Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-30/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Ağabəyov Nicat Rauf oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi, R X5, Təqsirləndirilən şəxs Şübhəli şəxs, Müdafiəçi Müdafiəçi iştirakları ilə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Şübhəli şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasına dair Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Şübhəli şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayətlə Astara Rayon Məhkəməsinə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS)in Istintaq bölməsinin müstəntiqi X5 icraatında olan ********* saylı cinayət işi üzrə müstəntiqin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad olunmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə 240286011 sayı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən, ##.##.1995-ci il tarixdə Astara rayonunda anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olan Şübhəli şəxs barəsində istintaq müddətinin sonuna qədər, yəni 1 ay 3 müddətində həbs qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxs X1 barəsində həbs etmənin əvvəlinin onun tutulduğu andan hesablanması qərara alınmışdır. Həmçinin iş materiallarında olan ## ######## 2024-ci il tarixli ittiham elan olunması üçün təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında qərarın surətindən görünür ki, Şübhəli şəxs barəsində axtarış elan edilərək tutulması və Şübhəli şəxs tutulduqda Astara RPŞ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. Lakin işin faktiki halları göstərir ki, Şübhəli şəxs uzun müddət Azərbaycan Respublikasının hüdudlarından kənarda - Rusiya Federasiyasının Moskva şəhərində yaşamış, onun barəsində axtarış elan olunması, yaxud həbs qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından məlumatı olmamışdır. Iş materiallarından və mövcud sənədlərdən göründüyü kimi, Şübhəli şəxs yalnız ## ######## 2025-ci il tarixində Moskva şəhərində tutulmuşdur. Bundan sonra o, Azərbaycan Respublikasına təhvil verilməsi üçün zəruri hüquqi prosedurların həyata keçirilməsi məqsədilə dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciətlər etmişdir. Buna baxmayaraq, onun ekstradisiyası müxtəlif səbəblərdən yalnız 10 ay 9 gün sonra mümkün olmuşdur. Bu müddət ərzində Şübhəli şəxs Rusiya Federasiyasında azadlıqdan məhrum edilmiş vəziyyətdə saxlanılmış, sonradan Azərbaycan Respublikasına təhvil verilərək istintaq təcridxanasına yerləşdirilmişdir. Lakin hazırda onun hansı hüquqi əsasla həbsdə saxlanılması aydın deyildir. Belə ki, Astara Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri yalnız Şübhəli şəxs tutulduğu andan 1 ay 3 gün müddətinə müəyyən edilmişdir. Həmin müddət çoxdan başa çatmışdır və qanunvericiliyə uyğun olaraq bu qərar hüquqi qüvvəsini itirmişdir. Cinayət işi materiallarında həbsdə saxlama müddətinin uzadılması barədə müstəntiq tərəfindən əsaslandırılmış vəsatətin verilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata eçirən prokuror tərəfindən təqdimatın verilməsi və ya məhkəmə tərəfindən yeni qərarın qəbul edilməsi barədə hər hansı prosessual sənəd mövcud deyildir. Hazırkı halda Şübhəli şəxs qüvvədə olan məhkəmə qərarı olmadan həbsdə saxlanılması onun Konstitusiya ilə təmin edilmiş azadlıq hüququnun kobud şəkildə pozulması olmaqla yanaşı, cinayətprosessual qanunvericiliyinin imperativ normalarının da açıq şəkildə pozulmasıdır. Müstəntiq tərəfindən həbs müddətinin uzadılması barədə qanunla müəyyən edilmiş prosessual mexanizmlərdən istifadə edilməməsi, eyni zamanda hüquqi qüvvəsini itirmiş məhkəmə qərarına istinad edilməklə şəxsin azadlıqdan məhrum edilməsinin davam etdirilməsi qanunsuz prosessual hərəkət kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə Şübhəli şəxs ## ######## 2025-ci il tarixində Rusiya Federasiyasında saxlanılmışdır. Onun saxlanılması Azərbaycan Respublikasının sorğusu, barəsində elan edilmiş axtarış və Azərbaycan Respublikasında aparılan cinayət təqibi ilə əlaqədar olmuşdur. Deməli, həmin tarixdən etibarən onun azadlıq hüququ faktiki olaraq məhdudlaşdırılmış və o, Azərbaycan Respublikasında aparılan cinayət təqibinin sərəncamında olmuşdur. Hazırda iş üzrə isə Şübhəli şəxs Rusiya Federasiyasında saxlanılmasından və Azərbaycan Respublikasına təhvil verilməsindən sonra onun həbsdə saxlanılmasının davam etdirilməsi üçün hər hansı yeni hüquqi əsas yaradılmamışdır. Qeyd olunanlara əsasən müstəntiqin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilərək, Şübhəli şəxs azadlığa buraxılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə müdafiəçinin şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından müdafiəçi Müdafiəçi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətində məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayətdə göstərdiyi dəlillərlə yanaşı əsas kimi qeyd etmişdir ki, tərəfindən ## #### 2026-cı il tarixində Azərbaycan Respublikası CPM-in 449-cu maddəsinə uyğun olaraq, müstəntiqin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və Şübhəli şəxs qanunsuz həbsdə saxlanılmasına son qoyulması barədə məhkəməyə şikayət verilmişdir. Məhz həmin şikayətdən dərhal sonra – ## #### 2026-cı il tarixində müstəntiq tərəfindən həbsdə saxlama müddətinin uzadılması barədə vəsatət verilmiş, eyni tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqdimat verilmişdir. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə də Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Şübhəli şəxs həbsdə saxlanılma müddəti 2 ay müddətinə uzadılmışdır. Bu ardıcıllıq göstərir ki, müdafiə tərəfinin qanunsuz həbs barədə məhkəməyə müraciətindən əvvəl istintaq orqanı tərəfindən həbsdə saxlama müddətinin uzadılması üçün qanunla nəzərdə tutulmuş prosessual tədbirlər görülməmişdir. Yalnız tərəfindən müstəntiqin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və Şübhəli şəxs qanunsuz həbsdə saxlanılmasına son qoyulması barədə şikayət verildikdən sonra müstəntiq tərəfindən həbsdə saxlama müddətinin uzadılması barədə vəsatət verilmişdir. Başqa sözlə, həbs müddətinin uzadılması barədə vəsatət qanunun tələblərinin vaxtında icrası məqsədilə deyil, müdafiə tərəfinin şikayətinin hüquqi nəticələrini aradan qaldırmaq məqsədilə təqdim edilmişdir. Məhkəmə də bütün bunları nəzərə almayaraq, hesab etmişdir ki, təqsirləndirilən şəxs Şübhəli şəxs barəsində aparılan cinayət işi üzrə icraat zamanı prosessual pozuntunun mövcudluğu sübuta yetirilmir, həmçinin, seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə müvafiq qərarın qüvvədə olması, təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının qanuni olmasını təsdiq edir. Belə olan halda ********* saylı cinayət işi üzrə müstəntiqin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad olunmasına dair şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə qərarında yalnız sonradan qəbul edilmiş ## #### 2026-cı il tarixli həbsdə saxlama müddətinin uzadılması barədə qərara istinad etməklə belə nəticəyə gəlmişdir ki, guya təqsirləndirilən şəxsin həbsdə saxlanılması qanuni olmuşdur. Lakin məhkəmənin gəldiyi bu nəticə həm işin faktiki hallarına, həm də cinayət-prosessual qanunvericiliyinin mahiyyətinə ziddir. Əgər həqiqətən də Şübhəli şəxs həbsdə saxlanılması həmin vaxta qədər qüvvədə olan prosessual qərarlara əsasən qanuni hesab edilirdisə, onda müdafiə tərəfi tərəfindən ## #### 2026-cı il tarixində məhkəmə nəzarəti qaydasında şikayət verildikdən dərhal sonra – ## #### 2026-cı il tarixində müstəntiq tərəfindən həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətin təqdim edilməsinə, eyni tarixdə prokuror tərəfindən həmin vəsatətin dəstəklənməsinə və cəmi üç gün sonra – ## #### 2026-cı il tarixində məhkəmə tərəfindən həbs müddətinin uzadılması barədə yeni qərarın qəbul edilməsinə heç bir hüquqi zərurət mövcud deyildi. Digər tərəfdən birinci instansiya məhkəməsinin mövqeyinə əsasən, Rusiya Federasiyası məhkəmələrinin ekstradisiya məqsədilə qəbul etdiyi həbs qərarları (Rusiya Federasiyasının Moskva vilayəti Lyubertsi Şəhər məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ##.##.1995-ci il təvəllüdlü Şübhəli şəxs barəsində həbsdə saxlanılma müddəti 6 ay, ümumilikdə isə 12 ay, yəni ##.##.2026-cı il tarixinədək (həmin tarixdə daxil olmaqla) uzadılması qərara alınmışdır) Azərbaycan Respublikasında Şübhəli şəxs həbsdə saxlanılması üçün kifayət qədər hüquqi əsas təşkil edirdisə, bu halda Azərbaycan Respublikası məhkəməsi tərəfindən ## #### 2026-cı il tarixində həbs müddətinin uzadılması barədə yeni qərarın qəbul edilməsinin hüquqi zərurəti də mövcud olmamalı idi. Həmçinin, istintaq orqanı həqiqətən hesab edirdisə ki, Şübhəli şəxs həbsdə saxlanılması artıq mövcud olan prosessual qərarlara əsasən tam qanunidir, onda yeni həbs müddətinin uzadılması barədə vəsatətin verilməsinə ümumiyyətlə hüquqi zərurət yox idi. Əgər mövcud hüquqi əsas kifayət edirdisə, yeni qərar qəbul edilməsinə də ehtiyac yaranmamalı idi. Əksinə, əgər yeni qərarın qəbul edilməsi zəruri hesab edilmişdirsə, bu, əvvəlki hüquqi əsasın artıq mövcud olmadığını və ya kifayət etmədiyini göstərir. Birinci instansiya məhkəməsi bu aşkar ziddiyyətə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Yəni, əgər məhkəmənin mövqeyinə əsasən Rusiya Federasiyası məhkəməsinin yuxarıda qeyd olunan qərarı Şübhəli şəxs həbsdə saxlanılması üçün kifayət qədər hüquqi əsas təşkil edirdisə, bu halda Azərbaycan Respublikası məhkəməsi tərəfindən ## #### 2026-cı il tarixdə ayrıca həbsdə saxlama müddətinin uzadılması barədə yeni qərarın qəbul edilməsinin hüquqi zərurəti mövcud olmamalı idi. Çünki bir tərəfdən Rusiya Federasiyası məhkəməsinin qərarının şəxsin azadlıqdan məhrum edilməsinin hüquqi əsası kimi qəbul edilməsi, digər tərəfdən isə Azərbaycan Respublikasının məhkəməsi tərəfindən eyni şəxs barəsində həbs müddətinin yenidən uzadılması bir-birini istisna edən iki fərqli hüquqi yanaşmadır. Əgər əvvəlki hüquqi əsas kifayət edirdisə, yeni qərarın qəbul edilməsinə ehtiyac yox idi. Əgər yeni qərarın qəbul edilməsi zəruri olmuşdursa, bu halda həmin qərarın qəbul edilməsinə qədər olan dövrdə Şübhəli şəxs Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq hansı hüquqi əsasla həbsdə saxlanıldığı sualı açıq qalır. Məhkəmə bütün bu ziddiyyətli məqamları aradan qaldırmadan, yalnız ## #### 2026-cı il tarixli qərarın mövcudluğuna istinad etməklə əvvəlki dövrdə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasını qanuni hesab etmişdir. Apellyasiya icraatı zamanı təqsirləndirilən şəxs Şübhəli şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışında Astara RPŞ-nin IB-nin müstəntiqi X5 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və qeyd etdi ki, Şübhəli şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi onun icraatındadır. Tərəfindən aparılan və qəbul olunan prosessual qərarlar tam əsaslıdır, icraatında olan həmin cinayət işi üzrə hər hansı prosessual pozuntuya yol verməmişdir, həmçinin, şəxsin həbsdə saxlanılması hal-hazırda qanuni və əsaslıdır. Bütün bunları nəzərə alan birinci instansiya məhkəməsi düzgün olaraq onun hərəkətlərindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsi haqda qərar qəbul etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin olunmamasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini təqsirləndirilən şəxs Şübhəli şəxs barəsində olan cinayət işinin materialları əsasında nəzərdən keçirib aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin II hissəsində göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi təminatı bir tərəfdən hər hansı şəxsin müvafiq məhkəməyə şikayət vermək hüququnu, digər tərəfdən məhkəmənin həmin şikayətə baxıb qanuni, ədalətli və əsaslı qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində qeyd edilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası CPM-in 442- 454-cü maddələri ilə tənzimlənir. CPM-in 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Kollegiya cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, məhkəmə cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin cinayət-prosessual fəaliyyətində qəbul etdiyi qərarların və onların hərəkətlərinin qanuniliyini və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlayır, bu yolla cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarına faktiki məhkəmə nəzarətini də təmin etmiş olur. Lakin, o da qeyd edilməlidir ki, məhkəmə, yoxlanılması və qiymətləndirilməsi cinayət-prosesini həyata keçirən orqanın səlahiyyətinə aid olan məsələyə maddi-hüquqi qiymət verə bilməz, məsələn, cinayət işi başlaya və ya cinayət işinin başlanması üçün şərait yaradan əsaslar formalaşdıra bilməz. Məhkəmə daha çox cinayət prosesini həyata keçirən orqanların, fiziki və hüquqi şəxslərin şikayəti əsasında başladıqları araşdırmanı tam, hərtərəfli aparıbaparmamasını, habelə işin müəyyən edilmiş faktiki hallarına cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verib-vermədiklərini yoxlaya, eləcə də bu orqanların maddi və prosessual hüququ düzgün tətbiq edib-etmədiyini müəyyən edə bilər. Məhkəmə nəzarətinin həyata keçirilməsinin prosedur qaydalarına gəldikdə isə qeyd olunmalıdır ki, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və qərarlarının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Məhz bu məhkəmə instansiyası cinayət prosesini həyata keçirən orqanların araşdırmanı tam, hərtərəfli aparıb-aparmadıqlarını və hüququ düzgün tətbiq edib-etmədiklərini öz səlahiyyətləri çərçivəsində yoxlamağa borcludur. Nəticədə məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarını qanuni hesab edir yaxud yuxarıda qeyd edilən tələblərə cavab verməyən qərarı ləğv edib araşdırmanın təkrar aparılmasını təmin edir. Apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi birinci instansiya məhkəməsinin, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərinə və qərarlarına düzgün qiymət verib-verməməsini yoxlayır, eyni zamanda, əgər birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdirsə, bu səhvi aradan qaldırır və fiziki və hüquqi şəxslərin şikayətləri üzrə birbaşa qərar qəbul edir. Cinayət işinin materiallarından görünür ki, Şübhəli şəxs ## ######## 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” ## #### 2024-cü il tarixli qərardan görünür ki, X6 şikayəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işinə ********* nömrəli qeydiyyat nömrəsi verilmişdir. “Materialın cinayət işinə birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, HK-*/**** saylı araşdırma materialı Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. Sorğu edilən şəxs Şübhəli şəxs “son sərhədkeçmə” məlumatından görünür ki, Şübhəli şəxs ##.##.2023-cü il tarixdə X4 Aeroportunda DSBM Moskvaya çıxış etmişdir. “Təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında” ## ######## 2024-cü il tarixli qərardan görünür ki, ##.##.1995-ci ildə Astara rayonu, Maşxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olan Şübhəli şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində tutulması və barəsində axtarış elan edilməsi, tutulduqda Astara RPŞ-nin MSY-nə təhvil verilməsi qərar alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” ## ######## 2024-cü il qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxs olan Şübhəli şəxs istintaqdan yayındığına görə cinayət işi üzrə icraat dayandırılmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi barədə” ## ####### 2024-cü il tarixli qərardan görünür ki, Astara RPŞ-nin IB-də Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraatın dayandırılması haqqında ## ######## 2024-cü il tarix qərar ləğv edilmiş və cinayət işi üzrə icraat təzələnməklə, iş yazılı göstərişlə birlikdə Astara RPŞ-nin IB-yə qaytarılmışdır. “Cinayət işinin icraata qəbul edilməsi barədə” ## ####### 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata götürülərək istintaqı davam etdirilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxs olan Şübhəli şəxs istintaqdan yayındığına görə cinayət işi üzrə icraat dayandırılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Astara Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərardan görünür ki, Astara rayon PŞ-nin IB-nin müstəntiqi X3 vəsatəti qismən təmin edilmiş, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən, ##.##.1995-ci il tarixdə Astara rayonunda anadan olmuş, evli, orta təhsilli, avvəllər məhkum olunmamış, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olan Şübhəli şəxs barəsində istintaq müddətinin sonuna qədər, yəni 1 ay 3 müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin onun tutulduğu andan hesablanması qərara alınmışdır. “Cinayətin işi üzrə əməlin tövsif edilməsi haqqında” ## ###### 2024-cü il tarixli qəraradan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxs olan Şübhəli şəxs istintaqdan yayındığına görə cinayət işi üzrə icraat dayandırılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxs olan Şübhəli şəxs istintaqdan yayındığına görə cinayət işi üzrə icraat dayandırılmışdır. Rusiya Federasiyasının Moskva vilayəti Lyubertsi Şəhər məhkəməsinin 05 sentaybr 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Astara şəhərinin Maşxan kəndində anadan olmuş, ##.##.1995-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Şübhəli şəxs barəsində Azərbaycan Respublikasına ekstradisiyasının təmin edilməsi məqsədilə 40 (qırx) gün müddətinə, yəni ##.##.2025-ci il tarixədək (həmin gün də daxil olmaqla) həbs qətimkan tədbiri seçilmişdir. Rusiya Federasiyasının Moskva vilayəti Lyubertsi Şəhər məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Astara şəhərinin Maşxan kəndində anadan olmuş. ##.##.1995-ci il təvəllüdlü Şübhəli şəxs həbsdə saxlanılma müddəti 4 (dörd) ay 19 (on doqquz) gün, ümumilikdə isə 6 (altı) ay, yəni ##.##.2026-cı il tarixədək, onun verilməsinin təmin edilməsi məqsədilə uzadılmışdır. Rusiya Federasiyasının Moskva vilayəti Lyubertsi Şəhər məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ##.##.1995-ci il təvəllüdlü Şübhəli şəxs barəsində həbsdə saxlanılma müddəti 6 (altı) ay, ümumilikdə isə 12 (on iki) ay, yəni ##.##.2026-cı il tarixinədək (həmin tarix də daxil olmaqla) uzadılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” ## #### 2026-cı il tarixli qəraradan görünür ki, Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Şübhəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Astara Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qərarın icrasının Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Istintaq Bölməsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X10 həvalə edilməli olmasının izah edilməsi qərara alınmışdır. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsi ilə təqsirləndirilən şəxs Şübhəli şəxs həbsdə saxlanılma müddəti 2 ay müddətinə uzadılmışdır. Azərbaycan Respublikası CPM-in 159.9-cu maddəsinə əsasən bu Məcəllənin 158.2.4cü maddəsində nəzərdə tutulan hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının 159.7ci maddədə göstərilən son müddəti keçdikdə və ibtidai araşdırmanın davam etdirilməsi zərurəti olduqda həbsdə saxlanılma müddəti 6 (altı) aydan çox olmayan müddətə bu Məcəllənin 159.3cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən uzadıla bilər. Göründüyü kimi, təqsirləndirilən şəxs Şübhəli şəxs barəsində olan cinayət işi üzrə icraat zamanı prosessual pozuntunun mövcudluğu sübuta yetirilmir, həmçinin, seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə müvafiq qərarın qüvvədə olması, təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının qanuni olmasını təsdiq edir. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, müdafiəçinin şikayətini əsassız sayan birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən göstərilən prosessual normaları nəzərə almaqla düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də, məhkəmənin qanuni və əsaslı olan qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 450, 451, 453 və 454-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Iş üzrə Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-9)-30/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-9)-30/2026
07.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver