Məhkəmə qərarları › İş №6(3-9)-38/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-9)-38/2026

24.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-38/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakı ilə, Masallı Rayon Polis X5 təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı (hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi) ilə Masallı Rayon Polis X5 təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) icraatında olmuş HK-*/**** nömrəli material üzrə ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın ləğv edilməsinə dair Şikayət verən şəxs şikayəti təmin edilməmiş, həmin qərar qanuni hesab edilmişdir. İŞİN HALLARI Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək Masallı Rayon Polis X5 təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) icraatında olmuş HK-*/**** nömrəli material üzrə ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarını ləğv edərək iş üzrə araşdırma aparılmasından ötrü materialın İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Masallı Rayon Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bədəlan kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. ##.##.2026-cı il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Ərizəsində yuxarıda göstərdiyi məlumatlarla yanaşı X1 ilə də ailədaxili münasibətlərdə olduqlarını, yəni onun arvadı olduğunu da qeyd etmişdir. Şikayəti də elə məhz sonuncu ilə bağlıdır. Onlar 2021ci ildə evlənmişlər. 2026-cı ilin may ayının 23-də o, yoldaşı Mədinəni nənəsi Misiriyyənin evinə aparmış və daha sonra evinə qayıtmışdır. Təxmini 2-3 saat sonra “Whatsapp” sosial şəbəkəsindən ona mesaj gəlmişdir. Mesaj Mədinədən olmuşdur. Mesaja baxdıqda görmüşdür ki, guya Aynurə adlı xanımla instagram sosial şəbəkəsində yazışması olmuşdur. O, bunu görüb Mədinəyə bildirmişdir ki, o, Aynurə adlı xanımı tanımır və ümumiyyətlə heç kimlə danışmamışdır. Mədinə isə ona inanmamış və onun yalan dediyini bildirmiş, əlaqəni tamam kəsmişdir. Daha sonra o, Mədinəyə dəfələrlə zəng etsə də, o zənglərinin heç birinə geri dönüş etməmişdir. O, əlacsız qalaraq onun nənəsi Misiriyyəyə zəng etmişdir. Telefonu bibisi Kəmalə cavablandıraraq ona bildirmişdir ki, guya o, başqa qadınla danışmışdir. O, bibisinə də demişdir ki, belə bir şey yoxdur, o, nə dedikləri qadınla, nə də ki, başqa bir xanımla danışmamışdır. Lakin Kəmalə bunların heç birisinə inanmamış, radikal qərar verərək bildirmişdir ki, Mədinə ilə boşanmaq üçün ərizə yazısın. Əgər ərizəni yazmasa, guya onun həmin qadınla olan şəkillərini bütün qohum-qonşuya atıb onu rüsvay edəcəkdir. Oda Kəmaləyə açıq şəkildə bildirmişdir ki, onun ümumiyyətlə dedikləri xanımla əlaqəsi olmamışdır, necə ola bilər ki, şəkilləri olsun? Bunu deyərək telefonu söndürmüşdür. Bütün bunlar əsəblərini korlamış, çünki etmədiyi bir şeyə görə ittiham olunmuşdur, bundan da əlavə ailəsi əsassız olaraq dağılırdı. Əsəbi olduğunu görən anası yanına yaxınlaşıb nə olduğunu soruşmuş və oda vəziyyəti ona danışmışdır. Elə həmin gün Mədinə guya onunla həmin qadının birlikdə olduğu şəkilləri və həmin qadının bunları Mədinəyə etiraf etdiyi yazışmaları anasına və bacısına göndərmişdir. Bunu görəndə sanki qan beyninə sıçramışdır. Dərhal vəziyyəti aydınlaşdırmaq üçün Mədinənin olduğu yerə getmək istəsə də, anası vəziyyəti görüb buna icazə verməmişdir. Amma sözügedən saxta şəkillər Mədinənin qohumları arasında yayılmışdır. Oda olanlardan sonra ##.##.2026-cı il tarixində Boradigah PB-ya müraciət edərək adı Aynurə kimi qeyd edilən həmin xanıma məxsus olduğu iddia edilən şəkli verərək bu qadının kim olmasının müəyyənləşdirmək məqsədilə müraciət etmişdir. Lakin araşdırma zamanı Mədinə Aynurə adlı xanımın kim olduğunu və reallıqda həqiqətən də belə bir şəxs olduğunu sübut edə bilməmişdir. Bu müddət ərzində Mədinə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. O, Mədinəni həqiqətdə olmayan və fotoşop vasitəsi ilə düzəldilmiş onunla həmin qadına aid olduğu iddia edilən şəkilləri düzəltdirdiyi üçün onun barəsində Masallı RPŞ-yə müraciət etmişdir. Bir müddət keçdikdən sonra Masallı RPŞ tərəfindən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar verilmişdir. Qərarı oxuduğu zaman onun izahatı ilə də tanış olmuşdur. İzahatında bildirmişdir ki, guya həmin xanımla 1-2 gün ərzində dostlaşmışdır, hətta onun Şərəfədə qaldığını da öyrənmişdir. Necə ola bilər axı, heç tanımadığınız biri sizə sosial şəbəkədən yazır və siz sadəcə 1-2 gün tanıdığınız birinə ünvan belə deyirsiniz, bu ağlabatan bir hərəkətdir? Hər şeyi keçdim, axı 1 gün tanıdığınız insana necə cinsi münasibət videosunu ata bilərsiniz? Üstəlik həmin münasibətdə tərəflərdən biri sizsiniz. Normal insan heç vaxt belə bir hərəkət etməz, çünki özünün də sonda rüsvay olacağını bilər. Bu şəkil və videoları heç uzun illərin dostuna belə atmaq olmaz, qaldı ki, 1 günlük sosial mediada tanış olduğunuz kiməsə atasınız. Əgər onun izahatına fikir versəniz görərsiniz ki, heç onun özü belə həmin qadınla üzbəüz kontakt qurmamışdır. Bütün bunlardan da görünür ki, qərar qanunsuzdur və ləğv edilməyə məhkumdur. Təhqiqatçı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) araşdırma aparmadan qərar qəbul etmişdir. Təhqiqatçı deyir ki, guya şəkillərin suni intelektlə düzəldilib yayılması faktı təsdiq edilməmişdir. Artıq 2026cı ildir, hər şey suni intellekt vasitəsi ilə düzəldilə bilir. Bunu müəyyən etmək üçün isə xüsusi mütəxəssislər fəaliyyət göstərir. O, adı kimi əmindir ki, o qadını tanımır və tanımadığı biri ilə də nə cinsi, nə də başqa münasibət qura bilməz. Heç o qadının varlığı belə şübhəlidir. Əgər belə bir qadın vardısa, nəyə görə aşkar olunmur? Onu aşkarlamaq polis üçün su içmək kimi bir şeydir. Sözügedən fotoşəkillər isə birmənalı olaraq düzəldilmiş şəkillərdir. Açıq şəkildə görünür ki, X1 ona qarşı Cinayət Məcəlləsinin 148-2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Üstəlik əməlində cinayəti ağırlaşdıran əlamətlər də var. Bütün bunlara rəğmən Masallı RPŞ cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Hesab edir ki, düzgün araşdırma aparılmadığından qərar ləğv edilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini və şikayətinin araşdırılması Masallı rayon prokurorluğuna göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mədinə Qulamova ilə ailədaxili münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. O, ayrılmaq üçün min bir bəhanələr gəzmiş və həmin bəhanələri öz valideyinlərinə doğrular kimi sırımışdır. Bu adam onun barəsində süni intellektlə videolar və şəkillər düzəltmiş, həmin görüntüləri onun qohumlarına göndərmişdir. Bu adamın hərəkəti onu ölüm həddinə çatdırmış, affekt halına düşərək bir neçə dəfə özünə qəsd etmək istəmişdir. Paylaşdığı o əxlaqsız foto şəkillər onu el içində rüsvay etmişdir, o, hazırda küçəyə belə çıxa bilmir. X3 özünə və valideyinlərinə iradını bildirsə də, nəticəsi olamamış, onlar şəkillərin süni intelekt olmadığını, həmin qadının həyatda olduğunu və onun guya həmin qadını saxladığını bildirirlər. Həmçinin o qadınla Mədinə Qulamovanın dəfələrlə telefon vasitəsi ilə danışdığını və yaxın zamanda görüşəcəklərini bildirirlər. Yəni bu adam bilə-bilə ona və qohumlarına yalanlar sataraq onun həyatını məhv etmişdir. Təhqiqatda olan izahatında da video və fotoların olduğunu, lakin süni intelekt olmadığını bildirmişdir. Təhqiqatçı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Mədinə Qulamovanın sözlərinə inanaraq cinayət işinin başlanmasını rədd etmişdir. Səbəb guya həmin görüntülərin süni intellekt olmamasıdır. Təhqiqatçı bunu nə ilə sübut etdiyini məhkəmə iclasında açıqlaya bilməmişdir. Həmin görüntülərin süni intellekt olub-olmaması xüsusi bilik tələb edir, istər təhqiqatçı, istərsə də hakim Zeynal Zeynalov belə biliyə sahib olmadıqlarından onun işinə obyektiv baxa bilməzdilər. Məhkəmə 6 səhifəlik qərarında bir cümlə belə əsaslandırma apara bilməmişdir. Guya onun tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Yəni o, sübutlar ki, həmin görüntülərin süni intellekt olması barədə. Bu nə arqumentdir hakim qərarında yazmışdır, o, zərərçəkmiş şəxsdir, sübutlarını təqdim edir, mütəxəssis deyil, həmçinin təhqiqatçının əlində geniş səlahiyyətlər var, qanuni əsaslarla bu səlahiyyətlərin heç birindən istifadə etməmişdir, (məs: biri-birinə bir şillə vurur, vurulan adam polisə şikayət edir, şikayəti təhqiqatçı araşdırır, araşdıran kimi ilk növbədə döyülən şəxs barəsində tibbi ekspertiza keçirir, yəni hadisə ilə əlaqədar cinayət işinin olub-olmaması barədə, ekspertin rəyindən sonra icraatında olan materiala qiymət verir). Onun şikayəti də eyni ilə belə bir şikayətdir. Araşdırılma aparılmadan qanunsuz qərar çıxarılmışdır. Hakim qanunsuz qərarı qanunsuz qərarı ilə qüvvədə saxlamışdır. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun çıxış edib, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Masallı Rayon Polis Şöbəsinin və Masallı Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə Masallı Rayon Polis Şöbəsinin və Masallı Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarına əsasən məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. Azərbaycan Respublikası CPM-nin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinin məzmununa uyğun olaraq, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar da göstərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarəti, cinayət işinin başlanması mərhələsində hüquqları pozulmuş və ya pozulma təhlükəsi altına qoyulmuş şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və bərpası üçün vacib funksiyanı yerinə yetirərək, məhkəməyə müraciət etmək konstitusiya hüququnun həyata keçirilməsini təmin edir. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin mahiyyəti ondan ibarətdir ki, adıçəkilən nəzarət müstəqil və qərəzsiz məhkəmə hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin orqan nəzarət obyekti kimi çıxış edən qərarın əsasında dayanmış faktiki halların obyektiv qiymətləndirilməsi nəticəsində öz əsaslandırılmış qərarını qəbul edir və bununla da şəxslərin hüquqları və qanuni mənafeləri təmin olunur. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin nəticəsi hamı üçün məcburi olan, qanuni, əsaslandırılmış və ədalətli məhkəmə qərarının qəbulunda ifadə olunur. Həmin qərar dövlət məcburiyyəti ilə təmin olunur və mübahisəli məsələnin mahiyyəti üzrə həll olunduğu ədalət mühakiməsi aktı qismində çıxış edir. Yuxarıda qeyd olunan normativ-hüquqi aktların tələblərini əlaqəli şəkildə nəzərdən keçirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin cinayət-prosessual fəaliyyətində qəbul etdiyi qərarların və onların hərəkətlərinin qanuniliyini və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlayır, bu yolla cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarına faktiki məhkəmə nəzarətini də təmin etmiş olur. Lakin, o da qeyd edilməlidir ki, məhkəmə, yoxlanılması və qiymətləndirilməsi cinayət-prosesini həyata keçirən orqanın səlahiyyətinə aid olan məsələyə maddi-hüquqi qiymət verə bilməz, məsələn, cinayət işi başlaya və ya cinayət işinin başlanması üçün şərait yaradan əsaslar formalaşdıra bilməz. Məhkəmə daha çox cinayət prosesini həyata keçirən orqanların, fiziki və hüquqi şəxslərin şikayəti əsasında başladıqları araşdırmanı tam, hərtərəfli aparıb-aparmamasını, habelə işin müəyyən edilmiş faktiki hallarına cinayət və cinayət-prosessual qanununvericiliyin tələbləri baxımından düzgün qiymət veribvermədiklərini yoxlaya, eləcə də bu orqanların maddi və prosessual hüququ düzgün tətbiq edibetmədiyini müəyyən edə bilər. Məhkəmə nəzarətinin həyata keçirilməsinin prosedur qaydalarına gəldikdə isə qeyd olunmalıdır ki, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və qərarlarının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Məhz bu məhkəmə instansiyası cinayət prosesini həyata keçirən orqanların araşdırmanı tam, hərtərəfli aparıb-aparmadıqlarını və hüququ düzgün tətbiq edib-etmədiklərini öz səlahiyyətləri çərçivəsində yoxlamağa borcludur. Nəticədə məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarını qanuni hesab edir, yaxud yuxarıda qeyd edilən tələblərə cavab verməyən qərarı ləğv edib araşdırmanın təkrar aparılmasını təmin edir. Apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi birinci instansiya məhkəməsinin, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərinə və qərarlarına düzgün qiymət verib-verməməsini yoxlayır, eyni zamanda, əgər birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdirsə, bu səhvi aradan qaldırır və fiziki və hüquqi şəxslərin şikayətləri üzrə birbaşa qərar qəbul edir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə nəzərdən keçirib, proses iştirakçısını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, Şikayət verən şəxs аpеllyаsiyа şikаyəti təmin оlunmаlı, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli və Masallı Rayon Polis X5 təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026cı il tarixli qərаrlаrı ləğv olunmalı, HK-*/**** nömrəli material üzrə yenidən tаm və hərtərəfli аrаşdırma aparılması təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Masallı Rayon Polis X5 təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən HK-*/**** saylı material üzrə araşdırma aparılmış və ## #### 2026-cı il tarixli qərar ilə toplanmış material üzrə cinayət hadisəsinin olması öz təsdiqini tapmadığından X1 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Apellyasiya müraciəti ilə əlaqədar Masallı RPŞ-də toplanmış HK-*/**** nömrəli material öyrənilərkən müəyyən edilmişdir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarın əsasında dayanmış fakt aparılmış araşdırma zamanı Mədinə Qulamovanın qeyd edilən şəkil və videoları süni intellekt vasitəsilə düzəltməsi və yayması faktının müəyyən edilməməsi olmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə Masallı Rayon Polis X5 təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) «cinayət işinin başlanmasının rədd edilməsi» haqqında ## #### 2026-cı il tarixli qərarını qanuni hesab edərək, həmin qərardan şikayətçi Şikayət verən şəxs vermiş olduğu şikayətin təmin edilməməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətə baxarkən Şikayət verən şəxs oğlunun müraciəti əsasında toplanmış HK-*/**** saylı material üzrə araşdırma orqanı tərəfindən hərtərəfli araşdırma aparılmasına dair səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, şikayətçinin istinad etdiyi halların araşdırma materialında kifayət qədər, qarşılıqlı və obyektiv yoxlanılması təmin edilmədən cinayət hadisəsinin müəyyən edilməməsi barədə nəticəyə gəlinməsi və bu əsasla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul olunması düzgün və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, araşdırma orqanının gəldiyi nəticənin əsaslılığını təmin etmək üçün ilk növbədə Şikayət verən şəxs ərizəsində və sonrakı izahatlarında göstərdiyi halların hər birinin ayrıca və qarşılıqlı əlaqədə yoxlanılması, həmin halların təsdiq və ya təkzib edilməsi üçün zəruri araşdırma hərəkətlərinin həyata keçirilməsi tələb olunurdu. Lakin iş materiallarından görünür ki, bu istiqamətdə zəruri və kifayət qədər araşdırma aparılmamış, şikayətçinin irəli sürdüyü halların obyektivliyinin yoxlanılması üçün mövcud imkanlardan tam istifadə edilməmişdir. Belə ki, Şikayət verən şəxs öz müraciətində Mədinə Qulamova tərəfindən onun başqa qadınla münasibətdə olmasını göstərən, o cümlədən onun həmin qadınla birlikdə olmasına dair olduğu iddia edilən fotoşəkil və video materialların müxtəlif şəxslərə göndərildiyini, həmin materialların həqiqətə uyğun olmadığını və fotoşop və ya digər texniki vasitələrlə hazırlanaraq yayıldığını bildirmişdir. Şikayətçi, eyni zamanda, sözügedən materialların onun anasına, bacısına və Mədinə Qulamovanın digər qohumlarına göndərildiyini, nəticədə həmin şəxslərin bu materiallardan məlumatlı olduğunu konkret olaraq göstərmişdir. Lakin araşdırma materiallarından həmin şəxslərin hadisənin halları barədə məlumatlarının müəyyən edilməsi və onların izahatlarının alınması istiqamətində zəruri araşdırma aparıldığı görünmür. Halbuki, qeyd edilən şəxslər fotoşəkil və video materialları birbaşa əldə etmiş şəxslər kimi həmin materialların onlara kim tərəfindən, nə vaxt, hansı elektron vasitə ilə göndərilməsi, materialların ilkin formada olub-olmaması, onların hansı hesabdan və ya nömrədən göndərilməsi, habelə həmin materiallarla birlikdə hər hansı yazışmaların aparılıb-aparılmaması barədə əhəmiyyətli məlumat verə bilərdilər. Bu məlumatların müəyyən edilməsi isə həm şikayətçinin göstərdiyi halların obyektiv yoxlanılması, həm də mübahisəli foto və video materialların əldə edilmə və yayılma şəraitinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bundan başqa, araşdırma zamanı Mədinə Qulamovanın izahatında göstərdiyi məlumatların da digər sübutlarla qarşılıqlı şəkildə yoxlanılması zəruri olduğu halda, həmin izahatda qeyd edilən halların obyektivliyini təsdiq edən və ya təkzib edən digər məlumatların əldə olunmasına kifayət qədər diqqət yetirilməmişdir. Belə ki, Mədinə Qulamova həmin qadınla sosial şəbəkə vasitəsilə tanış olduğunu, onunla müəyyən müddət yazışdığını və sonradan mübahisəli foto və video materialları əldə etdiyini bildirmişdirsə, həmin şəxsin kimliyinin, sosial şəbəkə hesabının, yazışmaların mövcudluğunun və məzmununun, habelə foto və video materialların məhz həmin hesab və ya şəxs tərəfindən göndərilib-göndərilmədiyinin araşdırılması mümkün olduğu halda bu istiqamətdə zəruri yoxlama tədbirlərinin həyata keçirilməsi təmin edilməli idi. Eyni zamanda, şikayətçinin mübahisəli fotoşəkil və video materialların saxtalaşdırıldığı, onun həmin görüntülərdəki şəxsi tanımadığı və belə bir münasibətinin olmadığı barədə mövqeyi də yalnız subyektiv mülahizə kimi qiymətləndirilərək kənara qoyula bilməzdi. Çünki foto və video materialların həqiqi olub-olmaması, onların ilkin formada yaradılıbyaradılmaması, sonradan hər hansı proqram təminatı, fotoşop, süni intellekt və ya digər texniki üsullardan istifadə edilməklə dəyişdirilib-dəyişdirilməməsi xüsusi bilik tələb edən məsələlərdən olduğu halda, bu xüsusatın sırf araşdırma orqanının subyektiv qiymətləndirməsi əsasında müəyyən edilməsi mümkün deyildir. Bu baxımdan, zərurət olduğu halda, iş üzrə müvafiq ekspertiza təyin edilərək mübahisəli fotoşəkil və video materialların texniki xüsusiyyətlərinin, onların ilkin və ya dəyişdirilmiş formada olub-olmamasının, görüntülərdə sonradan müdaxilələrə yol verilib-verilməməsinin, habelə həmin materialların süni intellekt texnologiyalarından və ya digər texniki vasitələrdən istifadə edilməklə yaradılması və ya dəyişdirilməsinin mümkün olub-olmamasının müəyyən edilməsi təmin edilməli idi. Kollegiya hesab edir ki, bütün bu hərəkətlərin həyata keçirilməsi şikayətçinin irəli sürdüyü əsas dəlilin obyektiv şəkildə yoxlanılmasına imkan verə bilərdi. Araşdırma orqanı tərəfindən isə qeyd olunan xüsusatlara kifayət qədər ciddi yanşılmamış, habelə sözügedən məsələnin həllinin xüsusi bilik tələb edib-etmədiyi və ekspertiza keçirilməsinin zəruri olub-olmadığı lazımi qaydada qiymətləndirilməmişdir. Bununla yanaşı, iş materialları üzrə tərəflər arasında mövcud olmuş “WhatsApp”, “Instagram” və digər sosial şəbəkə yazışmalarının da hərtərəfli araşdırılması zəruri olmuşdur. Belə ki, Şikayət verən şəxs müraciətində göstərilən hadisələrin mahiyyətinin müəyyən edilməsi üçün tərəflər arasında mübahisəli foto və video materialların göndərilməsi ilə bağlı yazışmaların mövcudluğu, həmin materialların hansı hesabdan göndərilməsi, yazışmaların vaxtı və ardıcıllığı, foto və videoların ilkin olaraq kim tərəfindən göndərilməsi və sonradan digər şəxslərə ötürülməsi kimi hallara daha ciddi yanaşılması vacibdir. Bu səbəbdən elektron yazışmaların və digər rəqəmsal məlumatların mövcudluğu və məzmunu mümkün və qanuni üsullarla yoxlanılmalı, onların iş üzrə əhəmiyyət kəsb edən hissələri araşdırılmalı idi. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, şikayətçinin müraciətində göstərdiyi şəxslərin, o cümlədən mübahisəli foto və video materialları əldə etdiyi bildirilən şəxslərin dindirilməsi yalnız formal xarakter daşımamalı, onların həmin materialları nə vaxt və kimdən əldə etdikləri, materialların onlara hansı formada təqdim edildiyi, materiallarla bağlı hər hansı yazışmanın olub-olmaması, materialların sonradan digər şəxslərə ötürülüb-ötürülməməsi və hadisənin digər hallarına dair məlumatları ətraflı şəkildə müəyyən edilməlidir. Belə şəxslərin izahatlarının alınması ilə yanaşı, onların göstərdiyi məlumatların digər sübutlarla müqayisəli şəkildə yoxlanılması da təmin edilməlidir. Digər tərəfdən, araşdırma zamanı yalnız Mədinə Qulamovanın verdiyi izahatın məzmunundan çıxış etməklə onun göstərdiyi halların həqiqət kimi qəbul edilməsi də əsaslı hesab edilə bilməz. Hər hansı şəxsin izahatı digər obyektiv məlumatlarla yoxlanılmalı, həmin izahatda göstərilən məlumatların iş üzrə digər sübutlarla uyğunluğu müəyyən edilməli vəziddiyyətlər mövcud olduğu halda onların səbəbləri araşdırılmalıdır. Xüsusilə də tərəflərin bir-birinə zidd mövqeləri olduğu və mübahisənin elektron foto, video və yazışmalarla bağlı olduğu halda, araşdırmanın yalnız tərəflərdən birinin izahatı əsasında yekunlaşdırılması obyektiv və hərtərəfli araşdırma tələbinə cavab vermir. Kollegiyanın qənaətincə, irəli sürülən iddianın həqiqətə uyğun olub-olmamasının müəyyən edilməsi üçün yalnız həmin görüntülərin zahiri görünüşünə əsaslanmaq kifayət etmir. Materialların texniki xüsusiyyətləri, onların yaranma və əldə edilmə mənbəyi, göndərilmə ardıcıllığı, elektron yazışmaların məzmunu və həmin materialları əldə edən şəxslərin izahatları birlikdə qiymətləndirilməli idi. Bu baxımdan, araşdırmanın natamam aparılması nəticəsində hazırkı mərhələdə mübahisəli foto və video materialların həqiqi, dəyişdirilmiş və ya süni şəkildə yaradılmış olması, onların kim tərəfindən və hansı şəraitdə hazırlandığı və yayıldığı, habelə həmin materialların yayılması ilə bağlı Şikayət verən şəxs göstərdiyi halların öz təsdiqini tapıb-tapmadığı barədə qəti və əsaslandırılmış nəticəyə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsi üçün yalnız cinayət hadisəsinin mövcudluğunun ilkin olaraq müəyyən edilməməsi kifayət etməyib, bunun üçün müraciətdə göstərilən halların ağlabatan və mümkün araşdırma üsulları ilə yoxlanılması, əldə edilmiş məlumatların qarşılıqlı şəkildə qiymətləndirilməsi və nəticənin konkret, yoxlanılmış faktlara əsaslandırılması tələb olunur. Hazırkı halda isə şikayətçinin irəli sürdüyü mühüm dəlillərin bir qisminin ümumiyyətlə araşdırılmadığı, digər qisminin isə onları təsdiq və ya təkzib edə biləcək əlavə məlumatlarla qarşılıqlı müqayisədə yoxlanılmadığı müəyyən edilir. Kollegiya hesab edir ki, qeyd olunan hallar araşdırılmadan cinayət hadisəsinin olmaması barədə yekun nəticəyə gəlinməsi vaxtından əvvəl olmuşdur. Araşdırma orqanı tərəfindən əlavə araşdırma aparılarkən Şikayət verən şəxs və Mədinə Qulamova tərəfindən verilmiş izahatların qarşılıqlı şəkildə yoxlanılması, hadisədən məlumatlı olan və mübahisəli materialların göndərildiyi şəxslərin müəyyən edilərək dindirilməsi, tərəflər arasındakı elektron yazışmaların və digər rəqəmsal məlumatların mümkün və qanuni üsullarla araşdırılması, mübahisəli foto və video materialların həqiqiliyinin və onlara texniki müdaxilənin olub-olmamasının müəyyən edilməsi, zərurət yarandığı halda bu məsələlərlə bağlı müvafiq ekspertiza keçirilməsi və əldə olunacaq məlumatların məcmu halında qiymətləndirilməsi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən hesab edir ki, HK- */**** nömrəli material üzrə cinayət hadisəsinin olmaması barədə nəticəyə gəlmək üçün kifayət edən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, cinayət törətməsi iddia olunan şəxsin əməlində hər hansı bir cinayət əməlinin olub-olması istər Masallı Rayon Polis Şöbəsinin təhqiqatçısı, istərsə də birinci instansiya məhkəməsi tərəfindən səmərəli şəkildə araşdırılmamışdır. Halbuki, CPM-nin 86.1, 86.2 və 86.2.1-ci mаddələrinə görə cinayət təqibini həyata keçirərkən təhqiqatçı qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Təhqiqatçı törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək kimi vəzifələri yerinə yetirməlidir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, HK-*/**** nömrəli material üzrə əlavə və hərtərəfli araşdırma aparılmaqla yuxarıda göstərilən və iş üzrə əhəmiyyət kəsb edən halların aydınlaşdırılması, zəruri məlumatların əldə edilməsi, mövcud sübutların qarşılıqlı əlaqədə və məcmu qaydada qiymətləndirilməsi təmin edilməli, yalnız bundan sonra araşdırmanın nəticələrindən asılı olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qanuni və əsaslandırılmış qərar qəbul olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı və Masallı Rayon Polis X5 təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərаrı ləğv еdilməli, Şikayət verən şəxs müraciətində göstərdikləri xüsusatların yenidən tаm və hərtərəfli аrаşdırılması üçün məhkənin hazırki qərarı Masallı Rayon Polis Şöbəsinə göndərilməlidir. Belə ki, CPM-nin 212.4.2-ci mаddəsinə görə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Həmin Məcəllənin 451.1.2-ci mаddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərаrın ləğv edilməsi bаrədə qərar çıxarа bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 442, 450, 451, 452, 453, 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı və Masallı Rayon Polis X5 təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərаrı ləğv edilsin və HK-*/**** nömrəli material üzrə yenidən tam və hərtərəfli araşdırma aparılması üçün hazırkı qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Masallı Rayon Polis Şöbəsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar