Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-36/2026 28.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi ilə Neftçala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə nəzarəti qaydasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şikayətçi Şikayət verən şəxs həmin qərardan apellyasiya şikayəti verərək Neftçala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının və Neftçala Rayon Polis Şöbəsinin Istintaq bölməsinin baş müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsini və materialın əlavə araşdırma üçün Neftçala Rayon Polis Şöbəsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya müraciətinin mümkünlüyü məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinin məzmununa uyğun olaraq, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar da göstərilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Cinayət-Prosessual Məcəlləsinin 452.1-ci maddəsinə əsasən elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, hakimin qərarından aşağıdakı qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Lakin işdən görünür ki, şikayətçi qeyd edilən prosessual müddətə əməl etməmişdir. Baxmayaraq ki, həm qanunun qeyd olunan normasında, həm də şikayət verilən qərarın nəticə hissəsində bu qərardan, onun elan olunduğu vaxtdan 3 gün müddətində şikayət verilməsi nəzərdə tutulmuşdur. Şikayətçi işə bu müddətə əməl etməmiş, qərarın elan olunduğu ## ###### 2026-cı il tarixdən 3 gün ərzində deyil, 8 gün sonra, yəni ## ###### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifdə etməklə şikayət vermişdir. Göründüyü kimi, şikayətçi apellyasiya şikayətinin vermə müddətini buraxmış, müddətin bərpası barədə birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətçi qanunla müəyyən edilmiş müddətdə şikayət vermədiyinə görə onun apellyasiya şikayəti vermə hüququ keçmişdir. Bu səbəbdən şikayətçi hazırkı vəziyyətdə şikayəti vermək hüququ olmayan şəxs hesab olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyasında icraatın başlanması üçün ilk növbədə müraciətin prosessual qəbuledilənlik şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Bu şərtlərdən biri də şikayətin qanunla müəyyən edilmiş müddət daxilində verilməsidir. Prosessual müddətlər cinayət mühakimə icraatında hüquqi müəyyənlik və sabitliyin təmin olunmasına xidmət edir. Həmin müddətlərə riayət olunması tərəflərin hüquq və vəzifələrinin balanslaşdırılması baxımından zəruri olmaqla yanaşı, məhkəmə qərarlarının vaxtında qüvvəyə minməsini və icraatın süni şəkildə uzadılmasının qarşısını alır. Müddətin ötürülməsi hallarında isə qanunvericilik yalnız o halda hüquqi nəticələrin aradan qaldırılmasına imkan verir ki, həmin müddətin buraxılması üzrlü səbəblərlə bağlı olsun və bu barədə müvafiq qaydada müraciət edilsin. Belə müraciətin olmaması və ya müddətin buraxılmasının əsaslandırılmaması prosessual hərəkətin hüquqi nəticə doğurmasını istisna edir. Hazırkı iş üzrə şikayətçi tərəfindən apellyasiya şikayəti verilərkən prosessual müddətin gözlənilməməsi ilə yanaşı, buraxılmış müddətin bərpasına dair hər hansı təşəbbüs göstərilməmişdir. Bu isə apellyasiya instansiyası məhkəməsinin həmin şikayəti mahiyyəti üzrə araşdırmaq imkanını aradan qaldırır. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual hüquqlardan istifadə edilməsi qanunla müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçirilməlidir və bu qaydaların pozulması həmin hüquqların reallaşdırılmasını mümkünsüz edir. Bu səbəbdən, verilmiş apellyasiya şikayəti prosessual baxımdan qəbuledilən hesab oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən şikayətin apellyasiya icraatına qəbul edilməsindən imtina olunmalıdır. Bununla belə şikayət müəllifinə izah olunmalıdır ki, müddətin bərpası haqqında Neftçala Rayon Məhkəməsinə vəsatət verə bilər və əgər müddət bərpa edilərsə, onun apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxıla bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Cinayət-Prosessual Məcəlləsinin 391.5, 452.1 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Neftçala Rayon Polis Şöbəsinin Istintaq bölməsinin baş müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi və qərarın qanuni hesab edilməsi barədə Neftçala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunsun. Qərar dərhal qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-9)-36/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-9)-36/2026
28.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver