Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1560/2025 10.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh X2 (VÖEN: **********) qarşı “pul və.s” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 50 ədəd 1-2 metr 4 sm cüdo tatamidən istifadə etməsi nəticəsində ödənilməli olan 1500 manat icarə haqqı borcu və bütün ya da qismən icra olunanadək onun o zaman qədər icarə haqqı hesablansın( yəni tatamilər ona qayıdana qədər icraə haqqı hesablansın), ödənilmiş 46 manat dövlət rüsumu, mənəvi ziyanın əvəzi olaraq 1000 manat (əlilliyi nevroloji həssas qrupa daxildir) və 50 ədəd tataminin daşınması, fəhlə və.s xərcləri nəzərə alınmaqla, 300 manat məbləğində pulun tutularaq, ona ödənilməsi, ona məxsus 50 ədəd tatamini müqavilədə göstərilən şəkildə (əgər heç bir qüsur yoxdusa, qüsur olduğu halda aralarında yazılı müqaviləyə uyğun olaraq 150 manat bir tataminin dəyəri olmaqla) cavabdehdən alınaraq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini əlavə olaraq, ekspertizanın təyin edilməsi xahiş edilmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1-cü maddəsinə əasasən bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2-ci maddəsinə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İddia ərizəsindən görünür ki, irəli sürülən tələb sadəcə 5000 manata qədər pulun tutulmasından ibarət deyil. Belə ki, eyni zamanda kirayə predmetinin geri qaytarılması və bundan irəli gələn hüquq nəticələrin tətbiqi də tələbdə göstərilmişdir. Bu səbəbdən hesab edirəm ki, iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması yolverilməz olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264cü və 284-1-284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X2 (VÖEN: **********) qarşı “pul və.s” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunsun. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edilmədiyi təqdirdə (iddiaçının bu barədə müraciəti olduqda) ödənilmiş 46(qırx altı) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-1560/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1560/2025
10.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver