Məhkəmə qərarları › İş №e-2(001)-157/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-157/2024

03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-157/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı tələbini bir neçə dəfə dəyişməklə məhkəmədən, 28 noyabr 2016-cı il tarixli mənzil alqı-satqısı haqqında müqaviləyə əsasən 123 000 (bir yüz iyirmi üç min) manat məbləğinin, borcun vaxtında ödənilmədiyinə görə dəymiş maddi ziyanın əvəzi qismində hesablanmış 166 500 (bir yüz altmış altı min beş yüz) manat pulun və 10 000 manat məbləğində mənəvi ziyan tələbi ilə əlaqədar pulun, dövlət rüsumuna görə ödənilmiş 549 manat məbləğində pulun, cəmi 300 049 (üç yüz min qırx doqquz) manat məbləğində pulun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini əvvəlcə onunla əsaslandırmışdır ki, onunla (payçı) ilə sədri Cavabdeh3 olan "xxxx" MTK (icraçı) arasında 28 noyabr 2016-cı il tarixdə 300/19 saylı müqavilə bağlanılmış, müqaviləyə əsasən icraçı "xxxx" MTK ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci korpus, 3-cü giriş (blok), 10-cu mərtəbə, ümumi sahəsi 172,6 kv.m olan, 170 saylı, 4 otaqlı mənzili ona təhvil verməyi öhdəsinə götürmüş, müqavilədə mənzilin dəyərini təşkil edən 123 000 manatın tərəfindən əvvəlki payçıya, yəni Cavabdeh2 ödənildiyi qeyd edilmiş, MTK tərəfindən ona mənzilin dəyərinin tam ödənilməsi barədə 28 noyabr 2016-cı il tarixdə maliyyə arayışı verilmişdir. Sözügedən mənzili internet elanında görərək bəyənmiş və elanda qeyd olunan nömrə ilə əlaqə saxlayaraq maklerlə birlikdə Nümayəndə, X4, Cavabdeh2 və MTK-nın məsul işçisi olan Ülviyyə adlı xanımla "xxxx" MTK-nın ofisində görüşmüşdür. Onlar da bildirdilər ki, bu mənzil satışdadır. Makler və Cavabdeh2 ilə birlikdə həmin evə baxmış, evi bəyəndiyindən 2000 (iki min) manat maklerə beh qoymuşdur. Ödənişin qalan 121 000 (bir yüz iyirmi bir min) manat hissəsini notarial qaydada ödəmiş və ümumilikdə mənzil üçün 123 000 manat pul ödəmişdir. Bu faktı təsdiq edən 29 noyabr 2016-cı il tarixli ödəniş qəbzlərini, notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsini, beh haqqında müqaviləni, notarial qaydada təsdiq edilmiş digər sənədləri və internet saytında həmin mənzil barədə paylaşılan elanı hazırki şikayətə əlavə etmişdir. Mənzili aldıqdan sonra dəfələrlə gedib evə baxmışdır. Bir neçə dəfə mənzilə baş çəkdikdə qapının açarının dəyişdirildiyini görmüşdür. Bununla bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti ilə əlaqə saxlayaraq evinə baş vermiş qanunsuz müdaxilə ilə bağlı məlumat vermişdir. Faktla bağlı ondan izahat alınmışdır və həmin izahatını məhkəmə sübut qismində araşdıra bilər. Bildirir, qonşusundan öyrənmişdir ki, həmin binadakı evlərə çıxarış verilir. O da, satın aldığı evə çıxarış almaq məqsədilə MTK-nın ofisinə yaxınlaşaraq Nümayəndə və MTK-nın məsul işçisi olan Ülviyyə adlı xanımla görüşmüş və evlə bağlı çıxarış almaq istədiyini bildirmişdir. Bildirildi ki, “sənədlərin əslini gətir sənə protokoldan çıxarış verək get çıxarışını götür”. Səhəri gün ofisə yaxınlaşdıqda isə Nümayəndə ofisdə tapmamış və sənədlərini onun katibəsi Ülviyyə xanıma vermiş və göstərmişdir. Ülviyyə xanımsa bildirdi ki, Adilağa müəllim yoxdur, bu səbəbdən protokoldan çıxarışı verə bilməz. Sənədlərinin surətini isə çıxarıb özünə götürdü. O isə, həmin evlə bağlı sənədlərinin surətlərinin onlarda olduğunu bildirdikdə, lakin Ülviyyə xanım həmin sənədlərin israf olduğunu bildirdi. Bunu təsdiq edən Ülviyyə xanımın səs yazısı vardır. Zəruri olduğu təqdirdə həmin səs yazısı sübut qismində araşdırıla bilər. Həmin səs yazısında da Ülviyyə xanım özü etiraf edərək bildirmişdir ki, həmin ev sizindir (yəni, onu qeyd edərək bildirir ki, İddiaçı məxsusdur), burda bu evə nəzarət edən sizdən başqa heç kimi görməmişəm. Həmin gündən sonra isə o, Nümayəndə ümumiyyətlə tapa bilməmişdir. Evinə çıxarış almaq üçünsə məcbur olub məhkəmə qaydasında iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdr. Bildirir ki, sözügedən mənzil barəsində ona çıxarışın verilməsi ilə bağlı iddia tələbini Bakı İnzibati Məhkəməsi 2-1(112)-1235/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarı ilə təmin edilmişdir. Həmin vaxta kimi sözügedən mənzilə sadəcə özü sahiblik etmiş, MTK-nın nümayəndələri və işçiləri olan Nümayəndə, Ülviyyə xanım, binanın kommendantı olan Yusif adlı şəxs də həmin mənzilin ona məxsus olduğunu bildirmişlər. Bakı İnzibati Məhkəməsinin xeyrinə qəbul edilən sözügedən qərarını əlimə almağına 2 (iki) gün qalmış X13 adlı şəxs qaynaqlatdırdığım qapını və qapının açarını qıraraq evimə qanunsuz müdaxilə etmiş və “bu ev mənimdir” deyə bildirmişdir. Mən də həmin gün X6 bu qanunsuz hərəkətlərindən Daxili İşlər Nazirliyinin “102” Xidmətinə məlumat vermişdir. Məlumatı aldıqdan sonra onu və X12 rayonu üzrə xidməti maşınlarında aidiyyəti polis bölməsinə apararaq hər ikisinin izahatını aldılar. Qeyd edir ki, Rəhimov Elşad adlı şəxs ortaya çıxdıqdan sonra onun xeyrimə qəbul olunmuş Bakı İnzibati Məhkəmənin qərarı ləğv olundu. X13 onunla "xxxx" MTK arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirmək istəyir ki, X13 iddia tələbini əsaslandırmaq üçün "xxxx" MTKnın nümayəndəsi və baş mühasib vəzifəsini icra edən Nümayəndə ilə birgə əlbir olaraq sübut qismində məhkəməyə saxta sənədlər, saxta ödəniş qəbzlərini, verildiyi ay və günü məlum olmayan, o cümlədən mənzil barədə dəqiq və tam məlumatlar (blok nömrəsi, mərtəbə və mənzil nömrəsi) olmayan maliyyə arayışını, üzərində payçı kimi onun atasının hər hansı imzası olmayan müqaviləni, üzərində heç bir imza olmayan və kooperativin möhürü ilə təsdiqlənməyən öhdəçilik cədvəlini və "xxxx" MTK-nın ayrı-ayrı vətəndaşlarla “bağlanmış” müqavilələr barədə sadə qaydada tərtib olunan və üzərində nə vətəndaşların, nə də MTK-nın möhürü və səlahiyyətli nümayəndəsinin imzası olmayan siyahı kimi qondarma və saxta sənədləri təqdim etmişdir. Bu faktı təsdiq edən saxta rəsmi sənədləri – 2007-2008-ci il tarixli ödəniş qəbzlərini, sayğacların qoyulması ilə bağlı verilmiş ödəniş qəbzlərini, 15 yanvar 2007-ci il tarixli müqaviləni, 08/49 nömrəli 2008-ci il tarixli maliyyə arayışını, 23 yanvar 2015-ci il tarixdə “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqaviləni, 31 may 2021-ci il tarixli 30 №-li maliyyə arayışını,“Bakışəhəri, X.Şuşinski küçəsindəki 23 mərtəbəli 3 girişli binada yaşayan sakinlərin siyahısı”nı, öhdəçilik cədvəlini hazırkişikayətə əlavə edirəm. Qeyd edim ki, bütün bu saxta sənədlərin hazırlanmasını birbaşa olaraq kooperativin nümayəndəsi Nümayəndə özü şəxsən həyata keçirmişdir. Bildirmək istəyir ki, X2 Adilağa Minəxan oğlu ilə əlbir olaraq təqdim etdiyi saxta sənədlər əsasında Binəqədi Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində öz xeyrinə qərarın çıxarılmasına nail olmuşdur. Bu faktı təsdiq edən Binəqədi Rayon Məhkəməsinin 2(001)-547/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsini və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4348/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsini hazırki şikayətə əlavə edir. Belə ki, guya X6 atası X14 hələ sağ olarkən 15 yanvar 2007-ci il tarixdə həmin mübahisəli mənzil barəsində "xxxx" MTK ilə müqavilə bağlamış və 2008-ci il tarixdə ona maliyyə arayışı verilmişdir. Qeyd edim ki, X14 15 fevral 2017-ci il tarixdə vəfat etmiş, həmin mübahisəli mənzilin oğlu Rəhimov Elşad tərəfindən qəbul edilməsinə dair ona Nümayəndə tərəfindən kooperativin sədri Cavabdeh3 adından 31 may 2021-ci il tarixli 30 №-li qondarma və saxta maliyyə arayışı tərtib olunmuşdur. Qeyd edir ki, Cavabdeh3 hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində çəza çəkir. Onun faktiki olaraq cəza çəkdiyi müddətdə "xxxx" MTK-da hər hansı səlahiyyəti icra etməsi özlüyündə haqlı sual doğurur?! Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-547/2022 saylı qətnaməsində qeyd olunur ki, İddiaçı həm Cavabdeh2, həm də Cavabdeh1 MTK tərəfindən aldadılması, ondan əvvəl bağlanmış müqavilələrin etibarsızlığına səbəb olmasa da, O, bu aldadılma nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı məhkəmə qaydasında ayrıca iddia qaldırmalıdır. Bir daha qeyd edir ki, İddiaçı notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 MTK-nın hesabına 121 000 manat məbləğində ödəniş edilmiş, ondan əlavə 2000 manat isə beh qismində ödənilmişdir. Bunun müqabilində Cavabdeh1 MTK İddiaçı 28 noyabr 2016-cı il tarixli Maliyyə Arayışı verərək qeyd edir ki, ünvan 2 ünvanda yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 2-ci korpus, 3-cü blok, 10-cu mərtəbə, ümumi tikinti sahəsi 172 kv.m. olan, 170 saylı, 4 otaqlı mənzilin ümumi dəyəri payçı: İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh1 MTK-ya borcu yoxdur. Həmçinin bu iddia ərizəsinə əlavə etdiyi 30 dekabr 2022-ci il tarixli 51№-li “Daşınmaz Əmlakın qiymətləndirilməsi barədə HESABAT”dan görünür ki, ünvan 3 ünvanda Cavabdeh1 MTKnın inşa etdiyi binanın 2-ci korpus, 3-cü blok, 10-cu mərtəbədə yerləşən 170 saylı mənzilinin müqayisəli satışlar metodundan istifadə etməklə 30 dekabr 2022-ci il tarixə bazar dəyəri – 249 900 (iki yüz qırx doqquz min doqquz yüz) manat təşkil edir. Bundan əlavə bütün məhkəmə və digər çəkişmələr mənim maddi ziyanla yanaşı kifayət qədər mənəvi iztirablar keçirməyinə səbəb olmuşdur. Belə ki, bu müddət ərzində dəfələrlə müalicə almış, o cümlədən əsəblərin pozulması və sinir sistemində yaranan pozuntular səbəbindən əməliyyat da keçirmişdir. Bu səbəbdən hesab edir ki, maddi ziyanla yanaşı cavabdehdən 10 000 (on min) manat məbləğində mənəvi ziyan tələbi də tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

3. İddiaçının nümayəndəsi tələbini artırarkən əsaslandırmanı müvafiq olaraq belə dəyişmişdir, ekspertiza təyin edilmiş və ekspertin rəyi nəticəsində müəyyən olunmuşdur ki, hazırda sözügedən mənzilin dəyəri 289500 (iki yüz səksən doqquz min beş yüz) manat təşkil edir. Belə olan halda iddia ərizəsində qeyd olunan 126900 (bir yüz iyirmi altı min doqquz yüz) manat məbləğin dəyişdirilərək 166500 (yüz altmış altı min beş yüz) manat olması zərurəti yaranmışdır. Cavabdeh MTK “REAL MTK” və Cavabdeh2 ilə yanaşı iş üzrə cavabdeh qismində həmçinin Cavabdeh3 da çıxış etməlidir. Belə ki, iş materiallarından görünür ki, MTK “REAL MTK” tərəfindən İddiaçı satılmış mənzilə dair müqavilədə cavabdeh təşkilatın rəhbəri qismində Cavabdeh3 imza atmışdır.

4. Məhkəmə iclaslarında iddiaçı və onun nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddia tələbini müdafiə etmişlər. Bundan əlavə iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı mənzili internet elanında görərək bəyənmiş, 2000 manat maklerə beh qoymuşdur. Daha sonra iddiaçı ödənişin qalan 121000 manat hissəsini notarial qaydada Cavabdeh2 ödəmişdir. İddiaçı mənzilin pulunu ödənildikdən sonra MTK tərəfindən iddiaçıya borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Mənzilin alqı-satqısı Cavabdeh2 vasitəsilə həyata keçirilmişdir. Hesab edir ki, hər üç cavabdeh tərəfindən iddiaçıya ziyan vurulub. Ona görə də, iddiaçıya vurulmuş ziyanın müştərək qaydada hər üç cavabdehdən tutulmasını xahiş edir. Əlavə olaraq bildirir ki, Cavabdeh3 digər məhkəmə prosesində İddiaçı faizə pul verməsi barədə izahat verməmişdir.

5. Bununla yanaşı iddiaçı bildirmişdir ki, 2016-cı ildə internet elanında gördüyü və bəyəndiyi mənzillə bağlı elandakı nömrəyə zəng vurmuşdur və ona telefondsa bir kişi demişdir ki, gəlin MTK-nın İnqilabda yerləşən ofisinə evə baxın. Elanda evin qiyməti 140000 manat qoyulmuşdu. O, MTK-nın ofisinə gəlmiş və ofisdə Ülviyyə və Cavabdeh3 görmüşdür. Onlara elanda gördüyü evlə maraqlanmaq üçün gəldiyini dedikdə ona 2 ev olduğunu, bunlardan birinin 2 otaqlı, birinin isə 4 otaqlı olduğu bildirildi. Həmin vaxt Mail orada olmamışdır. O isə 10-cu mərtəbədə yerləşən 4 otaqlı, 172.6 kv.m olan mənzilə görə gəldiyini demişdir. Bundan sonra evə baxmış və evi bəyəndikdən sonra endirim edilməsini xahiş etmişdir.Bu danışıqlardan sonra o evə qayıtmış və daha sonra MTK-dan ona zəng edərək bildirilmişdir ki, evi bəyənmisinizsə gəlin qiymətlə bağlı danışaq. Anası isə ona evi aldığı zaman notarial qaydada rəsmiləşdirməyi ona məsləhət gördü. O isə şahid qismində dindirlən Ceyhun adlı şəxslə yenidən MTK-ya getmiş və 123000 manata razılaşmışlar. Bu zaman ona beh qoyulmalı olduğu və bu behin də Nərimanov metrosunun yaxınlığında yerləşən makler ofisində edilməli olduğu bildirildi. O isə həmin ofisə gedərək orada ilk dəfə gördüyü Mail və İlham adlı maklerin yanında 2000 manat beh vermişdir. Bundan sonra xx.xx.2016-cı ildə ofisə gələrək müqaviləni rəsmiləşdirmək istədiyini bildirmiş və həmin zaman isə müqavilə hazır olmuşdu. Lakin o, pulu yalnız notariusda ödəyəciyini demişdir. Bundan sonra Cavabdeh3 notariusların artıq bağlı olduğunu, sabahısı gün notariusda həmin əməliyyatı edə biləcəklərini bildirdi. xx.xx.2016cı ildə notariusa getmişlər həmin vaxt Notariusda Mail, İlham, o və Ceyhun olmuşdur. Mail müqavilənin notariusda bağlanmasından narazı idi və notariusda olarkən kənara çəkilib Sahillə danışırdı. Pulun həmin gün notariusdan məxaric edilməsinin mümkünlüyündən əmin olduqdan sonra o müqaviləni bağlamış və daha sonra Muğanbankın körpünün yaxınlığındakı filialından pulu məxaric etmişdir. Mialin pulu götürüb qaçmasından ehtiyat edərək, ofisə qayıdarkən o, Mailin yanında, Ceyhun isə İlhamın yanında maşınla qayıtmışlar. Ofisə gəldikdən sonra artıq hazır olan müqavilə ona təqdim edilmiş və Ülviyyə adlı şəxs kompyuterdə bu barədə qeydiyyat aparmışdır. Həmin vaxt Mail otağın digər hissəsinə keçərək Sahillə pul barədə müzakirə apardığını gördü. Tam olaraq puu necə bölüşdürdüklərini bilmir. Müqavilədəki 110000 məbləği Ülviyyədən soruşduqda Ülviyyə ona həmin qiymətin MTK-nın qiyməti olduğunu, evin yiyəsinin isə istədiyi qiymətə sata biləcəyinin mümkünlüyünü izah etmişdir. Bundan sonra demək olar ki, hər həftə qızı və oğlu ilə evə baş çəkmiş və imkan olanda evi təmir edəcəyini planlaşdırmışdır. Buna Adilağa, Ülviyyə və digər şəxslər də şahid olmuşlar. Ona evin çıxarışını aldıqdan sonra təmir elətdirə biləcəyini demişlər. O isə bu barədə protokoldan çıxarışı Adilağadan tələb etsə də ona təqdim edilməmişdir. Bundan başqa o bir neçə dəfə evin qıfılının kiminsə tərəfindən qırıldığını Adilağa və Ülviyyəyə bildirmiş, lakin bununla bağlı ona hər hansı izahat verilməmişdir. Daha sonra evin çıxarışını almaq üçün inzibati məhkəməyə müraciət etmiş və qətnamə çıxdıqdan sonra evin başqa şəxsə də satıldığı ona məlum olmuşdur.

6. Əvvəlki məhkəmə iclasına videokonfrans əlaqə sistemi vasitəsilə qoşulan Cavabdeh2 izahatında bildirmişdir ki, mənzilin satılması üçün Aygün xanımla 123000 manat razılaşmışdılar. Pulu Aygün xanımın yanında MTK-ya ödəmişdir. Ev onun olmamışdır. İlham həbsdə olduğundan şirkətin adından mənzilləri sata bilmədiklərindən, mənzilləri özü satmışdır. O buna görə günahı olmasa da, cəzasını çəkmişdir. İşinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Həmin iş üzrə də, Aygün xanım zərərçəkmiş qismində deyildi. Pulun verilməsini onun tanışı Anar Əşrəfov da təsdiq edə bilər. Pulu verəndə Ülviyyə, Sahil, şirkətin sürücüsü, Aygün və Aygünün yanında bir nəfər olmuşdur.

7. Bundan əlavə Cavabdeh2 iddia ərizəsinə etiraz barədə müraciətini özünün tərtib etdiyini və Türkiyə Respublikasında olduğundan məhkəməyə təqdim edilməsini iddiaçının nümayəndəsinə tapşırdığını bildirdi. Hansı ki, həmin etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçıya dəyən zərər digər cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğundan iddia ona münasibətdə əsassız hesab edilməlidir. Belə ki, "xxxx" MTK ilə əvvəlcə iş münasibətləri olmuşdur. Onlar üçün bəzi görülən işlərin əvəzində ona ya pul verilmiş, ya da ödəyəcək pulları olmadığından borcun əvəzində inşa etdikləri binalardan ona ev vermişlər. MTK ilə aralarında iş münasibəti davam etdiyindən mübahisəli mənzili də onun adına keçirtmişlər, lakin işləri sonradan alınmamış, buna baxmayaraq müqaviləyə görə mənzil onun adında qalmışdır. Bu səbəbdən də MTK mübahisəli mənzili özü sata bilmədiyi üçün ondan mənzili satıb pulunu onlara verməyimi istəmişdir. Bunun davamı olaraq da o, ev alqı-satqısı ilə bağlı internet səhifələrində elanlar vermiş və mənzil satışa çıxarılmışdır.Bir müddət sonra makler ona zəng vurmuş və müştəri olduğunu, evi göstərmək və evin satışı ilə bağlı əməliyyatlar aparmaq üçün görüşmək istədiyini bildirmişdir. İddiaçı ilə ondan sonra tanış olmuşlar. Qeyd edilən mənzili görüb bəyənən İddiaçı və makler Nümayəndə, MTK-nın mühasibi Cavabdeh3, MTK-nın müdürü, o və MTK-da katibə kimi işləyən Ülviyyə adlı şəxs MTK-nın ofisində görüşdülər. Onlar Aygünə mənzilin satışda olduğunu bildirdilər. Makler və o evi iddiaçıya göstərdilər. İddiaçı evi bəyəndi və həmin gün maklere 2000 manat beh verdi. Bundan sonra xx.xx.2016-cı il tarixdə MTK tərəfindən müqavilə və sənədlər(maliyyə arayışı və.s) yazılmış və hazırlanmışdır. Qalan pulu Aygünün həmin gün ödəyəcəyini düşündüklərindən müqavilə və sənədləri hazır etmişdilər. Ancaq Aygün ödəməni notarius vasitəsilə vermək istədiyindən, növbəti gün. Yəni xx.xx.2016-cı il tarixdə iddiaçı tərəfindən 121000 manat ödənildi. Bu halı təsdiq edən ödəniş qəbzləri, notarial qaydada təsdiq edilmiş müqavilə, beh müqaviləsi və digər sənədlər mövcuddur. Daha sonra notariusda pulu aldıqdan sonra o, iddiaçı və adını xatırlamadığı iddiaçının tanışı ilə MTKnın ofisinə qayıtdılar. Orada pulun tamamını MTK-nın sədri Cavabdeh3 təqdim etmiş və daha sonra onlar arasında müqavilə, maliyyə arayışı və.s sənədlər imzalanmışdır.Daha sonra onun nə iddiaçı ilə, nə də MTK-nın nümayəndələri ilə əlaqəsi olmamışdır. Eyni zamanda MTK-nın bir çox hüquqa zidd əməlləri nəticəsində o da azadlıqdan məhrum edilmişdir və heç bir günahının olmamasına baxmayaraq həbsdə qalmışdır. Odur ki, iddianın ona münasibətdə rədd, digər cavabdeh MTK-ya münasibətdə təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativində 2019-cu ilədək baş mühasib vəzifəsində işləmişdir. Baş mühasib olduğu dövrdə alqı-satqı zamanı mədaxil qəbzləri yazılıb, mənzillər satılmışdır. Həmçinin bütün proseslər kompyuterə də işlənilirdi. O, iddiaçını ilk dəfə 2019-cu ildə görmüşəm. O, iddiaçıya Cavabdeh1 Mənzil Tikinti Kooperativində mənzilinin olmadığını, bununla bağlı hətta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsini bildirmişdir. O, heç bir alqı-satqıda iştirak etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Fuad Abdiyevin məhkəmə araşdırması zamanı onun təklifi ilə Cavabdeh3 məhkəmə iclasına dəvət edilmişdir. Cavabdeh3 isə Cavabdeh2la birgə digər məhkəmə prosesində iddiaçıdan faizə pul aldıqlarını, pulun böyük bir hissəsinin və faizin qaytarıldığını, borcun cüzi bir hissəsinin qaldığını bildirmişdir. Eyni zamanda həmin məhkəmə prosesində MTKnın keçmiş sədri İslam Qasımov sözügedən mənzilin Elşad Rəhimova satdığını bildirmişdir. Bundan başqa iddiaçının nümayəndəsi, vəkil iddia ərizəsində onu saxtakar adlandırmışdır. O, heç bir sənədi saxtalaşdırmamış və bu işlərlə əlaqəsi yoxdur. Eyni zamanda bildirir ki, iddiaçının qeyd etdiyi kimi etdiyi ödəniş barədə sənəd mühasibatlıqda yoxdur. Təsisçilər arasında mübahisə vardır. Təsisçinin biri vəfat edib. Təsisçilərdən Şəhla adlı şəxs təsisçilərin xəbəri olmadan öz pay hüququnu 3 faiz olmaqla 7 nəfərə satmışdır. Həmin şəxslər yenidən şirkəti təsis etmişlər və digər təsisçiləri kənarda qoymuşlar. Bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişlər və onların xeyrinə qərar qəbul olunmuşdur. Hazırda həmin iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İlhamə Abdiyeva təsisçiləri qeyri qanuni kənarlaşdırmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, onun Maillə əlaqəsi olmayıb, sadəcə olaraq Sahilin yanına gələndə 1-2 dəfə görmüşdür. Mailin Sahillə münasibəti yaxşı idi. O, bəlkədə Maili indi görsə tanımar. Cavabdeh2 MTK-da əmlakı olmayıb. Sahil həbs olunana qədər möhür Sahildə olmuşdur, hazırda isə möhür şirkətin baş ofisindədir. Cavabdeh3 MTK-nın həm təsisçisi, həm də ki, sədri idi. Hazırda da MTK-nın sədri Cavabdeh3dir. MTK-da 2013-cü ildən işləyir.O, başqa işlə bağlı məhkum olsa da, sonradan bəraət almışdır. Hazırda MTKda mühasib vəzifəsində işləyir. Alqı-satqı zamanı orda olmamışdır, ümumiyyətlə heç bir alqı-satqıda iştirak etməmişdir.

9. Sonuncu məhkəmə iclasında isə nümayəndə bildirmişdir ki, bu işdə günahkar Sahillə Maildir. Şirkətin hər hansı günahı yoxdur. Məhkəmə qərarı çıxarılsa belə Şirkətin həmin pulu ödəməyə gücü yoxdur. Bundan əlavə əgər Sahil pulu qəbul etmişdirsə bunu kassaya mədaxil etməmişdir.

10. 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh3 məhkəməyə göndərdiyi müraciətində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, mən İddiaçı ilə ünvan 4 ünvanında yerləşən yaşayış binasında qonşuyam. Mən həmin binadan övladlarım üçün 3 mənzil və 2 qaraj almışam. Mən təxminən 2017-ci ildə evləri təmir edən zaman Aygünlə tanış olmuşam. Mənimlə də "xxxx"xxxx"xxxx" MTK-nın rəhbərliyi guya aldığım mənzillərin pulunu ödəmədiyim üçün müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə mənə qarşı iddia qaldırmışlar. Lakin mən xx.xx.2010-cu il tarixdə 420000 manat ödəniş edərək, iki mənzil və iki qaraja dair maliyyə arayışı aldım, digər üçüncü mənzilə isə 18500 manat borcum qalmışdır. Mən "xxxx" MTK-nın rəhbərliyinə mənzillərə çıxarış verilən zaman üçüncü mənzilə olan borcumu da ödəyəcəyimi bildirdim. Mən 2017ci ildə aldığım mənzillərin təmirinə başladım. Həmin ərəfədə yeznəm öz mənzilinə dair maliyyə arayışını və öz şəxsiyyət vəsiqəsini itirmişdir. Yeznəm maliyyə arayışının surətini almaq üçün "xxxx" MTK-ya müraciət etmişdir. Həmin zaman artıq MTK-nın direktoru Cavabdeh3 idi. X17 dələduzluq əməlinə görə həbs edilmişdir. Lakin Sahil yeznəmi get-gələ saldığından, mən özüm Sahilin yanına getdim və mənzillərin pulunu ödədiyim üçün maliyyə arayışını mənə verməsini bildirdim. Bu zaman Sahil üçüncü mənzilə görə 18500 manat borcumun olduğunu xatırlatdı. Mən mənzillərə çıxarış verilən zaman borcumu ödəyəcəyimi bildirdim. Lakin 1 həftə sonra borca görə mənzilin işığı kəsildi. Mən qış ayında mənzilin işığının nə üçün kəsildiyini soruşdum, hətta Sahillə az qalmışdı davamız olsun. Həmin zaman "xxxx" MTK-nın mühasibi olan Adilağa kompyuterə baxaraq mənim borcumun 18500 manat olduğunu bildirdi və mənə sabah gəlməyimi, məsələnin yoluna qoyulacağını bildirdi. Mən həmin danışıqları telefonumda qeydə aldım. Bundan başqa ofisdə məndən digər iki mənzilə görə də maliyyə arayışı və digər sənədləri istədilər. Lakin mən bilərəkdən sənədləri itirdiyimi dedim. Lakin sənədlər rayonda idi. Bundan sonra mən səhərisi "xxxx"xxxx"xxxx" MTK-nın menecer vəzifəsində çalışan Ülviyyə adlı işçisi Sahilin ofisdə olmadığını və iki saatdan sonra gələcəyini bildirdi. 2 saatdan sonra Sahil məni ofisə dəvət etdi. Mən ofisə getdim və Sahil mənim bir mənzilə yox ümumiyyətlə hər üç mənzilə görə heç bir ödəniş etmədiyimi bildirdi. Bu zaman Sahilə aidiyyəti orqanlara şikayət etmək üçün mənim sənədlərimi verməsimi bildirdim. Cavabdeh3 mənim də evimi başqa şəxsə satmaq istəyirdi. Bizim məhkəmə mübahisəmizdə məhkəmə mənim xeyrimə qərar çıxartmışdır. İlham Qasımovun, Cavabdeh3, Adilağanın və Ülviyyənin mənim başıma açmadığı oyunlar qalmamışdır.Verilən suallara cavab olaraq isə bildirdi ki, binanın tikintisi 2018-ci ildə yekunlaşmışdır. O, mənzilləri İlham Qasımovdan almışdır. Cavabdeh3 tanıyıra və Cavabdeh3 İlham Qasımovun bacısı oğludur. Maili şəxsən tanımasa da, tez-tez ofisə getdiyi üçün üzdən tanıyır. Hazırda "xxxx" MTK-ya Adilağanın və İlham Qasımovun qızları rəhbərliyi edirlər. Lakin onların da aralarında mübahisəsi vardır və bildiyimə görə işləri məhkəmədədir. Eşitdiyimə görə Sahil həbsdən çıxdıqdan sonra yenidən başqa cinayət əməlinə görə həbs olunmuşdur. O, 2009-cu ildə mənzilin 1 kv.metrini 800 manata almışdır, hazırda mənzilin 1 kv.metri 2500 manat olar.

12. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, mən həm jurnalist kimi, həm də boş vaxtlarımda elektrik kimi fəaliyyət göstərirəm. Mən 7 nömrəli Xəstəxanda elektrik kimi çalışan zaman İddiaçı tanımışam. Mənim dostum da uşağını həmin xəstəxanaya gətirdiyi üçün Aygünü əvvəlcədən tanıyırdım. Mən təxminən 7- 8 il əvvəl həm dostumun xahişi ilə, həm də ki, Aygünün xahişi ilə evə baxmağa getmişəm. Belə ki, mənim bu işlərdən anlayışım var. Biz "xxxx" MTK-nın ofisinə olduğumuz zaman adını sonradan bildiyim MTK-nın Ülviyyə adlı işçisi bizi qarşıladı. Biz ona mənzil almaq istədiyimizi bildirdik. Bu zaman Ülviyyə bizə kitabçada baxaraq iki və dörd otaqlı mənzilləri göstərdi. Lakin Aygün iki otaqlı mənzil istəmədiyini bildirdi. Çünki Aygünün özünün iki otaqlı evi var idi və daha böyük ev almaq istəyirdi. Həmin zaman ofisdə Adilağa, Sahil, iki makler də var idi. Maklerlərdən birinin adı İlham idi, digəri qız idi, lakin adını xatırlamıram. Biz həmin şəxslərlə birgə mənzilə baxdıq. Mənzil 10-cu mərtəbə idi. Mənzilin köhnə qapısı var idi, pəncərələri qırıq idi. Biz dörd otaqlı evi bəyəndik. Evin qiyməti 140000 manatdan artıq idi. Lakin Aygün qiymətin baha olduğunu bildirdi, danışıqdan sonra mənzilin qiymətində 20000 manat endirim oldu və mənzil Aygünə 123000 manat təklif edildi. Aygün qiymətlə razı olduqdan sonra Adilağa Aygündən mənzilə görə beh tələb etdi. Bu zaman Aygün narahat olduğundan makler ofisdə beh müqaviləsi tərtib edəcəyini və pulu orada verməyimizi bildirdi. Biz razılaşdıq və maklerin ofisinə getdik. Ofisdə beh müqaviləsi tərtib edildi və Aygün mənzilə görə 2000 manat beh verdi. Daha sonra mənzilin tam ödənişini etmək üçün Hacının notariusu deyilən notariat ofisinə getdik. Notariat ofisinin qarşısında Mail mənzilin pulunu notarial qaydada götürmək istəmədi. Mail hətta bu barədə Sahillə çöldə telefon danışığını eşitmişəm. Lakin telefon danışığından sonra Mail mənzilin pulun notarial qaydada almağa razı oldu. Aygün notariusda mənzilə görə 121000 manat ödəniş etdi. Sonra notarius kağız verdi, Mail pulu çıxartdı. Daha sonra mən Aygün, Mail və iki makler MTK-nın ofisinə getdik. Orada Ülviyyə, Sahil, Adilağa bizi qarşıladı. Həmin zaman Mail ofisin arxa otağına keçdi Sahilin yanına. Sonra orada səs-küy gəldi. Mən elə başa düşdüm ki, Maillə Sahilin pulun notarial qaydada verilməsi ilə bağlı mübahisələri yaranmışdır. Sonra biz bir daha Mailin, Adilağanın və iki maklerin iştirakı ilə mənzilə baxdıq. Aygün maklerlərə xidmətə görə 2000 manat pul verdi. Aygünü MTK-nın ofisində aldatdılar.Verilən suallara cavab olaraq bildirdi ki, Aygünün mənzili elanda bəyənməsindən xəbəri yox idi. MTK-nın ofisinə iki dəfə getmişlər, birinci dəfə ofisdə olan zaman Mail orada yox idi. MTK-nın işçiləri mənzilə baxan zaman bizə ev yiyələri olmadan baxacağımızı dedilər. Notariusdan çıxanda müqaviləyə baxdım, lakin qiymətin niyə 110000 manatın yazıldığını soruşmadım Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. Podratçı qismində Cavabdeh1 sədri Cavabdeh3 ilə 12 oktyabr 2013-cü il tarixdə bağlanmış müqaviləni Cavabdeh2 öz razılıq ərizəsinə əsasən ləğv edərək gələcəkdə “Payçı” adlandırılmasına razılıq verdiyi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 300/19 saylı müqavilədə qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şüşinski 955 məhəllə ünvanda yaşayış evinin(20ci korpus), 3-cü blok, yaşayışın 10-cu mərtəbəsində ümumi sahəsi 172.6 kv.m olan 170 saylı, dəyəri 110000 manat təşkil edən 4 otaqlı mənzilin dəyərini yeni payçı İddiaçı əvvəlki payçı Cavabdeh2 ödəmişdir.

14. Cavabdeh1 sədri Cavabdeh3 tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, binanın 2-ci korpus,3-cü blok, 10-cu mərtəbə, ümumi tikinti sahəsi 172 kv.m olan 170 saylı, 4 otaqlı mənzilin ümumi dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və onun Cavabdeh1nə borcu yoxdur.

15. xx.xx.2016-cı il tarixli Firma “Təbriz” başlıqlı Beh haqqında müqavilədən görünür ki, beh verən İddiaçı olsa da, beh alan Cavabdeh2 olmamışdır. Həmin müqavilədə bev verən beh alana məxsus olan Nərimanov rayonunda Real MTK-da 172 kv.m olan mənzilə görə 2000 manat beh verdiyi göstərilmişdir.

16. xx.xx.2016-cı il tarixdə notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2, Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-cı məhəllədə, 2-ci korpus, 3-cü blok, 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 172.6 kv.m olan 4 otaqdan ibarət 170 saylı mənzilindən və pay hüququndan imtina etdiyini və həmin mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiyini, gələcəkdə mənzilə dair Cavabdeh1 MTK-ya qarşı heç bir iddiası olmayacağını və maddi tələb irəli sürməyəcəyini göstərmişdir.

17. xx.xx.2016-cı il tarixli notarial qaydada bağlanmış Mənzilin alqı-satqısına dair ilkin müqavilədən görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixdə Cavabdeh1 MTK ilə onun arasında bağlanmış 300/19 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-cı məhəllədə, 2-ci korpus, 3-cü blok, 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 172.6 kv.m olan 4 otaqdan ibarət 170 saylı mənzili 121000 manata İddiaçı satmağa razılaşmışdır. 121000 manat məbləğ isə notariusun "xxxx" ASCnin Nərimanov Filialında yerləşən depozit hesabına İddiaçı tərəfindən mədaxil edilmişdir.

18. Həmin məbləğ Cavabdeh2 tərəfindən məxaric edildikdən sonra MTK-nın ofisində xx.xx.2016-cı il tarixli müqavilə və maliyyə arayışı tərtib edilmişdir.

19. İddiaçı tərəf ilkin müqavilə ilə payçı müqaviləsi arasında tarix arasında uyğunsuzluğu belə izah etmişdir ki, o, evin qiyməti və digər məsələlər barədə MTK-nın ofisində Cavabdeh2 və Cavabdeh3 Nazim oğlu ilə xx.xx.2016-cı il tarixdə razılıq əldə etdikdən və müqavilə tərtib edildikdən sonra, pulun notarius vasitəsilə verilməsini təkid etdiyinə görə ilkin alqı-satqı müqaviləsi növbəti gün notariusda bağlanmışdır.

20. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" MTK arasında və İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış yuxarıda qeyd edilən müqavilələr etibarsız hesab edilmişdir. Belə ki, X1 Aygün Balağa qızına və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,6 kv.m. olan 170 saylı 4 otaqlı mənzilə dair İddiaçı və MTK arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilənin və İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2016cı il tarixli “Mənzilin alqı- satqısına dair ilkin müqavilə”nin etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçı isə X9 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək X14 və MTK arasında bağlanmış müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(001)-547/2022 saylı qətnaməsi ilə ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Yəni cavabdehlər "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilə və 29 noyabr 2016-cı il tarixli “mənzilin alqısatqısına dair ilkin müqavilə” etibarsız hesab edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.

21. Həmin mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MTK tərəfindən ünvan 6 ünvanında hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa edilmiş, 15 yanvar 2007-cı il tarixdə MTK ilə X14 arasında bağlanmış 104 saylı müqaviləyə əsasən icraçı həmin çoxmənzilli yaşayış binasının 3-cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,6 kv metr olan 170 saylı 4 otaqlı mənzili (bundan sonra – mübahisəli mənzil) inşa edib Əziz Rəhimova təhvil verməyi, Əziz Rəhimov isə mənzilin dəyərini təşkil edən 129450 ABŞ dollarını MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. Mənzilin dəyərini təşkil edən 129450 ABŞ dollarının X14 tərəfindən tam ödənilməsi barədə MTK tərəfindən 2008-ci il tarixdə maliyyə arayışı verilmişdir və eyni zamanda mənzilin dəyərinin ödənildiyini təsdiq edən kassa mədaxil orderləri də mövcuddur. 12 oktyabr 2013-cü il tarixdə "xxxx" MTK ilə payçı (sifarişçi) Cavabdeh2 arasında bağlanmış 300/19 saylı müqaviləyə əsasən MTK (icraçı) həmin mənzili inşa edib bu payçıya da təhvil verməyi, Cavabdeh2 isə həmin mənzilin dəyərini təşkil edən 110000 manatı icraçıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə müəyyən edilmiş 110000 manatın tam ödənilməsi barədə Cavabdeh2 MTK tərəfindən xx.xx.2013cü il tarixdə maliyyə arayışı verilmişdir. Mənzildə təmir işlərinin aparılması, sayğacların quraşdırılması, kommunal xidmətlərin dəyərinin ödənilməsi və sair bu kimi məsələlərin həlli müddətini və qaydasını tənzimləmək məqsədilə X14 və MTK arasında 23 yanvar 2015-ci il tarixdə “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqavilə bağlanmış, müqaviləyə uyğun olaraq mənzildə işıq, su və qaz sayğaclarının quraşdırılması xərclərini təşkil edən 1200 manat X14 tərəfindən ödənilmiş, bu barədə ona həmin tarixli müvafiq qəbz verilmişdir. 28 noyabr 2016-cı il tarixdə podratçı (icraçı) "xxxx" MTK ilə payçı (sifarişçi) İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, icraçı həmin mənzili bu payçıya təhvil verməyi öhdəsinə götürmüş, müqavilədə mənzilin dəyərini təşkil edən 110000 manatın İddiaçı tərəfindən əvvəlki payçıya, yəni Cavabdeh2 ödənildiyi qeyd edilmiş, MTK tərəfindən ona mənzilin dəyərinin tam ödənilməsi barədə 28 noyabr 2016-cı il tarixdə maliyyə arayışı verilmişdir. 29 noyabr 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında notarial qaydada təsdiqlənmiş “Mənzilin alqı-satqısına dair ilkin müqavilə” bağlanmış, müqaviləyə əsasən Cavabdeh2, mənzili gələcəkdə 121000 manata İddiaçı satmağı, sonuncu isə həmin məbləği gələcəkdə Cavabdeh2 ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilkin müqavilədə göstərilən məbləği notariusun depozit hesabına köçürmüş və həmin tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Cavabdeh2 mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiyini, gələcəkdə həmin mənzillə bağlı MTK-ya qarşı heç bir iddiasının olmayacağını və maddi tələb irəli sürməyəcəyini göstərmişdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci və 320.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlə onun, Cavabdeh1 MTK-nın sədri Cavabdeh3 ilə MTK tərəfindən ünvan 6 ünvanında inşa edilmiş yaşayış binalarında müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün özünün adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edilərək sonradan həmin mənzillərin yenidən satışına dair adından elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girdiyi, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə yaşayış binasının müxtəlif mənzillərini təkrarən başqa şəxslərə satıb pulunu ələ keçirdiyi müəyyən olunmuşdur. ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blokunun (İİ korpus) 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,6 kv metr olan 170 saylı 4 otaqlı mənzil təmir olunmamışdır və hazırda Elşad Rəhimovun sahibliyindədir.

22. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin, qarşılıqlı iddia tələbini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, təşkilati hüquqi formasından, habelə müqavilədə necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin mülki qanunvericiliyin tələbləri baxımından bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və bir belə müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş icraçı növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu baxımdan həm X14, həm də İddiaçı ilə bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Belə olan halda, mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır. Mənzilə dair ilk müqavilə tarix etibarı ilə X14 ilə bağlanmış, bununla da MTK-nın həmin mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini tam ödəməklə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş X10 təhvil verilməsi öhdəliyi yaranmış, yəni bu mənzilə münasibətdə ilk olaraq məhz X7 istifadə və sahiblik hüququ, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Belə olan halda, həmin mənzillə bağlı Cavabdeh2 və İddiaçı ilə MTK arasında yalnız X7 razılığı əsasında mübahisələndirilən (28 noyabr 2016cı il tarixli) müqavilə bağlana bilərdi. Lakin göründüyü kimi, belə bir müqavilələrin bağlanmasına onun razılığı olmamışdır. Buna baxmayaraq MTK (onun sədri Cavabdeh3) bu barədə susmuş və nəticə etibarilə ona artıq hər hansı aidiyyəti olmayan və başqasının istifadə və sahibliyində olan mənzillə bağlı ilk öncə Cavabdeh2, sonradan isə İddiaçı ilə müqavilə bağlamış, nəticədə Bayramova X3 Sahil Nizami oğlu və Cavabdeh2 tərəfindən aldadılmışdır. Aldatma olmadan bu müqavilənin bağlanması da mümkün olmazdı. Belə ki, İddiaçı həmin mənzilin təhvil verilməsi barədə "xxxx" MTK-nın artıq başqa şəxs qarşısında müqavilə öhdəliyinin olduğunu bilsə idi, təbii ki, MTK ilə 28 noyabr 2016-cı il tarixdə və Cavabdeh2 ilə 29 noyabr 2016-cı il tarixdə qeyd edilən müqavilələri bağlamaz və mənzilin dəyərini təşkil edən məbləği ödəməzdi. İddiaçı aldadıldığı və onunla bağlanmış 28 noyabr 2016-cı il tarixli müqavilənin predmeti olan mənzilin bundan əvəl artıq başqa şəxsə (hazırki vəziyyətdə X10) satıldığı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmündə əks olunmuş Cavabdeh2 və Cavabdeh3 ifadələri ilə də təsdiq edilir. Belə ki, Cavabdeh3 bildirmişdir ki, Cavabdeh2 tikinti materialları, sement alqı-satqısı ilə məşğul olmur və kooperativə heç vaxt sement və ya digər tikinti materialı verməmiş, eləcə də, onun kooperativ tərəfindən inşa olunmuş binalarda mənzili olmamışdır. Bu da öz növbəsində MTK ilə Cavabdeh2 arasında bağlanmış 12 oktyabr 2013-cü il tarixli 300/19 saylı müqavilənin, bu müqaviləyə uyğun olaraq MTK ilə İddiaçı arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilənin və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız olmasını hüquqi baxımdan şərtləndirir. Başqa sözlə, "xxxx" MTK ilə İddiaçı arasında 28 noyabr 2016-cı il tarixdə müqavilənin bağlanmasına hüquqi əsas yaratmış MTK ilə Cavabdeh2 arasında bağlanmış 12 oktyabr 2013-cü il tarixli 300/19 saylı müqavilə bağlandığı andan etibarsız olmuşdur. Məhkəmə həmçinin vurğulamışdır ki, Cavabdeh2, habelə İddiaçı mənzildən müddət etibarilə X5 əvvəl istifadə və ona sahiblik etməsi qeyri-mümkündür. X14 ilə MTK arasında 23 yanvar 2015-ci il tarixdə bağlanmış “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqaviləyə uyğun olaraq həmin mənzildə işıq, su və qaz sayğaclarının quraşdırılması xərclərini təşkil edən 1200 manat X14 tərəfindən ödənilmiş, onun vəfatından sonra oğlu (vərəsəsi), yəni ilkin iddiaçı mənzillə bağlı xərcləri qarşılamağa davam etmişdir. Yəni daha əvvəl əmələ gəlmiş öhdəliyə uyğun olaraq mübahisəli mənzil məhz X7 istifadə və sahibliyinə verilmiş, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində onun üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Başqa sözlə, bu mənzilin X5 əvvəl Cavabdeh2, daha sonra isə İddiaçı istifadə və sahibliyinə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. ...Bu da öz növbəsində 15 yanvar 2007-ci il tarixli müqavilənin etibarsızlığını istisna etməklə, 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilənin və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, Cavabdeh2, habelə İddiaçı mənzildən müddət etibarilə X5 əvvəl istifadə və ona sahiblik etməsi qeyrimümkündür. X14 ilə MTK arasında 23 yanvar 2015-ci il tarixdə bağlanmış “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqaviləyə uyğun olaraq həmin mənzildə işıq, su və qaz sayğaclarının quraşdırılması xərclərini təşkil edən 1200 manat X14 tərəfindən ödənilmiş, onun vəfatından sonra oğlu (vərəsəsi), yəni ilkin iddiaçı mənzillə bağlı xərcləri qarşılamağa davam etmişdir. Yəni daha əvvəl əmələ gəlmiş öhdəliyə uyğun olaraq mübahisəli mənzil məhz X7 istifadə və sahibliyinə verilmiş, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində onun üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Başqa sözlə, bu mənzilin X5 əvvəl Cavabdeh2, daha sonra isə İddiaçı istifadə və sahibliyinə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Bu da öz növbəsində 15 yanvar 2007-ci il tarixli müqavilənin etibarsızlığını istisna etməklə, 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilənin və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır. Məhkəmə mövqeyini əsaslandırarkən onu da qeyd etmişdir ki, "xxxx" MTK-da müqavilələrin qeydiyyatı kitabı mövcud olmasa da, MTK ayrıayrı vətəndaşlarla bağlanmış müqavilələr barədə məlumatı sadə qaydada tərtib edilmiş siyahı şəklində məhkəməyə təqdim etmiş, həmin siyahıda mübahisəli mənzilin (170-cı sıra) X10 məxsus olduğu göstərilmiş, lakin Cavabdeh2 və İddiaçı ümumiyyətlə siyahıya daxil edilməmişdir. Həmin siyahıdan və X10 aid müqavilələrdən bu müqavilələrin sadə formada nömrələndiyi müəyyən edilir, lakin həm Cavabdeh2, həm də İddiaçı aid müqavilələr fərqli qaydada (300/19) nömrələnmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmündə əks olunmuş Cavabdeh2 ifadəsində də məhz bu qaydada nömrələnmiş (300/2, 300/4, 300/9, 300/12) müqavilələrdə göstərilən mənzillərin ona məxsus olmadığı, bu mənzilərdən imtina edilməsi barədə məzmunca saxta ərizə yazdığı göstərilmişdir. Belə aydın olur ki, bu müqavilələrin fərqli qaydada nömrələnməsi onların real olaraq bağlanmış müqavilədən fərqləndirilməsinin təmin edilməsi məqsədi daşımışdır. Digər tərəfdən MTK ilə İddiaçı arasında müqavilənin 28 noyabr 2016-cı il tarixdə bağlanmasına baxmayaraq, Cavabdeh2 ilə İddiaçı arasında “Mənzilin alqısatqısına dair ilkin müqavilə” 29 noyabr 2016-cı il tarixdə bağlanmışdır. Halbuki, bu müqavilələr əksinə tarixlə bağlanmalı idi. Başqa sözlə, Cavabdeh2 artıq 28 noyabr 2016cı il tarixdə İddiaçı satılmış mənzilin, gələcəkdə İddiaçı satılması barədə 29 noyabr 2016cı il tarixdə üzərinə öhdəlik götürmüşdür. Bununla da “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin hüquqi nəticə etibarilə hər hansı əhəmiyyəti qalmamışdır. Məhkəmə MTK ilə İddiaçı arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilənin və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız hesab edilməsi qənaəti ilə bağlı onu da qeyd etmişdir ki, mənzilin dəyəri bu müqavilələrdə fərqli yazılmış, 28 noyabr 2016-cı il tarixli 300/19 saylı müqavilədə İddiaçı tərəfindən mənzilə görə 110 000 manat məbləğində pulun ödənildiyi, 29 noyabr 2016-cı il tarixli müqavilə üzrə onun tərəfindən notariusun depozit hesabına 121 000 manat pulun köçürüldüyü, 28 noyabr 2016-cı il tarixli beh müqaviləsində isə mənzilin qiymətinin 123 000 manat olduğu göstərilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmünə əsasən digər oxşar hallarla (mənzillərin satılması) bağlı İddiaçı ilə müqavilə bağlamış Cavabdeh3 və Cavabdeh2 bir-birinə zidd ifadələr vermişlər. Bu səbəblə, müqavilə üzrə ödənilmiş pulun tutulması məsələsi müqavilənin etibarsız hesab edilməsi ilə eyni vaxtda həll edilə bilməz və həm bu, həm də vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı ayrıca iddia qaldırmalıdır.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4348/2022 nömrəli iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qənaətinə görə İddiaçı ilə MTK və Cavabdeh2 arasında müqavilə bağlandığı zaman Əziz Rəhimovla (Elşad Rəhimovun atası) daha əvvəl bağlanmış müqavilə qüvvədə olmuş, mübahisəsi gedən mənzil bu müqavilə əsasında sonuncunun sahibliyinə verilmişdir. Başqa sözlə MTK İddiaçı istinad etdiyi müqavilənin predmeti olan əmlakla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda əvvəl Cavabdeh2la, sonra isə onunla müqavilə bağlamış, MTK ilə İddiaçı daha əvvəl müqavilə bağlayaraq əmlakı təhvil almış şəxsin müqaviləsinin həmin dövrdə ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, İddiaçı irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir.

24. Bundan əlavə apellyasiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, İddiaçı Cavabdeh3 və Cavabdeh2 tərəfindən aldadıldığı, Cavabdeh2la MTK arasında bağlanmış müqavilələrin predmeti olan mənzillərin daha əvvəl başqa şəxslərə satılmış mənzillər olduğu adı çəkilən şəxslərin Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018- ci il tarixli hökmündə əks olunmuş ifadələri ilə də təsdiq edilir. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmasa da, qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyin 82.4-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir - hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 5891/2022 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsasla yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər iddiaçı tərəfindən apellyasiya şikayətində irəli sürülmüş, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymtələndirməyə zərurət görmür.

26. Bundan əlavə iş materiallarında olan Cavabdeh2 CM-nin 178.3.2,320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 qarşı irəli sürülən ittiham onda ibarət olmuşdur ki, o, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş, bir qrup şəxslə birlikdə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla və təkrarən törədilməklə dələduzluq etmiş, həmçinin rəsmi sənədləri saxtalaşdırmış və biləbilə saxta sənədlərdən istifadə etmişdir. Həmin ittiham üzrə Cavabdeh2 məhkəmənin hökmü ilə təqsirli bilinmiş qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

27. Həmin hökmdə göstərilmişdir ki, məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Cavabdeh2 ifadəsində göstərmişdir ki,”....Bakı şəhərində maklerlik etməklə məşğul olmuşdur. Tikinti materialları satışı ilə məşğul olmamış, Cavabdeh1-a hansısa sement və digər tikinti materialları satmamış və həmin şirkət tərəfindən inşa olunmuş binalarda heç vaxt mənzili olmamışdır. Özü ev alqı-satqısı ilə məşğul olmuş və ev alqısatqısı ilə məşğul olan X16 ona demişdir ki, ofisi Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 955-ci məhəllədə yerləşən Cavabdeh1 adlı tikinti şirkətinin İlham adlı sahibini həbs ediblər və onların mənzillərinin satılmasına qadağa qoyulmuşdur. .... Anar ona təklif etmişdir ki, kooperativin özü tərəfindən mənzillərin birbaşa satılmağına qadağa qoyulduğuna görə, mənzillər köhnə tarixlə onun adına sənədləşdiriləcək, daha sonra isə onun adından satılacaqdır. Bunun əvəzində isə ona hər satılan mənzilə görə pul veriləcəkdir. ..... MTK-nın sədri Cavabdeh3 ilə görüşsə də görəcəkləri işin detalları barədə Anar Əşrəfovla danışmışdır. Onlar belə razılaşmışdılar ki, mənzillərin nömrələrini ona deyəcəklər, o da həmin nömrəli mənzillərin satışı üçün elanlar verəcək, hansı mənzilə müştəri çıxarsa, həmin mənzilə dair dərhal köhnə tarixlə onun adına müqavilə tərtib olunacaq, daha sonra isə müştəri ilə görüşüb mənzili təqdim edəcək, baxış keçiriləcək, sonra MTK-ya gəlib MTK rəhbərliyi ilə müştəri görüşəndən sonra, qiyməti barədə razılaşacaq, mənzildən imtina etməyi barədə ərizə yazacaq, bundan sonra MTK sədri ilə müştərinin arasında alqı-satqı müqaviləsi bağlanacaqdır. Həmin mənzillərin qapısı bağlı olduğu təqdirdə açarın bir ədədini ona vermişlər ki, mənzili müştəriyə göstərə bilsin. Bu yolla bir neçə mənzil satmış, hər dəfə mənzil satılanda pulları müştəridən alıb Anar Əşrəfova vermiş, sonuncu isə onun zəhmət haqqını ödəyəndən sonra pulu aparıb Cavabdeh3 çatdırmışdır. ..... Mənzillərin ona məxsus olması və onlardan imtina etməsinə dair ərizə yazıb imzalamışdır ki, mənzil almaq üçün müraciət edən müştərilər mənzillərin həqiqətən də onun olmasına inandırsınlar. .... Anar Əşrəfov ona demişdir ki, mənzillərin qiyməti müqavilədə göstərilən rəqəmdən yuxarı olmasının səbəbini müştərilər soruşanda desin ki, müqavilədə göstərilən qiymət mənzilin ilkin, “katlavan” qazılanda olan qiymətidir, indi isə baha satılır. Mənzillərə dair onun adına tərtib edilən köhnə tarixli müqavilələrin surətini Cavabdeh3 ona vermişdir ki, müştərilər mənzilin onun olmasına inansınlar.

28. Bundan başqa həmin hökmdə qeyd edilmişdir ki, məhkəmədə şahid qismində dindirilmiş Cavabdeh3 ifadəsində göstərmişdir ki, 02 fevral 2013-cü ildən etibarən "xxxx" MTK sədri vəzifəsində işləmişdir və kooperativin təsisçilərindən biridir. ..... Kooperativin dairəvi möhürü ofisdəki seyfdə saxlanılır. 02 dekabr 2016-cı ildən bir müddət əvvəl, xatırlamadığı tarixdə tikintidə istifadə etmək üçün 90000 manat pul lazım olduğuna görə ev alqı-satqısı ilə məşğul olan Anar adlı şəxsin vasitəsilə tanıdığı Cavabdeh2 borca pul istəmiş, mail demişdir ki, ona 90000 manat borc verə bilər, ancaq sənəd yazılacaq və həmin sənəddə məbləğ 100000 manat göstəriləcək, qaytarılanda ondan 100000 manat pul alacaqdır. Yəni pulu faizlə verməyi razılaşmışdır. Bundan başqa tələb etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 ünvanda yerləşən binadakı mənzillərdən birini girov qoysun. Beləliklə, Maillə aralarında borc müqaviləsi yazıb imzalamış, ancaq müqaviləni notariusda təsdiq etdirməmişlər.

29. Bundan əlavə həmin hökmdə qeyd edilmişdir ki, Cavabdeh2 ona verilən ittiham üzrə onun vasitəçiliyi ilə satılmış mənzillərin əvvəlcədən başqa şəxslərə məxsus olmasını bilmədiyi barədə ifadələri özünün müdafiəsi üçün gətirdiyi dəlillər işin faktiki hallarına uyğun deyil və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadə kimi qiymətləndirir.

30. Hazırda iddiaçı yuxarıda göstərilən məhkəmə aktlarına əsasən müqavilələrin etibarsızlığından irəli gələn hüquqi nəticələrin tətbiqini və cavabdehlərin hüquqa zidd əməllərinə görə vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

31. Vurulmuş zərərin həcmi ilə bağlı isə məhkəmə tərəfindən ekspertiza keçirilmiş, ekspert qarşısında ünvan 8 ünvanında yerləşən, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən binada ümumi sahəsi 172,6 kv.m olan 4 otaqlı təmirsiz mənzilin xx.xx.2022-ci il üçün real bazar qiyməti nə qədər olduğu barədə sual qoyulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 9 ünvanında yerləşən, sahəsi 172.6 kv.m olan təmirsiz mənzilin mövcud bazar dəyəri təqribən 289500 manat təşkil edir. Həmin rəyin tədqiqat hissəsindən görünür ki, ünvan 8 ünvanında yerləşən mənzilə yaxın ərazidə yerləşən analoji mənzillərin təmirsiz halda 1 kv.m-nin hazırda mövcud olan orta bazar qiyməti təqribən 1680 manatdır. (ekspertiza tədqiqatının dəyəri 100 manat)

32. Bununla yanaşı iddiaçı tərəfindən də müstəqil qiymətləndiricinin rəyi təqdim edilmiş və həmin rəyə görə ünvan 8 ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi binanın 2ci korpus, 3-cü blok, 10-cu mərtəbədə yerləşən 170 saylı mənzilinin müqayisəli satışlar metodundan istifadə etməklə 30 dekabr 2022-ci il tarixə bazar dəyəri 249900 manat təşkil edir.

33. Tətbiq edilən maddi və prosessual hüquq normaları:

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

35. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

38. 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.

39. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

40. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

41. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

42. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

43. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

44. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

45. 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.

46. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

47. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

48. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

49. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

50. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

51. 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.

52. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

53. 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.

54. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.

56. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

57. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

58. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

59. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

60. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir;

61. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir;

62. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

63. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

64. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin əsaslandırması:

65. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

66. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh1 MTK-nın sədri Cavabdeh3 və Cavabdeh2 qabaqcadan başqa şəxsə satılmış Bakı şəhəri, Nərimanov rayonu, X.Şüşinski 955 məhəllə ünvanda yaşayış evinin(20ci korpus), 3-cü blok, yaşayışın 10-cu mərtəbəsində ümumi sahəsi 172.6 kv.m olan 170 saylı mənzili xx.xx.2016-cı ildə 121000 manata İddiaçı satmışlar. Beh müqaviləsi üzrə ödənilən 2000 manat məbləğin isə satıcıya çatması qeyri-müəyyəndir, belə ki, beh müqaviləsi öhdəliyin icrasının təmin edilməsi üsuludur və beh alan şəxs ilkin alqı-satqı müqaviləsi üzrə tərəf kimi çıxış etməmişdir. Ehtimal olunur ki, həmin məbləğ evin alqı-satqısı ilə məşğul olan şəxsin komissiyasıdır. Hər bir halda ilkin alqı-satqı müqaviləsinin predmeti 121000 manat dəyəri olan mənzilin gələcəkdə satılması ilə bağlı olmuş və həmin müqavilə üzrə 121000 manat ödəniş həyata keçirilmişdir. Cavabdeh2 həmin pul məbəğinin tamamını MTK-nın sədri Cavabdeh3 verdiyini bildirsə də, bununla bağlı nə iddiaçı, nədə ki Cavabdeh2 hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa analoji məsələlərlə bağlı Cavabdeh2 təqsirləndirilməsinə dair məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, o, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş, bir qrup şəxslə birlikdə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla və təkrarən törədilməklə dələduzluq etmiş, həmçinin rəsmi sənədləri saxtalaşdırmış və bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Hazırki mübahisədə də həmin cinayət işində eyni ilə olduğu kimi müəyyən edilir ki, Cavabdeh2 adına tərtib edilmiş müqavilə üzrə internet səhifəsində mənzil satışı ilə bağlı elan yerləşdirmiş, müştəri ilə MTK-nın ofisində görüşmüş, notariusda pay haqqından imtina verməsi barədə ərizə vermiş, MTK tərəfindən müştərinin adına yeni müqavilə tərtib edilmiş və borcun olmadığına dair maliyyə arayışı verilmişdir. Bundan başqa məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmişdir ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilə və 29 noyabr 2016-cı il tarixli “mənzilin alqı-satqısına dair ilkin müqavilə” bağlandığı andan etibarsızdır. Bununla belə məhkəmə qeyd etmişdir ki, ödənilmiş pulun tutulması məsələsi müqavilənin etibarsız hesab edilməsi ilə eyni vaxtda həll edilə bilməz və həm bu, həm də vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı ayrıca iddia qaldırmalıdır.

67. Göründüyü kimi Cavabdeh2 ilə Cavabdeh1 MTK-nın sədri Cavabdeh3 iddiaçıya münasibətdə birlikdə mülki hüquq pozuntusu törətmişlər. Belə ki, həm birbaşa, həm də dolayı sübutlarla təsdiq olunur ki, onların hər ikisi iddiaçı ilə müqavilə bağlayan zaman müqavilələrin etibarsız olduğunu bilmişlər və bu barədə qabaqcadan razılaşmaqla birgə hərəkət etmişlər. Yəni tədqiq edilən hökmdə də müəyyən edilmişdir ki, həmin şəxslər eyni binada oxşar qaydada başqa şəxsləri də aldatmaqla cinayət əməli törətmişlər. Həmin hökmün hazırki mübahisə üzrə birbaşa preyudisial əhəmiyyəti olmasa da, hökmlə müəyyən edilən hallar hazırki mübahisə üzrə yanakı sübut kimi qiymətləndirilə bilər. Bundan əlavə Cavabdeh2 iddia ərizəsinə etirazında göstərdiyi dəlillər oxşar mübahisələr barədə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi ifadə ilə uzlaşmır. Belə ki, iddiaya etirazında mənzilin borc əvəzi kimi onun adına rəsmiləşdirildiyini desə də, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində isə Cavabdeh3 ilə mənzillərin onun adına rəsmiləşdirilməklə satılması barədə razılıqlarının olduğunu bildirmişdir. Eyni zamanda Cavabdeh3 qeyd edilən mənzilin Cavabdeh2 məxsus olmadığını bilsə də, bilə-bilə iddiaçı ilə xx.xx.2016-cı il tarixdə yenidən müqavilə bağlamışdır. Bundan əlavə Cavabdeh1 MTK isə işçisinin törətdiyi hüquqa zidd əməl nəticəsində vurulmuş zərərə görə birgə məsuliyyət daşımalıdır. Belə ki, həmin vaxt Cavabdeh3 hüquqi şəxsin təsisçisi olmaqla yanaşı sədri olmuş və kooperativin adından müqavilə bağlamaq səlahiyyəti olmuşdur. Odur ki, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşımalıdır.

68. Odur ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK-nın sədri Cavabdeh3 hüquqazidd əməllərinə görə iddiaçıya zərər vurulduğu müəyyən edilir və zərər dedikdə həm müqavilə üzrə ödədiyi məbləğdən, həm də əldən çıxmış fayda qismində vurulan zərərdən söhbət gedir. Belə ki, iddiaçının 2016-cı ildə 121000 manat ödədiyi mənzilin 2020-ci ilin dekabr ayı üçün bazar dəyəri 289500 manat təşkil edir. Yəni iddiaçı hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əmlakın dəyəri nisbətində əldə edəcəyi faydadan məhrum olmuşdur. Hansı ki, hamıya məlumdur ki, yaşayış binasının tikintisi zamanı mənzilin qiyməti onun hazır vəziyyətdə olan qiyməti ilə müqayisədə xeyli aşağı olur. İddiaçı isə qeyd edilən mənzili 2016-cı ildə binanın tikintisi başa çatmadan almış(binanın tikintisi 2018-ci ildə yekunlaşmışdır) və keçən 6 il müddətində onun dəyəri 2 dəfədən çox artmışdır. Həmin məbləğ 168500 olsa da məhkəmə iddia tələbi ilə bağlı olduğundan iddianı 166500 manat pulun cavabdehlərdən tutulması hissəsində də əsaslı hesab edir.

69. Odur ki, cavabdehlərdən müqavilə üzrə ödənilən 121000 manat və əldən çıxmış fayda qismində 166500 manat məbləğində pul vəsaiti müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

70. Məhkəmə iddiaçının cavabdehlərdən mənəvi zərərin tutulması tələbini isə əsassız hesab edir.

71. Belə ki, iddiaçı iddia ərizəsində istinad etdiyi hallara dair hər hansı sübut təqdim etməmişdir.

72. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il qərarında qeyd edilmişdir ki, Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Nəticə:

73. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 287500 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

74. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 549 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində vəsait isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 287500(iki yüz səksən yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və 549(beş yüz qırx doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri qismində 100(yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar