Məhkəmə qərarları › İş №e-16(3-1)-17/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №e-16(3-1)-17/2026

02.10.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-16(3-1)-17/2026 02.10.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı Ərizəçi cavabdeh X1 və Cavabdeh qarşı “Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmş qeydiyyatın ləğvi və fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair e-*(*-**)-***/**** nömrəli mülki iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil/Nümayəndə tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair (Açar sözlər: müvəqqəti təminat tədbirinin təmin edilməməsi barədə qərardaddan şikayət) Kəngərli Rayon Məhkəməsinin e-**(*-**)-*/****-*** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı Ərizəçi və onun vəkil-nümayəndəsi Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: I. Işin halları

1. Iş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən X1 adına Kəngərli rayon Qabıllı kəndində 0.2642 ha. torpaq sahəsi üzərində 112.29 kv.m fərdi yaşayış evi qeydiyyata alınmışdır.

2. Iş materiallarına əlavə olunmuş ## #### 2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlama müqaviləsi”nə əsasən X1 mülkiyyətində olan 112.29 kv.m yaşayış evini 0.2642 ha. torpaq sahəsi daxil olmaqla Cavabdeh bağışlamışdır.

3. Iş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Cavabdeh adına Kəngərli rayon Qabıllı kəndində 0.2642 ha. torpaq sahəsi üzərində 112.29 kv.m fərdi yaşayış evi qeydiyyata alınmışdır.

4. iş materiallarına əlavə olunmuş JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən X1 ailə üzvləri-Ərizəçi, X4, Hüseynova naminə Qürbət qızı, X2, X7 ilə birlikdə 0.26 ha. torpaq sahəsi verilmişdir. II. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı

5. Ərizəçi vəkil və nümayəndəsi Vəkil/Nümayəndə vasitəsilə Kəngərli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 ilə cavabdeh Cavabdeh arasında Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinə dair Kəngərli rayon Dövlət notariat ofisində ## #### 2020-ci il tarixdə rəsmiləşdirilmiş, *Ə-** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin bağışlama müqaviləsinə əsasən cavabdeh Cavabdeh adına aparılmış mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunması, cavabdeh Cavabdeh və ailə üzvləri - arvadı X14, yetkinlik yaşına çatmayan övladları X8 və X11 ilə birlikdə Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Ərizəçi vəkili və nümayəndəsi Vəkil/Nümayəndə həmin iddia ərizəsi ilə əlaqədar müvəqqəti təminat tədbirinin görülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh mülkiyyətində olan və mübahisə predmeti olan Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi yuxarıda qeyd olunan tələblə məhkəmədə iddia qaldırmışdır. Həmin mülki işlə əlaqəli olduğundan, yəni Cavabdeh adına Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evi hazırda mübahisə predmeti olduğundan həmin əmlakın üzərinə həbs qoyulması zərurəti yaranmışdır.

8. Kəngərli Rayon Məhkəməsinin e-**(*-**)-*/****-*** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri

9. Iddiaçı Ərizəçi və onun vəkil-nümayəndəsi Vəkil/Nümayəndə qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını, ərizənin təmin olunmasını xahiş etmişdir.

10. Şikayətin əsası kimi göstərilmişdir ki, məhkəmə qərardadı əsasən onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak birgə mülkiyyətdədir və birgə mülkiyyətə dair sərəncam bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirildiyindən, mülkiyyətçilərdən biri həmin əmlakın üzərinə həbs qoyulmasını tələb edə bilməz. Hesab edir ki, həmin nəticə işin faktiki hallarına və müvəqqəti təminat tədbirinin hüquqi mahiyyətinə uyğun deyildir. Belə ki, mübahisəli əmlakla bağlı Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinin qərarı ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış tam mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyi müəyyən edilmişdir. Buna baxmayaraq Qürbət Hüseynov həmin qeydiyyata əsaslanaraq mübahisəli əmlakı Cavabdeh adına bağışlamışdır. Hazırda isə həmin bağışlama müqaviləsinin etibarsızlığı ayrıca mülki məhkəmə icraatının predmetidir. Beləliklə, mübahisəli əmlakın hüquqi taleyi hazırda məhkəmə araşdırmasının predmetidir və əmlakın yenidən özgəninkiləşdirilməsi, bağışlanması, satılması, ipotekaya qoyulması və ya digər formada sərəncam verilməsi real risk təşkil edir. Belə sərəncamların həyata keçirilməsi gələcəkdə yeni şəxslərin işə cəlb edilməsinə, mübahisənin mürəkkəbləşməsinə və qəbul ediləcək məhkəmə aktının icrasının çətinləşməsinə səbəb ola bilər. MPM-in 157 və 158-ci maddələrində nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin məqsədi də məhz məhkəmə araşdırması başa çatanadək mübahisə predmetinin hüquqi və faktiki vəziyyətinin qorunması, onun sonradan özgəninkiləşdirilməsinin qarşısının alınması və gələcək məhkəmə qərarının real icrasının təmin edilməsidir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222-ci maddəsi isə birgə mülkiyyətdə olan əmlaka sahiblik, istifadə və sərəncam verilməsi qaydasını tənzimləyir. Halbuki müvəqqəti təminat tədbirinin tətbiqi əmlaka dair sərəncam əqdi deyil, məhkəmə tərəfindən tətbiq edilən prosessual müdafiə vasitəsidir. Buna görə də birgə mülkiyyət rejimini tənzimləyən həmin normalar mübahisə predmetinin qorunması məqsədilə MTT tətbiq edilməsini istisna etmir. Iddiaçı əmlakın üzərinə həbs qoyulmasını onun yeganə mülkiyyətçisi olması əsası ilə deyil, məhkəmə araşdırmasının predmeti olan əmlakın sonradan özgəninkiləşdirilməsinin və hüquqi vəziyyətinin dəyişdirilməsinin qarşısının alınması məqsədilə tələb etmişdir. Bu tədbirin tətbiqi bağışlama müqaviləsinin etibarlı və ya etibarsız olması barədə əvvəlcədən nəticə çıxarılması anlamına gəlmir və yalnız yekun məhkəmə aktı qəbul edilənədək mövcud vəziyyətin qorunmasına xidmət edir. Birinci instansiya məhkəməsi isə inzibati məhkəmənin qərarını, Qürbət Hüseynov tərəfindən əmlakın artıq bir dəfə özgəninkiləşdirilməsini, həmin bağışlama müqaviləsinin hazırda məhkəmə mübahisəsinin predmetində olmasını və əmlakın yenidən özgəninkiləşdirilməsi nəticəsində gələcək məhkəmə qərarının icrasının çətinləşməsi riskini məcmu şəkildə qiymətləndirməmiş, əsasən əmlakın birgə mülkiyyətdə olması faktına istinad etmişdir. Bu səbəbdən hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqindən imtina barədə qərardad MPM-in 157.2 və 158.1-ci maddələrinin məqsəd və tələblərinə uyğun əsaslandırılmamışdır və ləğv edilməlidir.

11. Kəngərli Rayon Məhkəməsinin e-**(*-**)-*/****-*** nömrəli, ## ######## 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməyərək, işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Şikayətə qarşı etiraz daxil olmamışdır. IV. Apellyasiya instansiya məhkəməsində işə baxılmasının hədləri

13. Kollegiya işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdır.

14. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.

15. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, iddiaçı və onun vəkil-nümayəndəsinin müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. V. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi

17. Iddiaçı və onun vəkil-nümayəndəsinin şikayəti Kəngərli Rayon Məhkəməsinin e- **(*-**)-*/****-*** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadının tam ləğv edilməsinə və müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair tələbin təmin edilməsinə yönəldiyindən kollegiya şikayəti və iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi əsasları, tətbiq edilə biləcək tədbirlərin növləri, bununla bağlı məhkəməyə edilmiş müraciətlərin baxılması qaydaları, həmçinin müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizəyə baxılması ilə əlaqədar qəbul edilə biləcək məhkəmə aktları və onlardan şikayət vermə qaydaları Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 13-cü fəslində, yəni 157-164-cü maddələrində öz əksini tapıb.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.2-ci maddəsinin müddəalarının mənası baxımından müvəqqəti təminat tədbirləri şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə sadəcə müvəqqəti təsir edir. O öz təbiəti etibarilə məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olmaqla, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasına yönəlirsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi həmin subyektiv hüququn real bərpasına, yəni ərizəçinin hüquq və ya mənafelərinin qorunmasına, ona dəyəcək ziyanın minimuma endirilməsinə, yaxud vaxtında qarşısını almağa xidmət edir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir.

20. Bundan əlavə Mülki-Prosessual Məcəllənin 157.5-ci maddəsi ilə müəyyən edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır.

21. Qeyd edilən prosessual normaların təhlili onu deməyə imkan verir ki, ərizəçinin müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsində məqsədinin Mülki-Prosessual Məcəllənin 157.2-ci maddəsinə uyğun olub-olmamasını müəyyən etmək, onun öz müraciətini həmin Məcəllənin 157.5-ci maddəsində nəzərdə tutulmuş qaydada əsaslandırılması ilə bağlıdır.

22. Kollegiya iddiaçının vəkili və nümayəndəsi Vəkil/Nümayəndə tərəfindən verilmiş ərizəsi və ona əlavə edilmiş sənədləri Mülki-Prosessual Məcəllənin 157.5-cı maddəsi ilə əlaqəli şəkildə yoxlayaraq bildirir ki;

23. Ərizəçi hazırkı mülki iş üzrə iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək X1 ilə Cavabdeh arasında ## #### 2020-ci il tarixdə bağlanmış, mübahisəli daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Cavabdeh adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsini və sonuncunun ailə üzvləri ilə birlikdə mübahisəli əmlakdan çıxarılmalarını xahiş etmiş, həmçinin iddiaçı tərəfindən mübahisə predmeti olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi xahiş edilmiş, ərizədə əsas kimi həmin əmlakın hazırda mübahisə predmeti olması və iş üzrə yekun məhkəmə aktının icrasının təmin edilməsi zərurəti göstərilmişdir.

24. Kəngərli Rayon Məhkəməsinin e-**(*-**)-*/****-*** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə rədd edilmiş, həmin qərardaddan verilmiş apellyasiya şikayətində iddiaçı və onun vəkil-nümayəndəsi mübahisəli əmlakın hüquqi taleyinin məhkəmə araşdırmasının predmeti olduğunu, əmlakın artıq bir dəfə özgəninkiləşdirildiyini, bağışlama müqaviləsinin etibarsızlığının mübahisələndirildiyini, əmlakın yenidən özgəninkiləşdirilməsi halında gələcəkdə məhkəmə aktının icrasının çətinləşə biləcəyini əsas gətirərək qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiq edilməsini xahiş etmiş, Kəngərli Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və iş şikayətlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

25. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisənin mahiyyəti üzrə yekun hüquqi nəticə müəyyən edən və tərəflərdən birinin mülkiyyət hüququna mahiyyəti üzrə xitam verən müdafiə vasitəsi deyil. Bu institutun əsas məqsədi məhkəmə araşdırması davam etdiyi müddətdə mübahisənin predmetinin faktiki və hüquqi vəziyyətinin dəyişdirilməsinin qarşısını almaq, gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının real və mümkün olmasını təmin etmək və hüquqi müdafiənin səmərəliliyini qorumaqdan ibarətdir.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin ərizəsi ilə hakim işdə iştirak edən şəxslərin əmlak mənafelərinin təmin edilməsi üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə belə tədbirlərin görülməsinə o halda yol verilir ki, onların görülməməsi məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilsin.

27. MPM-in 158-ci maddəsində isə müvəqqəti təminat tədbirlərinin növləri müəyyən edilmiş, o cümlədən mübahisə predmetinə aid olan əmlak üzərində sərəncam vermək və ya həmin əmlak barəsində müəyyən hərəkətləri etmək qadağan edilə biləcəyi nəzərdə tutulmuşdur.

28. Beləliklə, müvəqqəti təminat tədbirinin seçilməsi zamanı məhkəmə, bir tərəfdən, iddiaçının gələcəkdə əldə edə biləcəyi hüquqi müdafiənin real təmin olunması zərurətini, digər tərəfdən isə tətbiq ediləcək tədbirin mübahisənin mahiyyəti üzrə tərəflərin hüquq və vəzifələrini əvvəlcədən həll etməməsini nəzərə almalıdır. Tədbir qarşıya qoyulan prosessual məqsədə adekvat olmalı, mübahisənin predmetinin qorunması üçün zəruri həddən artıq məhdudiyyət yaratmamalıdır.

29. Bu baxımdan müvəqqəti təminat tədbirinin tətbiqi məsələsində əsas müəyyən edilməli hal iddiaçının mübahisəli əmlaka dair tələbinin hazırda məhkəmə araşdırmasının predmetində olması ilə yanaşı, həmin tədbirin görülməməsi nəticəsində gələcək məhkəmə aktının icrasının çətinləşməsi və ya qeyri-mümkün olması ehtimalının mövcud olubolmamasıdır.

30. Kollegiya iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və tətbiq edilməli prosessual normaları qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbirinin tətbiqindən imtina etməsi barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz.

31. Belə ki, hazırkı mübahisənin predmetini məhz ## #### 2020-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmış 0,2642 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 112,29 kv.m fərdi yaşayış evinin hüquqi taleyi təşkil edir. Iddiaçının tələbi həmin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə əsasında aparılmış dövlət qeydiyyatının ləğv olunması və əmlakın faktiki olaraq hazırkı qeydiyyatda olan şəxsdən azad edilməsi ilə bağlıdır. Deməli, mübahisəli daşınmaz əmlakın hüquqi vəziyyətinin dəyişdirilməsi birbaşa olaraq hazırkı iş üzrə yekun məhkəmə aktının predmetinə və onun icra imkanlarına təsir göstərə biləcək xarakter daşıyır.

32. Bununla yanaşı, iş materiallarından görünür ki, mübahisəli əmlakın ilkin olaraq X1 adına dövlət qeydiyyatına alınması, daha sonra həmin əmlakın bağışlama müqaviləsi əsasında Cavabdeh adına keçirilməsi ilə bağlı hüquqi münasibətlər artıq mübahisələndirilmişdir. Apellyasiya şikayətində göstərilən və iş materiallarında əksini tapan məlumatlara görə, həmin əmlakla bağlı Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinin aktı ilə X1 adına aparılmış dövlət qeydiyyatı ilə bağlı hüquqi nəticə müəyyən edilmişdir. Həmin halın hazırkı mülki mübahisənin mahiyyəti üzrə qiymətləndirilməsi məsələsi apellyasiya baxışının predmeti olmasa da, mübahisəli əmlakın üzərində sonrakı sərəncam əməliyyatlarının mübahisənin həllinə təsir göstərə biləcəyini müəyyən etmək baxımından əhəmiyyətlidir.

33. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisəli əmlak artıq bir dəfə bağışlama müqaviləsi əsasında başqa şəxsin adına keçirilmiş və məhz həmin əqd hazırda məhkəmə mübahisəsinin predmetini təşkil edir. Bu şəraitdə əmlakın yenidən satılması, bağışlanması, dəyişdirilməsi, ipoteka predmetinə çevrilməsi və ya başqa şəkildə özgəninkiləşdirilməsi nəticəsində onun üzərində yeni hüquqların yaranması ehtimalı mövcuddur. Belə hüquqi nəticələrin yaranması isə hazırkı iş üzrə yekun məhkəmə aktının icrası zamanı yeni hüquq sahiblərinin hüquqi vəziyyətinin nəzərə alınmasını zəruri edə, mübahisənin predmetini genişləndirə və nəticə etibarilə məhkəmə müdafiəsinin səmərəliliyini azalda bilər.

34. Ona görə də mübahisəli əmlakın hazırkı hüquqi vəziyyətinin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək qorunmasına yönəlmiş tədbirin görülməsi üçün prosessual əsasların mövcudluğu qənaətinə gəlmək mümkündür.

35. Bununla belə, kollegiya hesab edir ki, iddiaçının tələb etdiyi tədbirin məhz əmlak üzərinə həbs qoyulması formasında tətbiqi işin konkret hallarına və müvəqqəti təminat tədbirinin məqsədinə uyğun olan yeganə və zəruri vasitə deyildir.

36. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliklə müvəqqəti təminat tədbirlərin tətbiq edilməsi zamanı mütənasiblik prinsipinin gözlənilməsinin müəyyən edilməsinin məqsədlərindən biri gələcəkdə bunun əsassız tətbiqi ilə bağlı tərəflərin məruz qalacağı zərərin də minimuma endirilməsidir.

37. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur.

38. Mütənasiblik prinsipi Insan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur.

39. Bunlardan biri olan “Hakansson və Sturesson Isveçə qarşı” iş üzrə ## ###### 1990-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayəti üzrə” ## ### 2017-ci il tarixli qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədəuyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.6-cı maddəsinə görə müvəqqəti təminat tədbirləri həmin Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

42. Əmlakın üzərinə həbs qoyulması əmlak üzərində yalnız sərəncam hüququnu deyil, qanunla nəzərdə tutulan hallarda həmin əmlakla bağlı digər hüquqi və faktiki imkanları da məhdudlaşdıran daha intensiv prosessual tədbirdir. Halbuki hazırkı iş üzrə müəyyən edilmiş risk əsasən mübahisəli daşınmaz əmlakın məhkəmə araşdırması başa çatmazdan əvvəl üçüncü şəxslərə özgəninkiləşdirilməsi və bunun nəticəsində onun hüquqi vəziyyətinin dəyişdirilməsi ilə bağlıdır. Bu riskin qarşısının alınması üçün əmlakın üzərinə həbs qoyulması ilə müqayisədə onun özgəninkiləşdirilməsinin qadağan edilməsi daha məqsədyönlü və mübahisənin predmetinə uyğun prosessual vasitədir.

43. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbiri iddiaçının gələcəkdə mümkün hüquqi müdafiəsini təmin etmək üçün zəruri olan həddi aşmamalıdır. Məhkəmənin vəzifəsi yalnız mövcud riskin qarşısını almaq deyil, həm də həmin riskin qarşısının alınması üçün tərəflərin hüquqlarına mümkün qədər az müdaxilə edən, lakin prosessual məqsədə nail olmağa imkan verən tədbiri seçməkdir. Hazırkı halda isə mübahisəli əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi onun hüquqi vəziyyətinin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək sabit saxlanılmasına, eyni zamanda əmlak üzərinə həbs qoyulmasından irəli gələn daha geniş məhdudiyyətlərin tətbiq edilməməsinə imkan verir.

44. Bu baxımdan kollegiya hesab edir ki, MPM-in 157 və 158-ci maddələrinin məqsədlərinə uyğun olaraq mübahisəli əmlakın hüquqi vəziyyətinin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək qorunması təmin edilməlidir. Lakin bu məqsədə nail olmaq üçün əmlakın üzərinə həbs qoyulması deyil, onun özgəninkiləşdirilməsinin qadağan edilməsi daha məqsdəuyğundur.

45. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.

46. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - Iddiaçı və onun vəkil-nümayəndəsinin Kəngərli Rayon Məhkəməsinin e-**(*-**)-*/****- *** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından verdiyi şikayət qismən-məhkəmə aktının ləğv edilməsinə dair hissədə təmin edilməli; - Kəngərli Rayon Məhkəməsinin e-**(*-**)-*/****-*** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı tam ləğv edilməli; - Iddiaçının vəkili və nümayəndəsi Vəkil/Nümayəndə tərəfindən verilmiş müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizəsi qismən təmin edilməli; - cavabdeh Cavabdeh mülkiyyətində olan və mübahisə predmeti olan Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinin özgəninkiləşdirilməsi ona qadağan edilməli; - Ərizə digər hissədə təmin edilməməli; - Qərardad dərhal icra olunmalıdır.

47. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri ilə bağlı apellyasiya instansiyası məhkəmələrinin qərardadlarından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

48. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinin tələbinə görə qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadlar çıxarıldığı andan qanuni qüvvəyə minir.

49. Yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Iddiaçı və onun vəkil-nümayəndəsinin Kəngərli Rayon Məhkəməsinin e-**(*-**)-*/****-*** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından verdiyi şikayət qismən-məhkəmə aktının ləğv edilməsinə dair hissədə təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin e-**(*-**)-*/****-*** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı tam ləğv edilsin. Iddiaçının vəkili və nümayəndəsi Vəkil/Nümayəndə tərəfindən verilmiş müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizəsi qismən təmin edilsin. Cavabdeh Cavabdeh mülkiyyətində olan və mübahisə predmeti olan Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinin özgəninkiləşdirilməsi ona qadağan edilsin. Ərizə digər hissədə təmin olunmasın. Qərardad dərhal icra olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar