Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-31/2026 11.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, şikayətçi Şikayət verən şəxs, onun etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, Füzuli rayon prokurorunun böyük köməkçisi, R X3 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı (hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi) ilə Füzuli rayon prokurorunun böyük köməkçisi, R X3 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İŞİN HALLARI Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Füzuli rayon prokurorunun böyük köməkçisi, R Rəhman Cəfərovun ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və təqdim edilmiş materiallar üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə hərtərəfli, tam və obyektiv araşdırma aparılması öhdəliyinin Hərəkətindən (qərarından) şikayət verilən orqan həvalə edilməsi barədə qərar qəbul xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, külli miqdarda şəxsi əmlakları (hazırda 300 başa yaxın xırdabuynuzlu heyvanları) etibar etdiyi qardaşı, Füzuli rayon sakini X10 tərəfindən uzun illər ərzində, yəni 2005-ci ildən hazırkı vaxtadək talanaraq mənimsənilməsi ilə əlaqədar qanuni tədbirlər görülməsi və pozulmuş əmlak hüquqlarının bərpa edilməsi barədə ##.##.2025-ci il tarixdə Hərəkətindən (qərarından) şikayət verilən orqan şikayət ərizələri ilə müraciət etmişdir. Belə ki, rayon prokurorluğu şikayət ərizəsinin araşdırılması prosesində Azərbaycan Respubliksı Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 204.1, 207.1.1, 207.1.2, 207.1.3, 207.3.2, 212.3, 210, 144, 145, 95, 85-ci maddələrinin tələblərini pozmuş və ya onları düzgün tətbiq etməmiş, nəticədə aşağıdakı pozuntulara yol vermişdir: Təqdim olunan fakt üzrə Ş.Əsədov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanılıb istintaq aparılması üçün onun tərəfindən prokurorluğa kifayət qədər sübutlar, dəlillər, şahidlərin siyahısı, mənimsənilmiş əmlakının hazırda olduğu yerin ünvanı (maddi sübutlar) təqdim olunmasına baxmayaraq, zəruri qanuni tədbirlər görülməmiş və artıq ##.##.2026-cı il tarixdə 4-cü dəfə qanunsuz və əsassız şəkildə cinayət işinin başlanılmasının rədd ediməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, qanunsuz və əsassız olduğuna görə əvvəlki 2 qərardan Azərbaycan Republikası Baş Prokurorluğuna verdiyi şikayət əsasında həmin qərarlar Füzuli rayon prokuroru, R Ramiz Əliyevin müvafiq qərarları ilə ləğv edilmişdir. ##.##.2025-ci il tarixli 1-ci qərar R.Əliyev tərəfindən ##.##.2025-ci il tarixdə ləğv edilmiş, bundan cəmisi 6 iş günü sonra, yəni ##.##.1015-ci il tarixdə absurd və tam hüquqazidd şəkildə yenə də cinayət işinin başlanılmasından rədd qərarı qəbul olunmuşdur. 2-ci qərardan da verdiyi əsaslı şikayət əsasında həmin qərar da R.Əliyevin ##.##.2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 3-cü qərarda da çoxlu sayda qəsdən saxtalaşdırmalar, hüquqi və prosessual normaların kobud şəkildə pozulması hallarına yol verilmişdir. Bundan sonra məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə aidiyyatı üzrə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsi, məsələyə tam obyektiv yanaşaraq, ##.##.2026-cı il tarixli qanuni qərar qəbul edərək Hərəkətindən (qərarından) şikayət verilən orqan artıq 3-cü qərarını ləğv etmişdir və ondan prosessual qanunveiciliyin tələblərinə uyğun olaraq, obyektiv, tam və hərtərəfli araşdırma aparılmasını tələb etmişdir. Füzuli Rayon Məhkəməsinin qeyd olunan qərarından Füzuli rayon prokuroru R.Əliyev tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya protesti verilmişdir. Həmin Məhkəmənin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş və Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının bu qərarından sonra Hərəkətindən (qərarından) şikayət verilən orqan artıq 4-cü dəfə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ## #### 2026-cı il tarixdə qərar qəbul etmişdir (Qərar ona ##.##.2026-cı il tarixdə Azərpoçt" vasitəsilə çatmışdır). Həmin qərardan görünür ki, son araşdırma zamanı yenə də sayı 300 (üç yüz) başa çatmalı olan xırdabuynuzlu heyvanları ona etibar edilməsi və uzun İllər ərzində mənimsənilməsi barədə Şəmsəddin Əsədovun bir neçə ziddiyyətli izahatlarına aydınlıq gətirilməmişdir və bunun səbəblərinə zəruri hüquqi qiymət verilməmişdir. Ş. Əsədov ilkin yazılı izahatlarında onların ona heç zaman xırdabuynuzlu heyvanlarımızı etibar etmədiyimizi, onların 17 başının Turab Kazımova satılması faktının olmadığını qeyd etsə də, bunun əksini sübut edən dəlillərə görə məcburiyyət qarşısında qeyd olunanları etiraf etmişdir; -Zidiyyətli məqamlara aydınlıq gətirilməsi üçün tərəflərin üzləşdirilməsi kimi və digər mümkün prosessual hərəkətlərin icrasından məqsədli şəkildə imtina olunmuşdur; -İşdə əsas şahid kimi keçən T.Kazımovun prokurorluğa təqdim olunan səs yazısının mahiyyəti həm Ş. Əsədov tərəfindən, həm də qərarı tərtib edən R. Cəfərov tərəfindən qərəzli şəkildə təhrif olunmuşdur. Belə ki, Ş.Əsədov guya danışıq aparılarkən T.Kazımovun “ölüm döşəyində” olduğunu, qeyd olunanları “yarımcan səslə təsdiq etdiyini” bildirmişdir. Lakin, təqdim etdiyi materiallarda olduğu kimi, T.Kazımovla qeyd olunan telefon danışığı ## ###### 2026-cı il tarixdə, saat 21:42-də 13 dəqiqə 08 saniyə müddətində aparılmışdır. O, həmin vaxt səhhətinin kritik olduğuna dair heç nə deməmiş, gümrah səslə danışmış (əks halada danışıqdan imtina edə bilərdi) və yalnız ayaq damarlarını müalicə etdirdiyini bildirmişdir. Bundan xeyli müddət sonra isə o, məsələ ilə əlaqədar Hərəkətindən (qərarından) şikayət verilən orqan sərbəst izahat vermişdir. T.Kazımovun izahatı və səs yazısı Ş.Əsədova və prokurorluğa “sərf etmədiyinə” görə onlar “xəstə olub deyə belə izahat verib və danışıb” kimi həqiqətə uyğun olmayan lüzumsuz fikir formalaşdırmağa cəhd etməklə reallığı qəbul etmək istəmirlər. Belə ki, T.Kazımov prokurorluqda izahat verənə qədər Ş.Əsədov izahatında bizim onda heç zaman qoyunlarımızın olmadığını göstərirdi. T.Kazımov ##.##.2028-ci il tarixdə qəfildən insult keçirməsi səbəbindən vəfat etmişdir. 0, səs yazısının prokurorluğa təqdim olunması barədə məlumatlı olmuş və buna heç bir etirazını bildirməmişdir; T.Kazımovun qeyd olunan səs yazısı olan CD-R diski tərəfimdən prokurorluğa əvvəlcədən rəsmi şəkildə təqdim olunmasına baxmayaraq, cinayət işinin 3-cü dəfə rədd edilməsi qərarı qəbul olunarkən məqsədli şəkildə səs yazısı araşdırmada gizlədilmiş və yalnız tərəfindən ##.##.2026-cı il tarixdə təkrar təqdim olunmasından, həmçinin Füzuli Rayon Məhkəməsinin qeyd olunan qərarından sonra göstərilən 4-cü araşdırmada qərəzli şəkildə tədqiq edilmişdir.(Füzuli Rayon Məhkəməsinə də təqdim olunmuş həmin səs yazısının, diskdə baş vermiş texniki nasazlığa görə məhkəmə araşdırmasında tədqiq edilməsi mümkün olmamışdır. Həmin səs yazısı olan CD-R diski hazırkı ərizəyə təkrar əlavə olunur); Qərarda qeyd olunur ki, göstərilən diskə baxış keçirilməsi protokolunda T.Kazımovla söhbət zamanı o, Şəmsəddin Əsədova heyvanlarımızı etibar etdiyimiz, təxminən 3 ildən sonra onların sayının 100 başa çatdığı, sonradan uzun illər ərzində onların təbii artımının mənimsənilməsi, Turabın 17 başdan artıq sayda (təxminən 100 baş) heyvan almağa gəldiyi və say çox az olduğu üçün narazı qaldığ barədə mənim ərizəmdə göstərdiyim bütün xüsusatlar danışıqda tam təsdiqini tapmışdır. T. Kazımov qeyd olunan hərəkətlərinə görə Ş. Əsədovu ciddi şəkildə qınamışdır. Lakin, iş üzrə qanunsuz qərar qəbul etmək inadından dönməyən prokurorluq son dərəcə vacib olan bu sübutu qəsdən kənarda qoymuş və ona zəruri hüquqi qiymət verməmişdir. Ona görə ki, bu maddi sübuta düzgün hüquqi qiymət verilməsi, cinayət işinin başlanılmasına əsas verən mötəbər və tutarlı dəlillərdən biridir; Qərardan görünür ki, ##.##.2026-cı il tarixdə hadisə yerinə baxış keçirilməsi də prosessual pozuntularla, qeyri-obyektiv, natamam və qərəzli şəkildə icra olunmaqla, formal xarakter daşımışdır və Ş. Əsədovun əsassız müdafiəsinə xidmət etmişdir. Belə ki, hadisə yerinə baxışın kimlərin, hansı şahidlərin iştirakı ilə keçirildiyi qeyd olunmamış və Ş.Əsədovun sərəncamında olan, bizim heyvanlarımızın da içərisində olduğu xırdabuynuzlu heyvanların faktiki sayı süni şəkildə azaldılmışdır. Ş. Əsədov hadisə yerinə keçiriləcək baxışdan əvvəlcədən məlumatlı olduğuna görə bir neçə sürüdən ibarət olan 3000 baş civarında olan xırdabuynuzlu heyvanları böyük ərazidə baxışdan asanlıqla gizlətmişdir. Bu "məqsədlə" baxış keçirilən, sahəsi faktiki olaraq 1000 (min) hektardan artıq olan örüş sahəsində yerləşən qoyunçulq təsərrüfatında təyinatı göstərilməyən guya 6 metr uzunluğunda bir tikilinin və 35 metr uzunluğunda bir "vana” olması kimi subyektiv mülahizəyə və təsərrüfatda guya cəmisi 150 (yüz əlli) baş qoyunun, 50 (əlli) baş quzunun mövcud olması barədə və 1000 (min) hektardan artıq sahəni qəsdən azaldaraq 200 hektar kimi qələmə verən Ş. Əsədovun qəsdən təhrif etdiyi şifahi məlumatlarına istinad edilmişdir. Prokurorluq nəzərə almamışdır ki, yerli rayon çöl sahələrində çoxsaylı xırdabuynuzlu heyvanlar ilin yaz-yay-payız fəsillərində açıq şəraitdə saxlanılır (bu saxlama yerləri setka və ya digər yüngül materiallarla əhatəyə alınmış arxaclar adlanır). Nadir hallarda qış fəsli sərt olan illərdə isə qoyunlar və quzular üçün müvəqqəti daldanacaqlar (pəyələr) və qazma küzlər yaradılır. Lakin, işin faktiki halları ilə bu məlumatların qəsdən təhrif olunduğu tam sübuta yetirilir. Belə ki, qeyd olunan az sayda heyvanların saxlanılması üçün dövlətin sərəncamında olan kənd təsərrüfatı təyinatlı 1000 (min) hektardan artıq örüş ərazisinin Ş. Əsədova üzünmüddətli icarəyə verilməsi qeyri-mümkündür. Qərarda göstərilən təxminən 200 (iki yüz) baş heyvanın saxlanılması üçün bundan dəfələrlə az örüş sahəsi kifayət edir. Onun təsərrüfatında olan heyvanların sayı 3000 (üç min) baş civarındadır və bu fakt rayonda hamıya məlumdur. Məhz sərəncamında bu sayda heyvanların olmasına görə qeyd olunan 1000 (min) hektardan artıq torpaq sahəsi dövlət tərəfindən ona uzunmüddətli icarəyə verilmişdir. Ş.Əsədov və prokurorluq tərəfindəm qərəzli şəkildə təsərrüfatdakı qoyunların sayının 3000 (üç min) başdan 200 (iki yüz) başa “endirilməsi” isə, guya onların arasında bizim qoyunların olmaması görüntüsü yaradılmasına xidmət edir. Belə əsassız və yersiz mülahizələr təsərrüfatdakı heyvanların faktiki sayının süni şəkildə azaldılmasına heç bir əsas vermir. Fermada bizə məxsus qoyunların olmadığı qənaətinə nəyin əsasında gəlindiyi qeyd edilməmiş və bu barədə heç bir sübut təqdim olunmamışdır. Prokurorluq həmin təsərrüfatdakı heyvanların faktiki sayı və uzunmüddətli icarəyə verilmiş örüş yerinin sahəsi barədə rayon icra hakimiyyətindən, aidiyyəti icra nümayəndiliyindən və ya bələdiyyədən heç bir rəsmi məlumat əldə etməmişdir. Fermada işləyən çobanlardan (onların sayı 3-4 nəfədir) qoyunların sayı barədə izahat alınmamışdır. Qeyd olunanlarla yanaşı qərardan görünür ki, təsərrüfata baxış zamanı zəruri olan heç bir foto və videoçəkilişlər aparılmamışdır. Ümumiyyətlə, baxış protokolu, araşdırma müddətində dəfələrlə ziddiyyətli, yalan ifadələr verən, qeyi-səmimilik nümayiş etdirən Ş.Əsədovun həqiqətə uyğun olmayan məlumatları və fikirləri əsasında tərttib olunmuşdur. Bu baxımdan baxış tədbirinin Ş.Əsədova məxsus təsərrüfatda keçirilməsi və ya onun həqiqətən də keçirildiyi ciddi şübhələr yaradır. Qeyd olunanlara görə qərarda göstərilən baxış protokolu qeyri-mötəbər və natamam olmaqla, cinayət işinin başlanılmasının rədd edilməsi üçün heç cür əsas hesab oluna bilməz və talama yolu ilə mənimsənilən heyvanlarımızın hazırda olduğu yerə prosessual qaydalara uyğun baxış keçirilməlidir. Talama yolu ilə mənimsənilmiş heyvanlarımızın uzun illər ərzində təbii artımının təxmini sayının və dəyərinin hesablanması üzrə ekspert (səlahiyyətli heyvandarlıq mütəxəssisi) rəyi alınması üçün prokurorluq tərəfindən zəruri tədbirlər görülməmişdir İşdə şəxsi və qanunsuz marağın olmasına görə təxminən 1 il ərzində aparılan araşdırmaların gedişində əmlaklarının mənimsənilməsi yolu ilə onlara vurulan maddi ziyanın ödənilməsi üçün prokurorluq tərəfindən heç bir cəhd edilməmiş və bu istiqamətdə mümkün tədbirlər görülməmişdir. Qərarda iş üzrə şahid kimi qeyd etdiyi X4, X7 və X1 izahatlarına da məqsədli şəkildə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ərizə və izhatlarımda həmin yaxın qohumlarımızın, əmlakımızın Ş.Əsədov tərəfindən mənimsənilməsi faktını təsdiq edə biləcəklərini deyil, əmlakımızı ona etibar etdiyimizi təsdiq edə biləcəklərini qeyd etmişdir. Qərardan da görünür ki, həmin şəxslər onların Ş.Əsədova qoyunlarını etibar etdiyini inkar etməmişlər və yalnız onun tərəfindən həmin qoyunların mənimsənilməsi barədə (nə vaxt, harada və s.) məlumatsız olduqlarını bildirmişlər. Onların mənimsəmə barədə məlumatsız olduqlarını qeyd etmələri isə, hər ikimizlə eyni dərəcəli yaxın qohum olmaları nöqteyi nəzərindən başa düşüləndir. X11 kimi eynilə ziddiyyətli, qərəzli, qeyri- obyektiv və yalan izahat verən Kamandar Əsədovun əvvəllər rayon prokuroru R. Əliyevlə eyni rayonda işləməsi, onunla şəxsi əlaqələrinin olması, həmçinin Ş. Əsədovla eyni məzmunlu, ziddiyyətli və qeyri -səmimi izahatlar verdiyinə görə isə Kamandar Əsədovun da iş üzrə izahatı qərəzli olmaqla, heç cür qanuni hesab oluna bilməz. Prokurorluq bu xüsusata da düzgün hüquqi qiymət verməmişdir. Beləliklə, Hərəkətindən (qərarından) şikayət verilən orqan davam edən və uzanan cinayəti maddi maraqları əsasında yenə də ört-basdır etmiş və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərini pozaraq, təqdim olunan dəlillər, maddi və digər sübutlar əsasında, bütün obyektiv və subyektiv şərtlərin mövcud olmasına baxmayaraq, fakt üzrə AR CM-in 179-cu maddəsi ilə cinayət işinin başlanılıb obyektiv ibtidai araşdırma aparılmasını təmin etməmişdir. Bununla da bütün hüquq normalarını pozmaqla prosessual süründürməçilik, özbaşınalıq və vəzifədən sui-istifadə yolu ilə qəbul olunan 4-cü qanunsuz qərarla pozulmuş mülkiyyət hüququmuzun bərpa olunmasının qarşısını almışdır. Qərarda cinayət işinin başlanılmasmın rədd olunması üçün əsas verən heç bir konkret fakt, mötəbər sübut və tutarlı dəlil göstərilməmişdir. Qanunun əliliyini rəhbər tutmalı olan prokurorluğun belə inadkar qanunsuz mövqeyi təəccüb və təəssüf doğurur. Yuxarıda qeyd olunanlara əsasən, Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən qəbul edilən qərarın tam əsassız və qanunsuz olduğu üçün ləğv olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Hərəkətindən (qərarından) şikayət verilən orqan ## #### 2026-cı il tarixli qərarının ləğv olunmasını və təqdim edilmiş materiallar üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə hərtərəfli, tam və obyektiv araşdırma aparılması öhdəliyinin Hərəkətindən (qərarından) şikayət verilən orqan həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, külli miqdarda şəxsi əmlakları (hazırda 300 başa yaxın xırdabuynuzlu heyvanları) etibar etdiyi qardaşı, Füzuli rayon sakini X10 tərəfindən uzun illər ərzində, yəni 2005-ci ildən hazırkı vaxtadək talanaraq mənimsənilməsi ilə əlaqədar qanuni tədbirlər görülməsi və pozulmuş əmlak hüquqlarının bərpa edilməsi barədə ##.##.2025-ci il tarixdə Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilmiş əsaslı şikayət ərizələri üzrə, həmin prokurorluğun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179cu maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli 4cü qərarının məhkəmə nəzarəti qaydasında ləğv olunması üçün ##.##.2026-cı il tarixli şikayət ərizəsinin təmin olunmaması barədə Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. Belə ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan əməkdaşlarının qanunsuz şəxsi maraqları zəmnində uzun müddət ərzində qanuni tədbirlər görülmür və onlar cəzasızlıq və özbaşınalıq mühitindən istifadə edərək, hüquqazidd “prosessual oyunlarını” davam etdirirlər. Onlar şikayət ərizəsinin araşdırılması prosesində Azərbaycan Respubliksı Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 204.1, 207.1.1, 207.1.2, 207.1.3, 207.3.2, 212.3, 210, 144, 145, 95, 85-ci maddələrinin tələblərini kobud şəkildə pozmuş və ya onları düzgün tətbiq etməmiş, nəticədə məqsədli və qərəzli şəkildə aşağıdakı ciddi pozuntulara yol vermişlər: Təqdim olunan fakt üzrə Ş.Əsədov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanılıb istintaq aparılması üçün tərəfindən prokurorluğa kifayət qədər sübutlar, dəlillər, şahidlərin siyahısı, mənimsənilmiş əmlaklarının hazırda olduğu yerin ünvanı (maddi sübutlar) təqdim olunmasına baxmayaraq, zəruri qanuni tədbirlər görülməmiş və artıq ##.##.2026-cı il tarixdə 4-cü dəfə qanunsuz və əsassız şəkildə cinayət işinin başlanılmasının rədd ediməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, qanunsuz və əsassız olduğuna görə əvvəlki 2 qərardan Azərbaycan Republikası Baş Prokurorluğuna verdiyi şikayət əsasında həmin qərarlar Füzuli rayon prokuroru, R Ramiz Əliyevin müvafiq qərarları ilə ləğv edilmişdir. ##.##.2025-ci il tarixli 1-ci qərar R.Əliyev tərəfindən ##.##.2025-ci il tarixdə ləğv edilmiş, bundan cəmisi 6 iş günü sonra, yəni ##.##.1015ci il tarixdə absurd və tam hüquqazidd şəkildə yenə də cinayət işinin başlanılmasından rədd qərarı qəbul olunmuşdur. 2-ci qərardan da verdiyi əsaslı şikayət əsasında həmin qərar da R.Əliyevin ##.##.2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 3-cü qərarda da çoxlu sayda qəsdən saxtalaşdırmalar, hüquqi və prosessual normaların kobud şəkildə pozulması hallarına yol verilmişdir. Bundan sonra prokurorluqda qanuni tələbinin yuxarıdakı vəzifəli şəxslərin şəxsi maraqlarına görə heç vaxt təmin olunmayacağına, başqa sözlə, qanunun heç cür işləmədiyinə tam əmin olduqdan sonra məcburiyyət qarşısında məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə aidiyyatı üzrə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qanuni qərar qəbul edərək Hərəkətindən (qərarından) şikayət verilən orqan artıq 3-cü əsassız qərarını da ləğv etmişdir və ondan prosessual qanunveiciliyin tələblərinə uyğun olaraq, obyektiv, tam və hərtərəfli araşdırma aparılmasını tələb etmişdir. Qərarda Hərəkətindən (qərarından) şikayət verilən orqan qanunsuz inadkarlığı, araşdırmada şəxsi marağı və bu zaman qəsdən ciddi səhlənkarlıqlara yol verdiyi qeyd olunmuşdur. Bu istiqamətdə məhkəmə qərarındakı çoxsaylı hüquqi əsaslardan təkcə bunları qeyd etmək kifayətdir ki: “Prokurorluq əvvəlki 2 qərarında olduğu kimi, 3-cü qərarında da obyektiv, tam və hərtərəfli araşdırma aparmamış, zəruri olan prosessual hərəkətləri etməmişdir. Hadisənin baş verdiyi ünvana baxış keçirilməmiş, sübutların toplanılması istiqamətində zəruri istintaq hərəkəıtləri keçirilməmiş, Ş.Əsədovun ziddiyyətli izahatlarına aydınlıq gətirilməmiş və onlara hüquqi qiymət verilməmişdir. Prokurorluq bu iş üzrə hər 3 qərarında vəzifələrini formal olaraq icra etmişdir. Belə ki, sadəcə izahatları almaqla kifayətlənmək, şikayət edilən şəxsin ona qarşı irəli sürülən ittihamı təkzib etməsinə əsaslanmaq və məhdud dairədə araşdırma apararaq mövcud sübutlara qiymət verməməklə cinayət işinin rədd edilməsi barədə ardıcıl olaraq qərarlar qəbul etmək, rayon prokurorluğu tərəfindən qanunsuzluğa yol verildiyini və qərarların əsassız şəkildə qəbul edildiyini əks etdirir. Bu isə prokurorluğun işin həqiqi hallarını müəyyən etməyə deyil, əvvəlcədən müəyyən etdiyi mövqeyini saxlamasına yönəldiyini göstərir.” Həmçinin məhkəmənin qeyd olunan qərarında prokurorluğun yol verdiyi digər çoxsaylı pozuntular və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin düzgün tətbiq edilməyən aidiyyatı maddələri ətraflı şəkildə əksini tapmışdır. Füzuli Rayon Məhkəməsinin qeyd olunan ədalətli qərarını heç cür qəbul etmək istəməyən və əsassız inadkarlığından dönməyən Füzuli rayon prokuroru R.Əliyev tərəfindən həmin qərardan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya protesti verilmişdir. Həmin Məhkəmənin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş və tam qanuni olduğu üçün Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının bu qərarından sonra da şəxsi maraq və münasibət zəmnində hüquqazidd və qərəzli inadkarlığıhdan dönməyən Hərəkətindən (qərarından) şikayət verilən orqan artıq 4-cü dəfə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ## #### 2026cı il tarixdə əsassız və qanunsuz qərar qəbul etmişdir. Həmin qərardan görünür ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan və qərarın icraçısı-rayon prokurorunun böyük köməkçisi R Rəhman Cəfərov yenə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmənin tələb etdiyi kimin tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, qərəzli şəkildə sübutlara düzgün hüquqi qiymət verilməmiş, məqsədli şəkildə təhriflərə yol verilmiş və nəticədə işin əvvəlindən prokurorluğun müəyyən etdiyi ədalətsiz mövqeyinin saxlanılması üçün ardıcıl olaraq 4-cü dəfə cinayət işinin başlanılmasının rədd edilməsi barədə heç bir hüquqi əsaslandırma olmadan, əvvəlki 3 qərardan fərqlənməyən tamamilə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Həmin 4-cü qərardan ##.##.2026-cı il tarixdə Füzuli rayon Məhkəməsinə təkrar şikayət ərizəsi vermişdir. Füzuli Rayon Məhkəməısinin bu barədə ##.##.2026-cı il tarixli qərarı, əvvəlki qərardan fərqli olaraq, tamamilə ədalətsiz, qanunsuz və əsassızdır. Belə ki, məhkəməyə şikayət ərizəmdə prokurorluğun cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarının əsassız və qanunsuz olması haqqında aşağıdakı mötəbər sübutlar, dəlillər və faktlar göstərilmişdir: 1) 4-cü araşdırma zamanı yenə də sayı 300 (üç yüz) başa çatmalı olan xırdabuynuzlu heyvanlarının ona etibar edilməsi və uzun illər ərzində mənimsənilməsi barədə Şəmsəddin Əsədovun bir neçə ziddiyyətli izahatlarına aydınlıq gətirilməmişdir və bunun səbəblərinə zəruri hüquqi qiymət verilməmişdir. Belə ki, Ş.Əsədov ilkin yazılı izahatlarında onların ona heç zaman xırdabuynuzlu heyvanlarını etibar etmədiklərini, onların 17 başının Turab Kazımova satılması faktının olmadığını qeyd etsə də, bunun əksini sübut edən dəlillərə görə məcburiyyət qarşısında qeyd olunanları etiraf etmiş və yenə də ziddiyyətli izahatlar vermişdir. 4-cü qərarda da bu ziddiyyətlərə aydınlıq gətirilməmiş və onlara zəruri obyektiv hüquqi qiymət verilməmişdir; 2) Zidiyyətli məqamlara aydınlıq gətirilməsi üçün tərəflərin üzləşdirilməsi kimi və digər mümkün prosessual hərəkətlərin icrasından məqsədli şəkildə imtina olunmuşdur; 3) İşdə əsas şahid kimi keçən T.Kazımovun prokurorluğa təqdim olunan səs yazısının mahiyyəti həm Ş.Əsədov tərəfindən, həm də qərarı tərtib edən R.Cəfərov tərəfindən qərəzli şəkildə təhrif olunmuşdur. Belə ki, Ş.Əsədov guya danışıq aparılarkən T.Kazımovun “ölüm döşəyində” olduğunu, qeyd olunanları “yarımcan səslə təsdiq etdiyini” bildirmişdir. Lakin, təqdim etdiyim materiallarda olduğu kimi, T.Kazımovla qeyd olunan telefon danışığı ## ###### 2026-cı il tarixdə, saat 21.42-də 13 dəqiqə 08 saniyə müddətində aparılmışdır. O, həmin vaxt səhhətinin kritik olduğuna dair heç nə deməmiş, gümrah səslə danışmış (əks halada danışıqdan imtina edə bilərdi) və yalnız ayaq damarlarını müalicə etdirdiyini bildirmişdir. Bundan xeyli müddət sonra isə o, məsələ ilə əlaqədar Hərəkətindən (qərarından) şikayət verilən orqan sərbəst izahat vermişdir. T.Kazımovun izahatı və səs yazısı Ş.Əsədova və prokurorluğa “sərf etmədiyinə” görə onlar “xəstə olub deyə belə izahat verib və danışıb” kimi həqiqətə uyğun olmayan lüzumsuz fikir formalaşdırmağa cəhd etməklə reallığı qəbul etmək istəmirlər. Belə ki, T.Kazımov prokurorluqda izahat verənə qədər Ş.Əsədov izahatında onların onda heç zaman qoyunlarının olmadığını göstərirdi. T.Kazımov ##.##.2028-ci il tarixdə qəfildən insult keçirməsi səbəbindən vəfat etmişdir. O, səs yazısının prokurorluğa təqdim olunması barədə məlumatlı olmuş və buna heç bir etirazını bildirməmişdir; 4) T.Kazımovun qeyd olunan səs yazısı olan CD-R diski tərəfimdən prokurorluğa əvvəlcədən rəsmi şəkildə təqdim olunmasına baxmayaraq, cinayət işinin 3-cü dəfə rədd edilməsi qərarı qəbul olunarkən məqsədli şəkildə səs yazısı araşdırmada gizlədilmiş və yalnız tərəfindən ##.##.2026-cı il tarixdə təkrar təqdim olunmasından, həmçinin Füzuli Rayon Məhkəməsinin qeyd olunan qərarından sonra göstərilən 4-cü araşdırmada qərəzli şəkildə tədqiq edilmişdir. (Füzuli Rayon Məhkəməsinə də təqdim olunmuş həmin səs yazısının, diskdə baş vermiş texniki nasazlığa görə məhkəmə araşdırmasında tədqiq edilməsi mümkün olmamışdır. Həmin səs yazısı olan CD-R diski məhkəməyə təkrar təqdim olunmuşdur); 5) Qərarda qeyd olunur ki, göstərilən diskə baxış keçirilməsi protokolunda T.Kazımovla söhbət zamanı o, Şəmsəddin Əsədova heyvanlarını etibar etdikləri, təxminən 3 ildən sonra onların sayının 100 başa çatdığı, sonradan uzun illər ərzində onların təbii artımının mənimsənilməsi, Turabın 17 başdan artıq sayda (təxminən 100 baş) heyvan almağa gəldiyi və say çox az olduğu üçün narazı qaldığı barədə onun ərizəsində göstərdiyi bütün xüsusatlar danışıqda tam təsdiqini tapmışdır. T.Kazımov qeyd olunan hərəkətlərinə görə Ş.Əsədovu ciddi şəkildə qınamışdır. Lakin, iş üzrə qanunsuz qərar qəbul etmək inadından dönməyən prokurorluq son dərəcə vacib olan bu sübutu qəsdən kənarda qoymuş və ona zəruri hüquqi qiymət verməmişdir. Ona görə ki, bu maddi sübuta düzgün hüquqi qiymət verilməsi, cinayət işinin başlanılmasına əsas verən mötəbər və tutarlı dəlillərdən biridir; 6) Qərardan görünür ki, ##.##.2026-cı il tarixdə hadisə yerinə baxış keçirilməsi də prosessual pozuntularla, qeyri-obyektiv, natamam və qərəzli şəkildə icra olunmaqla, formal xarakter daşımışdır və Ş.Əsədovun əsassız müdafiəsinə xidmət etmişdir. Belə ki, hadisə yerinə baxışın kimlərin, hansı şahidlərin iştirakı ilə keçirildiyi qeyd olunmamış və Ş.Əsədovun sərəncamında olan, onların heyvanlarının da içərisində olduğu xırdabuynuzlu heyvanların faktiki sayı süni şəkildə azaldılmışdır. Ş.Əsədov hadisə yerinə keçiriləcək baxışdan əvvəlcədən məlumatlı olduğuna görə bir neçə sürüdən ibarət olan 3000 baş civarında olan xırdabuynuzlu heyvanları böyük ərazidə baxışdan asanlıqla gizlətmişdir. Bu “məqsədlə” baxış keçirilən, sahəsi faktiki olaraq 1000 (min) hektardan artıq olan örüş sahəsində yerləşən qoyunçulq təsərrüfatında təyinatı göstərilməyən guya 6 metr uzunluğunda bir tikilinin və 35 metr uzunluğunda bir “vana”nın olması kimi subyektiv mülahizəyə və təsərrüfatda guya cəmisi 150 (yüz əlli) baş qoyunun, 50 (əlli) baş quzunun mövcud olması barədə və 1000 (min) hektardan artıq sahəni qəsdən azaldaraq 200 hektar kimi qələmə verən Ş.Əsədovun qəsdən təhrif etdiyi şifahi məlumatlarına istinad edilmişdir. Prokurorluq qəsdən nəzərə almaq istəmir ki, yerli rayon çöl sahələrində çoxsaylı xırdabuynuzlu heyvanlar ilin yaz-yay-payız fəsillərində açıq şəraitdə saxlanılır (bu saxlama yerləri setka və ya digər yüngül materiallarla əhatəyə alınmış arxaclar adlanır). Nadir hallarda qış fəsli sərt olan illərdə isə qoyunlar və quzular üçün müvəqqəti daldanacaqlar (pəyələr) və qazma küzlər yaradılır. Lakin, işin faktiki halları ilə bu məlumatların qəsdən təhrif olunduğu tam sübuta yetirilir. Belə ki, qeyd olunan az sayda heyvanların saxlanılması üçün dövlətin sərəncamında olan kənd təsərrüfatı təyinatlı 1000 (min) hektardan artıq örüş ərazisinin Ş.Əsədova üzünmüddətli icarəyə verilməsi qeyri-mümkündür. Qərarda göstərilən təxminən 200 (iki yüz) baş heyvanın saxlanılması üçün bundan dəfələrlə az örüş sahəsi kifayət edir. Onun təsərrüfatında olan heyvanların sayı 3000 (üç min) baş civarındadır və bu fakt rayonda hamıya məlumdur. Məhz sərəncamında bu sayda heyvanların olmasına görə qeyd olunan 1000 (min) hektardan artıq torpaq sahəsi dövlət tərəfindən ona uzunmüddətli icarəyə verilmişdir. Ş.Əsədov və prokurorluq tərəfindəm qərəzli şəkildə təsərrüfatdakı qoyunların sayının 3000 (üç min) başdan 200 (iki yüz) başa “endirilməsi” isə, guya onların arasında onların qoyunlarının olmaması görüntüsü yaradılmasına xidmət edir. Belə əsassız və yersiz mülahizələr təsərrüfatdakı heyvanların faktiki sayının süni şəkildə azaldılmasına heç bir əsas vermir. Fermada bizə məxsus qoyunların olmadığı qənaətinə nəyin əsasında gəlindiyi qeyd edilməmiş və bu barədə heç bir sübut təqdim olunmamışdır; 7) Prokurorluq həmin təsərrüfatdakı heyvanların faktiki sayı və uzunmüddətli icarəyə verilmiş örüş yerinin sahəsi barədə rayon İcra hakimiyyətindən, aidiyyatı icra nümayəndiliyindən və ya bələdiyyədən heç bir rəsmi məlumat əldə etməmişdir. Fermada işləyən çobanlardan (onların sayı 3-4 nəfərdir) qoyunların sayı və örüş yerinin sahəsi barədə izahat alınmamışdır. Qeyd olunanlarla yanaşı qərardan görünür ki, təsərrüfata baxış zamanı zəruri olan heç bir foto və videoçəkilişlər aparılmamışdır. Ümumiyyətlə, baxış protokolu araşdırma müddətində dəfələrlə ziddiyyətli, yalan ifadələr verən, qeyri-səmimilik nümayiş etdirən Ş.Əsədovun örüş yerinin sahəsi və onun təsərrüfatında olan xırdabuynuzlu heyvanların sayını qəsdən təhrif edən, həqiqətə uyğun olmayan məlumatları və qərəzli fikirləri əsasında tərtib olunduğu üçün tamamilə əsassız və qeyri-obyektivdir. Bu baxımdan baxış tədbirinin Ş.Əsədova məxsus təsərrüfatda keçirilməsi və ya onun həqiqətən də keçirildiyi ciddi şübhələr yaradır. Qeyd olunanlara görə qərarda göstərilən baxış protokolu qeyri-mötəbər və natamam olmaqla, cinayət işinin başlanılmasının rədd edilməsi üçün heç cür əsas hesab oluna bilməz və talama yolu ilə mənimsənilən heyvanlarının hazırda olduğu yerə prosessual qaydalara uyğun baxış keçirilməlidir; 8) Talama yolu ilə mənimsənilmiş heyvanlarının uzun illər ərzində təbii artımının təxmini sayının və dəyərinin hesablanması üzrə ekspert (səlahiyyətli heyvandarlıq mütəxəssisi) rəyi alınması üçün prokurorluq tərəfindən zəruri tədbirlər görülməmişdir; 9) İşdə şəxsi və qanunsuz marağın olmasına görə təxminən bir il ərzində aparılan araşdırmaların gedişində əmlaklarının mənimsənilməsi yolu ilə onlara vurulan maddi ziyanın ödənilməsi üçün prokurorluq tərəfindən heç bir cəhd edilməmiş və bu istiqamətdə mümkün tədbirlər görülməmişdir; 10) Qərarda iş üzrə şahid kimi qeyd etdiyi X4, X7 və X1 izahatlarına da məqsədli şəkildə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ərizə və izhatlarında həmin yaxın qohumlarını, əmlaklarının Ş.Əsədov tərəfindən mənimsənilməsi faktını təsdiq edə biləcəklərini deyil, əmlaklarını ona etibar etdiklərini təsdiq edə biləcəklərini qeyd etmişdir. Qərardan da görünür ki, həmin şəxslər onların Ş.Əsədova qoyunlarını etibar etdiklərini inkar etməmişlər və yalnız onun tərəfindən həmin qoyunların mənimsənilməsi barədə (nə vaxt, harada və s.) məlumatsız olduqlarını bildirmişlər. Onların mənimsəmə barədə məlumatsız olduqlarını qeyd etmələri isə, onların hər ikisilə eyni dərəcəli yaxın qohum olmaları nöqteyi-nəzərindən başa düşüləndir; 11) X11 kimi eynilə ziddiyyətli, qərəzli, qeyri-obyektiv və yalan izahat verən Kamandar Əsədovun əvvəllər rayon prokuroru R.Əliyevlə eyni rayonda işləməsi, onunla şəxsi əlaqələrinin olması və şəxsi maddi maraqları əsasında Ş.Əsədovun prokurorluğa böyük məbləğdə pul verilməsində vasitəçilik etməsi barədə prokurorluğa kifayət qədər məlumatlar verilmişdir. Bu münasibətlərə və verdikləri pula arxalanan Ş.Əsədov və K.Əsədov açıq şəkildə bəyan edirlər ki, onlar Füzuli rayon prokuroru R.Əliyevin də, onun vasitəsilə Baş Prokuroluğun da pulunu kifayət qədər böyük məbləğdə vermişlər. Onların pulu və var-dövləti çoxdur və ona görə də, lazım gələrsə, onlara yenə də pul verəcəklər və məsələni öz xeyrlərinə həll etdirəcəklər. Bütün bunlara, həmçinin Ş.Əsədovla eyni məzmunlu, ziddiyyətli və qeyri-səmimi izahatlar verdiyinə görə isə Kamandar Əsədovun da iş üzrə izhatı qərəzli olmaqla, heç cür qanuni hesab oluna bilməz. Prokurorluq bu xüsusata da düzgün hüquqi qiymət verməmişdir; 12) Azərbaycan Respublikasının CPM-nin tələblərinə əsasən, talama yolu ilə mənimsəmə faktı üzrə AR CM-in 179-cu maddəsi ilə cinayət işinin başlanılmasını zəruri edən və mövcud olan aşağıdakı əsas və səbəblərdən prokurorluq tərəfindən hansının və nəyə görə hüquqi baxımdan qəbul edilmədiyinə qərarda aydınlıq gətirilməmişdir: - Cinayətin obyekti – mülkiyyət münasibətləri və onların mövcud mülkiyyət hüququdur; - Cinayətin obyektiv tərəfi – etibar etdiyikləri əmlakın tamah və maddi maraq məqsədilə mənimsənilməklə onlara vurulan maddi ziyandır; - Cinayətin subyekti - əmlakını etibar etdiyi anlaqlı və yetkin fiziki şəxs olan Şəmsəddin Əsədovdur; - Cinayətin subyektiv tərəfi – Şəmsəddin Əsədov tərəfindən özgə əmlakını talama yolu ilə mənimsəməklə birbaşa qəsddir. Beləliklə, Hərəkətindən (qərarından) şikayət verilən orqan davam edən və uzanan cinayəti maddi maraqları əsasında yenə də ört-basdır etmiş və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərini pozaraq, təqdim olunan dəlillər, maddi və digər sübutlar əsasında, bütün obyektiv və subyektiv şərtlərin mövcud olmasına baxmayaraq, fakt üzrə AR CM-in 179-cu maddəsi ilə cinayət işinin başlanılıb obyektiv ibtidai araşdırma aparılmasını təmin etməmişdir. Bununla da bütün hüquq normalarını pozmaqla prosessual süründürməçilik, özbaşınalıq və vəzifədən sui-istifadə yolu ilə qəbul olunan 4-cü qanunsuz qərarla pozulmuş mülkiyyət hüquqlarının bərpa olunmasının qarşısını almışdır. Qərarda cinayət işinin başlanılmasının rədd olunması üçün əsas verən heç bir konkret fakt, mötəbər sübut və tutarlı dəlil göstərilməmişdir. Prokurorluq iş üzrə əvvəlcədən müəyyən etdiyi qərəzli mövqeyinin saxlanılmasını davam etdirmişdir. 4-cü qanunsuz qərardan məhkəmə nəzarəti qaydasında əsalandırılmış şikayət ərizəsinə baxılması barədə Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı və müvafiq bildiriş ##.##.2026-cı il tarixdə Elektron Məhkəmə Sistemindəki elektron kabinetə yerləşdirilmişdir. Qərardan görünür ki, məhkəmə şikayət ərizəsinin yuxarıda qeyd olunan əsaslandırılmış dəlillərini qanunun tələblərinə uyğun şəkildə tədqiq etməmiş, işin mahiyyəti üzrə əhəmiyyət kəsb edən məqamlara qəsdən diqqət yetirməmiş, bu məqsədlə araşdırmada maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi hallarına yol verdiyi üçün qəbul olunan qərar qeyri-obyektiv, əsassız və qanunsuzdur. Belə ki: 1) Məhkəmə prokurorluğun araşdırmanı əvvəlki 3 (üç) araşdırma kimi yenə də tam, hərtərəfli və obyektiv aparmamsının səbəblərini tədqiq etməmiş, ziddiyyətli məqamlara aydınlıq gətirilməmiş və prokurorluğun yenə də əvvəlcədən müəyyən etdiyi mövqeyini israrla saxlamasına hüquqi qiymət verməmişdir; 2) Məhkəmə iş üzrə Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarındakı və Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarındakı obyektiv və əsaslandırılmış hüquqi mövqeləri nəzərə almamışdır; 3) Qərarın mətninin böyük hissəsində qanunsuz olduğu üçün ləğv edilmiş əvvəlki qərarların xronologoyası sadalanmış, lakin prokurorluğun 4-cü qərarının qanuni olması barədə heç bir hüquqi əsaslandırma göstərilməmişdir; 4) İş üzrə cavabdeh olan Ş.Əsədovun araşdırma prosesində ziddiyyətli və qeyri-səmimi izahatlar verməsinə yenə də aydınlıq gətirilməmiş və onun qərəzli izhatları əsas götürülmüşdür; 5) İş üzrə şahid mərhum T.Kazımovun izahatı və təqdim olunan səs yazısı ilə Ş.Əsədovun izahatı arasındakı ziddiyyətlərə və təhriflərə hüquqi qiymət verilməmişdir; 6) Məhkəmə birtərəfli mövqe tutaraq, prokurorluğun araşdırmanı formal və səthi aparmasına, o cümlədən, hadisə yerinə baxış tədbirinin qərəzli şəkildə keçirilməsinə obyektiv hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə Ş.Əsədovun təsərrüfatında olan xırdabuynuzlu heyvanların sayının və faktiki örüş sahəsinin saxtalaşdırılması faktlarına qəsdən diqqət yetirməmiş, bu məlumatların rəsmi orqanlardan təsdiqləyici sənədlərlə dəqiqləşdirilməsinin zəruriliyini tələb etməmişdir. Qoyunçuluq təsərrüfatında işləyən çobanların fakt üzrə izahatlarının alınmadığına hüquqi qiymət verilməmişdir. Hərəkətindən (qərarından) şikayət verilən orqan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərarında qeyd olunmadığı halda, məhkəmə qərarında, guya baxış protokoluna hansısa fotoşəkillərin əlavə olunması göstərilmişdir. Güman olunur ki, bu naməlum fotoşəkillər məhkəməyə şikayət ərizəsindən sonra qeyri-rəsmi və qanunsuz şəkildə iş materiallarına əlavə olunmuşdur. Məhkəmə bu ziddiyyətli xüsusatı araşdırmamış və fotoşəkillərin mahiyyətinə aydınlıq gətirilməmişdir. Həmçinin, hadisə yerinə baxış protokolunun iştirakçılarının və hal şahidlərinin şəxsiyyətlərinə aydınlıq gətirilməmiş, protokolun qeyd olunan zamanda və yerdə məhz həmin şəxslər tərəfindən imzalandığının həqiqiliyi yoxlanılmamışdır. Eyni zamanda faktiki olaraq keçirilməsi şübhə doğuran baxış protokolunun yalnız Ş.Əsədovun diktəsi və subyektiv, qərəzli fikirləri əsasında tərtib olunduğuna məhkəmə obyektiv qiymət verməmişdir. Sayı məqsədli şəkildə azaldılaraq aktda göstərilən qoyunların arasında onların qoyunlarının olmadığının sübuta yetirilməməsinə zəruri hüquqi qiymət verilməmişdir; 7) İş üzrə şahid kimi göstərilən yaxın qohumlarının Ş.Əsədovun onların əmlakını mənisəməsindən məlumatsız olduqlarını qeyd etmələrini, lakin həmin əmlaklarını ona etibar etdiklərini inkar etməmələrini (onların bu mövqeyi hər ikisilə eyni dərəcəli qohumlar olduqları üçün başadüşüləndir), cinayət işinin başlanılmasının rədd edilməsi üçün əsas kimi göstərilməsi xüsusatının tam qanunsuz olması qərəzli şəkildə düzgün qiymətləndirilməmişdir; 8) Bir ilə yaxın müddətdə aparılan araşdırmada prokurorluq tərəfindən, Ş.Əsədovun onlara vurduğu maddi ziyanı və ya onun bir hissəsini hər hansı formada ödənilməsinə heç bir cəhd göstərilməməsi və onun səbəbləri araşdırılmayıb; 9) Məhkəmə bərabərlik prinsipini pozaraq, şikayət ərizəsindəki işin faktiki halları üzrə əhəmiyyət kəsb edən və cinayət işinin başlanılmasının rədd edilməsinin qanunsuz olduğuna dəlalət edən dəlillərin və faktların heç birini araşdırmayıb. Məhkəmə qərarında yalnız Ş.Əsədovun ziddiyyətli, qərəzli fikirlərinə və prokurorluğun qeyri-obyektiv mövqeyinə istinad olunub; 10) Məhkəmə, Füzuli Rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan qərarlarında, Hərəkətindən (qərarından) şikayət verilən orqan bu araşdırmada qanunsuz mövqedə olduğunu və yalnız əvvəlcədən müəyyən etdiyi nəticənin saxlanılmasına israr etdiyini təsdiq edən tutarlı və mötəbər sübutları nəzərə almamışdır; 11) Qeyd olunan qərarlarda göstərilən iş üzrə keçirilməsi zəruri olan çoxsaylı prosessual tədbirlərdən, prokurorluq tərəfindən yalnız hadisə yerinə formal və qərəzli baxış keçirilməsindən başqa, digər tədbirlərin keçirilməməsinin səbəblərinə məhkəmə qərarında aydınlıq gətirilməyib; 12) Qısa müddət ərzində və heç bir əsaslandırma olmadan son məhkəmə qərarının göstərilən məhkəmə qərarlarına zidd olması, onun tamamilə əsassız və qanunsuz olduğunu sübuta yetirir; 13) Qərarda şikayətin təmin edilməməsi üçün heç bir konkret əsas, sübut, dəlil və fakt göstərilməmişdir. Yalnız ümumi ifadələrdən və subyektiv fikrlərdən istifadə olunmuşdur ki, bunlar da ciddi prosessual pozuntudur. Beləliklə, məhkəmə, prokurorluğun əvvəlcədən müəyyən etdiyi mövqeyini saxlamaq məqsədilə heç bir hüquqi əsaslandırma olmadan ardıcıl (4 dəfə) əsassız və qanunsuz qərarlar qəbul etməsi faktlarına, məhkəmə nəzarəti qaydasında maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət verilməsini təmin etməmiş və nəticədə kifayət qədər əsaslandırılmış şikayətin təmin edilməməsi barədə qanunsuz qərar qəbul olunmuşdur. Yuxarıda qeyd olunanlara və CPM-nin müvafiq maddələrinin tələblərinə əsasən Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı və Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-cı il tarixli qərarı ləğv olunmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında: Şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun çıxış edərək, yoldaşı X8 ilə ailə qurduqdan sonra bu hadisənin baş verdiyini, özünün müəllimə işlədiyini, yoldaşının isə hərbçi işlədiyini, atasının təsərrüfatı olduğunu, onlara qoyun alıb onun təsərrüfatında saxlamağı məsləhət etdiyini, hal-hazırda qardaşından şikayət etməsinə səbəbin onun bu cür hərəkət etməsi olduğunu, digər qardaşım Kamandarın uzun illər polis rəisi işlədiyini, Füzuli rayon prokurorunun da qəbul zamanı Kamandar ilə işlədikləri üçün belə bir qərar verdiklərini bildirdiyini, qardaşı Kamandarın bu mövqedə olma səbəbinin isə hal-hazırda qardaşı Şəmsəddinin təsərrüfatında onun da mal-qarasının olması olduğunu göstərib, şikayətin təmin edilməsini xahiş etdi. Şikayətçi Şikayət verən şəxs nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdi. Ələddin Hümbətov əlavə olaraq göstərdi ki, onlar sadəcə qoyunları tələb etmişlər, 2005- 2008-ci illər arasında olan müddətdə Şəmsəddin onlara heç bir şey verməmişdir, 17 ildir ki, mübahisə davam edir, lakin şikayəti 2025-ci ildə etmişlər, qoyunların özləri tərəfindən Şəmsəddinə verilməsi ilə bağlı qohumlarının izahatları var, digər bir sübut isə Turab ilə bağlıdır, çünki onlar Şəmsəddinə qoyunlarını qaytarmasını dedikdə, o, 17 baş qoyunu Turaba satmış və pulunu da onlara vermişdir. Əgər onların orada heyvanları olmasaydı, Şəmsəddin satdığı qoyunların pulunu onlara verməzdi. Telefon danışıqları zamanı da Turab demişdir ki, o, çox qoyun almağa gəlmişdir, sadəcə 17 qoyun olduğun bilsəydi, bu məsafəni gəlməzdi. Bu özü də bir subutdur ki, onların çox qoyunu olub. Lakin təəssüf ki, Turab bu il mart ayının 26-da vəfat edib. Qaynı Şəmsəddin hal-hazırda təsərrüfatla məşğul olur. Bu təsərrüfat ona atasından qalıb. Hazırda 2005-ci ildə 41 baş olan qoyunun bu günki gündə nə qədər olması ilə bağlı ekspertiza təyin olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokur məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin hüquqi varisi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarına əsasən məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. Azərbaycan Respublikası CPM-nin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinin məzmununa uyğun olaraq, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar da göstərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarəti, cinayət işinin başlanması mərhələsində hüquqları pozulmuş və ya pozulma təhlükəsi altına qoyulmuş şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və bərpası üçün vacib funksiyanı yerinə yetirərək, məhkəməyə müraciət etmək konstitusiya hüququnun həyata keçirilməsini təmin edir. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin mahiyyəti ondan ibarətdir ki, adıçəkilən nəzarət müstəqil və qərəzsiz məhkəmə hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin orqan nəzarət obyekti kimi çıxış edən qərarın əsasında dayanmış faktiki halların obyektiv qiymətləndirilməsi nəticəsində öz əsaslandırılmış qərarını qəbul edir və bununla da şəxslərin hüquqları və qanuni mənafeləri təmin olunur. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin nəticəsi hamı üçün məcburi olan, qanuni, əsaslandırılmış və ədalətli məhkəmə qərarının qəbulunda ifadə olunur. Həmin qərar dövlət məcburiyyəti ilə təmin olunur və mübahisəli məsələnin mahiyyəti üzrə həll olunduğu ədalət mühakiməsi aktı qismində çıxış edir. Yuxarıda qeyd olunan normativ-hüquqi aktların tələblərini əlaqəli şəkildə nəzərdən keçirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin cinayət-prosessual fəaliyyətində qəbul etdiyi qərarların və onların hərəkətlərinin qanuniliyini və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlayır, bu yolla cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarına faktiki məhkəmə nəzarətini də təmin etmiş olur. Lakin, o da qeyd edilməlidir ki, məhkəmə, yoxlanılması və qiymətləndirilməsi cinayət-prosesini həyata keçirən orqanın səlahiyyətinə aid olan məsələyə maddi-hüquqi qiymət verə bilməz, məsələn, cinayət işi başlaya və ya cinayət işinin başlanması üçün şərait yaradan əsaslar formalaşdıra bilməz. Məhkəmə daha çox cinayət prosesini həyata keçirən orqanların, fiziki və hüquqi şəxslərin şikayəti əsasında başladıqları araşdırmanı tam, hərtərəfli aparıb-aparmamasını, habelə işin müəyyən edilmiş faktiki hallarına cinayət və cinayət-prosessual qanununvericiliyin tələbləri baxımından düzgün qiymət veribvermədiklərini yoxlaya, eləcə də bu orqanların maddi və prosessual hüququ düzgün tətbiq edibetmədiyini müəyyən edə bilər. Məhkəmə nəzarətinin həyata keçirilməsinin prosedur qaydalarına gəldikdə isə qeyd olunmalıdır ki, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və qərarlarının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Məhz bu məhkəmə instansiyası cinayət prosesini həyata keçirən orqanların araşdırmanı tam, hərtərəfli aparıb-aparmadıqlarını və hüququ düzgün tətbiq edib-etmədiklərini öz səlahiyyətləri çərçivəsində yoxlamağa borcludur. Nəticədə məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarını qanuni hesab edir, yaxud yuxarıda qeyd edilən tələblərə cavab verməyən qərarı ləğv edib araşdırmanın təkrar aparılmasını təmin edir. Apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi birinci instansiya məhkəməsinin, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərinə və qərarlarına düzgün qiymət verib-verməməsini yoxlayır, eyni zamanda, əgər birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdirsə, bu səhvi aradan qaldırır və fiziki və hüquqi şəxslərin şikayətləri üzrə birbaşa qərar qəbul edir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə nəzərdən keçirib, proses iştirakçılarını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, şikayət təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarının tədqiqindən müəyyən olunur ki, Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətdən görünür ki, belə hesab edilir ki, onun külli miqdarda şəxsi əmlakı (hazırda 300 başa yaxın xırdabuynuzlu heyvan) onları etibar etdiyi qardaşı, Füzuli rayon sakini X10 tərəfindən talanaraq mənimsənilmiş, lakin faktla bağlı Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi tərəfindən hərtərəfli araşdırma aparılmamış və nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Şikayət verən şəxs müraciəti əsasında rayon prokurorluğunda Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R Elsun Məstanov tərəfindən araşdırma aparılmış, ## ###### 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən X10 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Füzuli rayon prokurorunun ## ###### 2025-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilərək, material əlavə araşdırmanın aparılması üçün Elsun Məstanova qaytarılmışdır. X15 ## ###### 2026-cı il tarixli qərarı ilə yenidən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən X10 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Füzuli rayon prokuroru, R Ramiz Əliyev tərəfindən yoxlanılarkən sonuncunun ## ###### 2026-cı il tarixli qərarı ilə ləğv edilərək, material əlavə araşdırmanın aparılması müstəntiqə qaytarılmış və araşdırma davam etdirilmişdir. İş materiallarında olan X15 ## ###### 2026-cı il tarixli qərarından görünür ki, yenidən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən X10 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Şikayət verən şəxs şikayəti əsasında həmin qərar Füzuli rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə ləğv edilmişdir. İş materiallarında olan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından görünür ki, Füzuli rayon prokuroru, R Ramiz Əliyevin apellyasiya protesti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarı Hərəkətindən (qərarından) şikayət verilən orqan daxil olduqdan sonra material yenidən icraata qəbul edilmiş və araşdırma aparılmışdır. İş materiallarında olan Füzuli rayon prokurorunun böyük köməkçisi, R Rəhman Cəfərovun “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ##.##.2026-cı il tarixli qərarından görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X10 barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın surəti Şikayət verən şəxs göndərilməklə həmin qərardan narazı olduğu halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Füzuli rayon prokuroruna, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən Füzuli rayon məhkəməsinə şikayət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, izahatları alınmış X4, X7 və X1, Şikayət verən şəxs məxsus xırdabuynuzlu heyvanların X10 tərəfindən mənimsənilməsi barədə heç bir məlumatlarının olmadıqlarını qeyd edilmişlər. İş materiallarında olan ## #### 2026-cı il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Füzuli rayonunda Şpartı adlanan ərazidə qış otlaq sahəsində X10 məxsus ferma vardır. Həmin ferma 200 hektarlıq örüş sahəsində yerləşir. Fermada 3sss metr enində, 6 metr uzunluğunda və 2 metr hündürlüyündə tikili mövcuddur. Tikilinin qarşısında 6 metr enində, 35 metr isə uzunluğunda vanna mövcuddur. Vannanın içərisi müxtəlif materiallar ilə əhatə olunmuşdur. Baxış iştirakçısı Ş.Əsədov bildirdi ki, onun həmin fermada kiçikbuynuzlu heyvan olan 150 baş qoyunu və 50 baş quzusu vardır. Fermada Şikayət verən şəxs məxsus heç-bir heyvan yoxdur. Protokol hal şahidlərinin iştirakı ilə tərtib edilmiş və protokola fotoşəkillər əlavə edilmişdir. İş materiallarında olan Şikayət verən şəxs müraciətinə əlavə etdiyi 01 ədəd diskdə olan “WhatsApp Audio” adlı fayldan görünür ki, həmin səs yazısı 13 dəqiqə, 08 saniyə davam edir. Səs yazısından müşahidə olunur ki, 16-cı saniyəyədək telefon zəng çalır. 16-cı saniyə bir nəfər kişi cinsli şəxs “Alo” deyərək telefonu açır. Qarşı tərəf telefon zəngini qəbul etmiş Turab adlı şəxsi salamlayır, özünün Təranənin yoldaşı Ələddin olduğunu deyir. Turab yorğun bir səslə özünün narahat olduğunu, yaşlandığını, ayağının isə xəstə olduğunu deyir. Ələddin adlı şəxs gərək eləməyəydilər deyə sözə başlayaraq Füzulidən, Ağcabədidən və digər yerlərdən heyvan yığdığını, 3 ildən sonra həmin heyvanların sayının Şəmsəddinin ona deməsinə görə 100 baş olduğunu, Turabın heyvan almaq üçün gəldikdə həmin heyvanların Şəmsəddin tərəfindən tapılmadığını, heyvanlardan cəmi 17 başının Turaba satıldığını deyir. Turab isə həmin deyilənləri yorğun səs tonu ilə “həə” deyərək təsdiq edir. Ələddin Şəmsəddindən onda qalan heyvanların talehini soruşduqda sonuncunun əvvəlcə “tapmıram”, sonra isə “vermişəm” hazırda isə Şəmsəddinin Təranənin heyvanının onda olmadığını deyə onlara cavab verdiyini, Kamandar adlı şəxsin Şəmsəddinlə eyni şeyləri dediyini Turaba bildirir. Bununla bağlı araşdırma aparıldığını, iki dəfə qərarın Respublika Prokurorluğu tərəfindən ləğv olunduğunu, Turabın adının araşdırma materiallarında olduğunu deyir, Turabın ora 17 baş deyil, çox sayıda heyvan arxasınca gəldiyini lakin digər heyvanlar arasından cəmi 17 başının tapıldığını deyir və Turab da onları təsdiqləyir. Şəmsəddinin həmin 17 başdan ayrı 1 quzu, 1 toğlu, 1 manat da olsun ona vermədiyini deyir. Sonda Turab prokurorluğa izahat verən zaman həqiqəti söyləyəcəyinə dair Ələddinə söz verir, sonuncuda Turaba xəstəliyindən dolayı şəfa arzulayır. İş materiallarında olan Şəmsəddin Əsədovun izahatında qeyd edilmişdir ki, o, atasının sağlığında, yəni 2002-ci ildə öz şəxsi qoyunlarının içərisindən iki baş ana qoyun və iki baş bala quzunu Təranə üçün ayırmış, Təranənin həyat yoldaşı Ələddin də bir erkək toğlu, bir ana qoyun və bir quzunu satın alaraq onun Təranə üçün ayırdığı heyvanların içinə qatmışdır. Bu üsulla 2008-ci ildə Təranənin dişi və erkəklə birlikdə 17 qoyunu olmuşdur. Ələddin ona zəng edərək həmin qoyunları satmaq istədiyini demişdir. O da kirvələri olan Turab Kazımovla əlaqə saxlamış, sonuncuya Təranənin onda 17 baş qoyununu olduğunu və həmin qoyunları satmaq istədiyini demişdir. Turab da bununla razılaşmış, onun Füzuli rayonu, Şpartı Düzündəki fermasına gəlmiş, Ələddinin yanında 17 baş qoyunun pulunu Ələddinə vermiş və çıxıb getmişdir. İş materiallarında olan X2 izahatında qeyd edilmişdir ki, X10 və Şikayət verən şəxs ataları Abdulla ilə ailəlikcə kirvəlik münasibətləri var. Hər iki şəxslə münasibəti yaxşıdır, aralarında düşmənçilik və ədavət yoxdur. Təxminən 2008-ci ildə Şəmsəddin Əsədov ona zəng edərək bacısı Şikayət verən şəxs onun fermasında olan 17 baş qoyununu satmaq istədiyini bildirmiş, o da ferma təsərrüfatı ilə məşğul olduğu üçün həmin qoyunları almaq qərarına gəlmişdir. Bunun üçün özü maşın təşkil etmiş və Şəmsəddinin Füzuli rayonu, Şpartı Düzü adlanan ərazidəki fermasına getmişdir. Həmin vaxt fermada Şəmsəddin və Təranənin əri Ələddin də orada olmuş. Şəmsəddin fermadakı qoyunların içərisindən 17 başını ayırıb ona təqdim etmiş və o da həmin qoyunların pulunu Ələddinə vermişdir. Aradan 17 ildən çox müddət keçdiyi üçün həmin məbləği xatırlamır. O, pulu Ələddinə verdikdən sonra Şəmsəddin Ələddinə demişdir ki, “Təranənin qoyunları qutardı”. Yəni O, həmin vaxt Şəmsəddin və Ələddinə “bilsəydim 17 baş qoyun satacaqsınız Ağcabədidən maşın tutub Şpartıya gəlməzdim” deməmişdir. X5, Şikayət verən şəxs və ya hər hansı şəxs tərəfindən izahat verməməsi, eləcə də yanlış izahat verməsi ilə bağlı təzyiq edilməmişdir. İş materiallarında olan “Elektron Prokurorluq İnformasiya Sistemi”ndən əldə edilmiş ölüm məlumatlarına dair çıxarışdan görünür ki, X2 ##.##.2026-cı il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Şikayət verən şəxs şikayət ərizəsi əsasında Füzuli rayon prokurorunun böyük köməkçisi, R Rəhman Cəfərov tərəfindən tam, hərtərəfli və obyektiv yoxlanılma aparılmış, toplanmış sübutlar təhlil olunaraq və bir-biri ilə müqayisə edilərək əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilmiş və şikayətə hüquqi qiymət verilərək ##.##.2026-cı il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar qəbul edilərkən hər hansı qanun pozuntusuna yol verilməmiş və qərarın ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir, ona görə də, həmin qərar qanuni və əsaslı hesab olunmaqla qüvvədə saxlanılmalı və şikayət təmin edilməməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə məhkəmənin qərarı qanuni və əsaslıdır. Belə ki, iş materiallarında olan “**-C-** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarın məzmunundan görünür ki, aparılmış araşdırma zamanı X10 tərəfindən Şikayət verən şəxs məxsus, ona etibar edilmiş özgə əmlak olan xırdabuynuzlu heyvanların talanaraq mənimsənilməsi barədə iddia öz təsdiqini tapmamış və bununla əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, şikayətçinin müraciətində göstərilən hallar üzrə Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən əvvəlki araşdırmaların nəticələri, həmin araşdırmalar zamanı müəyyən edilmiş hallar, habelə Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarlarında qeyd olunan xüsusatlar nəzərə alınmaqla yenidən araşdırma aparılmış, araşdırma hərtərəfli, tam və obyektiv şəkildə həyata keçirilmişdir. Belə ki, “**-C-** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarın məzmunundan da göründüyü kimi, araşdırma zamanı hadisənin baş vermə şəraitinin müəyyən edilməsi məqsədilə zəruri olan bütün mümkün prosessual hərəkətlər icra edilmiş, o cümlədən hadisə ilə bağlı məlumatlı olan şəxslərdən ilkin və təkrar izahatlar alınmış, onların verdiyi məlumatlar araşdırılmış, hadisədən əvvəl və sonra baş verən halların ardıcıllığı dəqiqləşdirilmiş, tərəflər arasında münasibətlərin xarakteri və məzmunu araşdırılmış, xırdabuynuzlu heyvanların Şəmsəddin Əsədova verilməsi və sonradan 17 baş heyvanın Turab Kazımova satılması ilə bağlı hallar yoxlanılmış, habelə hadisə yerinə baxış keçirilmişdir.Bu isə öz növbəsində göstərir ki, iş üzrə aparılan araşdırma yalnız formal xarakter daşımamış, əksinə, şikayətdə göstərilən bütün hallar yenidən nəzərdən keçirilmişdir. Aparılmış araşdırma zamanı maddi və prosessual hüquq normaları pozulmamış və qanunlara düzgün əməl edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində hadisə yerinə baxışın formal xarakter daşıması, təsərrüfatda olan heyvanların faktiki sayının düzgün müəyyən edilməməsi, baxışın Şəmsəddin Əsədovun məlumatları əsasında aparılması və həmin təsərrüfatda şikayətçiyə məxsus heyvanların olmamasının sübuta yetirilməməsi, prokurorluq orqanının guya qeyriobyektiv olması, müəyyən halların araşdırılmaması və ya həmin hallara hüquqi qiymət verilməməsi ilə bağlı irəli sürülən dəlillərə münasibətdə qeyd edir ki, həmin dəlillər iş materialları ilə öz təsdiqini tapmır. Əksinə, materiallardan görünür ki, şikayətdə adı çəkilən şəxslə bağlı araşdırma aparılmış, izahatı alınmış şəxslərin mövqeləri öyrənilmiş və həmin cinayət törətməsi iddia edilən şəxsin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən hər hansı mötəbər sübut əldə edilməmişdir. Eyni zamanda, iş materiallarında olan səs yazısının da araşdırmadan kənarda saxlanılması barədə apellyasiya şikayətində göstərilən dəlil əsassızdır. Belə ki, həmin səs yazısı araşdırma materiallarına əlavə edilmiş və onun məzmunu müəyyən edilmişdir. Səs yazısında Şikayət verən şəxs həyat yoldaşı X9 arasında 13 dəqiqə 08 saniyə davam edən telefon danışığı əks olunmuş, həmin danışıq zamanı 17 baş heyvanın Turab Kazımova satılması ilə bağlı söhbət aparıldığı və Turab Kazımovun müəyyən məqamları təsdiq etdiyi müəyyən edilmişdir. Bununla yanaşı, iş materiallarında olan Şəmsəddin Əsədovun izahatından onun 2008-ci ildə Şikayət verən şəxs məxsus 17 baş qoyunun Turab Kazımova satılması barədə məlumat verdiyi, Turab Kazımovun izahatından isə həmin 17 baş qoyunun Şəmsəddin Əsədov tərəfindən ona təqdim edildiyi və pulun Şikayət verən şəxs həyat yoldaşı Ələddinə verildiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar özlüyündə şikayətçinin iddia etdiyi kimi 2005-ci ildən etibarən təxminən 300 baş xırdabuynuzlu heyvanın Şəmsəddin Əsədov tərəfindən talanaraq mənimsənilməsi faktının mövcudluğunu təsdiq etmir. Kollegiya həmçinin nəzərə alır ki, şikayətçinin öz izahatından irəli gəldiyi kimi, mübahisə predmeti olan heyvanların X10 verilməsi və sonradan onların taleyi ilə bağlı hadisələr 2005- 2008-ci illərdən etibarən baş verdiyi iddia olunur. Lakin şikayətçinin həmin hallarla bağlı uzun müddət, o cümlədən 2008-ci ildən 2025-ci ilədək hər hansı hüquq-mühafizə orqanına müraciət etməməsi və yalnız təxminən 17 il sonra şikayətlə çıxış etməsi də diqqətdən kənarda qala bilməz. Belə uzun müddət ərzində iddia olunan mənimsəmə faktı ilə bağlı heç bir müraciətin edilməməsi şikayətdə göstərilən halların həqiqiliyini və ardıcıllığını qiymətləndirərkən nəzərə alınmalı mühüm xüsusat olmaqla, başadüşülən deyil. Məhkəmə kollegiyası apellyasiya şikayətində Şəmsəddin Əsədovun müxtəlif vaxtlarda ziddiyyətli izahatlar verməsi barədə dəlilə də münasibət bildirərək qeyd edir ki, şəxsin verdiyi izahatlarda müəyyən fərqlərin və ya ziddiyyətlərin olması həmin izahatların avtomatik olaraq həqiqətə uyğun olmayan və ya hüquqi cəhətdən yararsız məlumat kimi qiymətləndirilməsi üçün əsas deyildir. Hazırkı iş üzrə əsas məsələ həmin ziddiyyətlərin mövcudluğundan daha çox, onların digər materiallarla birlikdə qiymətləndirilməsi nəticəsində cinayət işinin başlanması üçün kifayət edən məlumatların olub-olmamasıdır. Araşdırma materiallarının məcmusundan isə belə nəticəyə gəlmək mümkün olmamışdır. Şikayətçinin izahatlarının alınması, habelə onun tərəfindən göstərilən şəxslərin məlumatlarının araşdırılması ilə bağlı apellyasiya şikayətində irəli sürülən dəlillər də qərarın qanunsuz və əsassız hesab edilməsi üçün kifayət etmir. Belə ki, iş materiallarında X4, X7 və X1 izahatları mövcuddur və həmin şəxslər Şikayət verən şəxs məxsus xırdabuynuzlu heyvanların Şəmsəddin Əsədov tərəfindən mənimsənilməsi barədə məlumatlarının olmadığını bildirmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şikayətçinin heyvanların uzun illər ərzində təbii artımının hesablanması üçün ekspertiza keçirilməsi, təsərrüfatda olan heyvanların sayının və örüş sahəsinin müxtəlif dövlət orqanlarından alınmış məlumatlarla dəqiqləşdirilməsi, çobanlardan əlavə izahatların alınması barədə mülahizələri araşdırmanın nəticəsini dəyişdirə biləcək konkret və mötəbər məlumatlarla əsaslandırılmamışdır. Belə prosessual hərəkətlərin keçirilməməsi özlüyündə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qanunsuzluğunu şərtləndirmir. Əsas məsələ araşdırma zamanı cinayət hadisəsinin və ya cinayət tərkibinin mövcudluğunu göstərən kifayət qədər məlumatların əldə edilibedilməməsidir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cinayət işinin başlanması üçün şəxsin hərəkətlərinin cinayət xarakterli olması barədə yalnız ehtimal və mülahizələrin mövcudluğu kifayət etmir. Bunun üçün cinayət hadisəsinin və cinayət tərkibinin əlamətlərini göstərən kifayət qədər məlumatların mövcudluğu tələb olunur. Hazırkı iş üzrə isə aparılmış araşdırmanın nəticələrinə görə X10 Şikayət verən şəxs məxsus xırdabuynuzlu heyvanları mənimsəməsini təsdiq edən belə kifayət qədər mötəbər məlumatlar əldə edilməmişdir. Bu baxımdan, apellyasiya şikayətində prokurorluq orqanının qərəzli və qeyri-obyektiv fəaliyyət göstərməsi, müəyyən sübutların məqsədli şəkildə nəzərə alınmaması, hadisə yerinə baxışın formal aparılması və digər prosessual hərəkətlərin keçirilməməsi barədə irəli sürülən dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təsdiq olunmur. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, əvvəlki araşdırmalar zamanı qəbul edilmiş qərarların ləğv edilməsi həmin qərarların qəbul edildiyi vaxt araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmadığını göstərsə də, bu hal özlüyündə sonuncu – ## #### 2026-cı il tarixli qərarın da qanunsuz hesab edilməsinə əsas vermir. Sonuncu qərarın qanuniliyi və əsaslılığı həmin qərarın qəbul edildiyi vaxt mövcud olan materiallar və aparılmış sonrakı araşdırmanın nəticələri əsasında qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə aparılmış sonuncu araşdırma zamanı maddi və prosessual hüquq normalarına riayət edilmiş, araşdırma tam, hərtərəfli və obyektiv aparılmış, Füzuli rayon prokurorunun böyük köməkçisi tərəfindən X10 törətməsi göstərilən cinayət hadisəsinin baş vermə faktı və hallarının müəyyən edilməsi üçün bütün mümkün prosessual hərəkətlər icra edilmiş, lakin toplanmış materiallar və sübutlarla iddia olunan hadisənin baş verməsi öz təsdiqini tapmamış, cinayət işinin başlanması üçün zəruri olan əsaslar müəyyən edilməmişdir. Füzuli rayon prokurorunun böyük köməkçisi sonda haqlı olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Buna görə də, Füzuli rayon prokurorunun böyük köməkçisi, R X3 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi ilə bağlı Şikayət verən şəxs şikayətinin təmin edilməməsinə dair Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlillər isə bu nəticəni təkzib edən hər hansı yeni və ya mötəbər sübutla təsdiqlənmədiyindən, həmin dəlillər kollegiya tərəfindən əsassız hesab olunur. Azərbaycan Respublikası CPM-nin 212.4.2-ci maddəsinə görə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarını ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 442, 450, 451, 452, 453, 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №6(3-9)-31/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-9)-31/2026
11.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver