Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1205/2023 09.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh2 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri 09 yanvar 2023-cü il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh2 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC-nin Bakı şəhəri, 8-ci mkr., Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Göstərilən maddənin tələblərinə zidd olaraq, iddiaçı tərəfindən mübahisələndirilən 16 dekabr 2022-ci il tarixli “əmlakın alğı-satqısı barədə müqavilə” iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin geri qaytarılması qərara alındığından, onun verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu büdcədən iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: İddiaçı Cavabdeh2 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti (qəbzin nömrəsi **********, ödəniş tarixi xx.xx.2022) büdcədən İddiaçı (AZE *******) ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1205/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1205/2023
09.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver