Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-40/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, Neftçala Rayon Polis X6 baş müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS), şikayətçi Şikayət verən şəxs iştirakları ilə. Neftçala Rayon Polis X6 baş müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) icraatında olan HK-*/*** saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından verilmiş şikayətin təmin edilməməsi barədə Neftçala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə qapalı məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ. Işin halları: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında Neftçala Rayon Məhkəməsinə şikayət verərək, Neftçala Rayon Polis X6 baş müstənti Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) icraatında olan HK-1/377 material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2026-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ilə Şikayət verən şəxs şikayəti təmin edilməmiş, Neftçala Rayon Polis X6 baş müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2026-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmənin həmin qərarından Şikayət verən şəxs apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. II. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi şikayətin konkret dəlillərinə münasibət bildirməmiş, müstəntiq tərəfindən aparılmış araşdırmanın tamlığını və hərtərəfliliyini həmin dəlillər baxımından yoxlamamışdır. Belə ki, iş üzrə izahatı alınan X2-zinət əşyasının X1 tərəfindən oğurlandığını qeyd etmiş və həmin prosesin şahidi olduğunu bildirmişdir. Izahatın məzmunundan görünür ki, barəsində şikayət olunan şəxsin özü belə oğurluq hadisəsinin baş verdiyinə istinad edərək əməlin məhz Fərid Kazımov tərəfindən törədildiyinə işarə etmişdir. Buna baxmayaraq müstəntiq cinayət hadisəsinin olmaması barədə nəticəyə gələrkən Fərid Kazımovun izahatını almamış, bununla da ziddiyyətli məqamların aydınlaşdırılması istiqamətində hərəkətsizlik göstərmişdir. Halbuki göstərilən xüsusatlarla bağlı öncə Fərid Kazımovun izahatı alınmalı, sonra onun izahatı X2 izahatı ilə müqayisəli şəkildə yoxlanılmalı və yaranmış ziddiyyətlərin aradan qaldırılması üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülməli (üzləşdirmə və s.) idi. Bundan başqa, müstəntiq tərəfindən verilmiş əməliyyat tapşırığının icrası nəticəsində X2 oğurluq faktı üzrə təqsirli olmaması, qızıl-zinət əşyasının naməlum şəraitdə itməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin nəticələrinin real təhqiqata əsaslanmaması, habelə bu nəticələrin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından yoxlanılmamasına dair şikayətin dəlilləri birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, verilmiş əməliyyat tapşırığı ilə əlaqədar Neftçala RPŞ-də əməliyyatqeydiyyat işinin başlanıb-başlanmaması, hansı növ əməliyyataxtarış tədbirlərinin tətbiq edilməsi, hansı faktın məhz hansı tədbir nəticəsində üzə çıxarılması (məxfilik qorunmaqla) kimi hallar məhkəmə tərəfindən yoxlanılmamış, nəticədə iş materiallarında buna dair sənədlərin obyektiv araşdırma nəticələrinə əsaslanıb-əsaslanmaması qeyri-müəyyən qalmışdır. Qeyd olunalara əsasən Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının, habelə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi və materialın əlavə araşdırma üçün Neftçala RPŞ-yə geri qaytarılması barədə qərar qəbul edilməsi, habelə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) barəsində xüsusi qərar çıxarılması xahiş olunur. II.Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının, habelə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi və materialın əlavə araşdırma üçün Neftçala RPŞ-yə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Neftçala Rayon Polis X6 baş müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) apellyasiya şikayətinin dəlillərinin əsassız hesab edərək təmin edilməməsini və Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilmiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Prokuror nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasının Prokuror nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 453.3-cü maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV.Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 454-cü maddəsinə əsasən “… cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir”. Məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarı). Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarəti, müvafiq qərarla hüquqları pozulmuş və ya pozulma təhlükəsi altına qoyulmuş şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və bərpası üçün vacib funksiyanı yerinə yetirərək, məhkəməyə müraciət etmək konstitusiya hüququnun həyata keçirilməsini təmin edir. Qeyd olunan nəzarət müstəqil və qərəzsiz məhkəmə hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin orqan, nəzarət obyekti kimi çıxış edən qərarın əsasında dayanmış faktiki halların obyektiv qiymətləndirilməsi nəticəsində öz əsaslandırılmış qərarını qəbul edir və bununla da şəxslərin hüquqları və qanuni mənafeləri təmin olunur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin nəticəsi hamı üçün məcburi olan, qanuni, əsaslandırılmış və ədalətli məhkəmə qərarının qəbulunda ifadə olunur. Həmin qərar dövlət məcburiyyəti ilə təmin olunur və mübahisəli məsələnin mahiyyəti üzrə həll olunduğu ədalət mühakiməsi aktı qismində çıxış edir. Şikayətin müəllifi şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin maddələr əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən, araşdırma zamanı bütün zəruri prosessual hərəkətlər icra olunmuş, izahatlar alınmış, əməliyyat tapşırığı verilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. Məhkəmə iş materiallarını, HK-*/*** saylı materialı araşdıraraq hesab edir ki, HK*/*** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Neftçala Rayon Polis X6 baş müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ##.##.2026-ci il tarixli qərarı qanuni və əsaslı olduğu üçün Şikayət verən şəxs şikayətdə göstərdiyi xüsusatlar həmin qərarın ləğvi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin və məhkəmə nəzarəti qaydasında şikayətin dəlilləri ilə əlaqədar ilkin araşdırma zamanı toplanmış materiallar öyrənilmişdir. Müəyyən olunmuşdur ki, Neftçala Rayon Polis X6 baş müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) icraatında olan HK-*/*** saylı material üzrə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ### 2025-ci il tarixli qərarı, ilkin araşdırma ilə bağlı CPM-in 207-ci maddəsinin tələblərinə uyğun deyil, araşdırma tam və obyektiv aparılmamışdır. CPM-in 207.1-ci maddəsinin tələbinə görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: -207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq; -207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; -207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. Qeyd olunan Məcəllənin 207.2-ci maddəsinin tələbinə görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında məlumatlara baxarkən həmin cinayətlərdən zərər çəkmiş şəxslərin şikayəti olduğu halda yoxlama apara bilər. Belə şikayət olmadığı halda ictimaixüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında digər şəxslərin məlumatları təhqiqatçı və ya müstəntiq tərəfindən nəzərə alınmamalıdır. Həmin məlumatlara prokuror bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda baxa bilər. CPM-in 207.3-cü maddəsinə görə, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılarkən hüquqi şəxsin fəaliyyətinin elm, texnika, incəsənət və digər peşə sahələrində xüsusi biliklərdən istifadə etməklə yoxlanılması zərurəti yarandıqda aşağıdakı hərəkətlər yerinə yetirilir: -207.3.1. müvafiq dövlət orqanları və ya auditor təşkilatlarından mütəxəssisin ayrılmasının təmin edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qərar qəbul edilir; -207.3.2. toplanmış yoxlama materialları əsasında cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilir. CPM-in 207.4-cü maddəsi tələb edir ki, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. CPM-in 207.5-ci maddəsinə görə, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: -207.5.1. cinayət işi başlamaq; -207.5.2. cinayət işinin başlanmasını rədd etmək; -207.5.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək; -207.5.4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək. CPM-in 212.4.2-ci mаddəsinə görə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Cinayət Prosessual Məcəlləsinin göstərilən müddəalarının tələbi baxımından Neftçala Rayon Polis X6 baş müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) toplanmış cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ### 2025-ci il tarixli qərarının qanunili yoxlanılarkən aşağıda qeyd olunan halların araşdırılmaması müəyyən olunmuşdur.
1. Şikayət verən şəxs və X3 izahatı, yaxud ifadəsi ətraflı alınmamış, qeyd olunan qızıl əşyasının forması, çəkisi, əyarı barədə, eləcə də varsa fotoşəkli barədə məlumatlat əldə olunmamışdır. 2.Səkinə Məmmədova təsdiq edir ki, o, Cəmalənin qolundan qızılı açıb harasa qoymuş, həmin yerdən isə Fərid Kazımov tərəfindən götürüldüyünü görmüş, bu barədə Səkinə Məmmədovadan təfərrüatlı izahat, Fərid Kazımovdan isə ümumiyyətlə izahatı alınmamışdır. 3.Müstəntiq Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) yalnız ilkin araşdırma mərhələsində, natamam araşdırma ilə cinayət işi başlanmasının rədd olunması haqqında qərar qəbul etmişdir. Halbuki, səlahiyyəlti şəxs kimi fakt üzrə cinayət işinin başlanması haqqında qərar qəbul edilməklə zəruri olan digər istintaq hərəkətləri (S.Məmmədova və F.Kazımovun üzləşməsi) aparıla bilər və obyektiv və qanuni nəticə əldə olunmuş olar. Kollegiya hesab edir ki, qeyd olunan vəziyyət üzrə zəruri istintaq hərəkətləri aparılmalıdır. CPM-in 442.2.1-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq , mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara baxır. CPM-in 446.1 və 446.1.1-ci maddələrilə əsasən istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinin məhkəmədə baxılması üçün müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasdır. Həmin Məcəllənin 451.1.2-ci mаddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərаrın ləğv edilməsi bаrədə qərar çıxarа bilər. CPM-in 398.1. və 398.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, apellyasiya baxışında müəyyən olunmuş hallara birinci instansiya məhkəməsində işə baxan hakim də diqqət etməmiş, ilkin yoxlama hərəkətlərini qanuni hesab etmişdir. Kollegiya xüsusi qərarın çıxarılma barədə tələbə münasibətdə qeyd edir ki, qeyd olunan qərarın qəbul edilməsi yalnız kobud prosessual pozuntular zamanı məhkəmənin təşəbbüsü ilə mümkündür, həmin şikayət verən şəxsin həmin tələblə çıxış etmək hüququ yoxdur. Beləliklə işin faktiki və hüquqi hallarına əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ləğv olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsini rəhbər tutaraq, cinayət kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Polis X6 baş müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) icraatında olan HK-*/*** saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və şikayətin təmin edilməməsi barədə Neftçala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ləğv edilsin. Qərarın surəti ilkin yoxlama hərəkətlərinin davam etdirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Neftçala rayon prokuroruna göndərilsin. Qərar dərhal qanuni qüvvəyə minir, qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilmir.