Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1274/2024 02.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil1, cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı Cavabdehnə qarşı ("xxxx" MMC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mirvari Park” yaşayış kompleksinin ərazisində faktiki istifadə və sahibliyində olan ona məxsus qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 21 və 28 saylı yaşayış binaları Cavabdeh MMC şirkəti tərəfindən sökülmüş, həmin binaların sakinləri ünvan 2 ünvanında inşa olunmuş yaşayış kompleksinin 2 saylı binasındakı mənzillərə köçürülmüşdür. 21 və 28 saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahiblərindən biri olan mərhum həyat yoldaşı X5 şirkət tərəfindən verilən pul kompensasiyasını qəbul etməmiş, metal qarajın əvəzində Ə.Ələkbərov 89 ünvanında inşa edilmiş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Qaraj sahibi ilə yəni, mərhum həyat yoldaşı ilə razılaşdıqdan sonra həmin metal qaraj"xxxx" MMC tərəfindən sökülmüşdür. Həyat yoldaşı vəfat etdikdən sonra "xxxx" MMC-yə rəsmi ərizə ilə müraciət edərək razılaşmaya əməl edib sökülmüş qarajın əvəzinə yaşadığı ünvanın ərazisində ona qaraj yerinin verilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəçiyə kömək etmələri üçün 11 yanvar 2016-cı il tarixində "xxxx" MMC və “X10 Group”a rəsmi məktub ünvanlayıb. Həmin məktubun məzmunundan da görünür ki, qarajın sökülməsi"xxxx" MMC tərəfindən həyata keçirilib. 2016-cı ilin yanvar ayından ona yaşadığı “Mirvari Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsindən qaraj yeri verilib və qaraj hal-hazırda da onun istifadəsindədir. Dəfələrlə müraciət etsə də həmin qaraja dair hüquqmüəyyənedici sənədlər ona, yəni, İddiaçı təqdim edilməyib. Bu səbədən də hüquq müəyyənedici sənədlərin ona təqdim edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında 21 və 28 saylı yaşayış binaları Cavabdeh MMC şirkəti tərəfindən sökülmüş, həmin binaların sakinləri ünvan 3 ünvanında inşa olunmuş yaşayış kompleksinin 2 saylı binasındakı mənzillərə köçürülmüşdür. 21 və 28 saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahiblərindən biri olan iddiaçının mərhum həyat yoldaşı X5 şirkət tərəfindən verilən pul kompensasiyasını qəbul etməmiş, metal qarajın əvəzində Ə.Ələkbərov 89 ünvanında inşa edilmiş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Qaraj sahibi ilə yəni, mərhum həyat yoldaşı ilə razılaşdıqdan sonra həmin metal qaraj "xxxx" MMC tərəfindən sökülmüşdür. Həyat yoldaşı vəfat etdikdən sonra "xxxx" MMC-yə rəsmi ərizə ilə müraciət edərək razılaşmaya əməl edib sökülmüş qarajın əvəzinə yaşadığı ünvanın ərazisində ona qaraj yerinin verilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəçiyə kömək etmələri üçün 11 yanvar 2016-cı il tarixində "xxxx" MMC və “X10 Group”a rəsmi məktub ünvanlayıb. Həmin məktubun məzmunundan da görünür ki, qarajın sökülməsi "xxxx" MMC tərəfindən həyata keçirilib. 2016-cı ilin yanvar ayından iddiaçıya yaşadığı “Mirvari Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsindən qaraj yeri verilib və qaraj hal-hazırda da onun istifadəsindədir. Dəfələrlə müraciət etsə də, həmin qaraja dair hüquqmüəyyənedici sənədlər İddiaçı təqdim edilməyib. Bu səbədən də hüquqmüəyyənedici sənədlərin ona təqdim edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəfindən imzalanmış müqaviləyə əsasən iddiaçı qarajın əvəzinə artıq otaq ilə əvəzləşdirmişdir, mübahisə iddiaçının mərhum həyat yoldaşı tərəfindən imzaladığı müqavilə ilə bağlıdır. 2-ci qaraj ona məxsus idi. Faktiki sahibliyindədir, lakin hüquq müəyyənedici sənəd ala bilmir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin binalar qəzalı olduğundan sökülməsi qərara alınmışdır. "xxxx" MMC podradçı kimi həmin işlərə cəlb edilmiş, əvvəlcədən mülkiyyət sahibləri ilə hər hansı bir iş aparmamış. Həqiqətən iddiaçının 1 qarajı olub və ona artıq mənzil verilib. Daha sonra iddiaçı bildirib ki, onun yoldaşının orda başqa bir qarajı da olmuş və onun əvəzində yeni qarajın verilməsini istəmişdir. "xxxx" MMC-yə məktub ünvanlayıb, lakin həmin şirkət layihədə iştirakçı olmayıb. 2-ci qarajın sənədi məhkəməyə təqdim edilməmişdir. O, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfin iki qaraj olmasına dair sübutları yoxdur. Tələb əsassızdır. "xxxx" MMC-nin hazırkı məsələyə heç bir aidiyyatı yoxdur. Məktubda qaraj sahəsinin ayrılması üçün köməklik göstərilməsi xahiş olunur. Bildirir ki, həmin sahədə hal-hazırda iddiaçıya qaraj ayrılıb və istifadəsindədir. Mülkiyyətinə verilməsi heç yerdə qeyd olunmayıb, məktub bunun üçün əsaslar yaratmır. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 546-cı məhəllədə istifadədə olan 0,35164 ha torpaq sahəsində yerləşən nömrəli, 5 mərtəbəli binada yerləşən 58.3 kv.ni ümumi, 45.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 623 nömrəli reyestr kitabının 57233 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin direktorunun "xxxx" LLC-nin rəhbərliyinə ünvanlandığı 11 yanvar 2016-cı il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında 21 saylı və H.Cavid prospekti 546-cı məhəllədə 28 saylı yaşayış binası qəzalı vəziyyətdə olduğu üçün Cavabdeh MMC şirkəti tərəfindən sökülmüşdür. Həmin binaların sakinləri ünvan 3 ünvanında inşa olunmuş yaşayış kompleksinin 2 saylı binasındakı mənzillərə köçürülmüşdürlər. 21 saylı və 28 saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahibindən biri olan X5 şirkət tərəfindən verilən pul kompensasiyanı qəbul etməmişdir. Qaraj sahibi metal qarajın əvəzinə Ə.Ələkbərov-89 ünvanından inşa olunmuş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Şirkət olaraq sakinlərin həmin ərazidən problemsiz və maneəsiz köçürülməsi məqsədi ilə qaraj sahibi ilə razılaşdıqdan sonra həmin metal qaraj onlar tərəfindən sökülmüşdür. Qeyd edək ki, qaraj sahibi X5 xx.xx.2013 ildə vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı Ə.Ələkbərov-89 anında 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində 33 saylı mənzildə yaşayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq vətəndaşa Ə.Ələkbərov küçəsi 89 saylı ünvandakı yaşayış binasından qaraj sahəsinin ayrılması üçün köməklik göstərilməsini və müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil1 "xxxx" MMC-nə ünvanlandığı məktubun surətindən görünür ki, ünvan 1 ünvanında 21 və 28 saylı yaşayış binaları "xxxx" MMC şirkəti tərəfindən sökülmüşdür. Həmin binaların sakinləri ünvan 3 ünvanında inşa olunmuş yaşayış kompleksinin 2 saylı binasındakı mənzillərə köçürülmüşdür. 21 və 28 saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahiblərindən biri olan X6 şirkət tərəfindən verilən pul kompensasiyasını qəbul etməmiş, metal qarajın əvəzində Ə.Ələkbərov 89 ünvamnd inşa edilmiş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Qaraj sahibi ilə razılaşdıqdan sonra həmin metal qaraj "xxxx" MMC tərəfindən sökülmüşdür. Qaraj sahibi X5 24 iyul 2013-cü il tarixində vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı Ə.Ələkbərov-89 ünvanında 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində 33 saylı mənzildə yaşayır. Həyat yoldaşı vəfat etdikdən sonra İddiaçı "xxxx" MMC-yə rəsmi ərizə ilə müraciət edərək razılaşmaya əməl edib sökülmüş qarajın əvəzinə yaşadığı ünvanın ərazisində ona qaraj verilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəçiyə kömək etmələri üçün 11 yanvar 2016-cı il tarixində "xxxx" MMC və “X10 Group”a rəsmi məktub ünvanlayıb. 2016-cı ilin yanvar ayından İddiaçı qızma yaşadığı “Mirvan Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsindən qaraj yeri verilib və qaraj hal-hazırda da onun istifadəsindədir. Lakin dəfələrlə müraciət etsə də, həmin qaraja dair hüquq müəyyənedici sənədlər İddiaçı təqdim edilməyib. Qeyd edilənləri nəzərə alaraq İddiaçı istifadəsində olan Mirvari Park yaşayış kompleksinin ərazisində ona məxsus qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsini təmin edilməsi xahiş edilmiş, əks təqdirdə pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 23 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzillərin İddiaçı və X3 adına qeydiyyatdan keçməsinə əsas olmuş müvafiq sənədlərin surətlərinin təqdim edilməsi barədə məktuba aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 5 ünvanında yerləşən İddiaçı və X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzil aşkar edilməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 123 kv/metr olan, ünvan 6 ünvanında yerləşən mənzil İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 123 kv/metr olan, ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdə X1 ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. 17 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, İddiaçı ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 123 kv/metr olan mənzil X2 bağışlamışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH Seriyalı, 011566 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 546-cı məhəllədə istifadədə olan 25 nömrəli yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırda iş üzrə iddia tələbinin əsasını “Mirvari Park” yaşayış kompleksinin ərazisində iddiaçının faktiki istifadə və sahibliyində olan ona məxsus qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması təşkil edir və bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edimişdir ki, ünvan 1 ünvanında 21 saylı və H.Cavid prospekti 546-cı məhəllədə 28 saylı yaşayış binası qəzalı vəziyyətdə olduğu üçün Cavabdeh MMC şirkəti tərəfindən sökülmüşdür. Həmin binaların sakinləri ünvan 3 ünvanında inşa olunmuş yaşayış kompleksinin 2 saylı binasındakı mənzillərə köçürülmüşdürlər. 21 saylı və 28 saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahibindən biri olan X5 şirkət tərəfindən verilən pul kompensasiyanı qəbul etməmiş, qaraj sahibi metal qarajın əvəzinə Ə.Ələkbərov-89 ünvanından inşa olunmuş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Şirkət olaraq sakinlərin həmin ərazidən problemsiz və maneəsiz köçürülməsi məqsədi ilə qaraj sahibi ilə razılaşdıqdan sonra həmin metal qaraj onlar tərəfindən sökülmüşdür. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC podradçı kimi həmin işlərə cəlb edilmiş, lakin əvvəlcədən mülkiyyət sahibləri ilə hər hansı bir iş aparmamışdır. Tikinti işləri aparılarkən İddiaçı adına daş qaraj olmuş, həmin daş qarajın əvəzinə "xxxx" MMC tərəfindən iddiaçıya bir otaq artıq mənzil verilmişdir. Göründüyü kimi iş üzrə cavabdeh "xxxx" MMC müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. Bu hal hər iki tərəfin izahatları ilə öz təsdiqini tapmışdır. Məhkəmə mərhum X3 adına metal qarajın olması ilə bağlı onu qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, Gilan İnşaat” MMC-nin direktorunun "xxxx" LLC-nin rəhbərliyinə ünvanlandığı 11 yanvar 2016-cı il tarixli məktubda qeyd etmişdir ki, qaraj sahibi X5 xx.xx.2013 ildə vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı Ə.Ələkbərov-89 anında 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində 33 saylı mənzildə yaşayır. Qeyd olunanlar nəzərə alınaraq vətəndaşa Ə.Ələkbərov küçəsi 89 saylı ünvandakı yaşayış binasından qaraj sahəsinin ayrılması üçün köməklik göstərilməsi və müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, "xxxx" MMC layihədə iştirakçı olmayıb, yəni həmin MMC-nin müqavilə üzrə hansısa sakinə hər hansı bir mənzilin və ya qarajın verilməsini kiməsə həvalə etmək kimi bir səlahiyyəti olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda göstərilən Gilan İnşaat” MMC-nin direktoru ilə "xxxx" LLC arasında aparılan yazışma hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Həmçinin xüsusilə qeyd edilməlidir ki, iş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, İddiaçı yaşadığı “Mirvan Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsindən qaraj yeri verilib və qaraj hal-hazırda da onun istifadəsindədir. İddiaçı iddia tələbində göstərilən qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı həmin qaraja dair tətəflər arasında hər hansı müqavilənin olması müəyyən edilməmişdir. Nəzərə alsaq ki, söhbət daşınmaz əmlakdan gedir o zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maadəsinin tələblərinə görə bu əmlaka sahiblik və istifadə hüququ barəsində notariat qaydasında təsdiq olunmuş əqd olmalıdır. Bununla yanaşı İddiaçı sözügedən qaraj üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsasların mövcud olmasına dair mötəbər sübutlar da aşkar olunmur. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olubolmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir. İşin məhkəmə araşdırılması ilə iddiaçının dəlillərinin əsaslı olması sübuta yetmədiyindən məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, “Mirvari Park” yaşayış kompleksinin ərazisində faktiki istifadə və sahibliyində olan ona məxsus qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1274/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1274/2024
02.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver