Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1568/2025 28.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 Tapdıq qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən (yeni qaydalarla: AZ1054 ünvan 1) fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqüqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********18-10302 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 31 may 2024-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasənBakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən (yeniqaydalarla: AZ 1054 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Parlaq küçəsi, giriş65) fərdiyaşayışevi tam mülkiyyəthüququ əsasında İddiaçı məxsusdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3778/2024 saylı, 20 sentyabr 2024-cü il tarixli qətnaməsi (hakim Ülkər Xəlilin sədrliyi ilə) ilə X3 ilə Cavabdeh arasında 12 iyun 2010-cu il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində bağlanmış və akt qeydləri kitabında 739 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 10 may 2011-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanması müəyyən edilmiş və 10 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə X1 hər ay 235,00 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı keçmiş gəlini olmaqla başqa ünvanda qeydiyyatda olmaqla iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İddiaçı Cavabdeh oğlu ilə ailə münasibətlərinə xitam verildiyi üçün xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin boşaldılmasını və çıxmasını tələb etmiş, lakin Cavabdehmənzili boşaltmaqdan imtina etmişdir. Hazırda, Cavabdeh İddiaçı məxsusBakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən (yeni qaydalarla: AZ 1054 ünvan 1) fərdi yaşayış evində heç bir hüquqi əsası olmadan yaşaması və yaşayış sahəsini tərk etməməsi iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına səbəb olur. Bu səbəbdən İddiaçıpozulmuş mülkiyyət hüqüqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin etirazının dəlillərindən biri odur ki, iddiasına görə yaşadığı fərdi yaşayış evi onun yeganə yaşayış yeridir. Halbuki, tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, Cavabdeh Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 384 nömrəli sərəncamı ilə İİ qrup güzdən əlillərin güzəştli mənzil növbəsinə götürülmüşdür. Göründüyü kimi, cavabdeh artıq mənzillə təmin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Yeni yaşayış Kompleksində iki otaqlı mənzillə təmin olunmuşdur. Digər tərəfdən cavabdeh özü etiraf edir ki, fərdi yaşayış evi, həyət onun ərinin babasının olub. Cavabdehə görə əmlak vəsiyyət edilib. Lakin nəzərə alınmalıdır ki, bununla bağlı sübut təqdim etməməklə yanaşı, cavabdeh vərəsəlik münasibətləri çərçivəsində həmin mübahisədə tərəf deyildir. Qaldı ki, mənzilin qanunsuz tikili olub-olmamasına, nəzərə alınmalıdır ki, mənzilə dair çıxarış və texniki pasport iş materiallarına əlavə edilib.
4. Əvvəlki məhkəmə iclasnda iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdehlə iddiaçının oğlunun nikahları müvafiq məhkəmə qətnaməsi ilə pozulmuşdur. Həyətyani sahədə iddiaçıya məxsus iki tikili vardır. Cavabdeh iddiaçıya məxsus 1 mərtəbəli fərdi yaşayış evində yaşayır. Digər 2 mərtəbəli tikilidə isə iddiaçı və onun digər oğlu ailəsi birgə yaşayırlar. Cavabdeh dəfələrlə iddiaçıya və onun yoldaşına evin ona məxsus olduğunu bildirmiş və onlara hədə qorxu gəlmişdir. Məsələ ilə bağlı cavabdehin atası ilə iddiaçı arasında danışıqlar olmuş, danışıq zamanı cavabdehin atası iddiaçıya evlə bağlı nəvələrinə vəsiyyətnamə verəcəyi təqdirdə qızının evdən çıxacağını bildirmişdir. Cavabdeh hazırda iddiaçıya məxsus 1 mərtəbəli fərdi yaşayış evində yaşayır.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, mübahisəli fərdi yaşayış evi onun ata-baba yurdudur. Özü də, həmin ünvanda anadan olmuşdur. Oğlu ilə cavabdeh nikaha daxil olmamışdan əvvəl köhnə evi söküb yerində təzə ev tikmiş və təmir etmişlər. Cavabdeh evin təmirində iştirak etməmişdir. Cavabdeh 2010-cu ildə hazır evə gəlin köçmüşdür.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hazırda yaşadığı tikilinin a yoxsa b tikilisi olması məlum deyil. O evə gəlin köçəndə ev hazır olub. Ev yoldaşının babası və bibisinin evi olub. Ev kiminsə vəsaiti hesabına tikilməyib. Sadəcə onlar ailə qurmamışdan 1 il 6 ay əvvəl ev kosmetik olaraq ərinin vəsaiti hesabına yenilənib. Dövlət tərəfindən ona ev veriləndə, həmin evi son sansı kimi qəbul edib və övladının gələcəyini həmin evlə sığortalayıb. Həmin ev veriləndə, hazırda yaşadığı otağa baxış keçirilib. Əvvəllər Sovetski deyilən ərazidə yaşayıb. Lakin ora söküləndə ona pay verilmədiyindən, məcbur olub əlilliyinə görə ev növbəsinə dayanıb. Abşerondakı ev Gözdən Əlillər və Şəhid ailələri üçün nəzərdə tutulmuş kompleksin tərkibindədir. Həmin ərazi oğlunun yaşadığı və öyrəşdiyi mühitdən olduqca uzaqdır. Oğlu hazırda mübahisəli evdə yaşamaq istəyir. Ona görə də, oğlunun haqqı üçün həmin evdən çıxmaq istəmir. Qayınanası onun övladına qəyyum olmağa da, cəhd edib. Lakin buna razı olmayıb. Oğlunun haqqını nə əmisinə, nə iki qocaya nə də ki, xəstə ərinə verməyəcək. Yoldaşı operator keçənə qədər 10-14 il ona özü baxıb. Son 3 ildir ki, ərinə anası baxır.
7. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçının oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Yoldaşı anadangəlmə əlil olduğuna görə həmin evin ata babası tərəfindən ona vəsiyyət olunduğunu bildirmişdir. Lakin iddiaçı və onun arvadı vəsiyyətnaməni cırmışlar. Əvvəllər hazırda yaşadığı tikiliyə dair çıxarış yox idi. Özü anadangəlmə əlil olan şəxsə və faşist kimi qayınanaya dözmüş, nikaha daxil olandan döyülmüşdür. Özü gözdən ikinci qrup əlidir. Yoldaşı onu evdən çıxaracağı halda ondan təzminat tələb edəcək. O, lap əvvəllər nikahın pozulmasını istəsə də, atasına görə dözmüşdür. İddiaçı tərəf onu aldadaraq yoldaşı ilə nikahını pozmuşlar. Bundan başqa yoldaşı ilə birgə nikah dövründə olan zaman onun adına 10000 manat məbləğində kredit götürülmüş və hazırda 8000 manat borcu vardır. O, mübahisəli fərdi yaşayış evindən çıxmayacaq. Ev yoldaşının puluna tikilib və təmir olunub. Mübahisəli fərdi yaşayış evi vəsiyyətnamə ilə keçmiş ərinə məxsusdur. Əri ilə boşanarkən uşağın 18 yaşına çatanadək evdən çıxmayacağı barədə razılaşmışlar. Həmçinin yoldaşı evdən çıxacaqları təqdirdə ona təzminat verəcəyini bildirmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdehin yaşadığı tikilinin a yoxsa b tikilisi olması, həmin tikilinin hüquqmüəyyənedici sənədinin olması müəyyən edilməyib. Belə ki, cavabdeh iddia edir ki, onun yaşadığı tikili qanunsuz tikilidir. Belə olan halda özbaşına tikilidə iddiaçı ilə birlikdə onunda yaşamaq hüququ var. Həmçinin cavabdehin fiziki durumu, verilən evin uzaq məsafədə yerləşməsi, uşağın həmin evdə yaşamağa öyrəşmiş olması faktları məhkəmə tərəfindən qiymətləndirilməli və iddia rədd edilməlidir.
9. Cavabdeh iddiaya etirazında göstərir: Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, mənim evim qanunsuz tikilidir. Yəni keçmiş qaynatamın iddiaçının) öz evinin çıxarış alsa da, mənim hazırda faktiki yaşadığım evə dair hər hansı dövlət, rəsmi qeydiyyat yoxdur. Qanunsuz tikilidir! Belə ki, iddiaçının olmayan bu mənzil heç kimin mülkiyyətində deyil və ünvan 1 ünvanı mənim yeganə yaşayış yerimdir. Mən həmin ünvanda illərdir yaşayıram və mənim başqa ünvanım yoxdur, hətta sözügedən ünvandan çıxarıldığım halda nənim yaşamağım üçün hər hansı bir ünvanın mövcudluğu belə yoxdur. Bundan başqa qeyd olunan ünvanda mənimlə birlikdə azyaşlı uşağım yaşayır və onun da hər hansı başqa bir yaşayış yeri mövcud deyildir. Həmçinin, uşaq yaşadığımız əraziyə yaxın yerləşən 143 saylı orta məktəbdə təhsil alır ki, onun həmin ünvandan çıxarılması şələcəkdə təhsil almaq hüquqlarına maneə törədəcəkdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış ahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin aşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) öçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə asasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına əsasən keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İş materiallarından görünür ki, iddiaçı kompensasiya verilməməklə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normarın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini aldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd etməyimiz zəruridir ki, iddiaçı mənim maddi vəziyyətimi və diqqətə layiq digər halların, özümü yaşayış sahəsi ilə təmin etməyə imkan verməsi halını araşdırmamış və bu barədə münasibət bildirməmişdir. Həmçinin bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, mənə məxsus cehiz əmlaklar, o cümlədən mənim və himayəmdə olan azyaşlı uşağa məxsus geyim əşyaları hazırda da mübahisəli mənzildədir. Başlıcası mənim özümün və himayəsində olan azyaşlı uşağın yaşaması üçün müstəqil yaşayış sahəsi əldə etməsi mümkün deyil. Belə ki, mənim işləmək qabliyyətimin olmaması, özümü və azyaşlı uşağımı məhz əliliyə görə təqaüd ilə saxlamağım faktı mövcuddur ki, bu faktlar birinci instansiya məhkəməsi tərəfindən mütləq qiymətləndirilməlidir. Həmçinin, hazırkı vəziyyətdə iddiaçı tərəfindən mənə müvafiq olaraq ağlabatan məbləğdə kompensasiya verilməsinni hesab edirəm ki, mənim və himayəmdə olan azyaşlı uşağın yaşayış yeri ilə təmin olunması üçün zəruri addım hesab olunmalıdır. Beləliklə, hesab edirik ki, iddiaçının hazırkı iddia tələbi əsassız (cavabdehin maddi vəziyyəti və diqqətə layiq digər halları (himayəsində azyaşlı uşağın olması), özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması) olduğu üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Cavabdeh iddiaçının oğlu X3 ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmaqla, evlənmiş və gəlin kimi mübahisəli mənzilə köçmüşdür. Cavabdehin gəlin kimi köçdüyü mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilən çıxarışına görə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, yeni qaydalarla: AZ1054 ünvan 1 ünvanında fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir. Evin texniki pasportuna görə isə həyətdə iki ədəd biri iki mərtəbəli, digəri isə bir mərtəbəli olan a və b tikililəri mövcuddur. İddiaçı öz ailəsi və bir oğlu öz ailəsi ilə birlikdə iki mərtəbəli tikilidə, cavabdeh isə bir mərtəbəli tikilidə yaşayır.
11. Mübahisəli fərdi yaşayış evinin iddiaçının atasına, dolayısı ilə cavabdehin keçmiş ərinin babasına məxsus olmuş olması işin mübahisəsiz halıdır. Bunu hər iki tərəf öz izahatları ilə təsdiq edirlər. İşin mübahisəsiz bir digər halı isə evin cavabedehin gəlin köçməmişdən əvvəl təmir edilmiş olmasıdır.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3778/2024 saylı qətnaməsi ilə iddiaçının oğlu X3 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində bağlanmış və akt qeydləri kitabında 739 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılmışdır.
13. Hazırda iddiaçı öz mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin çıxarılmasını xahiş edir. Göründüyü kimi iddianın mahiyyəti ondan ibarətdir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinə dair hər hansı istifadə və əmlak hüququ olmadığından həmin evdən çıxarılmalıdır.
14. Cavabdeh isə özünün yaşadığı evin qanunsuz tikili olduğunu, bu səbəbdən iddiaçının həmin tikiliyə münasibətdə subyektiv hüququnun olmadığını, həmin fərdi yaşayış evindən başqa yaşayış yerinin olmadığını iddia edir. Lakin məhkəmə mübahisəsi dövründə müəyyən edilir ki, cavabdeh Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 384 nömrəli sərəncamı ilə İİ qrup gözdən əlillərin güzəştli mənzil növbəsinə götürülmüş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Yeni yaşayış Kompleksində iki otaqlı mənzillə təmin olunmuşdur. (Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubu) Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
18. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
19. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
21. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
22. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
24. Mənzildən çıxarılma tələbinin hüquqi əsası mülkiyyət hüququnun müdafiəsindən irəli gəlir. Mülkiyyət hüququ qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Yuxarıda qeyd edilən normaların hazırki mübahisəyə tətbiq edərək məhkəmə o qənaətə gəlir ki, cavabdehin iddiaçının evindən istifadəsini məhdudlaşdıran nə qanuni, nə də müqavilə əsası yoxdur. Belə ki, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə etməsi üçün ya qanundan irəli gələn istifadə hüququ, əşya hüququ, ya da mülkiyyətçi ilə onun arasında bağlanan müqavilə olmalı idi. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 2010-cu ildə iddiaçıya məxsus fərdi yaşayış evinə gəlin kimi köçmüşdür. Mənzilə dair iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixində dövlət qeydiyyatına alınsa da, fərdi yaşayış evinin iddiaçının atasına məxsus olması faktı işin mübahisəsiz halıdır. Belə ki, hətta cavabdeh belə bu faktı məhkəmə iclasında etiraf etməklə göstərmişdir ki, ev keçmiş ərinin babasının olmuşdur. Lakin cavabdeh bu barədə hər hansı sübut təqdim etməsə də, mübahisəli evin ərinə babası tərəfindən vəsiyyət edildiyini bildirir. Halbuki, daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair hüquqları (mülkiyyət və s.) təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Yəni reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
25. Bundan əlavə fərdi yaşayış evinə köçərkən onunla mülkiyyətçi arasında notarial qaydada hər hansı yazılı razılaşma olmamışdır. Üstəlik belə razılaşma olsa idi belə, onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması gərəkli idi. Bundan başqa cavabdeh Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilən mövqeyə əsasən mülkiyyətçinin ailə üzvü sayılmır. Bundan əlavə də qeyd edilməlidir ki, cavabdehin yaşayış sahəsinə ehtiyacı halı da yoxdur, çünki ona Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 384 nömrəli sərəncamı ilə İİ qrup gözdən əlillərin güzəştli mənzil növbəsinə götürülmüş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Yeni yaşayış Kompleksində iki otaqlı mənzil verilmişdir. Cavabdehin etirazının bir digər əsası isə oğlu ilə bağlıdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının nəvəsinə münasibətdə hər hansı tələb irəli sürülməmişdir.
26. Cavabdehin onun yaşadığı “B” tikilisinin özbaşına tikili olması və bu səbəbdən iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı etirazının dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, reyestr nömrəsi **********18-10302 olan fərdi yaşayış evinin texniki göstəricilərinin əks edildiyi Texniki pasportda “B” tikilisi köməkçi tikili kimi qeydə alınmışdır.
27. Göstərilənlər baxımından məhkəmə o qənaətə gəlir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbi baxımından iddia əsaslıdır. Tətbiq edilən prosessual normalar:
28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
29. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
32. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;
33. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
34. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində, yeni qaydalarla: AZ1054 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, yeni qaydalarla: AZ1054 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev