Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1411/2022 01.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə işə 01 mart 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 900 manat sığorta ödənişinin, habelə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi kimi 30 manatın, cəmi 930 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 sentyabr 2019-cu il tarixdə, saat 12:10-da Bakı şhəəri, Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 21214” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil «Hyundai Elantra» markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “VAZ 21214” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 04 mart 2019-cu il tarixdən 04 mart 2020-ci il tarixədək icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Digər avtomobilə dəymiş zərərin əvəzi kimi 900 manat məbləğində pul vəsaiti həmin avtomobilin sahibi X1 ödənilmişdir. Nərimanov RPİ-nin DYPŞ-nin 17 sentyabr 2019-cu il tarixli, 078-26328 saylı arayışından və 17 sentyabr 2019-cu il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə (hadisə yerindən yayınma) təqsirli bilinmişdir. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən, həmin qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Hazırda iddiaçı tərəfindən həmin məbləğ subroqasiya qaydasında cavabdehdən tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 04 mart 2019-cu il tarixli , PXA ********** saylı icbari sığorta müqaviləsinin surətindən görünür ki, “VAZ 21214” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 04 mart 2020-ci il tarxiədək sığortalanmışdır. - Nərimanov rayon X3 İdarəsinin 17 sentyabr 2019-cu il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 2019-cu il sentyabrın 14-də Cavabdeh idarə etdiyi “VAZ 21214” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. E.Ş.Heydərovun əməlində inzibati xətanın törədilməsi aşkar edilərək Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. - Avtomobillərin Texniki Xidməti Mərkəzinin 17 sentyabr 2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, “Hyundai Elantra” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyanın məbləği 900 manat təşkil edir. - Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil – təslim aktının surətindən görünür ki, sığorta ödənişinin verilməsi üçün "xxxx" Sığorta şirkəti ASC tərəfindən X1 plastik kart təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Məhkəmə belə nəticəyə gəlir ki, 14 sentyabr 2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “VAZ 21214” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən «Hyundai Elantra» markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin mülkiyyətçisinə 900 manat məbləğində maddi ziyan vurulmuşdur. Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq vurulmuş zərər iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 ödənilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, subroqasiya qaydasında 900 manat pul Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməlidir. Hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: "xxxx" ASC-nin iddiası təmin edilsin. Cavabdeh 900 manat pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1411/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1411/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver