Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-34/2026 24.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakı ilə, Masallı Rayon Prokurorunun köməkçisi, R X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ### 2024-cü il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı (hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi) ilə Masallı Rayon Prokurorunun köməkçisi R X1 **-C-** nömrəli, ## ### 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsinə dair Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, həmin qərar qanuni hesab edilmişdir. İŞİN HALLARI Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək Hərəkətindən (qərarından) şikayət verilən orqan ## ### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi, material üzrə əlavə, tam, hərtərəfli və obyektiv araşdırma aparılmasının təmin edilməsi, hadisə ilə bağlı bütün şahidlər yenidən dindirilməsi, ziddiyyətlərin aradan qaldırılması və təqdim olunmuş bütün sübutlara hüquqi qiymət verilməsi, mümkün video-görüntülər, telefon məlumatları və digər elektron sübutlar əldə edilərək iş materiallarına əlavə edilməsi, araşdırmanın nəticəsindən asılı olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul etdiyi qərarı ilə razı deyil və hesab edir ki, həmin qərar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edilmiş, araşdırma tam, hərtərəfli və obyektiv aparılmamışdır. İş materiallarından görünür ki, Masallı RPŞ DYPB-nin baş inspektoru X2 tərəfindən xidməti səlahiyyətlərindən istifadə edilməklə qanunsuz olaraq pul tələb edilməsi barədə müraciət edilmişdir. Lakin araşdırma zamanı yalnız həmin əməkdaşın və onunla eyni qurumda çalışan digər polis əməkdaşlarının izahatları əsas götürülmüş, müraciətdə göstərilən hallar obyektiv sübutlarla yoxlanılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci, 37-ci, 143-cü və 145-ci maddələrinin tələblərinə əsasən sübutlar tam, obyektiv və hərtərəfli araşdırılmalı, hər bir sübut digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Lakin qəbul edilmiş qərardan görünür ki, hadisə ilə bağlı təqdim edilən bütün sübutlar tam araşdırılmamışdır; hadisə yerində olmuş şəxslərin ifadələri arasında ziddiyyətlər aradan qaldırılmamışdır; mümkün videoçəkilişlər, mobil telefon görüntüləri və digər elektron sübutlar əldə edilməmiş və qiymətləndirilməmişdir; polis əməkdaşlarının izahatları üstün tutulmuş, müraciət edən şəxsin təqdim etdiyi faktlar lazımi qaydada yoxlanılmamışdır. Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsinin olmaması yalnız hərtərəfli və tam araşdırma nəticəsində müəyyən edilə bilər. Hazırkı iş üzrə isə belə nəticəyə gəlmək üçün kifayət qədər obyektiv sübutlar toplanmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqları və X6 haqqında Avropa Konvensiyasının 6-cı və 13-cü maddələri hər kəsin səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququnu təmin edir. Cinayət-Prosessual Məcəlləsinin 207-ci, 209-cu, 212-ci və 449-451-ci maddələrinin tələblərinə əsasən cinayət barədə məlumat üzrə araşdırma tam aparılmalı və qanuni qərar qəbul edilməlidir. Hərəkətindən (qərarından) şikayət verilən orqan qəbul etdiyi qərar bu tələblərə cavab vermədiyindən qanunsuz və əsassız hesab edilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini və Masallı Rayon Prokurorunun köməkçisi, R X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ### 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsini, material üzrə tam, obyektiv və hərtərəfli araşdırmanın aparılması üçün işin yenidən baxılması məqsədilə aidiyyəti prokurorluq orqanına göndərilməsini, polis şöbəsinin videomüşahidə görüntülərinin, mobil telefon məlumatlarının, xəstəxana sənədlərinin, təcili tibbi yardım qeydlərinin və digər elektron sübutların əldə olunmasının təmin ediməsini, hadisədə iştirak etmiş bütün şəxslərin yenidən dindirilməsini, ifadələr arasındakı ziddiyyətlər aradan qaldırılmasını və bütün sübutlara hüquqi qiymət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə yalnız prokurorluğun topladığı materiallara üstünlük vermiş, onun təqdim etdiyi sübutların əksəriyyətini araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. İş materiallarından görünür ki, o, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını, mobil telefonunun qanunsuz olaraq əlindən alındığını, telefonunda olan foto və video materialların silindiyini, sonradan xəstəxanaya yerləşdirildiyini və həmin faktların xəstəxana sənədləri ilə təsdiq olunduğunu bildirmişdir. Lakin nə ibtidai araşdırma zamanı, nə də məhkəmə baxışı zamanı aşağıdakı mühüm sübutlar əldə olunmamışdır: Polis şöbəsinin videomüşahidə kameralarının görüntüləri; Telefonun götürülməsi və qaytarılması ilə bağlı sənədlər; Mobil telefonun ekspertizası; Elektron məlumatların bərpası; Hadisə yerində olmuş bütün şəxslərin yenidən və qarşılaşdırılmaqla dindirilməsi; Polis əməkdaşlarının izahatları arasındakı ziddiyyətlərin aradan qaldırılması; Xəstəxananın tibbi sənədlərinin tam araşdırılması; Təcili tibbi yardım çağırışı və qeydiyyat məlumatlarının əldə edilməsi. Bütün bunlara baxmayaraq cinayət hadisəsinin baş verməməsi barədə nəticəyə gəlinmişdir ki, bu da hüquqi cəhətdən əsassızdır. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun çıxış edib, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Hərəkətindən (qərarından) şikayət verilən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə Hərəkətindən (qərarından) şikayət verilən orqan nümayəndəsinin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarına əsasən məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. Azərbaycan Respublikası CPM-nin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinin məzmununa uyğun olaraq, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar da göstərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarəti, cinayət işinin başlanması mərhələsində hüquqları pozulmuş və ya pozulma təhlükəsi altına qoyulmuş şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və bərpası üçün vacib funksiyanı yerinə yetirərək, məhkəməyə müraciət etmək konstitusiya hüququnun həyata keçirilməsini təmin edir. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin mahiyyəti ondan ibarətdir ki, adıçəkilən nəzarət müstəqil və qərəzsiz məhkəmə hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin orqan nəzarət obyekti kimi çıxış edən qərarın əsasında dayanmış faktiki halların obyektiv qiymətləndirilməsi nəticəsində öz əsaslandırılmış qərarını qəbul edir və bununla da şəxslərin hüquqları və qanuni mənafeləri təmin olunur. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin nəticəsi hamı üçün məcburi olan, qanuni, əsaslandırılmış və ədalətli məhkəmə qərarının qəbulunda ifadə olunur. Həmin qərar dövlət məcburiyyəti ilə təmin olunur və mübahisəli məsələnin mahiyyəti üzrə həll olunduğu ədalət mühakiməsi aktı qismində çıxış edir. Yuxarıda qeyd olunan normativ-hüquqi aktların tələblərini əlaqəli şəkildə nəzərdən keçirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin cinayət-prosessual fəaliyyətində qəbul etdiyi qərarların və onların hərəkətlərinin qanuniliyini və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlayır, bu yolla cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarına faktiki məhkəmə nəzarətini də təmin etmiş olur. Lakin, o da qeyd edilməlidir ki, məhkəmə, yoxlanılması və qiymətləndirilməsi cinayət-prosesini həyata keçirən orqanın səlahiyyətinə aid olan məsələyə maddi-hüquqi qiymət verə bilməz, məsələn, cinayət işi başlaya və ya cinayət işinin başlanması üçün şərait yaradan əsaslar formalaşdıra bilməz. Məhkəmə daha çox cinayət prosesini həyata keçirən orqanların, fiziki və hüquqi şəxslərin şikayəti əsasında başladıqları araşdırmanı tam, hərtərəfli aparıb-aparmamasını, habelə işin müəyyən edilmiş faktiki hallarına cinayət və cinayət-prosessual qanununvericiliyin tələbləri baxımından düzgün qiymət veribvermədiklərini yoxlaya, eləcə də bu orqanların maddi və prosessual hüququ düzgün tətbiq edibetmədiyini müəyyən edə bilər. Məhkəmə nəzarətinin həyata keçirilməsinin prosedur qaydalarına gəldikdə isə qeyd olunmalıdır ki, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və qərarlarının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Məhz bu məhkəmə instansiyası cinayət prosesini həyata keçirən orqanların araşdırmanı tam, hərtərəfli aparıb-aparmadıqlarını və hüququ düzgün tətbiq edib-etmədiklərini öz səlahiyyətləri çərçivəsində yoxlamağa borcludur. Nəticədə məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarını qanuni hesab edir, yaxud yuxarıda qeyd edilən tələblərə cavab verməyən qərarı ləğv edib araşdırmanın təkrar aparılmasını təmin edir. Apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi birinci instansiya məhkəməsinin, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərinə və qərarlarına düzgün qiymət verib-verməməsini yoxlayır, eyni zamanda, əgər birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdirsə, bu səhvi aradan qaldırır və fiziki və hüquqi şəxslərin şikayətləri üzrə birbaşa qərar qəbul edir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə nəzərdən keçirib, proses iştirakçısını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, Şikayət verən şəxs аpеllyаsiyа şikаyəti təmin оlunmаlı, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli və Masallı Rayon Prokurorunun köməkçisi, R X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ### 2024-cü il tarixli qərаrlаrı ləğv olunmalı, 59-C- ** №-li material üzrə yenidən tаm və hərtərəfli аrаşdırma aparılması təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Masallı Rayon Prokurorunun köməkçisi, R X1 tərəfindən **-C-** saylı material üzrə araşdırma aparılmış və ## ### 2024-cü il tarixli qərar ilə toplanmış material üzrə Masallı RPŞ DYPB-nin baş inspektoru X3 Əzizovdan rüşvət istəməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Apellyasiya müraciəti ilə əlaqədar Hərəkətindən (qərarından) şikayət verilən orqan toplanmış **-C-** nömrəli material öyrənilərkən müəyyən edilmişdir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ### 2024-cü il tarixli qərarın əsasında dayanmış fakt toplanmış materialda cinayət hadisəsinin olmasının müəyyən edilməməsi olmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə Masallı Rayon Prokurorunun köməkçisi, R X1 «cinayət işinin başlanmasının rədd edilməsi» haqqında ## ### 2024-cü il tarixli qərarını qanuni hesab edərək, həmin qərardan şikayətçi Şikayət verən şəxs vermiş olduğu şikayətin təmin edilməməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətə baxarkən Şikayət verən şəxs oğlunun müraciəti əsasında toplanmış **-C-** saylı material üzrə araşdırma orqanı tərəfindən hərtərəfli araşdırma aparılmasına dair səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, şikayətçinin istinad etdiyi halların araşdırma materialında kifayət qədər, qarşılıqlı və obyektiv yoxlanılması təmin edilmədən cinayət hadisəsinin müəyyən edilməməsi barədə nəticəyə gəlinməsi və bu əsasla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul olunması düzgün və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyasının iclasında şikayətçi Şikayət verən şəxs bildirmişdir ki, hadisə ilə əlaqədar polis şöbəsinə aparılmış, orada fiziki zorakılığa məruz qalmış, mobil telefonu ondan götürülmüş, telefonunda olan görüntülər silinmiş və mobil telefonu ona yalnız təxminən 14 gün sonra qaytarılmışdır. O, həmçinin halının pisləşməsi ilə əlaqədar xəstəxanaya aparıldığını bildirmişdir. Şikayətçinin göstərdiyi bu hallar özlüyündə onun dəlillərinin sübuta yetirilmiş hesab olunması üçün əsas yaratmasa da, həmin halların xarakteri və onların obyektiv mənbələr vasitəsilə yoxlanılması imkanının mövcudluğu araşdırma orqanının bu xüsusatlar üzrə zəruri yoxlama hərəkətlərini aparmasını tələb edirdi. Belə ki, ilk növbədə Şikayət verən şəxs hadisə günü və ya sonrakı dövrdə polis şöbəsinə gətirilib-gətirilməməsi, gətirilmiş olduğu halda bunun hansı əsasla, nə vaxt və kimlər tərəfindən həyata keçirilməsi, onun şöbədə olduğu müddətdə hər hansı xidməti sənədin, qeydiyyatın və ya digər rəsmiləşdirmənin aparılıb-aparılmaması müəyyən edilməlidir. Bununla yanaşı, şikayətçinin polis şöbəsində fiziki zorakılığa məruz qalması barədə bildirdiyi hallar həmin dövrdə onunla təmasda olmuş şəxslərin izahatları, müvafiq xidmət və qeydiyyat sənədləri, mövcud olduğu halda videomüşahidə vasitələrinin görüntüləri və digər mümkün obyektiv məlumatlar əsasında yoxlanılmalı idi. Halbuki, araşdırma materialından göstərilən məsələlərin şikayətçinin dəlillərini təsdiq və ya təkzib etməyə imkan verən bütün mümkün mənbələrdən istifadə edilməklə kifayət qədər araşdırıldığı görünmür. Eyni zamanda, şikayətçi halının pisləşdiyini və bununla əlaqədar xəstəxanaya aparıldığını bildirdiyindən, onun barəsində təcili tibbi yardım çağırışının olub-olmaması, belə çağırış olmuşdursa, hansı tarixdə, saatda və hansı ünvandan daxil olması, təcili tibbi yardım briqadasının hadisə yerinə və ya polis şöbəsinə göndərilib-göndərilməməsi, Şikayət verən şəxs tibbi yardım göstərilib-göstərilməməsi və bununla bağlı müvafiq qeydiyyat və tibbi sənədlərin mövcud olub-olmaması da araşdırılmalı idi. Həmçinin onun hər hansı tibb müəssisəsinə yerləşdirilib-yerləşdirilməməsi, yerləşdirilmiş olduğu halda qəbul tarixi və vaxtı, şikayətləri, ilkin tibbi vəziyyəti, bədənində xəsarət və ya hər hansı travmatik əlamətlərin qeydə alınıbalınmaması, aparılmış müayinə və müalicə ilə bağlı sənədlər əldə edilərək araşdırılmalı və həmin məlumatlara digər sübutlarla birlikdə hüquqi qiymət verilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, bu xüsusatların araşdırılması mühüm əhəmiyyət daşıyır. Çünki şikayətçinin polis şöbəsinə aparılması, orada müəyyən müddət saxlanılması, halının pisləşməsi və sonradan tibbi yardıma ehtiyacının yaranması barədə dəlilləri təsdiq olunduğu halda həmin hallar müraciətdə göstərilən digər xüsusatların da qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edə bilər. Əksinə, həmin məlumatların obyektiv mənbələr əsasında yoxlanılması nəticəsində şikayətçinin göstərdiyi halların təsdiqini tapmaması da onun müraciətinə hüquqi qiymət verilməsi üçün mühüm sübut əhəmiyyətinə malik ola bilər. Buna görə də, belə halların yoxlanılmaması şəraitində yalnız ayrı-ayrı şəxslərin, xüsusən də polis əməkdaşlarının izahatlarına istinad edilməklə hadisənin baş vermədiyi qənaətinə gəlmək kifayət etmir. Bununla yanaşı məhkəmə kollegiyası onun da qeyd edir ki, araşdırma zamanı müəyyən edilmiş halların və sübutların tədqiqi zamanı, həmçinin şikayətçinin mobil telefonunun ondan götürülməsi və müəyyən müddətdən sonra qaytarılması, həmin telefonda olan görüntülərin silinməsi barədə dəlilləri ilə bağlı da araşdırma aparılması da zəruri ola bilər. Bu baxımdan, əgər zərurət olarsa, ilk növbədə telefonun şikayətçidən faktiki olaraq götürülüb-götürülməməsi, götürülmüş olduğu halda kim tərəfindən götürülməsi, hansı tarixdə və saatda götürülməsi, harada və hansı şəraitdə saxlanılması, telefonun götürülməsi və sonradan qaytarılması ilə bağlı hər hansı xidməti sənədin və ya qeydiyyatın mövcud olub-olmaması, telefonun şikayətçinin özündə olmaması dövründə kimlərin həmin cihazdan istifadə etmək və ya ona çıxış əldə etmək imkanının olması, telefonun anten dairəsi ilə bağlı məlumatlar aydınlaşdırılmalıdır. Bu xüsusatlar müəyyən edildikdən sonra telefonun texniki və proqram təminatı baxımından tədqiq edilməsinə zərurətin olub-olmaması məsələsi də qiymətləndirilməlidir. Belə bir zərurət müəyyən edildiyi halda, müvafiq prosessual qaydada mobil telefonun ekspertiza və ya digər xüsusi bilik tələb edən tədqiqata cəlb olunması, telefondan hər hansı məlumatların silinib-silinməməsinin müəyyənləşdirilməsi, texniki imkan olduğu halda silinmiş məlumatların bərpası və həmin məlumatların iş üçün əhəmiyyətinin qiymətləndirilməsi məsələləri araşdırılmalıdır. Texniki vasitələrlə yoxlanılması mümkün olan belə bir xüsusatın araşdırılması müvafiq dəlillərin həm təsdiq, həm də təkzib olunmasına imkan yarada bilər. Bundan başqa, araşdırma zamanı şikayətçinin göstərdiyi hadisələrin baş vermə ardıcıllığı və bu hadisələrlə bağlı məlumatı olan şəxslərin dairəsi də dəqiq müəyyən edilməli, zərurət yarandıqda həmin şəxslərin izahatları yenidən alınmalı, ifadələri arasında iş üçün əhəmiyyətli ziddiyyətlər mövcud olduğu halda isə bu ziddiyyətlərin aradan qaldırılması üçün qanunla nəzərdə tutulmuş imkanlardan istifadə olunmalıdır. Xüsusilə, araşdırmanın predmetini təşkil edən hadisələrlə bağlı bir-birini istisna edən və ya mühüm hissələrdə uyğun gəlməyən məlumatlar mövcud olduğu halda, həmin məlumatlardan hər hansı birinə üstünlük verilməsinin səbəbləri də konkret sübutların müqayisəli və məcmu qiymətləndirilməsi əsasında göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət barədə məlumat üzrə araşdırmanın məqsədi müraciət edən şəxsin bildirdiyi halların ilkin olaraq doğru və ya yanlış qəbul edilməsi deyil, həmin halların mövcud sübutetmə imkanlarından istifadə edilməklə yoxlanılması və nəticədə cinayət işinin başlanması məsələsinin həlli üçün kifayət edən obyektiv məlumatların əldə edilməsidir. Bu mərhələdə müraciətdə göstərilən bütün halların cinayətin törədildiyini qəti şəkildə sübut etməsi tələb olunmasa da, araşdırma orqanı tərəfindən yoxlanılması mümkün olan konkret dəlillər nəzərə alınmalı və onların təsdiq və ya təkzib olunmasına yönəlmiş hallar hərtərəfli araşdırılmalıdır. Hazırkı halda isə Şikayət verən şəxs polis şöbəsinə aparılması, orada fiziki zorakılığa məruz qalması, mobil telefonunun götürülməsi və müəyyən müddətdən sonra qaytarılması, telefonundakı məlumatların silinməsi, halının pisləşməsi ilə əlaqədar tibbi yardım göstərilməsi və xəstəxanaya aparılması barədə bildirdiyi bir sıra hallar obyektiv mənbələr vasitəsilə yoxlanıla biləcəyi halda, həmin məsələlərin tam həcmdə araşdırıldığı materiallarla təsdiq olunmur. Belə şəraitdə araşdırmanın tam və hərtərəfli aparıldığı və bunun nəticəsində cinayət hadisəsinin olmamasının müəyyən edildiyi barədə qəti nəticəyə gəlmək üçün kifayət qədər əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, cinayət törətməsi iddia olunan şəxslərin əməlində hər hansı bir cinayət əməlinin olub-olması istər Masallı Rayon Prokurorunun köməkçisi, istərsə də birinci instansiya məhkəməsi tərəfindən səmərəli şəkildə araşdırılmamışdır. Halbuki, CPM-nin 86.1, 86.2 və 86.2.1-ci mаddələrinə görə cinayət təqibini həyata keçirərkən təhqiqatçı qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Təhqiqatçı törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək kimi vəzifələri yerinə yetirməlidir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, **-C-** nömrəli material üzrə əlavə və hərtərəfli araşdırma aparılmaqla yuxarıda göstərilən və iş üzrə əhəmiyyət kəsb edən halların aydınlaşdırılması, zəruri sənəd və məlumatların əldə edilməsi, mövcud sübutların qarşılıqlı əlaqədə və məcmu qaydada qiymətləndirilməsi təmin edilməli, yalnız bundan sonra araşdırmanın nəticələrindən asılı olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qanuni və əsaslandırılmış qərar qəbul olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı və Masallı Rayon Prokurorunun köməkçisi, R X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ### 2024-cü il tarixli qərаrı ləğv еdilməli, Şikayət verən şəxs müraciətində göstərdikləri xüsusatların yenidən tаm və hərtərəfli аrаşdırılması üçün məhkənin hazırki qərarı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilməlidir. Belə ki, CPM-nin 212.4.2-ci mаddəsinə görə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Həmin Məcəllənin 451.1.2-ci mаddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərаrın ləğv edilməsi bаrədə qərar çıxarа bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 442, 450, 451, 452, 453, 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı və Masallı Rayon Prokurorunun köməkçisi, R X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ### 2024-cü il tarixli qərаrı ləğv edilsin və **-C-** nömrəli material üzrə yenidən tam və hərtərəfli araşdırma aparılması üçün hazırkı qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №6(3-9)-34/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-9)-34/2026
24.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver