Məhkəmə qərarları › İş №e-2(001)-1476/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1476/2023

25.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1476/2023 25.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının nümayəndəsi, Vəkil ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, müəyyənetdim: İddiaçının nümayəndəsi Vəkil məhkəməyə səhvən iddia ərizəsi formasında qərardaddan şikayət məzmunlu ərizə ünvanlamışdır. Bundan sonra həmin ərizənin geri qaytarılması ilə bağlı müraciət etmişdir və bu səbəbdən hesab edirəm ki, iddia ərizəsinin mümkünlüyünə qiymət verilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar