Məhkəmə qərarları › İş №6(3-9)-37/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-9)-37/2026

11.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-37/2026 11.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər X8 (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1 və ərizəçi Şikayət verən şəxs iştirakı ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan cinayət işi başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında ##.##.2026-cı il tarixli qərarının qanuni hesab olunması barədə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından ərizəçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: X2 DIN-in 102 xidmətinə zəng vuraraq və daha sonra Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Şikayət verən şəxs 2025-ci ilin iyul ayında Kürdəmir şəhərində qaynanası Sədaqət Ismayılovanın mərhum anası Izzətin Lənkəran rayonunda yerləşən mülklərini vərəsəlik qaydasında rəsmiləşdirməyə köməklik edəcəyi adı ilə ondan iki dəfəyə olmaqla, ümumilikdə 3500 manat pul almaqla dələduzluq etdiyini bildirib onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Eyni zamanda Şikayət verən şəxs şikayət ərizəsi ilə cinayət prosesini həyata keçirən orqana müraciət edərək Tamerlan Kərimovdan bu məqsədlə yalnız 1000 manat pul aldığını, 2500 manat pulu isə ümumiyyətlə almadığını göstərmiş və sonuncunun 2500 manat pula münasibətdə onun barəsində bilə-bilə yalan xəbərçilik etdiyini nəzərə alıb onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Ona görə də Hərəkətindən (qərarından) şikayət verilən orqan hər iki şəxsin şikayəti üzrə vahid araşdırma aparılmış və bunun nəticəsində qəbul olunmuş ## #### 2026-cı il tarixli qərarla Şikayət verən şəxs şikayəti üzrə cinayət haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə Tamerlan Kərimovun barəsində cinayət işinin başlanması rədd edilmiş, sonuncunun şikayəti üzrə isə Şikayət verən şəxs dələduzluq etməsi faktının araşdırılması üçün material aidiyyəti üzrə Kürdəmir RPŞ-yə göndərilmişdir. Şikayət verən şəxs prokurorluğun yuxarıda qeyd edilən qərarının cinayət işi başlanmasının rədd edilməsi hissəsindən məhkəməyə şikayət vermiş və tələbini xüsusən onunla əsaslandırmışdır ki, o, Tamerlandan cəmi 1000 manat pul almış, bunun bir hissəsini vərəsəlik məsələlərini rəsmiləşdirmək üçün xərcləmiş, digər hissəsini isə Masallı şəhərində oteldə qalması ilə əlaqədar xərcləmişdir. Eyni zamanda Tamerlan Kərimova izah etmişdir ki, vərəsəliyin rəsmiləşdirilməsi üçün əlavə 2500 manat pul lazım ola bilər. Buna baxmayaraq, sonuncu bundan imtina etmişdir. Beləliklə, Tamerlandan heç vaxt 2500 manat pul almamışdır. Lakin, sonuncu ona böhtan ataraq və bilə-bilə polisə şikayət edərək barəsində yalan xəbərçilik etməklə onu cinayət törətməkdə ittiham etmişdir. Prokurorluq isə Tamerlanın yalan xəbərçilik etməklə ona qarşı cinayət törətməsinə düzgün hüquqi qiymət verməmişdir. Ona görə də prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-*/**** saylı qərarı ilə Şikayət verən şəxs şikayəti təmin edilməmiş, prokurorluğun qərarı qanuni hesab edilmişdir. Hərəkətindən (qərarından) şikayət verilən orqan və onun gəldiyi nəticələrlə razılaşan Kürdəmir Rayon Məhkəməsi Şikayət verən şəxs şikayəti üzrə cinayət işinin başlanmasını rədd edərkən ona əsaslanmışlar ki, Tamerlan Kərimovun hərəkətlərində cinayət haqqında bilə-bilə yalan xəbərçilik etmə cinayətinin tərkibi yoxdur. Belə ki, onun tərəfindən Şikayət verən şəxs 1000 manat məbləğində pulun verilməsi və onların arasında 2500 manatla bağlı razılaşma olması iş materiallarından görünür. 2500 manat pulun həqiqətdə verilib-verilməməsi məsələsi sonrakı araşdırmanın, yəni Şikayət verən şəxs hərəkətlərinə qiymət verilərkən zaman həll ediləcəkdir. Birinci instansiya məhkəməsinin qərarından Şikayət verən şəxs Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, həmin qərarın və Hərəkətindən (qərarından) şikayət verilən orqan cinayət işi başlanmasının rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarının ləğv edilməsini xahiş etmiş və şikayətini eyni dəlillərlə əsaslandırmışdır. Apellyasiya icraatı zamanı ərizəçi Şikayət verən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışında Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onların əsassız olduğunu, birinci istansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmamasını, Kürdəmir Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini X2 müraciəti əsasında toplanmış materiallar əsasında nəzərdən keçirib aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin II hissəsində göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi təminatı bir tərəfdən hər hansı şəxsin müvafiq məhkəməyə şikayət vermək hüququnu, digər tərəfdən məhkəmənin həmin şikayətə baxıb qanuni, ədalətli və əsaslı qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası CPM-in 442- 454-cü maddələri ilə tənzimlənir. CPM-in 449.3.5-ci madddəsinə görə bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi barədə qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. CPM-in 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: 451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; 451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən Şikayət verən şəxs şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan verilən şikayətin araşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən aşağıdakılar müəyyən edilmişdir. X4 Bağırov arasında olan razılaşmaya görə sonuncu T.Kərimovun qaynanası Sədaqət Ismayılovanın mərhum anasının adına olan əmlakın vərəsəlik qaydasında rəsmiləşdirilməsi üçün onun tərəfindən Şikayət verən şəxs birinci dəfə 1000 manat pul verilmişdir. Bu məbləğdə pulun alınması Şikayət verən şəxs tərəfindən mübahisələndirilmişdir. T.Kərimov ona əlavə olaraq 2500 manat pul verildiyini qeyd etsə də, Şikayət verən şəxs 2500 manatın ona verildiyini inkar edir. Lakin, iş materiallarından görünür ki, onların hər ikisi 2500 manat pulun Şikayət verən şəxs verilməsi barədə razılaşmışlar. Məhz 2500 manatın verilməsi faktının həqiqiliyi məsələsinin araşdırılması üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan materialı aidiyyəti üzrə Kürdəmir RPŞ-yə göndərmişdir. Odur ki, həmin araşdırma zamanı Tamerlan Kərimovun qəsdən bilə-bilə Şikayət verən şəxs haqqında cinayət törətməkdə yalan xəbərçilik etməsinin hansı şəkildə müəyyən edilməsindən asılı olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən nəzarət qaydasında qiymət verilə bilər. Mövcud vəziyyətdə isə Tamerlan Kərimov tərəfindən 2500 manatın Şikayət verən şəxs verilməsi, yaxud verilməməsi məsələsini qabaqcadan həll etmək mümkün deyil. Bu baxımdan prokurorluğun qərarını yalan xəbərçiliklə bağlı cinayət işinin başlanmasının rədd edilməsi hissəsində ləğv etmək və yenidən baxılması üçün göndərmək hələ müəyyən edilməmiş fakt üzrə şəxsin ehtimallar əsasında cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnə bilər. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin barəsində şikayət verilən qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 450, 451, 453 və 454-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-*/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar