Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1578/2023 03.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı texniki şərtlərin alınmasına və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı texniki şərtlərin alınmasına və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş 3 mərtəbəli yaşayış binasından xx.xx.2020-ci il tarixdə RB/İKYF-099 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən mənzil almış, mənzilə dair çıxarış və texniki pasportla təmin edilmişdir. İddiaçı kommunal xidmətlərdən istifadəyə görə müqavilə bağlanması üçün Azərişıq ASC-yə, Azərsu ASC-yə və Azəriqaz İB-nə mənzilə aid çıxarışı və texniki pasportu ilə müraciət etdikdə bütün qurumlardan binanın texniki şərtinin olmaması iddiaçıya bildirilmiş, texniki şərtin alınması üçün sahibkar Cavabdeh binaya aid bütün sənədlərlə və texnişi şərtin alınmasına dair ərizə ilə həmin qrumlara müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı mənzilində kommunal xidmətlərdən istifadə etməsi üçün onunla müqavilə bağlanması və sayğacların quraşdırılması üçün Azərişıq ASC-yə, Azərsu ASC-yə və Azəriqaz İB-yə müarciət etdikdə hər üç qurumdan qeyd olunan fərdi yaşayış evinin texniki şərtinin olmamasına görə ona imtina edilir. İddiaçı qurumların onunla müqavilə bağlamalarını təmin etmək üçün xx.xx.2021-ci il tarixdə mənzilinin fərdi şəkildə kodlaşdmlması öhdəliyin Cavabdeh həvalə edilməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 2(001)-454/2022 saylı qətnaməyə əsasən mənzilinin fərdi şəkildə kodlaşdırılması üçün Cavabdeh tərəfindən tikiliyə aid bütün sənədlərin qurumlara təqdim edilməsi və müraciət etməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh bütün sənədlərlə Azərişıq ASC-yə, Azərsu ASCyə və Azəriqaz İB-yə müraciət etmiş lakin fərdi yaşayış evininin hər quruma aid texniki şərtinin olmadığı üçün mənzil mülkiyyətçiləri ilə müqavilə bağlanılmasından imtina edilmişdir. Ona görə də Azərişıq ASC-nin, Azərsu ASC-nin və Azəriqaz İB-nin İddiaçı ilə müqavilə bağlaması üçün Binəqədi rayonu Binəqədi qəsəbəsi G.Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1F ünvanında yerləşən fərdi yaşayış evinə Azərişıq ASC-yə, Azərsu ASC-yə və Azəriqaz İB-yə müraciət edərək texniki şərtin alınması və texniki şərtin bütün bəndlərinin icra edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh dəfələrlə müraziət etsə də cavabdeh texnikin şərtin alınmasını təmin etməmişdir. Bu səbəbdən bina ya kommunal xidətlərlə təmin olunmamış, ya da qanunsuz təmin olunmuşdur. O, 2015-ci ildə inşa olunmuş binadan 16 saylı mənzili almışdır. Qurumlar texnki şərt olmadığından onun mənzilini kodlaşdırmadan imtina etmişlər. Binada hal-hazırda qaz yoxdur, işıq və sudan isə qanunsuz qoşulmaqla istifadə olunur. 20-30 mənzilə 1 ədəd sayğac qoyulmuş, kustar üsulla elektrik enerjisini hər mənzil üzrə hesablayıb binada quraşdırılan ümumi sayğac üzrə Azərişığa ödəyirlər. Ona görə də iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azəriqaz İB-nin nümayəndəsi R.A.Abbasovun məhkəməyə təqdim etdiyi iddia ərizəsinə münasibətdən müəyyən olunur ki, çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının qazlaşdırılması, o cümlədən sayğaclarının quraşdırılması həmin binanı inşa edən təşkilatın və ya idarə edən təşkilatın vəzifələrinə daxildir. Hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi Azəriqaz İB və müvafiq dövlət qurumları ilə razılaşdırılmış layihə sənədləri əsasında MTKnın sifarişi ilə xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. Belə ki, tikinti təşkilatları tərəfindən razılaşdırılmış layihəyə Qaz təchizatında təhlükəsizlik qaydalarının, Qazdan istifadə qaydalarının, eləcədə qüvvədə olan Tikinti norma və qaydalarının tələblərinə uyğun tikinti quraşdırma işləri aparılır və texniki icra sənədləri tərtib olunur. Bundan sonra MTK-nin rəhbərliyi tərəfindən qaz şəbəkəsinin istismara qəbul komissiyasının aktı, qaz təchizatı ilə bağlı texniki-icra və digər zəruri sənədlər tam şəkildə Dövlət Nəzarət orqanları ilə razılaşdırıldıqdan sonra Azəriqaz İB-nə təqdim olunmalıdır. Azəriqaz İB-nin müvafiq struktur bölməsi tərəfindən qaz şəbəkəsinə yerində baxış keçirildikdən sonra hər hansı bir çatışmazlıq aşkar olunmadıqda dislokasiya siyahısı üzrə mənzillərə təbii qazın verilməsinə icazə verildikdən, müvafiq qaydalara uyğun olaraq qazın alqı-satqısı müqaviləsi bağlanıldıqdan sonra mənzillərə təbii qazın açılışı təmin edilir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərişıq ASC-nin nümayəndəsi R.T.Hüseynovanın məhkəməyə təqdim etdiyi iddia ərizəsinə münasibətdən müəyyən olunur ki, Azarbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması qaydalana uyğun olaraq tikinti obyektlərinin elektrik şəbəkəyə qoşulması texniki şərtlərin və layihə sənədlərinin əsasında keçirilir. Sahibkarları olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər kiçik və orta biznes evləri və Asan Kommunal mərkəzləri vasitəsilə həyata keçirilir. Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi ərazi üzrə KOB evlərindəki və ya mərkəzlərindəki Texniki şuraya müraciət etməlidir. Ərizədə aşağıdakı məlumatlar qeyd edilməlidir: 1. Sifarişçinin VÖEN-1;
2. Sifarişçinin ETS-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin ünvanı; 3. Tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri (elektrik qurğularının aktiv və reaktiv gücü, etibarlılıq üzrə kateqoriyası); 4. Sifarişçinin poçt və elektron ünvanı. Ərizəyə ETS-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti və qoşulma haqqının ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Texniki şərtlərə və layihəyə uyğun olaraq texniki-quraşdırma işlər yetirdikdən sonra X8 ilə sifarişçi arasında elektrik şəbəkəsinə qoşulma aktı, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanır və obyektə elektrik enerjisinin verilməsi təmin olunur. Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azəriqaz İB-yə, Azərsu ASC-yə, Azərişıq ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azəriqaz İB-nin, Azərsu ASC-nin, Azərişıq ASC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş sudan istifadə qaydalarına əsasən: Bənd 1.4. Bu Qaydalara uyğun olaraq, hər bir istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərindən (bundan sonra – STTSAS) istifadə etmək hüququ vardır. Bənd 1.5. İstehlakçıların STTSAS-a qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənir. Bənd 1.6. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Bənd 1.7. Müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. Bənd 1.8. Tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, digər kateqoriyalı istehlakçılarla isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həmin istehlakçıların STTSAS-a qoşulmasını təsdiq edən qoşulma aktı tərtib edilərək imzalandıqdan sonra bağlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydalarına əsasən: Bənd 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. Bənd 2.1. Yeni, yaxud yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan, həmçinin enerji təchizatı sxemini dəyişən istehlakçıların (sifarişçilərin), o cümlədən məişət abonentlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və elektrik şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən müəyyən edilir. Müstəqil enerji istehsalçısının bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarına əsasən: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Bənd 1.5. İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir. Bənd 1.6. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - EN) və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - FHN) həyata keçirirlər. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3, 1F saylı evin 16 saylı mənzili mülkiyyət hüququ ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-454/2022 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək Cavabdeh, İddiaçı mülkiyyətində olan ünvan 3, 1F saylı evin 16 saylı mənzilinin elektrik enerjisi, su və təbii qazla təmin edilməsi üçün aidiyyəti qurumlara müraciət etmək və bu müraciətin təmin edilməsi üçün bütün sənədləri təqdim etmək vəzifəsi həvalə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-454/2022 saylı qətnaməsindən müəyyən olunur ki, məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6795 saylı rəyinə əsasən ünvan 3 1 F saylı evin elektrik enerjisi və su ilə təmin olunduğu, lakin, təbii qaz ilə təmin edilmədiyi, ünvan 3 1 F saylı evin 16 saylı mənzilinə elektrik və su xətlərinin çəkildiyi, lakin təbii qaz xəttinin çəkilmədiyi, Sudan istifadə qaydalarının 1.6-cı bəndinə əsasən, ünvan 3 1F saylı ev su xəttinə alqı-satqı müqaviləsi olmadan, qeyri-qanuni qoşulduğu, Elektrik enerjisindən istifadə qaydalarının 1.3-cü bəndinə əsasən, ünvan 3 1F saylı ev elektrik xəttinə alqı-satqı müqaviləsi olmadan, qeyri-qanuni qoşulduğu müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-454/2022 saylı qətnaməsindən daha sonra müəyyən olunur ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin Bakı şəhəri ünvan 2 ünvanında inşa etdiyi, mülkiyyətində olan çoxmənzilli binada yerləşən iddiaçıya satdığı 16 saylı mənzilin texniki sənədlərində binanın qaz, su, işıqla təchiz olunması qeyd olunsa da, faktiki olaraq bina təbii qazla təchiz edilməmiş, binada elektirk enerjisindən və sudan isə qanunsuz qoşulma nəticəsində istifadə olunur. İddiaçı cavabdehə və hazırkı mülki iş üzrə 3-cü şəxs qismində cəlb olunan Azəriqaz İB-yə, Azərişıq ASC-yə və Azərsu ASC-yə mülkiyyətində olan mənzilə işıq, su və qaz xətlərinin çəkilməsi, mənzilinin fərdi şəkildə kodlaşdırılması üçün müraciət etsə də, 3cü şəxslər binanın qaz, su, işıqla təmin edilməsi üçün fərdi sahibkarın onlara müraciət etməli olmasını iddiaçıya bildirmiş, cavabdeh isə iddiaçı məhkəməyə müraciət edənədək inşa etdiyi binanın qaz, su, işıqla təchiz edilməsi üçün hər hansı bir təbir görməsi barədə sübutunu məhkəməyə təqdim etməmişdir. Azərsu ASC-nin xx.xx.2022-ci il tarixli 03/03-1/15041 saylı məktubunun surətindən müəyyən olunur ki, Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi döngə 1,5-ci dalanda inşa olunmuş çoxmənzilli yasayış binasına Binəqədi rayon Sukanal İdarəsinin numayəndələri tərəfindən baxış kecirilmiş, binanın su təminatı və tullantı sularının kənarlaşdırılması ilə əlaqədar texniki şərt alınmadan qoşulduğu müəyyən edilmiş va müvafiq qaydada birləşmə kəsilərək, qeyd olunan ünvanda yerləşən yaşayış binasının su təchizatına qanunsuz qoşulması ilə bağli su təchizatı dayandırılmış və muvafiq sənədlərin hazırlanmasından sonra qoşulmasının mümkün olduğu bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarının 2.9.2-ci bəndinin tələblərinə əsasən tikinti ərazisinin vəziyyət planı obyektin tikintisinə dair layihənin surətləri binanın qeyri-yaşayış sahələrinin məlumatları Azərsu ASC-yə təqdim edildikdən sonra texniki şərtlərin verilməsi məsələsinə baxıla bilər. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, dövlət komissiyası tərəfindən istismara qabul edilməyən yaşayış binalarında sakinlərin məskunlaşmasına şərait yaradılması yolverilməzdir və binanın kommunal xətlərlə təchiz edilməsi, həmçinin sakinlər üçün rahat yaşayış şəraitinin yaradılması və təhlükəszliyinin təmin edilməsinə görə məsuliyyət birbaşa obyektin sifarişçisi və sahibkarının üzərinə düşür. İnşa edilmiş yaşayış binasında mənzillərin satılması sakinlərlə aralarında razılaşdırılaraq bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilmişdir. Lakin vətəndaşların müraciətindən göründüyü kimi müqavilə öhdəliklərinə birtərəfli qaydada əməl olunmamış və bu da nəticə etibarilə sakinlərin qanuni hüquqlarının pozulmasına və yuxarı dövlət qurumlarına çoxsaylı müraciətlərin edilməsinə səbəb olmuşdur. Yaşayış binasında mənzillərin alınması sahibkar qismində Cavabdehla razılaşdırılaraq bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirildiyindən və öhdəliklərin şərtlərinə birtərəfli qaydada sahibkar tərəfindən əməl olunmaması səbəbindən aralarında yaranmış mübahisəli məsələnin araşdırılması və pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etmələrinin məqsədəmüvafiq olması Cavabdeh, İddiaçı bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 02/13-1-192- 091 saylı məktubunun surətindən müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi qəsəbəsi G.Ramazanov küçəsi döngə 1 dalan 5 ünvanında yaşayan vətəndaşlar İddiaçı və başqalarının yaşadıqları binanın qaz, elektrik və su xətləri ilə təchiz edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2022-ci il tarixli 1-642-091 saylı məktublarla Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş eyniməzmunlu müqaciətlərinə Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılmış, məsələ ilə əlaqədar vətəndaşların yuxarı dövlət orqanlarına və RİH-yə çoxsaylı müraciətlərini nəzərə alaraq qeyd olunan yaşayış binasının kommunal xətlərlə təchiz olunması məqsədi ilə zəruri tədbirlərin görülərək nəticəsi barədə vətəndaşların məlumatlandırılması Azəriqaz İB-yə, Azərsu ASC-yə və Azərişıq ASC-yə bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli qediyyat nömrəsi ********** olan çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ev 1-də istifadədə olan 0,021333 ha torpaq sahəsində yerləşən A tikilisindən 3 otaqlı, 0,00896 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə X6, B tikilisindən 2 otaq y/s 41,5 kv.m k/s 6,8 kv.m Osmanov Müşfiqin, 0,00836 ha torpaq sahəsi X7, 3 otaq y/s 47,7 kv.m və 86,4 kv.m torpaq sahəsi X2, A tikilisindən 2 otaq y/s 39,9 kv.m və 83,1 kv.m torpaq sahəsi X3, 2 otaq y/s 31,1 kv.m k/s 2,7 kv.m və 99,1 kv.m torpaq sahəsi X1, A tikilisindən 2 otaq y\s 43,0 kv.m və 86,4 kv.m torpaq sahəsi X4, A tikilisindən 8 otaq y/s 128,5 kv.m və 0,02453 ha torpaq sahəsi və B tikilisindən 2 otaq y/s 35,7 kv.m k/s 5,6 kv.m və torpaq sahəsi 0,00708 ha Unibank KB ASC-nin adlarına daşınmaz əmlakın dövlət reyestrində 462 nömrəli reyestr kitabının 43344 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, ünvan 3 ev 1 ünvanı təkrarlandığı üçün müraciətdə qeyd olunan ünvana ünvan 3 ev 1F ünvanı təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, istehlakçı Z.E. Bağırlının mülkiyyətində olan mənzilin də yerləşdiyi Bakı şəhəri ünvan 5 ünvanı, binanı inşa edən Cavabdeh tərəfindən binanın qaz, su və elektrik enerjisinin ilə təmin edilməsi üçün texniki şərtlərin alınmasına görə aidiyyəti qrumlara müraciət etmədiyindən yaşayış binası qaz, su, elektrik enerjisi ilə təmin edilməmiş, nəticədə həmin evdə yaşayan istehlakçının hüquqları pozulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, inşa etdiyi binanın qaz, su, elektrik enerjisi ilə təchiz edilməsi üçün müraciət etmək, bunun üçün tələb olunan bütün sənədləri aidiyyəti qürumlara təqdim etmək, sonuncuların imtinaları ilə qarşılaşdığı halda isə həmin imtinaları mübahisələndirmək hüququ, yalnız binanı inşa edən cavabdehə aid olduğundan, iddiaçı çoxmənzilli binada yerləşən mənzilini fərdi qaydada qazla, elektrik enerjisi və su ilə təmin etmək hüququna malik olmadığından, iddiaçının mülkiyyətində olan mənzildə qazdan, sudan, elektrik enerjisindən istifadə edə bilməsi üçün cavabdeh inşa etdiyi binanın qaz, su, elektrik enerjisi ilə təmin edilməsi üçün yuxarıda qeyd olunan normaların tələblərinə əsasən texniki şərtlərin alınması üçün aidiyyəti qrumlara müraciət etməli olduğundan iddia ərizəsi tam həcmdə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Bakı şəhəri ünvan 5inin elektrik enerjisi ilə təmin edilməsi üçün Azərişıq ASC-yə müraciət edərək texniki şərtin alınması və texniki şərtin bütün bəndlərinin icra edilməsi vəzifəsi Cavabdeh həvalə edilsin. Bakı şəhəri ünvan 5inin su ilə təmin edilməsi üçün Azərsu ASC-yə müraciət edərək texniki şərtin alınması və texniki şərtin bütün bəndlərinin icra edilməsi vəzifəsi Cavabdeh həvalə edilsin. Bakı şəhəri ünvan 5inin təbii qazla təmin edilməsi üçün Azəriqaz İB-yə müraciət edərək texniki şərtin alınması və texniki şərtin bütün bəndlərinin icra edilməsi vəzifəsi Cavabdeh həvalə edilsin. Cavabdeh dövlət rüsumuna görə 100 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova