Məhkəmə qərarları › İş №e-2(001)-1480/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1480/2023

11.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1480/2023 11.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulan zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “vurulan zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, törədilmiş yol nəqliyyat hadisəsi zamanı vurulan zərərin əvəzi olaraq müəyyən edilmiş 16.781,16 manat məbləğin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nəqliyyat və Logistika Mərkəzinin sürücüsü Cavabdeh "xxxx" ASC tərəfindən 19.11-xx.xx.2021-ci il aralığı üzrə verilmiş 014148 nömrəli “Yük avtonəqliyyatı üçün yol vərəqi”nə əsasən xx.xx.2021-ci il tarixdə Cəmiyyətə məxsus “İSUZU FSR 90SL” yük markalı, **-JL-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsilə anbardan mal-materialın Ağdaş və Mingəçevir ərazisinə daşınması işi həvalə edilmişdir. Cavabdeh nəqliyyat vasitəsini idarə edən zaman Bakı-Qazax yolunun 7-ci km-liyində yol nəqliyyat hadisəsi törətmiş və onun barəsində xx.xx.2021-ci il tarixdə Ekologiya Yol patrul xidmətinin əməkdaşı tərəfindən TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Polis əməkdaşı tərəfindən izahatı alınmış cavabdeh izahatında bildirmişdir ki, Bakı şəhəri istiqamətində hərəkət edərkən diqqətsizlikdən, yorğun, yuxusuz olduğundan qarşıda gedən avtomobilin yarımqoşqusunu arxadan vurmuşdur. Hadisə nəticəsində vurulan zərərin qiymətləndirilməsilə bağlı "xxxx" MMC tərəfindən qüsur aktı tərtib edilmişdir. Qüsur aktına əsasən 16.781,16 manat məbləğində zərər müəyyən edilmişdir. Zərərin ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə şifahi müraciət edilmiş, lakin hazırki günədək ödəniş aparılmamışdır. Cavabdeh 13 mart 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini və ondan tələb edilən məbləğin şişirdildiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, yorğun olduğuna görə yol nəqliyyat hadisəsinin baş verdiyini və iddiaçı tərəfindən hesablanmış ziyan məbləği ilə razı olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AC Seriyalı 675707 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “İsuzu FSR 90SL” yük markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 014148 №-li yük avtonəqliyyatı üçün yol vərəqəsindən görünür ki, 19.11-xx.xx.2021-ci il tarixlər aralığında “İsuzu FSR 90SL” yük markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh istifadəsinə verilmişdir. xx.xx.2021-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi “İsuzu FSR 90SL” yük markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. 14 noyabr 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Komissiyanın sədri- Nəqliyyat və Logistika Mərkəzinin Təmir Sahəsinin koordinatoru İlham Həsənov, komissiyanın üzvləri-Təmir sahəsinin Baş mexaniki Abbasəli Orucov, təmir sahəsinin mexaniki Azər Şahqulubəyov, avtodəstə koordinatoru Rahim İsgəndərov, avtotəkənəçi Rusif Aslanov aktı ondan ötrü tərtib ediblər ki, həqiqətən də “İsuzu FSR 90SL” markalı, **- JL-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirmişlər və baxış nəticəsində avtomobilin avtoqəza nəticəsində bəzi detallarının qırılması və istismarını mümkünsüz edən zərər dəyməsi aşkar edilmişdir. 14 noyabr 2022-ci il tarixdə tərtib edilmiş Qüsur aktından görünür ki, Komissiyanın sədri-Nəqliyyat və Logistika Mərkəzinin Təmir Sahəsinin koordinatoru İlham Həsənov, komissiyanın üzvləri-Təmir sahəsinin Baş mexaniki Abbasəli Orucov, təmir sahəsinin mexaniki Azər Şahqulubəyov, avtodəstə koordinatoru Rahim İsgəndərov, avtotəkənəçi Rusif Aslanov aktı ondan ötrü tərtib ediblər ki, həqiqətən də “İsuzu FSR 90SL” markalı, **- JL-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirmişlər və baxış nəticəsində avtomobilin tam yararsız hala düşməsi aşkar edilmişdir. Avtoqəza nəticəsində 1 dəst avtomobilin kabinası, 1 dəst sağ qapı, 1 ədəd torpedo, 1 dəst cihazlar paneli, 1 dəst qabaq sağ ressor(vtulkalarla birgə), 2 ədəd qabaq amortizatorların (vtulkalarla birgə), 2 ədəd kabinanın poduşkaları, 2ədəd kuzovun qaba və sağ bortları əyilib, 2 dəst yan güzgülər, kroşteynlərlə birgə, 1 dəst qabaq sağ fara alt-üst lampalarla birgə, 2 ədəd buferdə olan duman əleyhinə faralar, lampalarla birgə, 1 dəst şüşəsilənin motoru, silmə qolları ilə birlikdə, 1 dəst şüşəyə suvuran baçok, motor və şlanqlarla birgə, 1 ədəd tormoz baş slindirin yağ baçoku, 1 ədəd sükan mexanizminin datçiki, 2 ədəd kabinanın yan qabarit faraları, lampalarla birgə, 2 ədəd kabinanın yan dönmə faraları,lampalarla birgə, 2 ədəd kabinanın iç fanarı (plafon), 2 ədəd avtomobil rafası əyilərək yararsız hala düşmüşdür. 14 noyabr 2022-ci il tarixdə tərtib edilmiş Qiymətləndirmə Cədvəlindən görünür ki, "İsuzu FSR 90SL” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtoqəza nəticəsində 16781,16 manat ziyan dəymişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki, “İsuzu FSR 90SL” yük markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir- bərpa xərclərinin məbləği 16781,16 (on altı min yeddi yüz səksən bir manat 16 qəpik) manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/2512 saylı, 23 iyun 2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “İsuzu FSR 90SL” yük markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13028 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək verilmiş 014148 №-li yük avtonəqliyyatı üçün yol vərəqəsi əsasında idarə etdiyi“İsuzu FSR 90SL” yük markalı **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi törətmiş və nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Halhazırda iddiaçı "xxxx" ASC törədilmiş yol nəqliyyat hadisəsi zamanı vurulan zərərin əvəzi olaraq müəyyən edilmiş 16.781,16 manat məbləği tələb edir. Cavabdeh isə həmin məbləğlə razı olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, yol vərəqəsi əsasında ona etibar edilmiş “İsuzu FSR 90SL” yük markalı **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh Əliislam oğlu tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəyməsi faktı sübuta yetirildiyindən, iddia tələbi qismən təmin edilməli və cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin 9/2512 saylı, 23 iyun 2023-cü il tarixli rəyi nəzərə alınmaqla, 13028 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun 32 manatı iddiaçıya aid edilməli, 109 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin 50 (əlli) manat ekspertiza xərcinin 39 manatı cavabdehdən və 11 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13028 (on üç min iyirmi səkkiz) manat məbləğində maddi ziyan və 109 (yüz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 13137 (on üç min yüz otuz yeddi) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin 39 (otuz doqquz) manatı Cavabdeh və 11 (on bir) manatı isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar