Məhkəmə qərarları › İş №e-2(001)-1261/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1261/2025

10.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1261/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh Azərbaycan Avtomobil X5 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar "xxxx" Azərbaycan-X6 və İddiaçı cavabdeh Azərbaycan X1rşı “məhkəmə qətnaməsi əsasında tutulmalı olan pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar "xxxx" Azərbaycan-X10 və İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında pul öhdəliyinin ödənilməsində cavabdeh tərəfindən edilən hərəkətlərin və hərəkətsizliyin qanunsuz hesab edilməsi, 2 saylı Bakı İİM-nin 2-1(82)-4169/2019 saylı, xx.xx.2019-cu il tarilxi qərarı əsasında iddiaçının xeyrinə tutulmalı olan 2 522 130 manat pul məbləğinə, 3 il üçün 567 479 manat faizin, mənəvi zərərə görə 3000 manatın, hüquqi yardıma görə 100 manatın və ödənilmiş dövlət rüsumu 860 manatın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması və "xxxx" Azərbaycan -Amerika BM-nin təsisçisi İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İM-nin 2 1(82)4169/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı əsasında İddiaçı xeyrinə tutulmalı olan 2 522 130 manat pul məbləğinə 3 il üçün 383 578,50 manat faizin, hüquqi yardıma görə 100 manatın və ödənilmiş dövlət rüsumuna görə 860 manatın Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanladığı eyni tarixli vəsatətində isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində olan texniki yanlışlığı düzəlmək məqsədilə "383 578,50 manat" rəqəminin "492165,65 manat" rəqəmi ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçıların nümayəndəsi və vəkili Vəkil yenidən “iddianin dəyişdirilməsi və dəqiqləşdirilməsi” adlandırdığı ərizə ilə məhkəməyə müraciət edərək, aparılan araşdırmaları və oxşar işlər üzrə məhkəmə təcrübəsində yaranmış presedentləri nəzərə alaraq, iddia tələbinin dəyişdirilməsinə və dəqiqləşdirilməsinə zərurət yarandığını, qanuni qüvvədə olan 2 saylı Bakı İM-nin 2- 1(82)4169/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarında da göstərildiyi kimi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi 2013cü ildə aparıldığına görə, faizin hesablanması dövrünün həmin ildən hesablanmalı olduğunu bildirmiş, göstərilənlərə əsasən 2 saylı Bakı İM nin 2- 1(82)4169/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı əsasında İddiaçı xeyrinə tutulmalı olan 2 522 130 manat pul məbləğinə görə 567 479 manat faizin, hüquqi yardıma görə 100 manatın və ödənilmiş dövlət rüsumuna görə 860 manatın Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra verildiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə onun icraata qəbul olunmasından imtina edilmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4169/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə - “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar "xxxx" Azərbaycan- X9 məxsus olmuş, ünvan 1 ünvanında yerləşən 1739,4 kv.metr olan qeyri-yaşayış sahəsi dövlət ehtiyacları üçün söküldüyünə görə 2 522 130 (iki milyon beş yüz iyirmi iki min bir yüz otuz) manat kompensasiya dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması və həmin məbləğ müəssisənin təsisçisi İddiaçı hesabına ödənilməsi” - qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 2-1(103)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə - Azərbaycan Avtomobil X5 apellyasiya şikayəti təmin edilməmiş; 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-4169/2019 saylı iş üzrə qəbul etdiyi 29 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Odur ki, tərəflərin münasibətinə hüquqi müəyyənlik gətirilmiş və aşağıdakı faktlar müəyyən edilmişdir: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 001784 nömrəli texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin mülkiyyətçisi "xxxx" Azərbaycan- X10dir. Tikili haqqında aşağıdakı məlumatlar vardır, mərtəbəliliyi - 1; ümumi sahəsi - 1739,4 kv.metr, əsas sahəsi - 1374,2 kv.metr, köməkçi sahəsi - 365.2 kv.metr. Obyektin (sahələrin) təyinatı - ümumi sahəsi 1336,2 kv.metr, ümumi köməkçi sahəsi 322,2 kv.metr, ümumi faydalı sahəsi isə 1658,4 kv.metr təşkil edən “İdarə”dir (cəmi sahə sonuncu qeyd edilən ölçülərlə eynidir). Torpaq sahəsinin təsnifatı aşağıdakı kimidir: ərazinin sənəd üzrə ümumi sahəsi 11600.0 kv.metr, faktiki sahəsi — 11645,3 kv.metr, asfalt beton örtüklü sahə - 4596,1 kv.metr, yaşıllıq sahəsi – 5287,2 kv.metr, tikintialtı sahə - 1762.0 kv.metr. Həmin texniki pasportun “xüsusi qeydlər” hissəsində aşağıdakılar göstərilmişdir: “1) Əsas təyinatı istifadədə olunan müddətə (8934 nömrəli inşaat pasportu) kimi müvəqqəti olaraq Bakı şəhər İH-nin 69 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı və 93/285 saylı, xx.xx.1993-cü il tarixli ayrıcı akta əsasən 1,16 ha. torpaq sahəsi ayrılıb. Faktiki istifadədə olan 1,165 ha. torpaq sahəsi mövcuddur. 2) DƏK-lə birgə tərtib edilmiş xx.xx.1999-cu il tarixli akta əsasən ərazi daxilindəki tikililər "xxxx" firmasının vəsaiti hesabına tikilib”. İş materiallarına eyni zamanda, Bakı dəniz vağzalından Nobel prospekti ilə X.Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yerləşən özəl müəssisə və obyektlərə məxsus əmlakın (torpaq sahəsi və tikili) geri alınması üçün ödəniləcək kompensasiyaya dair hesablamanın surəti, müəssisənin fəaliyyətinin dayandırılması barədə vergi orqanı ilə aparılan yazışmalar, əmlakın sökülməsi zamanı çəkilmiş videoyazı disk və digər sənədlər əlavə edilmişdir. İddiaçı "xxxx" Azərbaycan-X6 texniki pasportunda göstərilən və ünvan 3 ünvanında yerləşən əmlak kompleksi “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar sökülmüş və həmin ərazidə avtomobil yolu inşa edilmişdir. İddiaçı "xxxx" Azərbaycan X6 təsisçisi və qanuni təmsilçisi tərəfindən edilmiş müraciətlərə baxmayaraq, sökülmüş əmlakın və onun yerləşdiyi torpaq sahəsinin kompensasiyası ödənilməmişdir. Halbuki, Bakı dəniz vağzalından Nobel prospekti ilə X.Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yerləşən özəl müəssisə və obyektlərə məxsus əmlakın (torpaq sahəsi və tikili) geri alınması üçün ödəniləcək kompensasiyaya dair hesablamanın 33 liter nömrəsi ilə siyahıya daxil edilmiş "xxxx" Azərbaycan-X6 sökülən əmlakına görə 20% əlavə ilə birlikdə 2 269 680 manat kompensasiya hesablanmış, lakin həmin məbləğ də hal-hazıra kimi ödənilməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 001784 nömrəli texniki pasportunda aparılan xüsusi qeydlərdən məlum olur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 69 nömrəli sərəncamı ilə 1,16 ha torpaq sahəsi 93/285 saylı xx.xx.1993-cü il tarixli ayrıc aktına əsasən "xxxx" Azərbaycan-X9 ayrılmış və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə birgə tərtib edilmiş xx.xx.1999 cu il tarixli akta əsasən ərazi daxilindəki tikililərin "xxxx" AA BM-nin vəsaiti hesabına tikildiyi təsdiq edilmişdir. Həmin sənədlər qeyd edilən texniki pasportun tərtib edilməsi üçün Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinə təqdim edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı üzərində hər hansı hüquqa malik olmadığı əmlakın deyil, hüquqmüəyyənedici sənəd hesab olunan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 001784 nömrəli texniki pasportuna uyğun olaraq mülkiyyət hüququ əsasında ona məxsus olan daşınmaz əmlakın onun iradəsindən kənar sökülməsi ilə dəymiş zərərin ödənilməsini tələb edir. Lakin, işdə olan faktiki dəlillərdən - ƏEM/D48-1028/19 saylı ekspert rəyi və əlavə edilmiş fotoşəkillərdən, 59/21 saylı mütəxəssis rəyindən və s. göründüyü kimi, iddiaçı müəssisəyə məxsus əmlakın sökülərək dövlət ehtiyacları üçün istifadə edilməsi, yəni həmin sahənin cavabdeh tərəfindən nəqliyyat yolu strukturuna daxil edilməsi, hazırda nəqliyyat yolu kimi ümumi istifadədə olması, bir qismində isə abadlaşdırma işləri aparılaraq yaşıllıq salınmış olması işin mübahisəsiz halıdır. İş materiallarına Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhərinin baş planın icrasının təmin edilməsi məqsədilə Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X15, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 76 saylı sərəncamı və Bakı Şəhər İcra Hakimiyyəti başçısının “ünvan 5 ünvanlarının kəsişməsində olan ərazidə mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi“ barədə xx.xx.2012-ci il tarixli, 182 saylı sərəncamı əlavə edilmişdir. Qeyd edilən sərəncamların mətnindən görünür ki, müvafiq köçürülmələrin aparılması ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1.500 manat komepnsasiya ödənilməsi nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(182)-4169/2019 nömrəli xx.xx.2022-ci il tarixli Qərardadı ilə, qərarın icra üsulu dəyişdirilmiş və qərar icra olunması üçün cavabdehə xəbərdarlıq göndərilmiş və 10 gün müddətində qərar icra olunmadığı təqdirdə, icranı gecikdirən şəxslər barəsində məsuliyyət tədbirlərinin həyata keçiriləcəyi bildirilmişdir. Kifayət qədər uzun müddət keçsə də, qərar icra olunmadığına görə, Bakı İnzibati Məhkəməsinin 2-1(182)-4169\2019 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı ilə, iş üzrə qəbul edilmiş Qərarın icrasının təmin edilməsi məqsədi ilə İcra Vərəqəsi verilmiş və icra hərəkətlərinin məcburi qaydada həyata keçirilməsinə görə, İcra Vərəqəsi Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Nəhayət, uzun sürən yazışmalar nəticəsində və məcburi icra tədbirlərinin həyata keçirilməsindən sonra 2023-cü ilin noyabr ayının axırlarında Qərar icra olunmuşdur. Deməli, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qətnamənin icra olunması üçün və eləcə də pul məbləğinin tələbkara ödənilməsi istiqamətində uzun müddət qanunsuz hərəkətsizlik göstərmişdir ki, bu da öhdəliklərin vaxtında icra edilməməsi kimi qiymətləndirilir və mülki qanunvericiliyin norması əsasında, cavabdeh üçün məsuliyyət müəyyən edir. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə Qərarı ilə hüquqi qiymət verilmiş “Bakı dəniz vağzalından Nobel prospekti ilə X.Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yerləşən özəl müəssisə və obyektlərə məxsus əmlakın (torpaq sahəsi və tikili) geri alınması üçün ödəniləcək kompensasiyaya dair” cədvəlində hesablamanın 33 liter nömrəsi ilə siyahıya daxil edilmiş "xxxx" Azərbaycan-X6 sökülən əmlakına görə 20% əlavə ilə birlikdə 2 269 680 manat kompensasiya hesablansa da, yəni iddiaçının mülkiyyətinin əvvəlcədən dəyəri ödənilmədən dövlət ehtiyacları üçün 2013-cü ildə alınsa da, sonradan, yəni 6 ildən sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 1(82)-4169/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı əsasında, ona 2 522 130 manat kompensasiya ödənilməsi qərara alınmış və həmin məbləğ 3 ildən sonra, yəni xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Deməli, cavabdeh 2013-cü ildən iddiaçıya ödəməli olduğu məbləği özündə saxlamaqla, həmin məbləğdən istifadə edərək, ondan faydalanmış və yalnız 10 ildən sonra həmin məbləği iddiaçıya ödəmişdir. Lakin, qanunvericilik norması, borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilməsini müəyyən etdiyindən, Məhkəmə Qərarının xx.xx.2019-cu il tarixdə çıxarılmasını nəzərə alaraq, AR Mərkəzi Bankının internet saytında olan “uçot faiz dərəcəsi” vasitəsilə (https://www.cbar.az/infoblocks/corridor_percent?year=2019) 2019-cu ilin dekabr ayı üçün bank üçot dərəcəsinin 7,5% təşkil etdiyini müəyyən edirlər. (həmin çıxarış əlavə olunur). Qeyd edirlər ki, Məhkəmə Qərarının dekabr 2019-cu ildə çıxarıldığından, həmin dövrdə bank uçot dərəcəsi 7,5% olduğunu və cavabdeh tərəfindən ödənişin 2023-cü ilin noyabr ayının axırında həyata keçirildiyini nəzərə alaraq, 2019-cu ilin dekabr ayının 29-dan 2023cü ilin noyabr ayının axırınadək, hər il üzrə 7,5% olmaqla, 3 il üçün 22,5% (7,5%x3) təşkil etdiyini müəyyən edərik. Odur ki, 2 saylı Bakı İİM-nin 2-1(82)-4169/2019 saylı, xx.xx.2019cu il tarixli qərarına əsasən ödənilməli olan 2 522 130 manat pul məbləğinin 567 479 manat (2522130x22,5%) faizinin cavabdehdən tutulması tam qanuni, əsaslı və ədalətlidir. AR Ali Məhkəməsində artıq Məhkəmə Qətnaməsi əsasında xeyrinə tutulmalı olan pul məbləğinin gecikdirilməsinə faizlərin ödənilməsi barədə hüquqi mövqeyi və vahid məhkəmə təcrübəsini əks etdirən kifayət qədər Məhkəmə Qərarları mövcuddur. İş № 2- 1(102)-376/2024; xx.xx.2024-cü il tarixli Qərardakı (hakimlər X17, X8 və X4 ibarət tərkibdə) hüquqi mövqeyi: 57-ci bənd. Mülki Məcəlləyə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 60-cı bənd. Məhkəmə cavabdehin də etirazına qiymət verərək bildirmişdir ki, onun ticarət fəaliyyəti ilə məşğul olması işdəki sübutlarla təsdiqlənir, bu fəaliyyətin davam etdirilməsi üçün pul vəsaitinə malik olmaq lazımdır. Əgər cavabdeh belə vəsaitə malik olmasaydı ticarət fəaliyyətini sonlandırardı, lakin bu hal müəyyən edilmir. 61-ci bənd. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarındakı hüquqi mövqey ondan ibarət olmuşdur ki, MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – “maliyyə sanksiyası”) hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir......Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarının 5-ci bəndində hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarında da qeyd olunmuşdur ki, Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir.Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Göründüyü kimi, Konstitusiyada təkcə verilən hüquqların dairəsi deyil, həm də hər kəsin bu hüquqlar əsasında məsuliyyətini və vəzifələrini müəyyən edir. Həmçinin qeyd edir ki, hazırkı iddia tələbi ilə ilk dəfə olaraq, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4649/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə- iddiaçılar "xxxx" Azərbaycan–X6 və İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X12rşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya izah edimişdir ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4649/2024 nömrəli xx.xx.2024 cü il tarixli qərardadı ilə- Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e 2(001)- 4649/2024 saylı qərardadı ləğv edilmiş və iddiaçılar "xxxx" Azərbaycan–X6 və İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X12rşı “pul” tələbinə dair iddia ərizəsinin icraatı mümkün hesab edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4649/2024 nömrəli xx.xx.2024 cü il tarixli qərardadı ilə- iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: 1. 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4169/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehdən iddiaçının xeyrinə tutulmuş 2 522 130 manat pul vəsaitinə illik 5% dərəcə ilə hesablanmaqla xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixə qədər faiz borcu nə qədər təşkil edir? Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2024-cü il tarixli 9/7184 nömrəli məhkəmə ekspertizasının rəyi məhkəməyə daxil olmuş və Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ******* manat pul vəsaitinə xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixədək illik 5%-lə hesablanmış faiz məbləği 492165,65 manat məbləğində müəyyən edilmişdir. Məlumat üçün qeyd olunmalıdır ki, göstərilən ekspert rəyi məhkəmə iş materiallarına təqdim edildikdən sonra, iş üzrə tərəflər arasında barışıq sazişi bağlanılması istiqamətində məhkəmədən kənar danışıqlar aparıldığından, iddianın baxılmamış saxlamaqla, iddia ərizəsi va ona edilmş qoşma sənədlərin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4649/2024 nömrəli xx.xx.2024 cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Azarbaycan X6 təsisçisi İddiaçı cavabdeh "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X12rşı "pul" tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Lakin, kifayət qədər vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı bir əməli tədbir görülmədiyi üçün, iddiaçı məcbur qalıb yenidən məhkəməyə müraciət edir. Cavabdeh Azərbaycan Avtomobil X5 nümayəndəsi Nümayəndə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı vurulmuş ziyana görə kompensasiya ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Plan’ının və “2013-2011-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən 1739,4 kv metr olan qeyriyaşayış və onun istifadəsində olan 116 sot torpaq sahəsinin dəyəri ödənilmədən dövlət ehtiyaclarına görə alındığı üçün qeyri-yaşayış sahəsinə görə 5 218 200 manat və torpaq sahəsi üzərində istifadə hüququna görə 2 900 000 manat cəmi 8 118 200 manat kompensasiyanın dövlət büdcəsi hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-4169/2019 saylı 29 dekabr 2019-cu il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Plan”ının və “2013-2011-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar "xxxx" Azərbaycan-X9 məxsus olmuş, ünvan 1 ünvanında yerləşən 1739,4 kv.metr olan qeyri-yaşayış dövlət ehtiyacları üçün söküldüyünə görə 2 522 130 manat kompensasiyanın dövlət büdcəsi hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması və həmin məbləğ müəssisənin təsisçisi İddiaçı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalaraq cavabdehin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 27 oktyabr 2022-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4169/2019 saylı iş üzrə qəbul etdiyi 29 dekabr 2019-cu il tarixli qərarı ”... “İddiaçı hesabına ödənilməsi” ifadəsi “"xxxx" Azərbaycan-X6 hesabına ödənilməsi” ifadəsi ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçının qeyd etdiyi kimi Qərar qanuni qüvvəsini almış, icraya yönəlmiş və 30 noyabr 2023-cü il tarixində həmin məbləğ “Kapital Bank" ASC vasitəsilə cavabdeh tərəfindən ödənilmişdir. Hazırda isə iddiaçı ona ödənilməli olan məbləğin indeksasiyasını tələb edir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prossesində mübahisələndirilmir və yenidən sübut edilmir. X2 şikayəti üzrə Azərbaycan Respublikası Konstiutusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfü deyildir ki, Mülki Prosessual Məcəllənin 233-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər. Habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 129cü maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən olunmuş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Belə mövqe insan hüquqları üzrə Avropa məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumınyaya qarşı” 28 oktyabr 1999-cu il tarixlə qərarda göstərilmişdir ki, hüququn əliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə həll olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, "res yudicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi) nəzərdə tutur. Eyni zamanda bir məsələyə ikili yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Göstərilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan X1rşı 567 000 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsinin təmin olunmamasını xahiş edir. İddiaçıların nümayəndəsi (vəkili) məhkəməyə ünvanladığı ərizəsində iddianin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə 21 və 22 yanvar 2025-ci il tarixli vəsatət və ərizələri geri götürərək müdafiə etmədiyini bildirmiş, iddia ərizəsindəki tələbləri müdafiə etməklə təmin olunmasını, məhkəmə baxış iclasının iddiaçının, onun nümayəndəsinin (vəkilinin) iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Avtomobil X5 nümayəndəsi Nümayəndə iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatı dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarına görə, "xxxx" Azərbaycan-X9 məxsus ünvan 3 ünvanında yerləşən əmlak kompleksi "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar sökülərək həmin ərazidə avtomobil yolu inşa edilsə də, sökülmüş əmlakın və onun yerləşdiyi torpaq sahəsinin kompensasiyası ödənilməmiş, bu səbəbdən iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş, həmin məhkəmənin 2-1(82)- 4169/2019 saylı, 29 dekabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar "xxxx" Azərbaycan-X9 məxsus olmuş, ünvan 1 ünvanında yerləşən 1739,4 kv.metr olan qeyri-yaşayış sahəsi dövlət ehtiyacları üçün söküldüyünə görə 2.522.130 (iki milyon beş yüz iyirmi iki min bir yüz otuz) manat kompensasiyanın dövlət büdcəsi hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması və həmin məbləğin müəssisənin təsisçisi İddiaçı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sözügedən qərar yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından aydın olur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4169/2019 saylı xx.xx.2022-ci il qərardadına əsasən yuxarıda qeyd edilən qərarın icra üsulu dəyişdirilərək "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar "xxxx" Azərbaycan-X9 məxsus olmuş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın sökülməsinə görə 2.522.130 (iki milyon beş yüz iyirmi iki min bir yüz otuz) manat kompensasiyanın dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarında olan BD34 saylı ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə 2530957,45 (iki milyon beş yüz otuz min doqquz yüz əlli yeddi manat qırx beş qəpik) manat sığorta ödənişi verilmişdir. İş materiallarından həmçinin aydın olur ki, "xxxx" Azərbaycan-X10 və İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə pretenziya məktubu ünvanlayaraq xx.xx.2019-cu il tarixdə çıxarılmış məhkəmə qətnaməsinin 2023-cü ilin noyabr ayının axırında icra edilməsini nəzərə alaraq 567479 manat faizin ödənilməsini tələb etmişlər. İşin digər hallarına görə, iddiaçılar "xxxx" Azərbaycan-X6 və İddiaçı Azərbaycan X1rşı bənzər məzmunda iddia ərizəsinə daha əvvəl də məhkəmədə baxılmış, bununla belə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4649/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmışdır. İş materiallarından o da aydın olur ki, həmin mülki işə baxılarkən məhkəməmühasibatlıq ekspertizası təyin olunaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7184 saylı 01 oktyabr 2024-cü il tarixli ekspert rəyi əldə edilmişdir. Həmin rəydən görünür ki, 2 522 130 manat pul vəsaitinə illik 5 faiz dərəcəsi tətbiq edildiyi halda, hər günə düşən faiz məbləği 350,30 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan 1405 gün üçün isə hesablanan cəmi faiz məbləği 492165,65 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı vəkil üçün (hüquqi yardıma görə) 120 manat məbləğində pul ödəmişdir; Hazırda da iddiaçılar, hazırki iş üzrə tələbini qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin vaxtında icra edilməmiş olması ilə əsaslandıraraq tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445-ci, 449-cu və 470.1-ci maddələrinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il, xx.xx.2023-cü il və xx.xx.2014cü il tarixli qərarlarına istinad etmişlər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıların nümayəndəsi (vəkili) məhkəməyə təqdim etdiyi sonuncu ərizəsində hər nə qədər “iddianın dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə 21 və 22 yanvar 2025-ci il tarixli vəsatət və ərizələri geri götürərək müdafiə etmədiyini” bildirsə də, məhkəmə onun “iddianin dəyişdirilməsi və dəqiqləşdirilməsi” adlandırdığı ərizə xx.xx.2025-ci il tarixli ərizəsinin icraata qəbul olunmasından imtina edildiyini, əvvəlki ərizə və vəsatətinin isə xx.xx.2025-ci il tarixli olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıların nümayəndəsi (vəkili) iddia ərizəsinin ilkin variantında göstərilən tələbləri müdafiə edərək məhz həmin tələblər üzrə qətnamə çıxarılmasını istəməkdədir. Həmçinin iddia ərizəsindən o da görünür ki, ərizədə "xxxx" Azərbaycan-X10 iddiaçı kimi göstərilsə də, iddianın nəticə hissəsində ona aid tələblər göstərilməmişdir. Bu mənada məhkəmə, iddia ərizəsinin ilkin variantında göstərilən tələblərin və məhz İddiaçı münasibətdə əsaslı olub-olmadığının araşdırılmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunan dispozisiya şərtlərinə əsasən, hazırkı iddia tələbinin qanuni əsasının şərtləri öhdəliyin icra vaxtının çatması, borclunun icranı gecikdirməsi və borclunun bunda təqsirli olmasıdır ki, işin faktiki halları da cavabdeh tərəfindən iddiaçının əmlakının sökülməsinə baxmayaraq ona cavabdeh tərəfindən müvafiq kompensasiyanın ödənilmədiyini, iddiaçının iddiası əsasında çıxarılan məhkəmə qərarının icrasının isə gecikdirilməsini təsdiq edir. Belə ki, gecikmə dedikdə razılaşdırılmış vaxtda, yaxud xəbərdarlıq olunmasına baxmayaraq, ondan sonra öhdəliliyin borclu tərəfindən icra edilməməsi başa düşülür. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçıya məxsus əmlak 2013-cü il tarixdə sökülsə də, cavabdeh tərəfindən müvafiq kompensasiya ödənilməyərək, əksinə gecikdirilmiş, iddiaçıların iddiası əsasında çıxarılan 29 dekabr 2019-cu il tarixli məhkəmə qərarı isə gecikdirilməklə yalnız xx.xx.2023-cü il tarixdə icra olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş halları ilə vaxtı çatmış öhdəliyin gecikməsində cavabdehin (borclunun) təqsirinin olduğu aydın olur. Bu mənada məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək hesab edir ki, cavabdehdən gecikdirilmiş vaxt üçün beş faiz pul aşağıdakı qaydada tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçıların bənzər məzmunlu iddiasına baxılarkən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7184 saylı 01 oktyabr 2024-cü il tarixli ekspert rəyində 2 522 130 manat pul vəsaitinə illik 5 faiz dərəcəsi tətbiq ediləndə hər günə düşən faiz məbləği 350,30 manat təşkil edir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı məhz 3 il üçün faizlərin tutulmasını istəmişdir. 3 ilin 1095 gün olduğu nəzərə alınaraq, həmin müddətə hesablanan cəmi faiz məbləğinin 383578,5 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi «pul vəsaitinin gecikdirilməsinə görə faizin ödənilməsi» hissəsində qismən əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş pul məbləğinə görə 383578,5 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə, iddiaçının iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsini də qismən əsaslı hesab edir. İş materiallarından görünür ki, iddiaçının əmlakı cavabdeh tərəfindən sökülsə də, ona müvafiq kompensasiya verilməmiş, bu səbəbdən o, məhkəməyə müraciət edərək məhkəmə çəkişməsinin tərəfi olmağa məcbur qalmış, onun iddiası əsasında xx.xx.2019-ci il tarixdə məhkəmə qərarı çıxarılsa da, cavabdeh həmin qərarın icrasından da yayınmaqla yalnız xx.xx.2023-cü il tarixdə iddiaçıya verilməli olan pul vəsaitini ödəmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsinə görə, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci mad-dəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarına əsasən, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə, hüququn ümumi prinsiplərini və daxili hüquq düşüncəsini rəhbər tutaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin ağlabatanlıq meyarından irəli gəlməklə 300 manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından daha ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddiaçının “hüquqi yardıma görə 100 manat xərcin tutulması” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İddiaçının təqdim etdiyi qəbzdən görünür ki, o, hüquqi yardıma görə 120 məbləğində pul ödəmişdir. Bu baxımdan məhkəmə qeyd edilən hissədə iddianı əsaslı hesab edərək cəmi 100 manat pul məbləğinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulub İddiaçı verilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 860 manat dövlət rüsumunun 674 manat hissəsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4169/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın icrasının gecikdirilməsi qanunsuz hesab edilməklə, həmin qərar əsasında iddiaçının xeyrinə tutulmalı olan 2 522 130 manat pul məbləğinə, 3 il üçün hesablanmış 383578,5 (üç yüz səksən üç min beş yüz yetmiş səkkiz manat 50 qəpik) faiz məbləği, mənəvi zərərə görə 300 (üç yüz) manat, hüquqi yardıma görə 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun 674 (altı yüz yetmiş dörd) manat hissəsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Dövlət rüsumunun qalan hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar