Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1484/2023 12.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçıların nümayəndəsi (qızı) Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək, ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(001)- 75/2021 saylı icra sənədinə əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X9 və X17 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi qismən təmin edilmiş, cavabdeh X6 10558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin X12 və İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,54 kv.metr, yaşayış sahəsi 30,14 kv.metr olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçı "xxxx" ASC-yə ödənilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər X12, İddiaçı, X21, X11, X7, X10, X1 və X2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması qərara alınmışdır. Cavabdeh1 MMC-nin 16 dekabr 2022-ci il tarixli, 279/22 nömrəli “Açıq hərracın yekunları barədə protokol”dan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid ünvanında yerləşən 2 otaqlı, 49,54 kv.metr ümumi, 30,14 kv.metr yaşayış sahəsindən ibarət olan 11 nömrəli evin 108 saylı mənzilini 57375 manata "xxxx" ASC almışdır. İddia tələbi: Hazırda iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda göstərilən “Açıq hərracın yekunları barədə protokol”un etibarsız hesab edilərək, ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin, ona etirazın əsasları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hərracın keçirilməsindən mənzil satıldıqdan sonra məlumatı olmuşdur. Belə ki, nə Binəqədi Rayon İcra Şöbəsinin sifarişi barəsində, nə də keçirilən hərrac prosesinin iclası barəsində iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçı özü Binəqədi Rayon İcra şöbəsinə gedib maraqlandıqda ona məlum olmuşdur ki, artıq hərrac yekunlaşmış və "xxxx" ASC tərəfindən mənzil alınmışdır. İddiaçı ipoteka ilə yüklü edilmiş həmin evdə yaşayır. Evinin hərracdan satılacağı tarix barədə rəsmi qaydada xəbərdar edilmədiyi üçün hərracda iştirak etmək hüququndan məhrum olunmuşdur. Hərracın xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən keçirilməsi, 279/22 saylı Protokolun tərtib edilməsi və mənzilin satılması haqqında iddiaçı sonradan məlumat almışdır. Cavabdehlər bilərəkdən qərəzli olaraq iddiaçıya məlumat verməmişlər. Nə hərrac barədə bildirişlər, nə də hərracın yekunları barədə protokol ona təqdim olunmamışdır. Hərracın keçirilməsi barədə iddiaçıya rəsmi qaydada bildirişlər göndərilmədiyindən, müddətlərə və X16 qeyd olunan müddəalara əməl olunmadığından həmin yekun protokol mülki qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. Cavabdeh1 MMC iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, etirazda göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin sifarişi əsasında Cavabdeh1 MMC tərəfindən hərrac keçirilmişdir. Hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 11 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclulara, eləcə də tələbkara 2076/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi olan “Birjanyus” X4 (Portalında) (www.birjanews.az) dərc olunmuş və eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. Göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır (xx.xx.2022-ci il tarixli protokolun surəti əlavə edilir). Hərrac baş tutmadığından, mənzil ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə, yəni 76500 manat olmaqla, 29 noyabr 2022-ci il tarixə, saat 11:00-a təkrar açıq hərraca çıxarılmış, bu barədə elan xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi olan “Birjanyus” X4 (Portalında) (www.birjanews.az) dərc olunmuş və eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. Lakin, hərracın iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamış, hərracın təşkilatçısı tərəfindən bu barədə məlumat “Birjanyus” X4 (Portalında) (www.birjanews.az) və hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) dərc edilmişdir. “Təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli, 2250/22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir (bildirişin və poçt qəbzinin surəti əlavə edilir). 29 noyabr 2022-ci il tarixə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022ci il tarixdə kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının təsmi internet səhifəsində də yerləşdirilmişdir. Həmin tarixdə ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" ASC 05 dekabr 2022-ci il tarixli, 22-21819/2022 nömrəli məktubla ipoteka predmetini təklif edilən 57375 manata əldə edilməsinə razı olduğunu bildirmişdir. Həmin razılığa əsasən, “X5” nəzdində Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarili, 279/22 saylı “Açıq hərracın yekunları barədə protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə icra şöbəsinə göndərilmişdir. Sadalanan xüsusiatlardan, eləcə də etiraza əlavə edilən sənədlərdən görünür ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borclulara onun hərrac sifarişində, eləcə də iddiaçının hazırki iddia ərizəsində göstərilən ünvanına müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına hüquqi əsas yoxdur. Sonda iddianın təmin edilməməsi xahiş olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianı müdafiə etdiyini bildirib, izahatında göstərdi ki, hərracın keçirilməsində bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, ilk hərracla bağlı elan elektron portalda yerləşdirilən zaman tələbkar bankın adı "xxxx" deyil, "xxxx" BOKT kimi göstərilmişdir. Halbuki, onların "xxxx" BOKT ilə heç bir əlaqələri yoxdur. O, bununla bağlı dərhal hərrac mərkəzinə məlumat vermiş, hansı əsasla onların "xxxx" BOKT-a borclarının olduğunun göstərildiyini soruşmuş, lakin əsaslı cavab ala bilməmişdir. Bu hal hərracın keçirilmə prosedurundakı qanunsuzluqlardan biridir. O, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra hərrac mərkəzinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, güyə tələbkarın "xxxx" BOKT kimi göstərilməsinin texniki səhvlə bağlı olduğunu vurğulamışdır. Digər qanunsuzluq isə ondan ibarətdir ki, keçirilmiş hər 3 hərracla bağlı bildirişlər onun anasına rəsmi qaydada poçt vasitəsilə xəbərnaməli şəkildə çatdırılmasına baxmayaraq, yekun protokol onlara rəsmi qaydada təqdim edilməmişdir. O, bu protokolun surətini yalnız icra şöbəsindən əldə edə bilmiş, buna görə də, məhkəməyə surətini təqdim etməli olmuşdur. Halbuki, evinin kim tərəfindən və hansı qiymətə alındığını bilmək iddiaçının hüququdur. Hərrac mərkəzi tərəfindən dəyəri faktiki olaraq 150000 manat olan ev cəmi 57 min manata satılmışdır. Yekun protokolun iddiaçıya təqdim edilməməsi bankla hərrac mərkəzinin birgə qanunsuzluğunu biruzə verir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X13 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, mülki iş materialları ilə bütün bildirişlərin iddiaçıya çatdırıldığı müəyyən edilir. İddia əsassız olduğundan rədd edilməlidir. Digər cavabdeh Binəqədi rayon İcra Şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq məlumat verilməsinə baxmayaraq, Şöbəni təmsil edən səlahiyyətli nümayəndə məhkəməyə gəlməmişdir. Tədqiq edilən sübutlar: İcra sənədi üzrə müvafiq icra işi öyrənilərkən müəyyən edilmişdir ki, - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(001)-75/2021 saylı icra sənədinə əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X9 və X17 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi qismən təmin edilmiş, cavabdeh X6 10558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin X12 və İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,54 kv.metr, yaşayış sahəsi 30,14 kv.metr olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçı "xxxx" ASCyə ödənilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər X12, İddiaçı, X21, X11, X7, X10, X1 və X2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması qərara alınmışdır. - 12 aprel 2022-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyev tərəfindən icra sənədi icraata qəbul edilmiş, borclulara tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. - 17 oktyabr 2022-ci il tarixdə icra məmuru Cavabdeh1 MMC-yə “Hərracın keçirilməsi haqqında” Sirafişlə müraciət etmiş, sifarişin surəti borclulara (İbrahim İsmayılov, İddiaçı), tələbkara ("xxxx" ASC) göndərilmişdir. - 24 noyabr 2022-ci il tarixdə borclunun nümayəndəsi Nümayəndə ərizə ilə icra şöbəsinə müraciət edərək, hərracın dayandırılmasını xahiş etmişdir. - 30 noyabr 2022-ci il tarixdə Əmlak Hərrac Mərkəzi ipoteka saxlayan "xxxx" ASC-yə (surəti işdə iştirak edən digər şəxslərə, həmçinin icra şöbəsinə) “ipoteka predmetinin əldə edilməsi barədə” təklif ünvanlamış, təklifdə göstərilmişdir ki, mənzilə dair 11 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır...Əmlak ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə olmaqla 29 noyabr 2022-ci il, saat 11:00 tarixlinə təkrar açıq hərraca çıxarılmış və bu barədə maraqlı şəxslərə göndərilməklə, təkrar açıq hərrac barədə elan xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” internet informasiya portalında dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar müvafiq protokol tərtib edilməklə, hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Beləliklə, mənzilin 57375 manata bank tərəfindən əldə edilməsi banka təklif edilmişdir. - 05 dekabr 2022-ci il tarixdə bank tərəfindən Cavabdeh1 MMC-yə mənzilin əldə edilməsi üçün razılıq məzmunlu məktub ünvanlanmışdır. - Cavabdeh1 MMC-nin 16 dekabr 2022-ci il tarixli, 279/22 nömrəli “Açıq hərracın yekunları barədə protokol”dan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid ünvanında yerləşən 2 otaqlı, 49,54 kv.metr ümumi, 30,14 kv.metr yaşayış sahəsindən ibarət olan 11 nömrəli evin 108 saylı mənzilini 57375 manata "xxxx" ASC almışdır. - 16 dekabr 2022-ci il tarixdə Cavabdeh1 MMC icra şöbəsinə (surəti işdə iştirak edən digər şəxslərə-qoşmasız) həmin tarixli “hərracın yekunları barədə” 279/22 saylı protokolu göndərmişdir. - 26 dekabr 2022-ci il tarixdə Nümayəndə icra şöbəsinə ərizə ilə müraciət edərək, icraatın dayandırılmasını xahiş etmişdir. - 28 dekabr 2022-ci il tarixdə İddiaçı Cavabdeh1 MMC-yə, Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin Bakı şəhəri, 8-ci mkr., Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 noyabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız və əsassız hesab edilərək, ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, “...nə hərrac barədə bildirişlər, nə də hərracın yekunları barədə protokol mənə təqdim olunmamışdır. Mənzilin hərracdan satıldığını öyrəndikdən sonra müraciət edərək bütün sənədləri özüm əldə etmişəm...” - 03 mart 2023-cü il tarixdə İddiaçı ərizə ilə icra şöbəsinə müraciət edərək, evin satışından əldə edilmiş puldan kredit ödənildikdən sonra qalan məbləğin tam olaraq ona ödənilməsini xahiş etmişdir. Həmçinin, mülki iş materialları ilə müəyyən edilmişdir ki, - 11 noyabr 2022-ci il tarixdə keçiriləcək hərracla bağlı tərəflərə göndərilmiş bildirişdə tələbkarın adı "xxxx" ASC göstərilməsinə baxmayaraq, “birjanews.az” portalında tələbkar "xxxx" BOKT ASC kimi göstərilmişdir. Bundan sonrakı bütün bildirişlərdə, portala yerləşdirilmiş elanlarda, “Hərracın baş tutmamasına dair” protokollarda tələbkarın adı "xxxx" ASC kimi göstərilmişdir. - Cavabdeh1 MMC tərəfindən məhkəməyə ünvanlandırılmış 10 aprel 2023-cü il tarixli məktubda göstərilmişdir ki, 11 noyabr 2022-ci il tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli elanda texniki yanlışlıq səbəbindən "xxxx" ASC-nin adı qeyd olunmuşdur. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: - 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 41.5-ci maddəsinə əsasən, hərrac açıq auksion formasında keçirilir. - 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. - 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. - 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. - 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. - 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda... - 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. - 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. - 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. - 43.7-ci maddəsinə əsasən, Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. - 43.7-1-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. - 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. - 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını tədqiq etməklə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə ilk öncə onu qeyd edir ki, iddia ərizəsinin əsasını iddiaçının hərracın keçirilməsindən məlumatsız olması, yekun protokolu almaması təşkil etsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi hərracın keçirilməsi vaxtlarına dair 3 bildirişi aldıqlarını bildirmiş, tələbin əsası kimi “birjanews.az” portalında tələbkar kimi "xxxx" BOKT ASC-nin göstərildiyini, halbuki, onların həmin şirkətlə heç bir əlaqələrinin olmadığını, habelə hərracın yekununa dair protokolu rəsmi qaydada almadıqlarını göstərmişdir. Məhkəmə hesab edir ki, 11 noyabr 2022-ci il tarixdə keçirilməli hərracla bağlı tərəflərə göndərilmiş bildirişdə tələbkarın adı "xxxx" ASC göstərilməsinə baxmayaraq, “birjanews.az” portalında tələbkarın "xxxx" BOKT ASC kimi göstərilməsi yol verilmiş texniki səhv kimi qiymətləndirilməlidir, çünki, bundan sonrakı bütün bildirişlərdə, portala yerləşdirilmiş elanlarda, “Hərracın baş tutmamasına dair” protokollarda tələbkarın adı "xxxx" ASC kimi göstərilmişdir. Tərəflərə poçt vasitəsilə göndərilmiş 3 ayrı tarixlərdə keçiriləcək hərracla bağlı bildirişlərdə, elektron portala yerləşdirilmiş elanlardan ikisində, habelə digər məlumatlarda tələbkarın adının doğru qeyd olunmaqla, yalnız birinci elanda bu adın səhv qeyd edilməsi hərracın nəticələrinin etibarsızlığına səbəb ola bilməz. İddia tələbinin ikinci əsasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəf 16 dekabr 2022-ci il tarixli, 279/22 nömrəli “Açıq hərracın yekunları barədə protokol”un onlara rəsmi qaydada təqdim edilməməsini bildirməklə, mülkün kimə, hansı qiymətə satılmasından məlumatsız olduğunu qeyd etmişlər. Halbuki, icra işindi olan İddiaçı icra şöbəsinə ünvanladığı 03 mart 2023-cü il tarixli ərizədə evin satışından əldə edilmiş puldan kredit ödənildikdən sonra qalan məbləğin tam olaraq ona ödənilməsini xahiş etmişdir, yəni faktiki olaraq evin satılmasından məlumatlı olmuş və bunu dolayı yolla qəbul etmişdir. Göründüyü kimi, iddiaçı tərəfin hərraclardan məlumatsız olması sübuta yetirilməməklə yanaşı məhkəməyə təqdim edilmiş sübutlarla hərracın qanunauyğun şəkildə keçirilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 16 dekabr 2022-ci il tarixli, 279/22 nömrəli “Açıq hərracın yekunları barədə protokol”un iddiaçıya rəsmi qaydada təqdim edilməməsi bu protokolun etibarsız hesab edilərək, ləğvinə əsas deyil. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək, ləğv edilməsi” tələbinə dair iddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1484/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1484/2023
12.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver