Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1522/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi ziyanın (11 sot bələdiyyə torpaq sahəsinin bu günkü bazar dəyəri olan) 80000 (səkkən min) manatın və məhkəməyə ödənilmiş dövlət 330 (üç yüz otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildə bələdiyə torpağı almaq qərarına gəlmişdir. Əvvəllər tanıdığı X9 iddiaçıya bildirmişdir ki, onun yaxın qohumu Abşeron rayon Fatmayi kənd icra nümayəndəsi vəzifəsində işləyir. Onun vasitəsi ilə Abşeron rayonunda münasib qiymətə bələdiyyə torpağı alınmasına köməklik göstərə bilər. Bundan sonra Solmaz adlı xanım Abşeron rayonu, təzə Fatmayi bağları deyilən ərazidə 40 sot torpaq sahəsini iddiaçıya göstərərək bir hektarının 1300 ABŞ dollarına satıldığını bildirmişdir. Onlar öz aralarında razılaşdıqdan sonra 52000 (əlli iki min) ABŞ dollarını iddiaçı öz evində Solmaz xanıma vermişdir. Lakin Solmaz xanım iddiaçıdan pulu aldıqdan sonra torpaq sahəsinin sənədlərinin rəsmiləşdirə bilmədiyini bildirmişdir. Bundan sonra Solmaz xanım torpaq sahəsinin sənədlərinin rəsmiləşdirilməsi ilə bağlı ona köməklik göstərilməsi üçün tanışı X2 müraciət etmişdir. Həmin vaxt iddiaçı Səadət Hacıyevanın iş yoldaşı Tərlan Ağayevin köməyi ilə Fatmayi kəndində torpaq sahəsini satan şəxs Əliyev Mübariz Süleyman oğlu ilə tanış olmuşdur. Daha sonra sənədlərin rəsmiləşdirilməsi zamanı Mübariz Süleymanov iddiaçıya bildirmişdir ki, torpaq sahəsinin 1 hektar hissəsi satılır. Ona görə də iddaçı 52000 (əlli iki min) ABŞ dollarından əlavə Səadət Hacıyevaya 40 sot torpaq sahəsinin alınması üçün əlavə 40000 (qırx min) ABŞ dolları pul vermişdir. Beləliklə, iddaçı tərəfindən 80 sot torpaq sahəsinin alınması üçün cavabdehə 92000 (doxsan iki min) ABŞ dolları məbləğində pul verilmişdir. Lakin sonradan X6 tərəfindən 48000 (qırx səkkiz min) ABŞ dolları əvəzi olaraq 30 sot torpaq sahəsi verilmiş və qalan 54000 (əlli dörd min) ABŞ dolları müqabilində olan 50 sot torpaq sahəsi verilməmişdir. Ona görə də iddiaçı Yasamal Rayon Məhkəməsinə müraciət edərək X3, X7 və Əliyev Mübariz Süleyman oğluna qarşı 54000 (əlli dörd min) ABŞ dolların qaytarılması barədə iddia qaldırılmışdır. Məhkəmə iclası zamanı məlum olmuşdur ki, 2007-ci il tarixdə Abşeron rayonu 1 saylı dövlət notariat kontotunda İddiaçı adından xx.xx.2007-ci il tarixli, AN-İN 01377209 №-li “Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi” bağlanılmışdır. Həmin müqavilədə satıcı qismində X10 adından etibarnamə üzrə çıxış edən Əliyev X5 rayonu, 2 nömrəli savxozda yerləşən ümumi sahəsi 2.0 ha olan torpaq sahəsinin 0,32 ha torpaq sahəsini 15000 manata İddiaçı satdığı qeyd edilmişdir. Lakın iddiaçının isə nəinki bu alqısatqı müqaviləsindən, notariat ofisində aparılan həmin notariat əməliyyatından belə xəbər olmamışdır. Məhkəmə prosesləri zamanı alqı-satqı müqaviləsındəki imzanın saxta olubolmaması ilə bağlı o, məhkəmdə xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət vermişdir. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2014-cü il tarixli 14924 saylı ekspert rəyinə əsasən məlum olmuşdur ki, xx.xx.2007-ci il tarixli. AN-İN 01377209 №-li “Daşınmaz Əmlakın Alqı-satqısı Müqaviləsi”ndəki "Alıcı" qrafasındakı Musayev soyadı önündəki imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun dövlət notariusu vəzifəsində işləmiş Cavabdeh tərəfindən qanunsuz notariat əməliyyatının həyata keçirilməsi məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Lakin cavabdehlər tərəfindən məhkəmə qətnaməsindən yuxarı instansiya məhkəmələrinə şikayət verilsə də, Azərbaycan Respublikas Ali Məhkəməsi Müki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli 2(102)-5102/15 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2015-ci il tarixli 2(103)-2829/2015 nömrəli qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Beləliklə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2015-ci il tarixli 2(103)-2829/2015 nömrəli icra sənədi icraata yönəldilmişdir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Vüqar Alıyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilsə də, sonradan borclunun 30 iyul 2017-ci il tarixdə vəfat etməsinə görə icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan əlavə cavabdeh Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun rəisi vəzifəsində işlədiyi zaman vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə görə digər vətəndaşlara da külli miqdarda maddi ziyan vurulmuşdur. Cavabdehin qanunsuz əməllərindən zərərçəkən şəxslər barəsində mətbuatda çoxlu məlumatlar paylaşılmışdır. Cavabdeh vəzifə səlahiyyətlərindən suiistifadə etdiyindən fəaliyyətinə xitam verilmişdir. Bu qanunsuzluq səbəbindən iddiaçıya külli miqdarda maddi ziyan vurulmuş və nəticədə o, mənəvi sarsıntı keçirdiyindən səhhətində ciddi narahatçılıqlar yaranmışdır. İddiaçı cavabdehlə dəfələrlə görüşmüş və onun adından qanunsuz alqı-satqı əməliyyatını icra etdiyi üçün ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın 48000 ABŞ dolları əvəzi olaraq 30 sot bələdiyyə torpaq sahəsi verilmişdir. Lakin qalan 54000 ABŞ dolları müqabilində olan 50 sot torpaq sahəsi verilməmişdir. Sonradan iddiaçının təkidli tələbindən sonra cavabdeh ona 21 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vermişdir. Halbuki, belə torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə icazə verilmir. Baxmayaraq ki, iddiaçıya həyətyanı torpaq sahəsi verilməli idi. Daha sonra iddiaçı qalan 11 sot bələdiyyə torpaq sahəsinin verilməsi ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh onu aldadaraq nə torpaq vermiş, nə də ki, onun dəyəri ödəmişdir. Bundan sonra o, cavabdehin əsassız bəhanələrindən təngə gələrək xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına xəbərnaməli poçt göndərişi ilə pretenziya məktubu göndərilmiş 0.11 hektar bələdiyyə torpaq sahəsinin ona verilməsini və bu mümkün olmadığı halda, onun bazar dəyərinin, yəni 80000 (səksən min) manat məbləğində pulun ona ödənilməsi barədə təklif bildirişi göndərilmişdir. Lakin cavabdeh onun təklifini almasına baxmayaraq, heç bir münasibət bildirməmişdir. Ona görə də iddiaçı pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi (vəkili) iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. İddiaçının iddia ərizəsində qeyd etdiyi faktlar həqiqəti əks etdirmir və hətta cavabdehin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5102/15 saylı xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və həmin qətnaməyə görə Əliyev Mübariz Süleyman oğlundan İddiaçı xeyrinə 42400 manat pulun ödənilməsi qət edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi bu qərarlar mübahisə edilə bilməz və sübuta ehtiyacı yoxdur. Həmin qərarlardan aydın olur ki, iddiaçını aldadan şəxs, yəni ona maddi ziyan vuran şəxs Əliyev Mübariz Süleyman oğlu müəyyən edilmiş və pul məbləğinin də elə həmin şəxsdən tutulması qərara alınmışdır. Hazırda həmin şəxsin vəfat etməsi bu faktı dəyişdirmir. Qərarlarda cavabdehin iddiaçıya nə kimi ziyan vurması, istinad etdiyi ekspertiza rəyinin ona verilməyən torpaq sahəsinə nə kimi bağlılığı olduğunu, yəni bir sözlə iddianın əsasını təşkil edəcək sübutları qeyd etməmişdir. Hesab edir ki, iddiaçı iddia ərizəsi üzrə düzgün cavabdeh seçməmiş, ümumiyyətlə iddia ərizəsini fərziyyələr üzərində tərtib etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, mülki işin materiallarında olan: Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda 4Ə/11-1868 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2007-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X10 mülkiyyətində olan Abşeron rayonu, 2 nömrəli sovxozda yerləşən ümumi sahəsi 2 ha olan torpaqdan 0.32 ha torpağın müvəqqəti istifadə hüquqlarını 15000 manat müqabilində İddiaçı satmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2014-cü il tarixli, 14924 saylı ekspert rəyinin surətindən görünür ki, xx.xx.2007-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququnun alqı-satqı müqaviləsindəki “Alıcı” qrafasındakı, 102-ci vərəqdə olan xx.xx.2007-ci il tarixli İddiaçı adından olan ərizədə “Musayev” soyadı önündəki imzalar eyni şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2007-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququnun alqı-satqı müqaviləsindəki “Alıcı” qrafasındakı, 102-ci vərəqdə olan xx.xx.2007-ci il tarixli İddiaçı adından olan ərizədə “Musayev” soyadı önündəki imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının surəti iş materiallarına əlavə edilmiş 11 noyabr 2015-ci il tarixli, 2(102)-5102/15 saylı qərarından aydın olur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X2, X7 və Əliyev Mübariz Süleyman oğluna qarşı cavabdehlərdən 42400 manat pulun alınaraq ona verilməsi barədə iddiası qismən təmin edilərək, cavabdehlər X1 və X4 müştərək qaydada 42400 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2015-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Əliyev Mübariz Süleyman oğlundan 42400 manat pulun tutulub iddiaçıya ödənilməsi qət olunmuşdur. Həmin qərardan həmçinin aydın olur ki, cavabdeh Əliyev Mübariz Süleyman oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2015-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan o da aydın olur ki, İddiaçı cavabdehlər X8 və X9 vasitəsilə digər cavabdeh Əliyev Mübariz Süleyman oğluna 1 ha torpaq sahəsi müqabilində 92000 ABŞ dolları məbləğində pul versə də, həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi baş tutmamış və ona yalnız 30 sot torpaq sahəsi verilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə 30 sot torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsini nəzərə alaraq, iddianı cavabdeh Əliyev Mübariz Süleyman oğluna münasibətdə və 42400 manat tələbi hissəsində təmin etmişdir. İş materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2015-ci il tarixli qətnaməsi icraya yönəldilərək iş üzrə icraata başlanılmış, lakin X16 Süleyman oğlunun xx.xx.2017-ci il tarixdə vəfat etməsi səbəbindən icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Səadət Hacıyeva və Solmaz Fərəməzova adlı şəxslər vasitəsilə Mübariz Əliyevə 1 ha torpaq sahəsi müqabilində 92000 ABŞ dolları məbləğində pul versə də, ona yalnız 30 sot torpaq sahəsi verilmiş, bu səbəbdən o, məruz qaldığı zərərin (verilməyən torpaq sahəsinə görə ödədiyi 42400 manat pulun) adı çəkilən 3 şəxsdən tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, həmin işə baxılarkən Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiqlənmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindəki imzaların saxtalaşdırılmış olduğu öz təsdiqini tapmış və iddiaçının sözügedən iddiası Mübariz Əliyevə münasibətdə və 42400 manat tələbi hissəsində təmin edilərək icraya yönəlmiş, sonradan borclunun ölməsi səbəbindən icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Hazırkı iddiasında isə iddiaçı, Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiqlənmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ona verilməsi nəzərdə tutulan torpaq sahəsinin bir hissəsinin sonradan ona verildiyini, verilməyən 0.11 ha hissənin isə hələ də ona verilmədiyini və dəyərinin 80000 manat təşkil etdiyini iddia edərək, həmin pul vəsaitinin məruz qaldığı zərər kimi həmin dövrdə xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiqləndiyi notariat kontorunun notariusu işləmiş Cavabdeh tutulmasını tələb etmişdir. Göründüyü kimi, iddiaçının hazırki iddiasının faktiki əsası kimi istinad etdiyi hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2015-ci il tarixli, 2(102)-5102/15 saylı qərarının aid olduğu mülki işdə iddiaçı tərəfindən irəli sürülən faktiki hallarla üst-üstə düşür. Halbuki, iş materiallarından aydın olur ki, sözügedən mülki işdə dəyərini ödəməsinə rəğmən, iddiaçıya verilməyən sahəsinə görə 42400 manat pulun cavabdeh Mübariz Əliyevdən tutulması qərara alınaraq icraya yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya müvafiq torpaq sahəsinin verilməməsinə görə onun məruz qaldığı zərərin – yəni, verilməyən torpaq sahəsinin dəyərinin ödənilməsi vəzifəsinin daşıyıcısının Əliyev Mübariz Süleyman oğlu olduğu qanuni qüvvəyə olan məhkəmə qərarı ilə təsbit edilmiş və zərərin məhz həmin şəxsdən tutulması qət edilmişdir. Bu mənada, verilməyən eyni torpaq sahəsinə görə (hətta əvvəlkindən daha az sahəyə görə) zərərin təkrarən başqa şəxsdən – Cavabdeh tələb edilməsinə yol verilə bilməz. X16 Süleyman oğlunun ölməsi səbəbindən icra vəqəsəsi icraata xitam verilməsi də fərqli nəticəyə gəlmək üçün əsas hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə həmçinin hesab edir ki, iddia əsassız olduğundan iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1522/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1522/2025
09.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver