Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1060/2024 20.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Cəfərov X4 Adil Müqbil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinin satışından əldə olunmuş 35254,8 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 195,76 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X6 ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamə verilmişdir. Bu etibarnamə ilə iddiaçıya məxsus AR ƏMDK DƏDRX Əİ verdiyi xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinə dair iddiaçını bütün dövlət və qeyri-dövlət orqanlarında, təşkilatlarda, notariat kontorlarında, Asan xidmət mərkəzində, İcra Hakimiyyətində, AR ƏMDK DƏDRX Əİ-də təmsil edərək bütün sənədləşmə əməliyyatlarını aparmaq, lazımi sənədləri və arayışları toplamaq, təhvil vermək, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışı, forma 2 almaq, aldıqdan sonra sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka/girov qoymaq, icarəyə vermək, pulunu almaq, buna dair müqavilələr imzalamaq, ərizə yazmaq, imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək səlahiyyətləri iddiaçı tərəfindən cavabdehə verilmişdir. Etibarnamə əsasında 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsi 36000 manat qarşılığında cavabdeh tərəfindən X1. Lakin cavabdeh bundan sonra satışdan əldə etdiyi vəsaiti qohumluq münasibətlərindən istifadə edərək iddiaçıya təqdim etməmiş, həmin vəsait əvəzində özünə avtomobil aldığını, pulu isə sonradan qazanıb qaytaracağını bildirmişdir. Cavabdeh tərəfindən vəsaitin əldə edilməsindən 2 ildən artıq zaman keçməsinə baxmayaraq borcundan bugünədək heç bir vəsait ödənməmişdir. Hətta göstərilən vəsaitə avtomobil alınıb-alınmadığını yoxlamaq məqsədilə Baş Dövlət Yol Polis İdarəsinə sorğu verilmiş, BDYPİ-nin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə cavabdehin adına nəqliyyat vasitəsinin qeydiyyata alınmadığı bildirilmişdir. Notariat işindən və alğı-satqı müqaviləsindən görünür ki, cavabdeh ona verilmiş etibarnamə əsasında iddiaçıya məxsus torpaq sahəsini 36000 manat qarşılığında X7 adlı şəxsə satmışdır. Həmin məbləğdən 704,4 manat miqdarda sadələşdirilmiş vergi tutulmuşdur. Eləcə də, alğı-satqı əməliyyatı aparılması zamanı cavabdeh tərəfindən 10,4 manat dövlət rüsumu və 30,4 manat xidmət haqqı ödənilmişdir. Beləliklə də, iddiaçıya məxsus torpaq sahəsinin satışından ümumilikdə 35254,8 manat vəsait əldə olunmuşdur. Vəsait əvvəl notariat ofisinin depozit hesabına qoyulmuş, daha sonra isə cavabdeh tərəfindən götürülmüşdür. İddiaçı tərəfindən cavabdehə göstərilən vəsaitin qaytarılması üçün dəfələrlə müraciət və şifahi xəbərdarlıqlar olmasına baxmayaraq, cavabdeh ödənişi etməkdən yayınmışdır. Buna görə də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə təqdim edərək, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqlarının pozulduğunu alqı-satqı olan tarixdən, yəni xx.xx.2021-ci ildən bilmişdir. Belə olan halda əgər doğurdan da, satışdan əldə edilmiş pula tələbi var idisə onda həmin vəsaiti iddiaçı cavabdehdən həmin andan tələb etməli idi. Lakin məlum olduğu kimi iddiaçı cavabdehin qaynatasıdır. Həmin bağ sahəsi də cavabdehə toy hədiyyəsi olaraq verilmişdir. İddiaçının qızı X3 ilə cavabdeh nikaha girən zaman iddiaçı həmin bağ sahəsini cavabdehə hədiyyə olaraq vermişdir. Cavabdeh artıq iddiaçının qızından boşanmaq barədə qərar verdiyi üçün iddiaçı məhz bu addıma əl atmışdır. Praktikada formalaşan işgüzar adətlərdən məlumdur ki, etibarnamə əsasında daşınmaz əmlak alqı-satqısı ilə bağlı münasibətlərdə hər hansı əmlakın alqısatqısı olan kimi vəsait əmlakın sahibinə təqdim edilməlidir. Həmin vəsaiti istəmək üçün 3 ilə yaxın müddət gözləməyə ehtiyac yoxdur. 2008-ci ilin may ayında olmasa da, iyun və ya iyul aylarında artıq vəsaitin geri verilmədiyi iddiaçıya məlum idi. Yəni, nəzərdə tutulan vəsaiti geri almaq üçün 3 ilədək gözləmək məntiqsizdir və bu iddianın məhz cavabdeh tərəfindən iddiaçının qızından boşanmaq barədə qərarını bildirdikdən sonra qaldırılması əslində iddiaçının niyyətindən xəbər verir. Hətta hesab edilsə ki, belə bir hal var, o zaman da artıq iddia müddəti keçmişdir. Belə ki, bütün bunları nəzərə alan qanunverici iddiaların qaldırılması üçün iddia müddəti müəyyən edib və əsas məqsəd də, məhz uzun müddət keçdikdən sonra sübutların saxlanılmaması və ya digər hallarla bağlı mübahisələrə məhkəmələr tərəf baxılıb qərar verilməsi imkanlarının məhdudlaşmasının qarşısını almaqdır. Bu halda da, yaranmış münasibətlərin üzərindən 3 ilə yaxın müddət keçməsi, tərəflər arasındakı münasibətlərin pozulması (nikahın pozulması faktı ilə əlaqədar) artıq iş üzrə lazımi halların obyektiv araşdırılmasda məhdudiyyətlər yaradır ki, bu da sonra qeyriobyektiv qərar qəbul edilməsi ilə nəticələnə bilər. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdehin müddətin tətbiqedilməsi barədə ərizəsinə yazılı münasibəti məhkəməyə ünvanlayaraq bildirmişdir ki, mülki iş üzrə Cavabdeh tərəfindən məhkəməyə “iddia müddətinin tətbiq edilməsi barədə" ərizə təqdim edilmişdir. Göstərilən ərizə onunla əsaslandırılmışdır ki, “iddia tələbinin əsasını əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir və Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olan öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür və bu səbəbdən də iddia müddəti ötürülmüşdür. Aşağıdakılara görə ərizəni əsassız hesab edir və iş üzrə yekun qətnamə qəbul edilərkən nəzərə alınmasını Məhkəmədən xahiş edir: İddia tələbinin hüquqi əsasını əsassız varlanma yox, qanunvericiliklə nəzərdə tutulmuş əqd əsasında cavabdehin öz vəzifələrini tam səkildə və lazımınca icra etməməsi, əldə etdiyi vəsaiti iddiaçıya gaytarmaması təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslan aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayar müqavilələr və başqa əqdlər.14.2.7. Əsassız varlanma. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olan əsasdır. Əqdin bağlanması üçün yalnız bir tərəfin iradə ifadəsi lazım olan və kifayət edən əqdlərə birtərəfli əqdlər deyilir (etibarnamə, vəsiyyət, müqaviləyə birtərəfli xitam verilməsi barədə xəbərdarlıq və s.). Əvəzsiz əqd isə bir tərəfin digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz atmadan onun üçün müəyyən hərəkət etməsi, yəni əmlak verməsi, xidmət göstərməsi, iş görməsi və ya pui verməsidir, Birtərəfli əqdlər həmişə əvəzsiz olur. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində {ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad, və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir, Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədər ki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə biiər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Hazırkı iddia tələbindən də göründüyü kimi iddiaçı tərəfindən cavabdehə Bakı şəhəri 53 saylı notariat ofisində 07.05,2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamə verilmişdir. Bu etibarnamə ilə iddiaçıya məxsus olan AR ƏMDK DƏDRX Əİ verdiyi xx.xx.2021-cı il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən ünvan ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinə dair iddiaçını bütün dövlət və qeyri-dövlət orqanlarında, təşkilatlarda, Notariat kontorlarında, Asan xidmət mərkəzində, İcra Hakimiyyətində, AR ƏMDK DƏDRX Əİ-də təmsil edərək bütün sənədləşmə əməliyyatlarını aparmaq, lazımi sənədlər və arayışları toplamaq, təhvil vermək, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı, forma 2 arayışı almaq, aldıqdan sonra sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka/girov qoymaq, icarəyə vermək, pulunu almaq, buna dair müqavilələr imzalamaq, ərizə yazmaq, imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək səlahiyyətləri İddiaçı tərəfindən Cavabdeh verilmişdir. Göstərilən etibarnamə əsasən 5 saylı Bakı “ASAN xidmət" mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN - İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan ünvan ünvanda yerləşən 0,1174 ha torpaq sahəsi 36,000.00 (otuz altı min) manat qarşılığında Cavabdeh tərəfindən X1. Lakin bundan sonra cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsinin satılmasına görə əldə etdiyi vəsaiti iddiaçıya qaytarmamışdır. Göründüyü kimi, iddia tələbinin hüquqi əsasını iddiaçı tərəfindən birtərəfli əqd (etibarnamə) əsasında cavabdehə ötürdüyü hüquqlar nəticəsində əmələ gəlmişdir. Cavabdeh etibarnamədə göstərilən hüquqlardan istifadə edərək alqı-satqı əməliyyatını həyata keçirtmiş, lakin yekunda əldə vəsaiti etibar edən şəxsə (iddiaçıya) təqdim etməli olsa da, bu vəzifəsini həyata keçirtməmişdir. Halbuki, Mülki Məcəllənin tələblərinə əsasən birtərəfli əqd əvəzsiz qaydada bağlanır və buna görə cavabdehin iddiaçıya məxsus əmlakın satışından əldə olunmuş vəsaiti özündə saxlamaq hüququ yoxdur. Cavabdehin ərizəsinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin əsassız varlanma anlayışının tələblərinin hazırkı mülki isə tətbiq etmək olmaz. Belə ki Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Lakin iddia tələbindən və iş materiallarına əlavə olunmuş sübutlardan göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə notarial qaydada təsdiq edilmiş etibarnamə verilmişdir Bu etibarnamə də özlüyündə hüquqi əsas yaratmış və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi notarial alqı-satqı yolu ilə üçüncü şəxsə satılmışdır. Məcəllənin 1091.2-ci maddəsinin tələbi də kifayət qədər aydın şəkildə göstərir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Halbuki, cavabdehin iddiaçıya qaytarmadığı pul vəsaiti ona verilmiş etibarnamə əsasında (qanuni əsas) apardığı alqı-satqı əməliyyatından əldə etdiyi pul vəsaitidir. Bundan başqa yuxarıda da bildirdiyimiz kimi, Mülki Məcəllənin 14.2-ci maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını aydın şəkildə göstərmişdir. Bu maddənin tələblərində əqdlər (14.2.1-ci maddə) və əsassız varlanma (14.2.7-ci maddə) ayrı-ayrı göstərilmişdir. Əgər ortada əqd varsa və mülki hüquq və vəzifələr həmin əqd əsasında tam şəkildə həyata keçirilməmişdirsə, bu zaman əsassız varlanma anlayışı öz təsirini itirir. Belə ki, Məcəllənin 1091 -ci maddəsi də bunu imperativ şəkildə göstərir ki, əsassız varlanma anlayışı heç bir hüquqi əsas olmadığı təqdirdə istifadə olunur. İddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə təıəbıərı üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Göründüyü kimi Məcəllənin 373.2ci maddəsində göstərilmiş müqavilə anlayış özündə birtərəfli əqdi də, hazırki iş üzrə isə desək etibarnaməni də ehtiva edir və bu işlət üzrə iddia müddəti üç ii təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya alqı-satqı əməliyyatından əldə edilmiş pul vəsaitinin qaytarılması vəzifəsi əməliyyat aparılan gün, daha dəqiq desək xx.xx.2021-ci il tarixdə yaranmışdır. Beləliklə də, Mülki Məcəllənin tələblərinə əsasən iddiaçının xx.xx.2024-cü il tarixədək məhkəməyə müraciət etmək hüququ vardır. Hazırki mülki iş isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur, Göründüyü kimi, hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə bu səbəbdən əsassızdır. İddiaçı cavabdehə torpaq sahəsini toy hədiyyəsi kimi verməmişdir. Cavabdeh öz ərizəsində bildirir ki, iddiaçı cavabdehin qaynatasıdır. Həmin bağ sahəsi də cavabdehə toy hədiyyəsi olaraq verilmişdir. İddiaçının qızr X3 ilə cavabdeh nikaha girən zaman iddiaçı həmin bağ sahəsini cavabdehə hədiyyə olaraq vermişdir. İddiaçının qızı ilə cavabdeh arasında nikah xx.xx.2019-cu il tarixdə bağlanmışdır və mübahisə predmetini təşkil edən torpaq sahəsinə dair etibarnamə isə iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə, yəni rəsmi nikahdan iki il sonra verilmişdir. Tarixlərə diqqət yetirdikdə birbaşa görünür ki, heç bir toy hədiyyəsindən söhbət belə gedə bilməz. Belə ki, toy hədiyyəsi ya toyqabağı, ya da toydan qısa müddət sonra verilən anlayışdır. Bundan əlavə əgər həqiqətən də cavabdehin iddia etdiyi kimi, torpaq sahəsi ona pay kimi verilmişdisə, bu zaman haqlı olaraq sual meydana çıxır ki, bəs nə üçün həmin torpaq sahəsi bağışlama müqaviləsi əsasında qaynata tərəfindən cavabdehə verilməmişdir Mülki Məcəllənin tələblərinə əsasən, hər hansı daşınmaz əmlakın yaxın qohumlar arasında bağışlama müqaviləsi mümkündür. Göründüyü kimi, iddiaçı sadəcə cavabdehə öz əmlakına dair etibarnamə əsasında bəzi hüquqları vermiş, cavabdeh həmin hüquqlardan istifadə edərək əmlakı satmış, lakin vəzifəsini yerinə yetirməyərək satışdan əldə olunmuş put vəsaitini iddiaçıya geri qaytarmamışdır.”. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı tərəfindən cavabdehə etibarnamə torpaq sahəsinin satışı üçün verilmişdir və həmin torpaq sahəsindən əldə olunan pul məbləği iddiaçıya geri qaytarılmamışdır. Hadisələrin cərəyan etdiyi dövrdə tərəflər arasında qayınata yeznə kimi qohumluq münasibətləri mövcud olmuşdur. Torpaq sahəsindən əldə olan pul hədiyyə kimi iddiaçı tərəfindən cavabdehə hədiyyə kimi nəzərdə tutulmuşdur kimi bir fikir olmamışdır. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini bildirərək, həmçinin məhkəməyə ərizə ünvanlayaraq göstərdi ki, iddiaçı tərəfindən əvvəl torpaq sahəsindən əldə olunan pulun maşın alınması üçün nəzərdə tutulduğu bildirilmişdir, lakin cavabdeh əldə olunan məbləğə özünə avtomobil əldə etməmişdir. Avtomobili atasının adına almışdır, lakin özü idarə etmişdir. Hadisədən iki il yarım keçir. Boşanma ərəfəsində iddiaçı pul tələb etməyə başlamışdır. Cavabdeh avtomobili qaytarmağa razıdır. İddiaçı hüquqlarının pozulduğunu alğı-satqı olan tarixdən deyil, xx.xx.2021-ci il tarixdən bilmişdir. Belə olan halda, iddiaçının pul tələbi var idisə cavabdehdən həmin andan həmin vəsaiti tələb etməli idi. Həmin bağ sahəsinin satışından əldə olunmuş vəsait avtomobil almaq məqsədi ilə cavabdehə toy hədiyyəsi olaraq verilmişdir. Cavabdeh artıq iddiaçının qızından boşanmaq barədə qərar verdiyi üçün qərar verdiyindən iddiaçı məhz bu addıma əl atmışdır. Artıq iddia müddəti keçmişdir, bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Tədqiq edilən sübutlar: - xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinə dair iddiaçını bütün dövlət və qeyri-dövlət orqanlarında, təşkilatlarda, notariat kontorlarında, Asan xidmət mərkəzində, İcra Hakimiyyətində, AR ƏMDK DƏDRX Əİ-də təmsil edərək bütün sənədləşmə əməliyyatlarını aparmaq, lazımi sənədləri və arayışları toplamaq, təhvil vermək, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışı, forma 2 almaq, aldıqdan sonra sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka/girov qoymaq, icarəyə vermək, pulunu almaq, buna dair müqavilələr imzalamaq, ərizə yazmaq, imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək səlahiyyətləri Cavabdeh etibar etmişdir. - AR ƏMDK DƏDRX Əİ verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. - 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsi 36000 manat qarşılığında etibarnamə əsasında Cavabdeh tərəfindən X1. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. İlk növbədə məhkəmə tərəflərin istinad etdiyi dəlillərin əsaslılığı ilə bağlı qeyd edir ki, iddiaçı ona məxsus torpaq sahəsini satmaq üçün cavabdehə etibarnamə verdiyini, cavabdeh tərəfindən torpaq sahəsinin satıldığını, lakin satışdan əldə olunmuş vəsaitin ona geri qaytarılmadığını iddia edir, cavabdeh tərəf isə izahatında “iddiaçı tərəfindən əvvəl torpaq sahəsindən əldə olunan pulun maşın alınması üçün nəzərdə tutulduğu bildirilmişdir, lakin cavabdeh əldə olunan məbləğə özünə avtomobil əldə etməmişdir. Avtomobili atasının adına almışdır, lakin özü idarə etmişdir. Avtomobili atasının adına almışdır, lakin özü idarə etmişdir. Cavabdehin nümayəndəsi bağ sahəsinin satışışından əldə olunmuş vəsaitin cavabdehə toy hədiyyəsi olaraq verildiyini, avtomobili isə qaytarmağa razı olduğunu bildirərək, iddianın artıq qohumluq münasibətləri pozulduğundan sonra verilməsini əsassız sayır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). İddiaçı Bakı şəhəri 53 saylı notariat ofisində cavabdehə verilmiş xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamə üzrə 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinin cavabdeh tərəfindən X5 36000 manatata satdığını, həmin məbləğdən 704,4 manat miqdarda sadələşdirilmiş vergi tutulduğunu, alğı-satqı əməliyyatı aparılması zamanı 10,4 manat dövlət rüsumu və 30,4 manat xidmət haqqı ödənildiyini nəzərə alaraq torpaq sahəsinin satışından ümumilikdə 35254,8 manat vəsaitin cavabdeh tərəfindən iddiaçıya qaytarılmamasına görə hazırkı tələblə çıxış edir. Cavabdeh xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamə əsasında iddiaçıya məxsus ünvan ni 36000 manatata satdığını inkar etmir, lakin həmin sahənin ona iddiaçı tərəfindən toy hədiyyəsi kimi verildiyini, habelə satışdan əldə olunan vəsaitə avtomobil aldığını bildirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, sübutetmə yükü baxımından iddiaçıya məxsus ünvan nin satışından əldə olunmuş vəsaitin cavabdehə toy hədiyyəsi olaraq verildiyini, bir sözlə, etirazın hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İşin müəyyən edilən halları ilə ünvan nin satışından əldə olunmuş vəsaitin avtomobil almaq məqsədi ilə cavabdehə hədiyyə olaraq verilməsi sübut olunmur. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “.....Lakin Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. .......Vurğulanmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Odur ki, ailə-nikah münasibətləri, ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasının əksinə olaraq nikah dövründə əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi mülkiyyəti olması qənaətinə gəlinməsi baxımından əvəzsiz əqdlər üçün yazılı forma sübutetmə şərti olaraq qəbul edilməlidir.”. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının mülkiyyətində olmuş ünvan nin satışından əldə olunmuş vəsaitin avtomobil almaq məqsədi ilə cavabdehə hədiyyə olaraq verilməsi hər hansı yazılı əqdlə rəsmiləşməmiş, belə faktın mövcudluğu cavabdehin mülahizəsindən başqa heç bir sübutla təsdiqini tapmamışdır. Əksinə iddiaçının verdiyi xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamə üzrə 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinin cavabdeh tərəfindən X5 36000 manatata satıldığı və əldə olunmuş vəsaitin öz mənafeyi üçün istifadə edildiyi iş üzrə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı arqumentini də əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tələbin daşınmaz əmlakla bağlı müqavilə tələbindən irəli gəldiyini nəzərə alsaq onda iddia müddətinin altı il olması nəzərə alınmalıdır. Birtərəfli əqd olan xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamədən irəli gələn tələblər nəzərə alındıqda isə iddia müddəti üç ii təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya alqı-satqı əməliyyatından əldə edilmiş pul vəsaitinin qaytarılması vəzifəsi əməliyyat aparılan gün, yəni xx.xx.2021-ci il tarix əsas götürüldükdə iddiaçının xx.xx.2024cü il tarixədək məhkəməyə müraciət etmək hüququnun mövcud olduğu aydın olur. Hazırki mülki iş isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur, Göründüyü kimi, cavabdehin hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinin satışından əldə olunmuş 35254,8 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X6 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 195,76 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanında yerləşən 0,1174 ha torpaq sahəsinin satışından əldə olunmuş 35254,8 manat məbləğində pul vəsaiti və məhkəməyə müraciət etmək üçün ödənilmiş 195,76 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X6 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev