Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1139/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14646,02 (on dörd min altı yüz qırx altı manat iki qəpik) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 133,94 manat, ümumilikdə 14779,96 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini AR Mülki Məcəlləsinin 21-ci, 448.4-cü, 936.1-ci, 936.2-ci, 936.5ci, 1096-cı, 1097-ci və 1128-ci, habelə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə istinadən belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində, Tovuz rayonu ərazisində "xxxx" ASC-də (bundan sonra – ASC) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə edilən “Mercedes Benz” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil “Khazar SD” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq, nəticədə sonuncu nəqliyyat vasitəsində sərnişinlər X4 və X5 aldıqları xəsarətlərdən hadisə yerində ölmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mərhum X2 və X3 hüquqi varislərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılıqda 5000 manat, ümumilikdə 10000 min manat “Khazar SD” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 4646,02 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxslərin bank hesabına tam olaraq köçürülmüşdür. AR DİN-nin baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X1 cinayət işi üzrə sübutların qiymətləndirməsi haqqında Qərara əsasən hadisədə təqsirli bilinən Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsində işə iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarına görə, sürücülük hüququ məhdudlaşdırılmış Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixdə, saat 15:50-da Bakı-Quba-Dağıstan sərhəddi yolunun 7-ci kilometrliyində hərəkət edərkən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi əsasında xx.xx.2020-ci il (saat 17:55:25) tarixə qədər “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” sığorta növü üzrə (5000 manat məbləğində) sığortalanmış və X3 idarə etdiyi “Khazar SD” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bundan sonra “Khazar SD” minik markalı avtomobil istiqamətini dəyişərək yolun sağına çıxıb yolun kənarında olan beton-taxta maneəyə dəymiş, nəticədə sürücü X5 və həmin avtomobildə olan sərnişin X4 hadisə yerində ölmüşlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-745/2020 saylı xx.xx.2020-ci il hökmü ilə Cavabdeh bu əməlinə görə CM-nin 263- 1.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həmin hökm yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. AKT3333/20 – CML 2561/2020 saylı sığorta aktının surətindən görünür ki, Ağarza Ağayevin ölməsi səbəbindən onun varisinə 5000 manat sığorta ödənişinin verilməsi nəzərdə tutulmuşdur. CML 2561/2020-AKT3852/20 saylı sığorta aktının surətindən görünür ki, “Khazar SD” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərər üzrə "xxxx" ASCyə 4646,02 manat sığorta ödənişinin verilməsi nəzərdə tutulmuşdur. CML 2561/2020/1-AKT1295/23 saylı və CML 2561/2020/1-AKT1298/23 sığorta aktlarının surətlərindən görünür ki, Rəşad Həsənovun ölməsi səbəbindən onun varisləri Elnarə Həsənovaya (anası) və Bayram Həsənova (atası) ümumilikdə 5000 (hər birinə 2500 manat olmaqla) sığorta ödənişinin verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ödəniş sənədlərinin surətlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən baş vermiş sığorta hadisəsi üzrə Ağabacı Ağayevaya 5000 manat, Bayram və Elnarə Həsənovların hər birinə 2500 manat (cəmi 5000 manat) və "xxxx" ASCyə 4646,02 manat sığorta ödənişi verilmişdir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı, 1097.1-ci və 1108-ci maddələrinə əsasən, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı 14646,02 manat məbləğində pulun tutulması tələbini irəli sürməkdə haqlıdır. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, xx.xx.2019-cu il tarixdə, saat 15:50-da sürücülük hüququ məhdudlaşdırılmış Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASCdə sığortalanmış X3 idarə etdiyi “Khazar SD” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmanın təsirindən sonuncu yolun kənarında olan beton-taxta maneəyə dəymiş və nəticədə sürücü X5 və sərnişin X4 hadisə yerində ölmüşlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılan 1(101)-745/2020 saylı xx.xx.2020-ci il hökmü ilə Cavabdeh bu əməlinə görə CM-nin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hadisə nəticəsində "xxxx" ASC tərəfindən cəmi 14646,02 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qanunvericiliyin yuxarıda şərh olunan müddəalarının mənasından göründüyü kimi, iddiaçı "xxxx" ASC-nin subroqasiya tələbini irəli sürmək hüququ vardır və hazırkı işin halları baxımından bu tələbə cavab verməli olan şəxs qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təqsiri müəyyən olunmuş Cavabdehdur. Yuxarıda da qeyd olunduğu kimi, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir – iddiaçı təşkilatın isə zərərçəkmişlərə (varislərinə) cəmi 14646,02 manat ödəmiş olduğu mübahisəsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 133,94 manat dövlət rüsumu və xidmət haqqı da Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 14646,02 manat (on dörd min altı yüz qırx altı manat iki qəpik) məbləğində sığorta ödənişi və 133,94(yüz otuz üç manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 14779,96 manat (on dörd min yeddi yüz yetmiş doqquz manat, doxsan altı qəpik) məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nın hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1139/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1139/2025
30.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver