Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1607/2025 12.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair (açar sözlər: borc tələbi,sübutetmə) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1275 (bir min iki yüz yetmiş beş) manat məbləğində pul və ödəmiş olduğu 33 (otuz üç) manat dövlət rüsumun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının atasının dayısı qızının gəlinidir. Belə ki, Cavabdeh ilə aralarında əvvələrdə də onlayn WHATSAPP vasitəsi ilə alış-veriş olmuşdur. Sonuncu dəfə Cavabdeh ondan 26 dekabr 2023-cü il tarixdə 1275 (bir min iki yüz yetmiş beş) manat dəyərində yeni ilə aid əmlaklar (Şam ağacı, şaxta baba, maral, işıq,araba, 6 ədəd boşqab, 2 ədəd ləpə qabı, 2 ədəd su qrafini, 2 ədəd ho-ho-ho santa, 2 ədəd səbət kanfet qabı, 2 ədəd qapaqlı kəndqabı və boşqab) almışdır. Cavabdeh olan şəxs Cavabdeh ona borclu qaldığı 1275 manatı yanvar ayına kimi ödəyib qurtacağını bildirsə də, verdiyi vədə əməl etməmişdir. Dəfələrlə onun əlaqə saxlamaq istəsə də, gah ödəyəcəyini, gah da nalayiq ifadələr işlədərək qərəzli olaraq ödəyəməcəyini bildirmişdir. Hətta Cavabdeh onda WHATSAPP yazışmaları, səsləri var ki, şəxsən özünün ona borclu olmasını etiraf etmişdir. Həmin səsləri diskə köçürdərək iddia ərizəsinə əlavə etmişdir. Hər dəfə ona qıcıqlandırıcı cavablar verərək şəratinin yaxşı olmasını və qəsdən ona borcunu ödəməyəcəyini dəfələrlə bildirmişdir. Hal-hazıra kimi Cavabdeh ona olan borcunu qaytarmır. Ona görə də o da məcbur olub məhkəməyə müraciət etmək qərarına gəldi. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, cavabdeh yalnız 100 manat ödəniş etmişdir. Onu da onlar arasında qızıl məsələsi olduğundan, həmin borca çıxmışdır. Cavabdeh pulu Füzuli küçəsində 71 ünvanda yerləşən aparat vasitəsi ilə ödəniş etmişdir. Cavabdeh iddia ərizəsində qeyd olunan qabları özü istəmişdir. Qiyməti ilə bağlı da əvvəlcədən razılaşmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini 1275 manat hissəsində qəbul edərək, bildirmişdir ki, həqiqətən də iddiaçıdan iddia ərizəsində qeyd olunan qabları 1275 manata almışdır. İddiaçı dəyəri ucuz olan əşyaları ona baha qiymətə satmışdır. Daha sonra həmin əşyaların yarıdan cox hissəsini istifadə edə bilməmişdir. İddiaçı ondan pulun ödənilməsini tələb edən zaman iddiaçıya istifadə etmədiyi malları qaytarmağı təklif etsə də, iddiaçı razılaşmamış, qabların pulunu istədikdə hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Lakin iddiaçı həmin məbləğin hissə-hissə köçürülməsini də istəməmişdir. Onun tərəfindən borc üzxrə iki dəfə, 100 manat və iki dəfə 50 manat olmaqla ödəniş edilmişdir. O, ödənişləri ödəmə aparatı vasitəsi ilə iddisçının həyat yoldaşına məxsus kar hesabına köçürmüşdür. Qızılla bağlı iddiaçı ilə aralarında alış-veriş məsələsi olsa da, onun tərəfindən ödənilən 200 manat ödəniş qablara görə olduğu borca görə olmuşdur. Hazırda 1075 manat borcu qalmışdır. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli Milliön elektron ödəmə sisteminin qəbzindən görünür ki, İddiaçı 100 manat və xx.xx.2024-cü il tarixdə 29,71 manat pul göndərilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarı: Mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı: MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, ... cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinin tam etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahid ifadəsini dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 26 dekabr 2023-cü il tarixdə 1275 (bir min iki yüz yetmiş beş) manat dəyərində yeni ilə aid əmlaklar (Şam ağacı, şaxta baba, maral, işıq,araba, 6 ədəd boşqab, 2 ədəd ləpə qabı, 2 ədəd su qrafini, 2 ədəd ho-ho-ho santa, 2 ədəd səbət kanfet qabı, 2 ədəd qapaqlı kəndqabı və boşqab) satışı ilə bağlı razılıq əldə edilmiş, nəticədə iddiaçı tərəfindən cavabdehə qeyd edilən malların verilməsi işin mübahisəsiz halıdır. İddiaçı həmin puldan 200 manat ödəniş etdiyini bildirmiş, lakin qaytarılan pulun qızıl borcuna hesabladığını bildirmişdir. Cavabdeh isə öz növbəsində iddiaçıdan 1275 manatlıq qabqacaq aldığını, daha sonra 200 manat ödəniş etdiyini etiraf etsə də, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışla ümumilikdə 129.71 manat məbləğində pulun ödənilməsi öz təsdiqini tapmış, həmin məbləğin başqa borc məsələsi ilə əlaqdar ödənilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1145.29 manat məbləğində pul və 33 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1145,29 (min yüz qırx beş manat iyirmi doqquz qəpik) manat məbləğində dəymiş zərər və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-1607/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1607/2025
12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver