Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-137/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X6 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Maraqlı şəxs Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı maraqlı şəxs Bank "xxxx" ASC-nin cəlb edilməsi ilə icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırıq. Bank "xxxx" ASC ilə mənim aramda bağlanılmış, xx.xx.2021-ci il tarixli AKİA-00005-14/21A saylı Əsas Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli AKİA-A0005-14/21A saylı Əlavə Kredit müqaviləsi üzrə ona biznes məqsədi ilə 60 ay müddətinə (ilk 24 ay güzəşt müddəti olmaqla) illik 8 faiz hesablanmaqla 300 000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Bank "xxxx" ASC ilə mənim aramda bağlanılmış xx.xx.2021-ci il tarixli AKİAG-00005-14/21A saylı iki tərəfli İpoteka müqaviləsinə əsasən İddiaçı məxsus olan ünvan 1 ünvanındakı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Maraqlı şəxs Bank "xxxx" ASC ərizə ilə Bakı şəhəri 32 saylı Notariat ofisinə müraciət edərək ipoteka ilə yüklü edilmiş əmlakın icra qeydi ilə tutmanın yönəldilməsinə dair xx.xx.2023-cü il tarixli 8İ-10146 saylı icra qeydi verilmişdir. İcra qeydi barədə məlumatı Binəqədi rayon İcra Şöbəsindən əldə edilmişdir. Vəkil sorğusu əsasında notariat kontorundan icra qeydinin verilməsinə dair notariat işi götürülmüş və tərəfimizdən müvafiq qanun pozuntularının aparılması aşkarlanmışdır. Notariusun icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir. 1. Borcun mübahisəsiz olduğunun araşdırılmaması, 2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icra qeydinin aparılacağı barədə bildiriş bank tərəfindən təqdim edilməməsi, 3. Borcun ödənilməmiş hissə üzrə icra qeydinin aparılmaması. 1. Borcun mübahisəsiz olduğunun araşdırılmamsı Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borlu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydiaparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, notariat ofisi borcun ödənilməsi barədə ərizəçiyə yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olubolmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və ipoteka müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162cimaddəsinin tələbləri pozularaq,aparılmış icra qeydi icra üçün göndərilmişdir. Bundan başqa Notariat orqanı borcun mübahisəsiz olduğunu və “ipoteka” haqqında qanunun 34-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi halı baş verməli olduğu halda Bank bu hissəhə dolayışı yolla həm notariusu həmdə DƏDRX-nı aldadarq tutmanın ipoteka predmetinə yönəldilməsinə nail olmağa çalışmışdır. Halbuki “Kredit büroları” haqqında qanun 13.2-ci maddəsinə əsasən borcun mübahisəli olubolmaması və müştərinin gecikməsinin 90 günün üzərində olmasını notarius özü yoxlamalı və bunun üçün real vaxt rejimində Elektron hökümət portalı vasitəsi ilə Mərkəzi Kredit Reyesterindən məlumat əldə edə bilərdi. Tərəfimdən verilən sorğuya əsasən Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.2023-cü il tarixinə gecikmə günlərinin sayı əsas borc üzrə 113 gün fazi borcu üzrə isə 82 gün göstərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alındığı tarixə xx.xx.2023-cü il tarixə gecikmə günü əsas borc üzrə 72 gün, faiz borcu üzrə isə 41 gün təşkil etmişdir. (kredit üzrə sonuncu ödənilmə tarixi xx.xx.2023). Bundan başqa borcun mübahisəliliyini təsdiq edən bir halda ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixliAKİAG-00005- 14/21A saylı iki tərəfli İpoteka müqaviləsi mübahisələndirilmişdir. Belə ki, ipoteka müqaviləsi bağlanan zaman mənim bəziailə üzvlərim buna razılıq vermirdi bank notarius hissəsinin özü həll edəcəyini bildirərək övladları X4, X2, X3nın razılığı olmadan notariat müqaviləsi bağlanmışdır. Bu darədə xx.xx.2023-cü il tarixdə Bank "xxxx" ASC-yə rəsmi məlumat verilmiş və hal-hazırda ipoteka müqaviləsinin etibarsızlığı iddiası ilə bağlı Xətai Rayon Məhkəməsinin icraatındadır. Maraqlı şəxs Bank "xxxx" ASC bilirdi ki, ipoteka müqaviləsi problemli müqavilədir notariusu aldadaraq icra qeydi çıxarılmasına nail olmuş və dolayısı ilə mübahisəli ipoteka müqaviləsi ilə məhkəmədə iddia qaldırmaq istəməmişdir. Yuxarıda göstərilən halları nəzərə alaraq br daih qeyd edirilir ki, notarius icra qeydi çıxararkan qanunvericiliyin borcun mübahisəli olması hissəsində səhvə yol vermişdir. Tələbkar icra qeydinin verilməsi barədə notariat ofisinə təqdim etdiyiərizəyə əlavə etdiyi sənədlərdə kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlini əlavə etməmiş və icra qeydinin verildiyi günə borclunun bannka olan gecikdirilmiş borc barədə maliyyə arayışı olmadığından Təlimatın 162-ci bəndində göstərilən icra qeydinin qalıq borca nisbətdə verilməsi ilə bağlı tələbi pozulmişdur. Belə ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162ci maddəsinə əsasən Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Belə olan halda notarat orqani mövcud borc öhdəliyi barədə əlavə sənədlər və arayışlar təqdim etməli olduğu halda bunu etməyərək qanunvericiliyin tələblərinə cavab vermədən əsasız icra qeydi verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə etdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən maraqlı şəxs Bank "xxxx" ASC-nin nümayəndəsi hazırki iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Cavabdeh və digər maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etdi. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: Mülki iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli AKİAG-00005-14/21A saylı ipoteka müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı məxsus olan ünvan 1 ünvanındakı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli AKİA-A0005-14/21A saylı Əlavə Kredit müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı biznes məqsədi ilə 60 ay müddətinə, ilk 24 ay güzəşt müddəti olmaqla, illik 8% hesablanmaqla 300 000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, AKİAZ-00005-14/21A saylı Zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqaviləyə əsasən X3 xx.xx.2021-ci il tarixli AKİAG-00005- 14/21A saylı Əsas Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən müəyyən olunur ki, İddiaçı Sabbir qızına məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldilmişdir. Öhdəlik AKİA-00005- 14/21A saylı müqaviləyə əsasən vaxtında ödənilməmiş 291666,70 manat əsas borc, 4551,26 manat faiz borcu, 2083,40 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 298301,36 manat təşkil edir. Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. Azərbaycan Kredit Bürosunda İddiaçı məlumatları üzrə xx.xx.2023-cü il tarixli çıxarışdan müəyyən olunur ki, əsas borc üzrə qalıq 291666,67 manat, faiz borcu üzrə qalıq 4551,26 manat təşkil edir. Pretenziya məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli AKİAG-00005- 14/21A saylı İpoteka müqaviləsinin etibarsız hesab edilərək yüklülükdən azad edilməsi, əks təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli №0102721 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, 4-cü keçiddə istifadədə olan 0,03678 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 248.73 kv.m yaşayış, 219.1 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 5727 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bank "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1089/2024 saylı qətnaməsinə əsasən cavabdeh Bank "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ƏCMF- 2023/341 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, “...Cavabdeh tərəf xx.xx.2023-cü il tarixdə Bank "xxxx" ASC tərəfindən əsas borclu İddiaçı və zamin X1 bildirişlər göndərilsə də, həmin bildirişlərin iddiaçıya hansı tarixdə çatdırılmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli icra qeydi verildiyi tarixə 21 günlük şikayət etmə müddətinin gözlənilibgözlənilmədiyini müəyyən etmək mümükün olmamışdır...” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 3733/2024 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1089/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İpoteka Haqqında Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi hesab olunur. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Beləliklə iş materiallarından Bank "xxxx" ASC-nin icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin göndərilməsi, bildirişin, onun borcluya çatdırıldığını təsdiq edən sənədin, borclunun cavab məktubunun (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlərin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə edilməsi və nəticə etibarilə notariusun qanunvericiliklə müəyyən edilmiş prosedura riayət etməsi öz təsdiqini tapmır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı pozuntuya yol verildiyindən, icra qeydi qanuni və əsaslı hesab edilə bilməz, bu səbəbdən iddia əsaslıdır və tədqiq edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri 32 saylı notariat ofisinin 25 oktyabr 2023cü il tarixli, 8İ-10146 saylı icra qeydi ləğv edilməli, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli, 8İ-10146 saylı icra qeydi ləğv edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №e-2(001)-137/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-137/2025
07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver