Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1340/2023 03.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4456/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh və X3 iddiaçıya məxsus olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035 məhəllə 2 saylı evin 5 saylı girişinin 9-cu mərtəbəsində yerləşən 98 saylı mənzilindən çıxarılmışlar. Bununla əlaqədar məhkəmə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə 2(001)-4456/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi göndərmişdir. İcra vərəqəsinin icra edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən akt tərtib edilmişdir. Aktı tərtib edərkən icra məmuru tərəfindən şahidlərin iştirakı ilə birlikdə evə yerli baxış keçirilmişdir. Bununla əlaqədar aktda cavabdehlərə məxsus olan şəxsi əşyaların siyahısı tərtib edilmişdir: 1 ədəd divan-kreslo, köhnə palaz, 5 lamplı çıraq, 3 hissəli güzgülü şifoner, 1 ədəd köhnə stol, 4 ədəd köhnə stul, 1 ədəd divar saatı, 1 ədəd duzistiot qabı, 1 ədəd ağ qaşlı sadə qadın qol saatı, 1 ədəd köhnə televizor altı, 1 ədəd köhnə kiçik şkaf, göy rəngli su qrafini, 1 ədəd qənd qabı, 1 ədəd mürəbbə qabı, 1 ədəd kiçik sini, 6 ədəd kiçik bokal-stəkan, 6 ədəd bokal stəkan, 1 ədəd pərdə-tül, 1 ədəd mütəkkə, 1 ədəd kiçik şəkil, 3 ədəd çarpayı, 16 ədəd yastıq- yorğan-döşək, 1 ədəd dəmir sandıq, böyük bağlı çemodan, kiçik bağlı çemodan, yataq otağı üçün 3 qapılı şkaf, 5 lampalı 1 ədəd çilçıraq, 1 dəst kişi kostyumu, 1 ədəd qadın paltarı, 1 ədəd kordon korobka, 4 ədəd xalça, 2 ədəd yataq dəsti, 2 ədəd nazik qazan, 1 ədəd əl-üz dəsmalı, köhnə soyuducu cihaz, qaz peçi, oxlov, bıçaq, su qabı, 6 ədəd çay stəkanı. İddiaçıya məxsus mənzildə olan cavabdehlərin əşyaları iddiaçının mənzildən sərbəst istifadə etməsinə maneçilik törədir. Cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılması ilə bağlı məhkəmədə işə baxılarkən məlum olmuşdur ki, cavabdeh Rusiya Federasiyasının Saratov şəhərində daimi yaşayırlar. İddiaçıya cavabdehin ünvanı məlum deyildir. Bu səbəbdən mənzilindən əşyaların çıxarılması tələbi ilə bağlı iddiaçı cavabdehə müraciət edə bilmir. Ona görə də Cavabdeh məxsus olan 1 ədəd divan-kreslonun, köhnə palazın, 5 lamplı çırağın, 3 hissəli güzgülü şifonerin, 1 ədəd köhnə stolun, 4 ədəd köhnə stulun, 1 ədəd divar saatının, 1 ədəd duz-istiot qabının, 1 ədəd ağ qaşlı sadə qadın qol saatının, 1 ədəd köhnə televizor altının, 1 ədəd köhnə kiçik şkafın, göy rəngli su qrafininin, 1 ədəd qənd qabının, 1 ədəd mürəbbə qabının, 1 ədəd kiçik sininin, 6 ədəd kiçik bokal-stəkanın, 6 ədəd bokal stəkanın, 1 ədəd pərdə-tülün, 1 ədəd mütəkkənin, 1 ədəd kiçik şəkilin, 3 ədəd çarpayının, 16 ədəd yastıq, yorğan, döşəyin, 1 ədəd dəmir sandığın, böyük bağlı çemodanın, kiçik bağlı çemodanın, yataq otağı üçün 3 qapılı şkafın, 5 lampalı 1 ədəd çilçırağın, 1 dəst kişi kostyumunun, 1 ədəd qadın paltarının, 1 ədəd kordon korobkanın, 4 ədəd xalçanın, 2 ədəd yataq dəstinin, 2 ədəd nazik qazanın, 1 ədəd əl-üz dəsmalın, köhnə soyuducu cihazın, qaz peçinin, oxlovun, bıçağın, su qabının, 6 ədəd çay stəkanının iddiaçıya məxsus Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035 məhəllə 2 saylı evin 5 saylı girişinin 9-cu mərtəbəsində yerləşən 98 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Vladimrovna iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nüayəndəsnin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4456/2019 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək Cavabdeh qızının, X1 və X2 Bakı şəhəri Binəqədi rayou Biləcəri qəsəbəsi 5035 məhəllə 2 saylı evin 5 saylı girişinin 9-cu mərtəbəsində yerləşən 98 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4456/2019 saylı qətnaməsi ilə İddiaçı ayrılan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035 məhəllə, 2 saylı evin 5 saylı girişinin 9-cu mərtəbəsində yerləşən 98 saylı mənzilində Şuşa rayonundan məcburi köçkün olan Cavabdeh, X1 və X2 heç bir hüquqi əsasları olmadan məskunlaşmaları müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11741\2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4456/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Elektron sistem üzrə sərhədkeçmə məlumatlarından müəyyən olunur ki, Cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ölkə sərhədindən çıxış etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru M.Z.Müsəllimov, A.İ.Cəbiyev, İddiaçı, M.İ.Abdullayev və Z.R.Həsənov tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayou Biləcəri qəsəbəsi 5035 məhəllə 2 saylı evin 5 saylı girişinin 9-cu mərtəbəsində yerləşən 98 saylı mənzilində olan 1 ədəd divan-kreslo, köhnə palaz, 5 lamplı çıraq, 3 hissəli güzgülü şifoner, 1 ədəd köhnə stol, 4 ədəd köhnə stul, 1 ədəd divar saatı, 1 ədəd duz-istiot qabı, 1 ədəd ağ qaşlı sadə qadın qol saatı, 1 ədəd köhnə televizor altı, 1 ədəd köhnə kiçik şkaf, göy rəngli su qrafini, 1 ədəd qənd qabı, 1 ədəd mürəbbə qabı, 1 ədəd kiçik sini, 6 ədəd kiçik bokal-stəkan, 6 ədəd bokal stəkan, 1 ədəd pərdə-tül, 1 ədəd mütəkkə, 1 ədəd kiçik şəkil, 3 ədəd çarpayı, 16 ədəd yastıq- yorğan-döşək, 1 ədəd dəmir sandıq, böyük bağlı çemodan, kiçik bağlı çemodan, yataq otağı üçün 3 qapılı şkaf, 5 lampalı 1 ədəd çilçıraq, 1 dəst kişi kostyumu, 1 ədəd qadın paltarı, 1 ədəd kordon korobka, 4 ədəd xalça, 2 ədəd yataq dəsti, 2 ədəd nazik qazan, 1 ədəd əl-üz dəsmalı, köhnə soyuducu cihaz, qaz peçi, oxlov, bıçaq, su qabı, 6 ədəd çay stəkanı siyahıya alınmış və saxlanması üçün tələbkar İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035 məhəllə, 2 saylı evin 5 saylı girişinin 9-cu mərtəbəsində yerləşən 98 saylı mənzilində, həmin mənzilə heç bir hüququnun olmaması qanuni qüvvəsini alan məhkəmə aktına əsasən təsdiq olunmuş cavabdehə məxsus əşyalar yerləşdirilməklə iddiaçının mənzilindən istifadə etmək hüquqları məhdudlaşdırılır. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh məxsus 1 ədəd divan-kreslo, köhnə palaz, 5 lamplı çıraq, 3 hissəli güzgülü şifoner, 1 ədəd köhnə stol, 4 ədəd köhnə stul, 1 ədəd divar saatı, 1 ədəd duzistiot qabı, 1 ədəd ağ qaşlı sadə qadın qol saatı, 1 ədəd köhnə televizor altı, 1 ədəd köhnə kiçik şkaf, göy rəngli su qrafini, 1 ədəd qənd qabı, 1 ədəd mürəbbə qabı, 1 ədəd kiçik sini, 6 ədəd kiçik bokal-stəkan, 6 ədəd bokal stəkan, 1 ədəd pərdə-tül, 1 ədəd mütəkkə, 1 ədəd kiçik şəkil, 3 ədəd çarpayı, 16 ədəd yastıq, yorğan, döşək, 1 ədəd dəmir sandıq, böyük bağlı çemodan, kiçik bağlı çemodan, yataq otağı üçün 3 qapılı şkaf, 5 lampalı 1 ədəd çilçıraq, 1 dəst kişi kostyumu, 1 ədəd qadın paltarı, 1 ədəd kordon korobka, 4 ədəd xalça, 2 ədəd yataq dəsti, 2 ədəd nazik qazan, 1 ədəd əl-üz dəsmalı, köhnə soyuducu cihaz, qaz peçi, oxlov, bıçaq, su qabı, 6 ədəd çay stəkanı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035 məhəllə, 2 saylı evin 5 saylı girişinin 9-cu mərtəbəsində yerləşən 98 saylı mənzildən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1340/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1340/2023
03.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver