Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1026/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 14 saylı Notariat Kontorunun xüsusi notariusu X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) “müqavilənin etibarsız sayılması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması, Bakı şəhəri, 14 saylı Notariat Kontoru tərəfindən verilmiş İddiaçı 25000 ABŞ dolları və 20 manat məbləğində pul vəsaitinin tutulmasına dair xx xxxxx 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi və vəkilə ödənilən 500 manat hüquqi xidmət haqqı, 20 manat dövlət rüsumu olmaqla cəmi 520 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil X3 mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilən sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verildiyindən, cavabdehlər də öz növbəsində məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 14 saylı Notariat Kontorunun xüsusi notariusu X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) “müqavilənin etibarsız sayılması və pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-1026/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1026/2021
02.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver