Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1275/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının məcburi götürülməsi” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “cedhiz əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq şəkildə keçirilən məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh özünə məxsus cehiz əşyalarının Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov küçəsi, ev 142 C, 175 saylı mənzildən məcburi götürməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda ona məxsus cehiz əşyalarının İddiaçı alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh məhkəməyə iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanda ona məxsus cehiz əşyalarının İddiaçı alınıb yararlı vəziyyətdə ona verilməsi, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, onların qeyd olunan dəyərlərinin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin vəkili məhkəməyə ərizə təqdim edərək, ilk iddiadan imtina əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının vəkili məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan ünvandan bütün cehiz əşyalarını götürdüklərini, aralarında razılaşdıqlarını və qarşılıqlı iddiadan imtina əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci və 191.2-ci madddələrində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verirdiyi qeyd edilmişdir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının məcburi götürülməsi” tələbinə dair ilk iddiadan imtina qəbul edilsin. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “cedhiz əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddiadan imtina qəbul edilsin. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının məcburi götürülməsi” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “cedhiz əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1275/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1275/2024
13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver