Məhkəmə qərarları › İş №e-2(001)-1569/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1569/2025

10.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1569/2025 10.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, iddiaçının adından imza edən şəxsin şəxsiyyətini, o cümlədən də xidməti vəziyyətini təsdiq edən sənədlər ərizəyə əlavə edilməmiş, bu səbəbdən də imza edən şəxsin qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının yaxın qohumu və ya vəkili kimi iddia ərizəsini imzaladığı müəyyən olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 152.1 və 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və order markası haqqında” əsasnamənin 1.5-ci maddəsinə əsasən vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən, imza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir. Məhkəmənin mövqeyi Təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırarkən iddia ərizəsinin iddiaçı ilə hansı hüquqi səlahiyyət və xidmət münasibətlərində olması müəyyən edilməyən lakin vəkil kimi göstərilən Vəkil tərəfindən imzalanması müəyyən edilmiş, ərizənin qoşmasında isə vəkil orderi göstərilsə də əlavə edilməmişdir. Hazırki halda şikayət edən sənədləri tərəfin tam səlahiyyətli vəkili qismində imzaladığını, səlahiyyətlərinin etibarnamə ilə rəsmiləşdirilməsini bildirsə də, mülki prosessual qanunvericilik vəkilin səlahiyyətlərinin qanunla nəzərdə tutulmuş qaydada təsdiqlənməsini İMPERATİV qaydada tənzimləyir. Artıq yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 73.5-ci maddəsinə əsasən vəkilin səlahiyyəti qanunla nəzərdə tutulmuş qaydada təsdiqlənməlidir. Hazırki iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən olunur ki, iddiaçının adından imza edən şəxsin şəxsiyyətini, o cümlədən də imzalayan şəxsin xidməti vəziyyətini təsdiq edən sənədlər əlavə edilməmiş, bu səbəbdən də imza edən şəxsin qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının yaxın qohumu və ya vəkili kimi iddia ərizəsini imzalamağı müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar