Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1027/2022 29.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin müddətinin uzadılması, tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması” barədə iddia tələbinə və Cavabdeh İddiaçınə qarşı “icarə sahəsindən məcburi çıxarılma” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “müqavilənin müddətinin uzadılması, tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması” barədə iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh ilə 01 iyul 2015-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılması və onun tərəfindən tikinti və abadlıq işlərinə xərclənmiş 145.000 manat (kanalizasiya sisteminin çəkilməsi, ümümi sahənin asfalt örtüklə bağlanması, metal-konstruksiyadan talvar sistemlərinin qurulması və ümümi sahənin video nəzarət qurğuları ilə təmin olunması) tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03 avqust 2021-ci il tarixli “01 iyul 2015-ci il tarixli İcarə Müqaviləsi №2-nin və 01 oktyabr 2019-cu il tarixli Müqaviləyə 1 nömrəli Əlavəsinin xitam edilməsi barədə” cavabdeh tərəfindən heç bir əsas olmadan məktub göndərilmişdir. Belə ki, icarə üzrə ödənişləri vaxtında, tam ödəməyinə, əraziyə və onun tikililərinə ziyan verməməyinə baxmayaraq, əksinə müqavilə bağlanan müddətdən bu günə qədər şəxsi vəsait hesabına anbarda mövcud olan şərayitsizliyi aradan qaldırmaq, abadlaşdırmaq naminə və istifadə standartlarına uyğunlaşdıraraq bir cox işlər görülmüş (4700 m2 yaxın asfalt örtüyünün vurulması və 3300m2 yaxın onun alt qatının hazırlanması, kanalizasiya sisteminin çəkilməsi, video nəzarət sisteminin yaradılması, 750 m2 yaxın dəmir konstruksiyadan əlavə talvar sisteminin yığılması və s.) və bu işlərə külli miqdarda şəxsi maliyyə vəsayiti xərclənmişdir (ümumilikdə 145.000 AZN-dən yuxarı pul vəsaiti xərclənmişdir, əgər göstərilmiş işlərin görülməsinə xərclənmiş vəsait şübhə doğruldarsa, həmin işlərin bu günə dəyərini təyin etmək üçün müstəqil audit şirkətinin ekspertiza rəyinin çıxarılmasına etiraz etmir). Bunları cavabdeh bilərək və nəzərə almayaraq şifahi olaraq kirayə qiymətini birdən-birə aylıq 1.500 manatdan 5.000 manata artırmaq istədiyini bazarda mövcud qiymətlərdən yüksək tutaraq bildirmişdir. O isə cavab olaraq bazar araşdırması aparıb təhvil verdiyi şəraitdə olan anbarlar ücün real qiymətlər üzərindən cavabdehlə müqaviləni yeni qiymətə (kompromis əsasında və onun anbara etdiyi yatırımları nəzərə alaraq) uzadacağını şəxsən özünə şifahi qaydada və rəsmi məktubla bildirmişdir, ona görə ki, müqavilənin 12-ci maddəsinin “c)” yarımbəndi üzrə hüququ müqavilə imzalanarkən yəqin ki, müəyyən səbəblərə görə cavebdehi özünə yaxın bilib və hər zaman kompromis tapa bilməyi düşünərək və cavadehin şirkətə o zaman təqdim etdiyi şablona güzəştə gedilərək tərəfindən şirkət direktoru olaraq tanınmışdır. Lakin malların spesifikasını və saxlama şərtlərini nəzərə alaraq yeni anbar üçün ərazinin tapılması, onun sənədləşmə işləri üçün vaxt, həmçinin, anbarda mövcud olan 1.000 tona yaxın malın zədələnmədən və ətraf mühitə zərər vurmadan bir yerdən başqa yerə köçürülməsi, bundan başqa göstərdiyi və zamanında yazılı etirazı olmadan metalkonstruksiyadan qurulmuş tiklilərin sökülüb daşınması üçün, sonra cavabdehin məktubunda göstərməyi unutduğu digər və yuxarıda qeyd etdiyi ona aid asfalt örtüyün və s. qurulmuş avadanlıqların sökülüb daşınması az olmayan maliyyə vəsaiti və bu işlərin görülməsi ücün cavabdehin göstərdiyi müddətdən daha artıq vaxt tələb olunur. Onun cavabdehin göstərdiyi müddət ərzində tələb etdiyi işləri görüb bitirmək fiziki cəhətdən mümkün deyildir. Yuxarıda göstərilən səbəblərə görə müqavilə müddətinin və onun tam boşaldılıb təhvil verilməsini 01 iyul 2022-ci il tarixinədək uzadılmasını, bazar araşdırılması zamanı ona verilən digər təkliflərə istinadən 10 sentyabr 2021-ci il tarixdən başlayaraq müqaviləyə yeni əlavə imzalanaraq təklif edilən tarixədək kirayə haqqının birdən birə bu pandemiya şərayitində təklif etdiyi 3,5 qat deyil, maksimum iki qat artırılmasını (vergi və digər xərclərin onun tərəfindən qarşılandığını nəzərə alaraq), hal-hazırda qeyri-yaşayış sahəsinin boşaldılması cavabdehin tələbinə əsasən mümkünsüzdür. Cavabdeh iddiaya etiraz göndərərək bildirmişdir ki, o, iddianı etiraf etmir və aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, Bakı ş, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən, alqı-satqı yolu ilə əvvəllər X1 mülkiyyətinə verilmiş 5.000 kv.m torpaq sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 yanvar 2014-cü il tarixli qərarına əsasən M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 mart 2014-cü il tarixli qərarı ilə onun adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində yerləşən və ümumi sahəsi 545 kv.m olan istehsalat sexi 01 iyul 2015-ci il tarixli 2 saylı icarə müqaviləsinə əsasən onun tərəfindən aylıq icarə haqqı 500 manat olmaqla iddiaçıya icarəyə verilmiş və müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixədək müəyyən olunmuşdur (müqavilənin 1, 2, 9, 11.01 bəndləri). İcarə müqaviləsinə 01 oktyabr 2019-cu il tarixli 1 №-li Əlavəyə əsasən icarəyə götürülmüş sahə 545 kv.m-dən 1.400 kv.m tikili sahəyə qədər artırılmış, icarə haqqı isə 500 manatdan 1.500 manata dəyişdirilmiş və müqavilənin digər şərtləri olduğu kimi qalmışdır. İcarəyə verilmiş sahənin artırılaraq 1.400 kv.m müəyyən edilməsi 01 oktyabr 2019-cu il tarixdə sənədləşdirilsə də (müqaviləyə 1 №-li Əlavə), iddiaçı 6 ilə yaxın idi ki, onsuz da 1.400 kv.m tikilidən və torpaq sahəsinin icarə predmetinə aid olmayan hissəsindən faktiki olaraq istifadə edirdi və buna görə əlavə hər hansı icarə haqqı ödəmirdi. İddiaçı iddia ərizəsində qəsdən yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin ona həvalə olunması tələbini irəli sürsə də, bu maneələrin nədən ibarət olduğunu, onun hansı hüquqlarının pozduğunu əsaslandırmamış və bu iddiasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. O, icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində iddiaçının icarə obyektində həyata keçirdiyi təsərrüfat fəaliyyətinə hər hansı formada müdaxilə etməmiş, icarəyə götürülmüş sahədən iddiaçının istifadə hüququnun həyata keçirilməsinə maneə yaratmamışdır. İcarə müqaviləsinin 11.02 bəndində nəzərdə tutulmuş bitmək üzrə olan müqavilə müddətinin növbəti il üçün uzadılmasından müddətin bitməsinə 15 gün qalanadək yazılı xəbərdarlıq verməklə imtina etmək və yaxud həmin müqavilənin 12.01 bəndinin “c” yarımbəndində nəzərdə tutulmuş 1 ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə heç bir bir səbəb göstərmədən müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək hüququndan istifadə etmək iddiaçının icarə obyektindən istifadə hüququnun həyata keçirilməsinə maneə kimi qiymətləndirilə bilməz. İddiaçının icarə müqaviləsinin müddətinin 1 il uzadılması tələbi də əsassızdır. Müqavilənin 11.02 bəndinə görə icarəyə verən və icarəyə götürən müqavilənin növbəti illik müddətlərə uzadılmasına seçim hüquqları var. İcarə müddətinin bitməsinə 15 gün qalanadək icarəyə verən və ya icarəyə götürən tərəfınfən müqavilənin pozulması haqqında yazılı xəbərdarlıq olmadığı halda müqavilə müddəti daha 1 il uzadılmış hesab olunur. 01 iyul 2015-ci il tarixdə 31 dekabr 2016-cı il tarixədək qüvvədə olmaqla bağlanmış icarə müqaviləsinin 2017-ci ildən başlayaraq hər il onun 11.02 bəndində gəstərilən qaydada növbəti 1 il müddətinə (sonuncu dəfə 31 dekabr 2021-ci il tarixədək) uzadılmışdır. O, poçtla iddiaçıya 02 dekabr 2021-ci il tarixli yazılı xəbərdarlıq göndərərək, 01 yanvar 2022-ci il tarixdən müqavilə müddətinin artırılmamasına qərar verdiyini bildirmiş, müqavilə bağlanandan sonra tikilmiş əlavə tikililər və quraşdırılmış kontruksiyalar sökülməklə icarəyə götürülmüş torpaq sahəsinin və həmin sahədəki 1.400 kv.m tikilinin 01 yanvar 2022-ci il tarixdən 10 təqvim günü müddətində ona təhvil verilməsini tələb etmişdir. İddiaçı həmin xəbərdarlığı 08 dekabr 2021-ci il tarixdə almış və bundan sonra ona qarşı hazırkı iddianı qaldırmış, həmin xəbərdarlığı da iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etmişdir. O, icarə müqaviləsinin 11.02 bəndinə uyğun olaraq onun müddətinin bitməsinə 15 gün qalanadək müqavilənin pozulması barədə digər tərəfi yazılı xəbərdar etdiyi üçün növbəti müddətə uzadılmış sayılmır və onun müddəti 31 dekabr 2021-ci il tarixdə başa çatmışdır. İddiaçının icarə müqaviləsinin müddətinin 1 il uzadılması tələbi mahiyyətcə həmin müqavilənin müddətinə dair 11.01 bəndinin dəyişdirilməsi tələbidir. İcarə müqaviləsinin 14.02 bəndinə görə müqaviləyə hər hansı əlavələr və dəyişikliklər yalnız hər iki tərətın səlahiyyətli nümayəndələrinin yazılı razılıqları əsasında edilə bilər. Müqavilə müddətinin dəyişdirilməsi (uzadılması) barədə tərəflər arasında qarşılıqlı razılaşma yoxdur. Əksinə, müqavilənin müddəti 31 dekabr 2021-ci il tarixddə qurtarmışdır. O, icarə müqaviləsini əhəmiyyətli və ya az əhəmiyyətli dərəcədə pozmamışdır. Müqavilədə onun müddətinin uzadılmasını nəzərdə tutan hal (11.02 bəndi) isə icarə müddətinin bitməsinə 15 gün qalanadək icarəyə verən və ya icarəyə götürən tərəfınfən müqavilənin pozulması haqqında yazılı xəbərdarlıq olmadığı halda müqavilə müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur. Göründüyü kimi, müqavilənin müddətə dair şərtinin məhkəmə qaydasında dəyişdirilməsi üçün də əsas yoxdur, iddiaçı iddia ərizəsində 4.700 kv.m-ə yaxın asfalt örtüyünün vurulması və 3.300 kv.m-ə yaxın onun alt qatının hazırlanması, kanalizasiya sisteminin çəkilməsi, video nəzarət sisteminin yaradılması, 750 kv.m-ə yaxın dəmir konstruksiyadan əlavə talvar sisteminin yığılması və s. kimi işlərə 145.000 manatdan artıq pul xərclədiyini göstərmiş və həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. İddia bu hissədə də əsassızdır. İddiaçının quraşdırdığı video nəzarət sistemi və dəmir konstruksiyalı talvar aparılması mümkün olan qurğular olduğu üçün onları söküb aparmaq mümkündür və iddiaçı onların dəyərinin ödənilməsini ondan tələb etmək hüququna malik deyil. İddiaçının göstərdiyi bina və qurğular icarəyə verənin razılığı olmadan tikilib və o, bu işlərin görülməsini cavabdehlə razılaşdırmayıb. İcarəyə götürülmüş ərazi 545 kv.metr (01 oktyabr 2019-cu il tarixdən 1.400 kv.metr) olduğu halda icarəyə verənin 4.700 kv.metr hansı əraziyə asfalt çəkdirməsi, o cümlədən 3.300 kv.metr onun alt qatının hazırlanması aydın deyil. Halbuki bina və qurğuların dəyərinin ödənilməsi üçün qanunla tələb olunan şərtlərdən biri də həmin bina və qurğuların icarəyə götürülmüş ərazidə tikilməsidir. Bundan başqa, iddia ərizəsində göstərilən sahəsi 750 kv.m-ə yaxın dəmir konstruksiyalı talvar icarəyə verilən tikilinin yerləşdiyi torpaq sahəsinin həmin tikilidən kənarda olan, icarəyə verilməyən və özbaşına zəbt edilən hissəsində (torpağın ümumi sahəsi 5.000 kv.m) quraşdırılmışdır. Cavabdeh həmçinin iddiaçıya qarşı “icarə sahəsindən məcburi çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən cavabdehə məxsus 5.000 kv.metr torpaq sahəsindən, o cümlədən ümumi sahəsi 1.400 kv.metr olan tikilidən və torpağın özbaşına zəbt olunmuş hissəsindən çıxarılması, torpaq sahəsinin və 1.400 kv.metr tikilinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini cavabdeh onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 1 saylı icarə müqaviləsinə əsasən o, Bakı ş, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən və ona məxsus ümumi sahəsi 545 kv.metr olan istehsalat sexini aylıq icarə haqqı 500 manat olmaqla iddiaçıya icarəyə vermiş və müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixədək müəyyən olunmuşdur. İcarə müqaviləsinə 01 oktyabr 2019-cu il tarixli 1 №-li Əlavəyə əsasən icarəyə götürülmüş sahə 545 kv.metrdən 1.400 kv.metr tikili sahəyə qədər artırılmış, icarə haqqı isə 500 manatdan 1.500 manata dəyişdirilmiş və müqavilənin digər şərtləri olduğu kimi qalmışdır. Həmin müqavilənin 11.02 bəndinə görə icarəyə verən və icarəyə götürən müqavilənin növbəti illik müddətlərə uzadılmasına seçim hüquqları var. İcarə müddətinini bitməsinə 15 gün qalanadək icarəyə verən və va icarəyə götürən tərəfınfən müqavilənin pozulması haqqında yazılı xəbərdarlıq olmadığı halda müqavilə müddəti daha 1 il uzadılmış hesab olunur. 01 iyul 2015-ci il tarixdə 31 dekabr 2016-cı il tarixədək qüvvədə olmaqla bağlanmış icarə müqaviləsinin 2017-ci ildən başlayaraq hər il onun 11.02 bəndində gəstərilən qaydada növbəti 1 il müddətinə (sonuncu dəfə 31 dekabr 2021-ci il tarixədək) uzadılmışdır. O, poçtla iddiaçıya 02 dekabr 2021-ci il tarixli yazılı xəbərdarlıq göndərərək, 01 yanvar 2022-ci il tarixindən müqavilə müddətinin artırılmamasına qərar verdiyini bildirmiş, müqavilə bağlanandan sonra tikilmiş əlavə tikililər və quraşdırılmış kontruksiyalar sökülməklə icarəyə götürülmüş torpaq sahəsinin və həmin sahədəki 1.400 kv.metr tikilinin 01 dekabr 2022-ci il tarixdən 10 təqvim günü müddətində ona təhvil verilməsini tələb etmişdir. İddiaçı həmin xəbərdarlığı 08 dekabr 2021-ci il tarixdə almış və bundan sonra ona qarşı hazırkı iddianı qaldırmış, həmin xəbərdarlığı da iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, o, icarə müqaviləsinin 11.02 bəndinə uyğun olaraq onun müddətinin bitməsinə 15 gün qalanadək müqavilənin pozulması barədə digər tərəfi yazılı xəbərdar etdiyi üçün növbəti müddətə uzadılmış sayılmır və onun qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixdə başa çatmışdır. İcarə obyektinin təhvil verilməsi üçün verilmiş vaxt 10 yanvar 2022-ci il tarixdə başa çatsa da, lakin iddiaçı onu təhvil verməmiş və hüquqi əsas olmadan həmin obyektdən qanunsuz istifadəni davam etdirməkdədir. Bundan başqa, iddiaçı icarəyə verilən tikilinin yerləşdiyi torpaq sahəsinin ona məxsus olan və icarəyə verilən tikilidən kənarda olan hissəsini (torpağın ümumi sahəsi 5.000 kv.metr) özbaşına zəbt edərək, orda sahəsi 750 kv.m-ə yaxın dəmir kontruksiyadan ibarət talvar quraşdırmışdır. Halbuki həmin torpaq sahəsi şirkətə icarəyə verilməmişdir. İcarə müqaviləsi onun müddətinin 31 dekabr 2021-ci il tarixdə başa çatması ilə əlaqədar ləğv olunmuş sayılır. Bu tarixdən sonra iddiaçının icarə obyektini qaytarmaqla imtina etməsi və ona sahiblik etməsi qanunsuzdur. Odur ki, iddiaçı icarə obyekri olmuş 1.500 kv.metr tikilidən və onun yerləşdiyi torpaq sahəsindən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçı tərəfindən 1.400 kv.metr sahəsi olan tikili icarəyə götürülmüş, həmin tikili cavabdehə məxsus 5.000 kv.metr sahəsi olan torpaqda yerləşir və həmin torpaq sahəsi də iddiaçı tərəfindən istifadə olunur. Eyni zamanda, həmin torpaq sahəsində 750 kv.metr sahəsi olan metalkonstruksiyadan talvar inşa edilmişdir. İddiaçı şirkətin rəhbəri ilə cavabdeh qohumdurlar və icarəyə götürülmüş sahədə görülən yaxşılaşdırmalar barəsində cavabdehə şifahi olaraq məlumat verilmiş və cavabdeh də razılığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddiasını müdafiə edərək qarşılıqlı iddia ərizəsinin və etirazının məzmununa uyğun izahat verdi və qarşılıqlı iddianın təmin edilməsini, iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, ona verilmiş suallara cavab olaraq bildirdi ki, qarşılıqlı iddia tələbində göstərilən “torpağın özbaşına zəbt olunmuş hissəsindən çıxarılması” tələbində cavabdehə məxsus 5.000 kv.metr sahəsi olan torpaq nəzərdə tutulmuşdur. İddiaçı şirkətin rəhbəri tərəfindən cavabdehə icarəyə götürülmüş sahədə görülən yaxşılaşdırmalar barəsində hər hansı formada məlumat verilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 mart 2014-cü il tarixli, 08/03 nömrəli qərarından çıxarışdan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1090/2014 nömrəli, 21 yanvar 2014-cü il tarixli qərarının icrasını təmin etmək məqsədilə M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsi, Binəqədi şossesinin sağ tərəfindən 5.000 kv.metr torpaq sahəsi Cavabdeh adına sənədləşdirilmişdir. 01 iyul 2015-ci il tarixli, 2 saylı icarə müqaviləsindən görünür ki, İddiaçı MMC (icarəyə verən) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən ümumi sahəsi 545 kv.metr olan istehsalat sexini anbar olaraq istifadə üçün Cavabdeh (icarəyə verən) aylıq icarə haqqı 500 manat olmaqla icarəyə götürmüşdür. Müqavilənin 10.01-ci maddəsinə əsasən icarə müqaviləsi 31 dekabr 2016-cı il tarixədək bağlanmışdır və imzalandığı gündən qüvvəyə minir. Müqavilənin 11.02-ci maddəsinə əsasən icarəyə verən və icarəyə götürən həmin müqavilənin növbəti illik müddətlərə uzadılmasına seçim hüquqları var. İcarə müddətinin bitməsinə 15 gün qalanadək icarəyə verən və ya icarəyə götürən tərəfindən həmin müqavilənin pozulması haqda yazılı xəbərdarlıq olmadığı halda müqavilənin müddəti daha bir il uzadılmış hesab olunur. 01 oktyabr 2019-cu il tarixli, 2 saylı icarə müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, tərəflər icarə müqaviləsinin şərtlərinə dəyişiklik edilməsi ilə bağlı razılığa gəlmiş, icarəyə götürülmüş sahə 545 kv.metr sahədən 1.400 kv.metr tikili sahəyə qədər artırılmış, aylıq icarə haqqı 500 manat məbləğdən 1.500 manat məbləğinə dəyişdirilmişdir. 02 dekabr 2021-ci il tarixli “yazılı xəbərdarlıq”dan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 01 yanvar 2022-ci il tarixdən icarə müqaviləsinin müddətinin artırılmamasına qərar verdiyini bildirmiş, ona məxsus torpaq sahəsində 01 iyul 2015-ci il tarixli icarə müqaviləsi bağlanandan sonrakı müddət ərzində tikilmiş əlavə tikililər və quraşdırılmış konstruksiyalar sökülməklə, ümumi torpaq sahəsinin və həmin torpaq sahəsində icarəyə götürülmüş 1.400 kv.metr tikili sahənin 01 yanvar 2022-ci il tarixdən 10 təqvim günü müddətində təhvil verilməsi xahiş və tələb edilmişdir. Poçt xəbərnaməsindən görünür ki, “yazılı xəbərdarlıq” İddiaçı MMC tərəfindən 08 dekabr 2021-ci il tarixdə qəbul edilmişdir. 04 sentyabr 2021-ci il tarixli, LS 01/09-21 nömrəli məktubdan görünür ki, İddiaçı MMC-nin direktoru tərəfindən Cavabdeh müqavilə müddətinin 01 iyul 2022-ci il tarixinədək uzadılmasını xahiş etmişdir. Həmçinin həmin məktubda direktor tərəfindən icarəyə götürülmüş sahədə xərclənmiş 145.000 manatın onun təsisçi olaraq şəxsi vəsaiti hesabına xərcləndiyi bildirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 14 sentyabr 2021-ci il tarixli, 450 nömrəli aktdan görünür ki, Cavabdeh məktubu qəbul etməmişdir. “Lubristar LLC"xxxx" MMC tərəfindən tərtib edilmiş 03 iyun 2022-ci il tarixli hesabtdan görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən “Lubristar LLC“ MMCyə məxsus avadanlıqların bazar dəyəri və Bakı şəhəri, M.Ə.Rəsulzadə ŞTQ, Binəqədi şossesinin sağ tərəfi ünvanında görülmüş işlərin (2015-2020-ci illəri əhatə edən müşahidə kameralarının quraşdırılması, yanğın sensorlarının quraşdırılması, asfalt örtüyünün çəkilməsi, talvarın qurulması) xərclərinin bazar qiymətləri ilə müqayisədə ümumi dəyəri 145.270 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2022-ci il tarixli 10/1384 nömrəli rəyindən görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 mart 2014-cü il tarixli qərarı ilə Cavabdeh adına rəsmiləşdirilmiş M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsi, Binəqədi şossesinin sağ tərəfində yerləşən 5.000 kv.metr torpaq sahəsində İddiaçı tərəfindən kanalizasiya sisteminin çəkilməsi, ümumi sahənin asfalt örtüklə bağlanması, metal-konstruksiyadan talvar sisteminin qurulması və ümumi sahənin video nəzarət qurğuları ilə təmin olunması işləri (yaxşılaşdırmalar) görülmüşdür. Tədqiq olunan ünvanda görülmüş təmir-tikinti işlərindən cavabdehin əmlakı zərər vurmadan talvarın, quraşdırılmış elektrik avadanlıqların sökülüb götürülməsi texniki cəhətdən mümkündür. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin 2017-2018-ci illərdə orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 89.405 manat məbləğində məüyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, ümumi sahənin video nəzarət qurğuları ilə təmin olunması işlərinin dəyərini müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 01 iyul 2015-ci il tarixli, 2 saylı icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 545 kv.metr olan istehsalat sexini anbar olaraq aylıq icarə haqqı 500 manat olmaqla icarəyə vermişdir. Həmin müqavilə 31 dekabr 2016-cı il tarixədək bağlanmışdır. Müqaviləyə əsasən icarə müddətinin bitməsinə 15 gün qalanadək tərəflərin biri tərəfindən həmin müqavilənin pozulması haqda yazılı xəbərdarlıq olmadığı halda müqavilənin müddəti daha bir il uzadılmış hesab olunur. 01 oktyabr 2019-cu il tarixli, 2 saylı icarə müqaviləsinə 1 nömrəli əlavə imzalamaqla tərəflər icarə müqaviləsinin şərtlərinə dəyişiklik edilməsi ilə bağlı razılığa gəlmiş, icarəyə götürülmüş sahə 545 kv.metr sahədən 1.400 kv.metr tikili sahəyə qədər artırılmış, aylıq icarə haqqı 500 manat məbləğdən 1.500 manat məbləğinə dəyişdirilmişdir. Cavabdeh 02 dekabr 2021-ci il tarixli yazılı xəbərdarlıqla iddiaçıya müraciət edərək 01 yanvar 2022-ci il tarixdən icarə müqaviləsinin müddətinin artırılmamasına qərar verdiyini bildirmiş və icarə müqaviləsi bağlanandan sonrakı müddət ərzində tikilmiş əlavə tikililər və quraşdırılmış konstruksiyalar sökülməklə, ümumi torpaq sahəsinin və həmin torpaq sahəsində icarəyə götürülmüş 1.400 kv.metr tikili sahənin həmin tarixdən 10 gün müddətində təhvil verilməsi xahiş etmişdir. Həmin xəbərdarlıq 08 dekabr 2021-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, icarəyə götürülmüş sahədə və ondan kənarda cavabdehə məxsus torpaq sahəsində icarə müddəti dövründə yaxşılaşdırma işləri görmüşdür (kanalizasiya sistemi çəkilmiş, ümumi sahə asfalt örtüyü ilə bağlanmış, metalkonstruksiyadan talvar sistemi qurulmuş və ümumi sahə video nəzarət qurğuları ilə təmin olunmuşdur). Ekspert rəyinə əsasən cavabdehin əmlakına zərər vurmadan talvarların və quraşdırılmış elektrik avadanlıqlarının sökülüb götürülməsi texniki cəhətdən mümkündür. İddiaçı MMC-nin direktoru tərəfindən cavabdehə göndərilmiş 04 sentyabr 2021-ci il tarixli məktubda həmin yaxşılaşdırma işlərinin təsisçi olaraq şəxsi vəsaiti hesabına xərcləndiyi bildirilmiş, icarə müqaviləsinin müddətinin 01 iyul 2022-ci il tarixədək uzadılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsaəsən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir; 7.2-ci maddəsinə görə icarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi; 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Məhkəmə ilk iddia tələbinin “müqavilənin müddətinin uzadılması” hissəsi ilə bağlı qeyd edir ki, 01 iyul 2015-ci il tarixli, 2 saylı icarə müqaviləsində icarə müqaviləsinin müddəti (31 dekabr 2016-cı il tarixədək) və həmin müddətin uzadılması qaydası müəyyənləşdirilmiş və həmin qaydaya əsasən (müqavilənin 11.02-ci bəndi) icarə müddətinin bitməsinə 15 gün qalanadək icarəyə verən və ya icarəyə götürən tərəfindən həmin müqavilənin pozulması haqda yazılı xəbərdarlıq olmadığı halda müqavilənin müddəti daha bir il uzadılmış hesab olunur. Cavabdeh bu qaydaya riayət edərək icarə müddətinin bitməsinə 15 gün qalanadək iddiaçını müqavilə müddətinin uzadılmaması barədə yazılı qaydada xəbərdar etmişdir. Göründüyü kimi, tərəflər müqavilə müddətinin uzadılması qaydasını qarşılıqlı razılıq əsasında müəyyənləşdirmiş və bu qaydaya cavabdeh tərəfindən əməl edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddaçı iddia ərizəsində və cavabdehə göndərilmiş 04 sentyabr 2021-ci il tarixli məktubda icarə müqaviləsinin müddətinin 01 iyul 2022-ci il tarixədək uzadılması xahiş etmişdir ki, həmin müddət də hazırki qətnamə qəbul edilən zaman artıq bitmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə qeyd edir ki, “tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması tələbi” hüquqi şəxs olaraq İddiaçı tərəfindən irəli sürülsə də, həmin hüquqi şəxsin rəhbəri tərəfindən cavabdehə göndərilmiş 04 sentyabr 2021-ci il tarixli məktubda həmin işlərin təsisçi olaraq şəxsi vəsaiti hesabına xərcləndiyi bildirilmişdir. Göründüyü kimi, həmin tələbi İddiaçı irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə onu da qeyd edir ki, ekspert rəyinə əsasən cavabdehin əmlakına zərər vurmadan talvarların və quraşdırılmış elektrik avadanlıqlarının sökülüb götürülməsi texniki cəhətdən mümkündür və cavabdeh də iddiaçıya ünvanladığı yazılı xəbərdarlığında əlavə tikililər və quraşdırılmış konstruksiyaların sökülməsini xahiş etmişdir. Məhkəmə cavabdehin “icarə sahəsindən məcburi çıxarılma” barədə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti bitdiyinə görə cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 31 mart 2014-cü il tarixli, 08/03 nömrəli qərarı ilə onun adına sənədləşdirilmiş 5.000 kv.metr torpaq sahəsindən və onun üzərində icarəyə verilmiş 1.400 kv. metr sahəsi olan tikilidən iddiaçının çıxarılmasını tələb etməkdə haqlıdır və buna görə də qarşılıqlı iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən Cavabdeh məxsus 5.000 kv.metr torpaq sahəsindən və ümumi sahəsi 1.400 kv.metr olan tikilidən çıxarılmalı və həmin torpaq sahəsi tikili ilə birlikdə Cavabdeh təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müqavilənin müddətinin uzadılması, tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddiası təmin edilməməli, həmin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya adi edilməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən Cavabdeh məxsus 5.000 kv.metr torpaq sahəsindən və ümumi sahəsi 1.400 kv.metr olan tikilidən çıxarılmalı və və həmin torpaq sahəsi tikili ilə birlikdə Cavabdeh təhvil verilməli, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 100 manat vəsait İddiaçındən tutularaq Cavabdeh ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin müddətinin uzadılması, tikinti və abadlıq işlərinə xərclənmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya adi edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfində yerləşən Cavabdeh məxsus 5.000 kv.metr torpaq sahəsindən və ümumi sahəsi 1.400 kv.metr olan tikilidən çıxarılsın və həmin torpaq sahəsi tikili ilə birlikdə Cavabdeh təhvil verilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat vəsait İddiaçındən tutularaq Cavabdeh ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-1027/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1027/2022
29.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver