Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1074/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişinin əvəzi olaraq 350 manat vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 yanvar 2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Hyundai Elantra” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Mitsubishi Pajero” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 09 sentyabr 2019-cu il tarixindən 09 sentyabr 2020-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 06 fevral 2020-ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 350 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X2 ödənilmişdir. 15 yanvar 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Ağazadə X3 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə təqsirli bilinmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)- 1074/2022 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında qəbul edilmiş 2(001)-1074/2022 saylı mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı X5 (“Mitsubishi” minik markalı **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi 09 snetyabr 2019-cu il, müqavilənin qüvvədən düşmə tarixi 09 sentyabr 2020-ci ildir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsi DYP tərəfindən tərtib edilmiş 15 yanvar 2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 02 yanvar 2020-ci il tarixdə idarə etdiyi “Mitsubishi” minik markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Q.Məmmədov küçəsində 5 saylı binanın həyətində arxaya hərəkət edərkən arxada dayanmış “Hyundai Elantra” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və o, hadisə yerini tərk etmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsi DYP tərəfindən tərtib edilmiş 15 yanvar 2020-ci il tarixli, ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) 100 manat məbləğində cərimə edilmişdir; Avtomobillərin Texniki Xidmət Mərkəzinin 16 yanvar 2020-ci il tarixli qüsur aktından görünür ki, “Hyundai Elantra” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 350 manat təşkil edir; PXA 59462 saylı sığorta aktından görünür ki, 02 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Q.Məmmədov küçəsində sığortalanmış “Mitsubishi” minik markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Elantra” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə 350 manat məbləğində zərər dəymişdir; 06 iyun 2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, həmin tarixdə "xxxx" ASC tərəfindən X1 hesabına 350 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; 15 dekabr 2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh 02 yanvar 2020-ci il tarixdə idarə etdiyi “Mitsubishi” minik markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Q.Məmmədov küçəsində 5 saylı binanın həyətində arxaya hərəkət edərkən arxada dayanmış “Hyundai Elantra” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “Hyundai Elantra” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat məbləğində zərər dəymiş və zərər iddiaçı tərəfindən həmin zərərçəkmiş şəxsə ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğdə sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 350 manat məbləğində sığorta ödənişi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-1074/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1074/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver