Məhkəmə qərarları › İş №e-2(001)-1219/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1219/2023

06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1219/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) avtomobilə dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) qarşı avtomobilə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəymiş zərərin 5600 manat məbləğinin və ödənilmiş 80 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 13:00-də özünə məxsus “BMW 540 i” markalı,**-SY-*** qeydiyyat nişanlı avtomobili ilə Bakı Qazax yolunun 339-cu km-də üzü Bakı istiqamətində hərəkətdə olan zaman arxasında hərəkətdə olan, markası və nömrəsi ona sonradan məlum olan, “Opel” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onun avtomobilinin arxa hissəsinə dəyərək toqquşdu. İddia ərizəsinə əlavə edilmiş İXP-4970048 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 22/37 nömrəli, xx.xx.2022-ci il tarixli qüsur aktından göründüyü kimi, qəza nəticəsində avtomobilini 10.600 manat məbləğində ziyan dəymişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Beynəlxlaq Bankına məxsus mobil tətbiq vasitəsindən çıxarışa əsasən "xxxx"ASC tərəfindən həmin qəza ilə bağlı dəymiş zərərin 5.000 manat məbləği hesabına köçürülmüşdür. Nəzərə çatdırır ki, qalıq 5.600 manat məbləğin ödənişi ilə bağlı dəfələrlə tərəfindən cavabdehlə əlaqə saxlanılsa da, cavabdeh qalıq məbləğin ödənişindən müxtəlif bəhanələr gətirərək icra etməkdən boyun qaçırmışdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh məxsus **-TP-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2022 – xx.xx.2023 tarixlərini əhatə edən dövr üçün “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində sözügedən **-TP-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtonəqliyyat vasitəsi ilə **-SY-*** dövlət qeydiyyat nişanlı “BMW 540i” markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Şirkətinin qəza komissarı avtonəqliyyat vasitələrinə baxış keçirmiş, fotoşəkillərini çəkmişdir. Şirkətnin qiymətləndirici eksperti tərəfindən **-SY-*** dövlət qeydiyyat nişanlı “BMW 540i” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, 5.230,00 manat məbləğində müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinin tələbini nəzərə alaraq, **-SY-*** dövlət qeydiyyat nişanlı “BMW 540i” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən İddiaçı hesabına 5.000,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, hadisə baş verdikdən sonra iddiaçıya dəymiş ziyan "xxxx" ASC tərəfindən hesablanmış və ziyanın məbləği 5.230 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğində 5.000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda ondan tələb etdiyi məbləğ əsassızdır. Bu halı "xxxx" ASC-də təsdiq edir. Çünki, sığorta aktı məhz həmin şirkət tərəfindən tərtib edilmiş və icbari sığorta haqqı da həmin şirkət tərəfindən ödənilmişdir. Əgər iddiaçı "xxxx" ASC-nin çıxardığı qüsür aktı ilə hesablanmış məbləğlə razı deyildisə bunu həmin vaxt mübahisələndirərdi. Lakin, iddiaçı həmin vaxt çıxarılan məbləğlə razı olmuş və sığorta Şirkətindən sığorta ödənişini qəbul etmişdir. Sonradan iddiaçı başqa yerlərdə avtomobilinə dəymiş ziyanı yenidən öz mənafeyinə görə yüksək hesablatdırırsa bunun ona hər hansı aidiyyəti olmamalı və o pul ondan tutulmamalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını məcmu halda araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AD 536365 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” minik, **-TP-*** nömrəli qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. Vİİİ X2 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibatı xəta törədilmişdir. xx.xx.2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, İddiaçı məxsus “BMW 540 i” markalı,**-SY-*** qeydiyyat nişanlı avtomobilə 5.230 manat məbləğində ziyan dəymişdir. Hesabatda aşağıdakılar göstərilir: Səsboğucunun arxa qazanı – 1350 manat, Arxa yük yerinin qapısı - 800 manat, Arxa sağ fara – 750 manat, Arxa bamper – 650 manat, Arxa park sensor (2 ədəd) – 200 manat, Arxa yük yeri qapısının sağ petləsi – 50 manat, Arxa yük yeri qapısının sol petləsi – 50 manat, Arxa bamperin alt şvelleri – 200 manat, Yapışqan (2 ədəd) – 30 manat, Düymə - 20 manat, Arxa bamperin xizəyi (dəst) – 120 manat. Dəmirçi ( stend, arxa panel, yuk qapısı, arxa sağ qanad, arxa sverler) – 380 manat, Rəngsaz (arxa panel, yuk qapısı iç çöl, arxa sağ qanad, arxa bamper) – 460 manat, Armatur işi (arxa stoplar, arxa bamper, yuk yeri, arxa radarlar) – 100 manat, Çilingər ( arxa qazan s/y) – 50 manat, Elektrik (diaqostika) – 20 manat. xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, İddiaçı məxsus “BMW 540 i” markalı, **-SY-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən ona 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2022-ci il tarixli Diamond Tuning & Detailing tərəfindən verilmiş aktın surətinə əsasən İddiaçı məxsus “BMW 540 i” markalı,**-SY-*** qeydiyyat nişanlı avtomobildə aşağıdakı işlər görülüb təhvil verilmişdir. Dəmirçi işləri (ümumi) – 2300 manat, bufer rənglənməsi (tam) – 265 manat, arxa baqaj rənglənməsi (tam) – 250 manat, arxa panel rənglənməsi – 250 manat, söküb yığma işləri (armaturşik) – 230 manat, batıq və əzik PDR üsulu ilə düzəldilməsi – 500 manat, arxa bufer təmiri – 30 manat, aqron qaynağı – 130 manat, səsboğucu quraşdırılması – 200 manat, əlavə deteylinq – 25 manat, qoruyucu plyonka - arxa bufer – 600 manat, qoruyucu plyonka – baqaj – 300 manat. Siyahıdakı işlərin görülməsi üçün avtomobil sahibi aşağıdakı ehtiyat hissələrini servisə təqdim etmişdir: - arxa baqaj – 1050 manat, arxa stoplar 520 manat, salazka 350 manat, bufer arxa – 1450 manat, arxa şveller – 420 manat, datçik – 450 manat, alt qoruyucu – 100 manat, arxa qazan – 1060 manat, səsboğucu - 120 manat. Diamond Tuning & Detailing tərəfindən verilmiş 22/37 nömrəli aktın surətinə əsasən İddiaçı məxsus “BMW 540 i” markalı, **-SY-*** qeydiyyat nişanlı avtomobildə aşğıdakı işlərin görülməsi zərurət olduğu müəyyən edilmişdir. Dəmirçi işləri (ümumi) – 3000 manat, bufer rənglənməsi (tam) – 300 manat, arxa bufer rənglənməsi (tam) – 300 manat, arxa sağ krilo rənglənməsi (hissəvi) – 300 manat, arxa baqaj rənglənməsi (tam) – 300 manat, arxa panel rənglənməsi – 300 manat, söküb-yığma işləri (armaturşik) – 250 manat, qoruyucu plyonka arxa bufer – 700 manat, qoruyucu plyonka krilo – 650 manat, qoruyucu plyonka baqaj – 300 manat, arxa baqaj – 1100 manat, arxa stoplar sağ – 550 manat, arxa şveller – 450 manat, salazka orta 220 manat, salazka sağ 160 manat, datçik – 480 manat, alt qoruyucu – 110 manat, bufer arxa 1500 manat, arxa qazan – 1100 manat, ümumi akt üzrə yekun məbləğ 11.770 manatdır. Qeyd: avtomobilin təmiri müddətində əlacə zədələnmiş ehtiyat hissələrinin üzə çıxması ehtimalı ilə əlaqədar yekun məbləğ şərtidir. Diamond Tuning & Detailing tərəfindən verilmiş 22/37 nömrəli aktın surətinə əsasən İddiaçı məxsus “BMW 540 i” markalı, **-SY-*** qeydiyyat nişanlı avtomobildə aşğıdakı işlərin görülməsi zərurət olduğu müəyyən edilmişdir. Dəmirçi işləri (ümumi) – 3000 manat, bufer rənglənməsi (tam) – 265 manat, arxa baqaj rənglənməsi (tam) – 250 manat, arxa panel rənglənməsi – 250 manat, söküb yığma işləri (armaturşik) – 230 manat, PDR– 500 manat, qoruyucu plyonka - arxa bufer – 600 manat, qoruyucu plyonka – baqaj – 300 manat, arxa bufer təmiri - 30 manat, aqron qaynağı – 130 manat, səsboğucu quraşdırılması – 200 manat, əlavə deteylinq – 25 manat. Ehtiyat hissələri: arxa baqaj – 1050 manat, arxa stoplar sağ – 520 manat, salazka 350 manat, bufer arxa – 1450 manat, arxa şveller – 420 manat, datçik – 450 manat, alt qoruyucu – 100 manat, arxa qazan – 1060 manat, səsboğucu – 120 manat. Ümumi akt üzrə yekun məbləğ 10.600 manat. Qeyd: avtomobilin təmiri müddətində əlacə zədələnmiş ehtiyat hissələrinin üzə çıxması ehtimalı ilə əlaqədar yekun məbləğ şərtidir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 79 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5.000 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, maddi zərərlə bağlı öhdəliyin əmələ gəlməsi üçün mülki hüquq pozuntusu (delikt) mövcud olmalıdır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla da müəyyən edilmişdir ki, cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilini zədələmiş və bunun nəticəsində dəymiş zərərin məbləği 5.230 manat məbləğində müəyyən edilmişdir. Həmin zərərin 5.000 manatı cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC Şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, avtomobilə 10.600 manat məbləğində zərər dəydiyini bildirmiş və bununla bağlı Diamond Tuning & Detailing tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktı məhkəməyə təqdim etmişdir. Ona görə iddiaçı cavabdehdən dəymiş zərərin 5600 manatını tələb edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan iddiaçının avtomobilinə dəymiş zərərin 230 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, sığortaçı şirkət tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, yol nəqliyyat hadisəsi törədilən vaxt avtomobilə 5.230 manat məbləğində zərər dəymiş, iddiaçı buna etiraz etmədən 5.000 manat məbləğində icbari sığorta haqqını şirkətdən almışdır. İddiaçı yol nəqliyyat hadisəsi törədilən vaxtdan 1 aya yaxın müddət keçdikdən sonra öz mülahizəsinə uyğun olaraq seçdiyi Servis xidmətində avtomobilini təmir etdirmiş, həmin servis xidməti tərəfindən isə avtomobilə dəymiş zərər 10.600 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda, avtomobilin baş vermiş hadisənin vaxtından 1 aya yaxın müddət keçdikdən sonra başqa formada zədələnməsi də istisna edilmir. Ona görə də, məhkəmə məhz "xxxx" ASC-nin hesabatını mötəbər sübut kimi əsas götürür və iddiaçıya ödənilməli zərərin məbləğini 230 (5230-5000) manat məbləğində müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 79 manat məbləğində dövlət rüsumunun 3 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, qeyd olunanlara əsasən və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərə görə 230 manat və ödənilmiş dövlət rüsumunun 3 manatı tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 230 (iki yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun 3 (üç) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar