Məhkəmə qərarları › İş №e-2(001)-1183/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1183/2025

02.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1183/2025 02.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X6 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəmədən əvvəl mediasiya sessiyasında aralarında olan mübahisə ilə əlaqədar artıq razılığa gəldiklərini və iddiaçının hər üç uşağı onun himayəsinə verdiyini bildirdi. Məhkəmə iş materiallarını və tərəflərin mövqeyini nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262-ci maddəsinə müvafiq olaraq, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. ... İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini müəyyən edən 2(102)- 3821/2024 saylı (3 ulduzlu) qərarından müəyyən olunur ki, “...nikah pozulduqdan sonra uşaqların yaşayış yeri barədə mediasiya prosesində barışıq sazişi bağlandığına görə, iddiaçının hazırkı iş üzrə uşaqların yanında saxlanması barədə tələbinə iddia icraatı qaydasında baxılması üçün prosessual əsaslar olmamışdır. Bu halda məhkəmə tərəfindən “uşaqların atanın himayəsində saxlanılması" tələbi üzrə icraata xitam verilməli idi. Lakin məhkəmələr həmin tələbə də mahiyyəti üzrə baxıb qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşlar...” Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya sessiyasında razılığa gələrək barışıq sazişi imzalamışlar. Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıdakı məsələlər üzrə razılığa gəlmişlər: “...1. Tərəflər birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi Cavabdeh yanında, himayəsində saxlanılmasına razılaşdılar.

2. Tərəflər, İddiaçı və Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 705 manat aliment məbləğinin İddiaçı Cavabdeh ödəməsi barədə razılaşdılar.

4. Tərəflər birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günləri 14:00dan 17:00-a qədər (uşağın təhsil, tərbiyyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) görüşüb ünsiyyətdə olması barədə razılaşdılar”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4626/2024 saylı qətnaməsinə əsasən Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi nikahın ləğvi hissəsində təsdiq edilmiş və tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. İş materiallarından göründüyü kimi, tərəflər arasında uşaqların hansı valideynin yanında saxlanılmasına dair mediasiya sessiyasında bağlanmış barışıq sazişi mövcuddur. Sazişin hazırda mövcud olması və mübahisələndirilməməsi isə irəli sürülmüş “uşaq tələbi”nə dair iddiaya məhkəmə qaydasında mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsini istisna etdiyindən işin icraatına xitam verilməli, tərəfə qeyd olunan mediasiya sessiyasında bağlanmış barışıq sazişini ümumi qaydalarla mübahisələndirmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya ümumi əsaslarla Cavabdeh ilə aralarında Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişini mübahisələndirmək hüququnun olması izah edilsin. Dövlət rüsumu 50 AZN (**********) iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar