Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1483/2025 07.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Seyfəddin qızına qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh Seyfəddin qızına qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 520 manat məbləğində yanlışlıqla ödənilmiş pul vəsaitinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 tərəfindən idarə olunan, şirkətdə “Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası” növündə PME********** saylı, xx.xx.2023-cü il tarixli müqavilə ilə sığortalanmış “Runna” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi ilə hərəkətdə olan zaman manevretmə qaydalarını pozması nəticəsində “Kia Rio” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı və “Azsamand” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Şirkət tərəfindən müvafiq sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq, xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı və “Azsamand” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə faydalanan şəxslərə sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində “Azsamand” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh Seyfəddin qızının bank hesabına 520 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sonradan "xxxx" ASC-nin əməkdaşları tərəfindən yanlışlıqla təkrar ödəniş həyata keçirilmiş və əsassız olaraq Cavabdeh bank hesabına xx.xx.2023-cü il tarixində yenidən 520 manat məbləğində pul köçürülmüşdür. Odur ki, belə olan təqdirdə Cavabdeh onun hesabına yanlışlıqla ödənilmiş 520 manat məbləğində pul vəsaitini şirkətə geri qaytarmaq öhdəliyi yaranır. Cavabdeh ilə dəfələrlə şifahi telefon danışıqları aparılaraq əsassız qaydada əldə edilmiş məbləğin geri qaytarılması tələb olunsa da şəxs öhdəliyini həyata keçirməkdən imtina etmişdir. Şirkət tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh pretenziya məktubu ilə müraciət edilmiş, lakin hələ də məktuba münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehlərə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Onlara iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmələri xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. - 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir: İş materiallarında olan sənədlərə əsasən: - xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 520 manat məbləğindədir. - İAS231334 saylı, xx.xx.2023-cü il tarixli sığorta ödəniş aktına və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən Cavabdeh Seyfəddin qızına ("xxxx" ASC hesabı ilə) 520 manat ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən Cavabdeh Seyfəddin qızına ("xxxx" ASC hesabı ilə) 520 manat ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 520 manat məbləğindədir. - pretenziya məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehə yanlış ödənilmiş sığorta ödənişinin geri qaytarılması ilə əlaqədar 520 manat məbləğində vəsaitin 3 iş günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə məktub ünvanlamışdır. Məktubda həmçinin qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında cavabdehlərə qarşı məhkəmə qaydasında tələb irəli sürüləcəyi barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan başqa Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi pul vəsaitini tələb etməkdə haqlıdır və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh Seyfəddin qızından 520 manat məbləğində yanlışlıqla ödənilmiş pul vəsaiti və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh Seyfəddin qızına qarşı “borc” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Seyfəddin qızından 520 (beş yüz iyirmi) manat məbləğində yanlışlıqla ödənilmiş pul vəsaiti və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-1483/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1483/2025
07.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver