Məhkəmə qərarları › İş №e-2(001)-1062/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1062/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1062/2022 03.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədzadə Fəridə Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlndan 290 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun, cəmi 320,40 manat pul məbləğinin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17.07.2020-ci il tarixdə saat 10:55 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “4 London Taxi” markalı, **-PH-*** dövlət nişanlı avtomobil “Azsamand” markalı, **-PC-*** dövlət nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Nəsimi rayon DYPŞ-nin 17.07.2020ci il tarixli TP3813717 №-li qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə (hadisə yerindən yayınma) inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Azsamand” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 290 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq 46100 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “Azsamand” markalı, **-PC-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 290 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən ödənilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 290 manat məbləğində sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkənə ödənldiyindən Dövlət Sığorta Kommersiya Şirkəti “İcbarı sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinin tələbinə görə Cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin sonuncu dəfə 19 yanvar 2022-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hadisə yerində vurduğu avtomobilin sürücüsü ilə aralarında danışıq olmuş və onun hər zaman maşınını saxladığı ünvanı dəqiqləşdirdikdən sonra oradan uzaqlaşmışdır Məqsədi isə sonradan ona yaxınlaşaraq vurulan zərərin ödənilməsi olmuşdur. Qarşı tərəf isə vurulan zərərin o qədər də böyük olmadığını bildirmişdir. Lakin sonradan həmin şəxs polisə şikayət etdiyindən, o, polis bölməsinə yaxınlaşmaq məcburiyyətində qalmışdır. Nəticədə 60 manat məbləğində cəriməni ödəmişdir. Belə bir hadisənin olduğunu inkar etmir. İddiaya da hər hansı bir etirazı yoxdur. Hazırda isə işsizdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 fevral 2021-ci il tarixli, 4610 saylı sığorta aktından görünür ki,”AzərSığorta” DSKŞ 17 iyul 2020-ci il tarixində sığorta hadisəsi baş verdikdən sonra zərərə uğrayan X1, zərərə uğrayan əmlakı- “Azsamand” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 290 manat sığorta ödənişi etmişdir. “X5” ASC tərəfindən verilən 05.02.2021-ci il tarixli 4539 saylı ödəniş tapşırığından görünür ki, ”AzərSığorta” DSKŞ tərəfindən "xxxx" MMC-nin hesabına 290 manat ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 22.01.2021-ci il tarixli qüsur aktından görünür ki, **-PC-*** dövlət qeydiyyat nişanlı, “Azsamand” markalı avtomobilə ümumilikdə 290 manat məbləğində zərər dəymişdir. Dövlət Sığorta Kommersiya Şirkəti ilə “ X4” MMC arasında bağlanan 23.04.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, 4 London Taxis markalı, **- PH-*** nömrəli avtomobil əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50000 maat məbləğində icbari qaydada sığortalanmışdır. Müqavilə 24.04.2020-ci il tarixindən 24.04.2021-ci il tarixinədək 12 ay müddətində qüvvədə olmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Nəsimi DYPŞ-nin polis leytenantı tərəfindən tərtib edilən arayışdan görünür ki, 17.07.2020-ci il tarixində saat 10:56 radələrində S.Vurğun küçəsində toqquşma yol nəqliyyat hadisəsi baş vermiş və “X4” MMC yə məxsus “London Taxi” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" MMC yə məxsus “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə zamanı “London Taxi” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən, “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə X2 tərəfindən idarə edilmişdir. AP seriyalı ******* saylı 17.07.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh S.Vurğun küçəsində hərəkət zamanı sola manevr edərkən özündən solda hərəkətdə olan “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə xəsarət alan olmamışdır. TP seriyalı ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulan izibati xətanı törətdiyinə görə (hadisə yerindən yayınma və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Khazar LX minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, London Taxi minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil “X4” MMC-yə məxsusdur. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə 16 may 2021-ci il tarixində bildiriş ünvanlanmış və subroqasiya qaydasında 290 manat məbləğində pulun ödənilməsi xahiş edilmiş, əks təqdirdə barəsində aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 17.07.2020-ci il tarixində saat 10:56 radələrində S.Vurğun küçəsində Cavabdeh idarə etdiyi “X4” MMC yə məxsus “London Taxi” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" MMC yə məxsus “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisədən sonra “London Taxi” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində Azərmaş” MMC-yə məxsus “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 290 manat zərər dəydiyi müəyyən edilmişdir. “Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən 290 manat məbləğində vurulan zərərin əvəzi "xxxx" MMC-yə ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğdə sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. İddiasını isə cavabdehin hadisə yerindən yayınmasına görə subroqasiya hüququnun yaranması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin yol nəqliyyat hadisəsi zamanı təqsiri və onun hadisə yerindən yayınması Nəsimi rayon DYPŞ-nin TP seriyalı, ******* saylı tarixli qərarı ilə və cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatı ilə təsdiq olunduğundan, o cümlədən hadisə nəticəsində sığorta şirkəti tərəfindən zərərçəkənə 290 manat ödənilməsi sübut olduğundan iddiaçının cavabdehə qarşı ödənilmiş sığorta ödənişi məbləğində subroqasiya tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 290 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində xidmət haqqı tutularaq iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 290 (iki yüz doxsan) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar