocaqlı piy distrofiyası, sağ yanaq proyeksiyasında, sağ çənə bucağı proyeksiyasında səthi yaralar, sağ çənə bucağı proyeksiyasında, sağ və sol körpücük sümüyü proyeksiyasında qançırlar, sağ bazu oynağının üst səthində sağ kürpücük sümüy proyeksiyasında sıyrıqlar. Müayinə zaman aşkar edilmiş xəsarətlər - sağ yanaq proyeksiyasında, sağ çənə bucağı proyeksiyasında səthi yaralar, sağ çənə bucağı proyeksiyasında, sağ və sol körpücük sümüyü proyeksiyasında qançırlar, sağ bazu oynağının üst səthində sağ kürpücük sümüy proyeksiyasında sıyrıqlar – həyatidir, küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinədən 1 gün əvvələ uyğun gəlir, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər kimi qiymətləndirilir. Xəsarətlərin ölümlə səbəbli əlaqəsi yoxdur. Xəsarətlərin xarakterini, bədən səthində yerləşməsini nəzərə alsaq, həmin xəsarətlər mərhumun hərəkət vaxtı hər hansı bir küt əşyaya, predmetə toxunması, həmçinin hərəkət vaxtı üzü üstə yer səthinə yıxılması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlərdən sonra mərhum sərbəst hərəkətlər etmək iqtidarında olmuşdur. Mərhumun bədən səthində qarşılıqlı mübarizə, həmçinin özünü müdafiə xarakterli xəsarətlər yoxdur. İ.H.İsmayılov ölümündən az əvvəli spirtl içki və güclütəsiredici zəhərləyici maddələr qəbul etməmişdir. İsmayılov İbrəhim Hüseyn oğlunun ölümünə səbəb dəm qazı ilə zəhərlənmə olmuşdur. Ölümün müddəti müayinədən bir gün əvvələ uyğun gəlir. Saatlı RPŞ-nin ##.##.2026-cı il tarixli, ***/*-**** saylı müşayiət məktubu ilə Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, *- **-**/*-***/**** saylı məktubundan görünür ki, Saatlı rayon Qara Nuru kənd sakinləri 1933-cü il təvəllüdlü İsmayılov İbrəhim Hüseyn oğlu və 1936-cı il təvəllüdlü İsmayılova Pəri Edil qızının yaşadıqları evdə meyitlərinin aşkar edilməsi faktı ilə aparılmış müqayisəli-genetik tədqiqat nəticəsində müəyyən olundu ki, təqdim edilmiş İsmayılov İbrəhim Hüseyn oğlunun meyitinin dırnaqları altında, həmçinin boyun və döş nahiyələri, hər iki ovuc və barmaq aralarından götürülmüş pambıq tamponlarda, İsmayılov İbrəhim Hüseyn oğlu və İsmayılova Pəri Edil qızına məxsus bioloji mənşəli materiallar mövcuddur. Təqdim edilmiş İsmayılova Pəri Edil qızının meyitinin dırnaqları altında, həmçinin boyun və döş nahiyələri, hər iki ovuc və barmaq aralarından götürülmüş pambıq tamponda İsmayılov İbrəhim Hüseyn oğlu və İsmayılova Pəri Edil qızına məxsus bioloji mənşəli materiallar mövcuddur. Təqdim edilmiş 03 (üç) ədəd soba vinti üzərində İsmayılov İbrəhim Hüseyn oğlu və İsmayılova Pəri Edil qızına məxsus bioloji mənşəli materiallar mövcuddur. Təqdim edilmiş İsmayılov İbrəhim Hüseyn oğlunun meyitinin əynində olmuş 01 ədəd boz rəngli uzunqol köynəyin üzərində olan qan nümunəsi İsmayılov İbrəhim Hüseyn oğluna məxsusdur. Təqdim edilmiş İsmayılova Pəri Edil qızının meyitinin əynində olmuş 1 ədəd yaşıl rəngli donun üzərində olan qan nümunəsi İsmayılova Pəri Edil qızına məxsusdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-tibbi ekspertizasının müvafiq təylərindən məlum olur ki, 1933-cü il təvəllüdlü İsmayılov İbrəhim Hüseyn oğlunun və 1936-cı il təvəllüdlü İsmayılova Pəri Edil qızının ölümünə səbəb dəm qazı ilə zəhərlənmə olmuşdur. Belə olan halda, apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunmalıdır. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarəti, cinayət işinin başlanması mərhələsində hüquqları pozulmuş və ya pozulma təhlükəsi altına qoyulmuş şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və bərpası üçün vacib funksiyanı yerinə yetirərək, məhkəməyə müraciət etmək konstitusiya hüququnun həyata keçirilməsini təmin edir. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin mahiyyəti ondan ibarətdir ki, adıçəkilən nəzarət müstəqil və qərəzsiz məhkəmə hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin orqan nəzarət obyekti kimi çıxış edən qərarın əsasında dayanmış faktiki halların obyektiv qiymətləndirilməsi nəticəsində öz əsaslandırılmış qərarını qəbul edir və bununla da şəxslərin hüquqları və qanuni mənafeləri təmin olunur. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin nəticəsi hamı üçün məcburi olan, qanuni, əsaslandırılmış və ədalətli məhkəmə qərarının qəbulunda ifadə olunur. Həmin qərar dövlət məcburiyyəti ilə təmin olunur və mübahisəli məsələnin mahiyyəti üzrə həll olunduğu ədalət mühakiməsi aktı qismində çıxış edir. Apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edilərək, tələb Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Nəzərə alınmalıdır ki, CPM-in 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Ona görə də, ilkin yoxlama hərəkətləri prosessual tələblərə uyğun icra olunmalı, nəticədən asılı olaraq CPM-in 207.5-ci maddəsinə göstərilən qərarlardan biri qəbul olunmalıdır. Həmin Məcəllənin 207.1-ci maddəsinin tələbinə görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: -207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq; -207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; -207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. Qeyd olunan Məcəllənin 207.2-ci maddəsinin tələbinə görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında məlumatlara baxarkən həmin cinayətlərdən zərər çəkmiş şəxslərin şikayəti olduğu halda yoxlama apara bilər. Belə şikayət olmadığı halda ictimaixüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında digər şəxslərin məlumatları təhqiqatçı və ya müstəntiq tərəfindən nəzərə alınmamalıdır. Həmin məlumatlara prokuror bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda baxa bilər. CPM-in 207.3-cü maddəsinə görə, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılarkən hüquqi şəxsin fəaliyyətinin elm, texnika, incəsənət və digər peşə sahələrində xüsusi biliklərdən istifadə etməklə yoxlanılması zərurəti yarandıqda aşağıdakı hərəkətlər yerinə yetirilir: -207.3.1. müvafiq dövlət orqanları və ya auditor təşkilatlarından mütəxəssisin ayrılmasının təmin edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qərar qəbul edilir; -207.3.2. toplanmış yoxlama materialları əsasında cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilir. CPM-in 207.4-cü maddəsi tələb edir ki, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. CPM-nin 212.4.2-ci mаddəsinə görə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Beləliklə, kollegiya bu qənaətə gəlir ki, prokurorluq orqanın müvafiq araşdırması qanuni hesab olunmalıdır. CPM-nin 442.2.1-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq , mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara baxır. CPM-nin 446.1 və 446.1.1-ci maddələrilə əsasən istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinin məhkəmədə baxılması üçün müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasdır. Həmin Məcəllənin 451.1.2-ci mаddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərаrın ləğv edilməsi bаrədə qərar çıxarа bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Saatlı Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs İbrahim qızı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar dərhal qanuni qüvvəyə minir, qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilmir.
Məhkəmə qərarları › İş №6(3-9)-27/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-9)-27/2026
20.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver