Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1609/2025 05.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və maddi ziyanın ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı “əmrin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı “əmrin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2022-ci il tarixində bağlanılmış əmək müqaviləsinə dair bildirişə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilməsinin ləğv edilməsi və bu müddət ərzində ona dəymiş 3000 manat maddi ziyanın və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh2 tərəfindən 314 nömrəli bildiriş göndərilərək onun xx.xx.2024-cü il tarixindən heç bir məlumat vermədən işə gəlmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə dair bildirişə xitam verilməsinə zəmin yarandığı bildirilmişdir. Lakin daha sonra bir neçə dəfə onun tərəfindən həm Cavabdeh2 MMC-yə, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə işə bərpa edilməsi ilə bağlı müraciət edilsə də ona müsbət cavab verilməmişdir. X4 Xidməti tərəfindən verilən 3-17- 5/2-Ə-83533/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda onunla xx.xx.2022-ci il tarixində bağlanılmış əmək müqaviləsinə dair bildirişə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2024-cü il tarixdə xitam verildiyi qeyd edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, sözügedən məsələnin hərtərəfli araşdırılması məqsədilə Cavabdeh2 MMC-dən sənədlər tələb edilsə də şirkət tərəfindən həmin sənədlər təqdim olunmamışdır. Bundan başqa hesab edir ki, bu müddət ərzində ona maddi ziyan dəymişdir, buna görə də onun işdən çıxdığı tarixdən bu günə qədər olan üç ay on gün üzrə əmək haqqı və məzuniyyətinə görə verilən əlavə ödəniş olmaqla, ümumilikdə 3000 manat ona geri ödənilməlidir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı ilə xx.xx.2022-ci il tarixində bağlanılmış əmək müqaviləsinə dair bildirişə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilməsinin ləğv edilməsi və bu müddət ərzində İddiaçı dəymiş 3000 manat maddi ziyanın və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi, həmçinin İddiaçı işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinə qarşı etiraz:
4. xx.xx.2025-ci il tarixdə cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq iddianı qəbul etməmiş və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-nin keçmiş əməkdaşı olan İddiaçı xx.xx.2022-ci il tarixdə Satış Departamentinə, ehtiyat merçendayzer plyus vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə isə vəzifəsi artırılaraq merçendayzer plyus vəzifəsinə keçirilmişdir. Şirkətin Daxili Nəzarət Şöbəsi tərəfindən təqdim edilən 657 nömrəli, xx.xx.2024-cii il tarixli təqdimata əsasən İddiaçı 1544 manat dəyərində götürdüyü şirkətin ona həvalə etdiyi malları başqa ticarət nöqtəsinə çatdırmışdır, bu hal isə şirkətə ziyan vurulması ilə nəticələnmişdir (qeyd: hər bir dükanın özünə görə faiz endirim dərəcəsi olduğundan keçmiş əməkdaş sui-istifadə edərək endirimli malları digər dükanlara yönəldərək xeyir əldə etmişdir). Məsələ araşdırıldığı müddətdə cavabdeh işə gəlməmişdir, lakin dəfələrlə ona işə gəlməsi ilə bağlı məlumat verilmişdir. Nəticədə xx.xx.2024-cü il tarixdən işə gəlmədiyindən şirkət tərəfindən qərar verilmişdir ki, işdən kənarlaşdırılsın, bununla bağlı yaşadığı ünvana məktub göndərilmiş, lakin onun tərəfindən işə gəlməməsi ilə bağlı heç bir rəsmi sənəd təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməklə işdən azad edilmişdir. Eyni zamanda iddiaçı iddia müddətini ötürmüşdür, bu səbəblə hesab edirlər ki, iş məhkəmə tərəfindən qəbul edilməməli idi. Bundan başqa tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda iddiaçı tərəfindən həmin tələbə riayət edilməmişdir. Beləliklə, iddia tələbi əsassız olduğundan, həmçinin iddia müddətinin keçməsi ilə əlaqədar hesab edirlər ki, iddia tələbi rədd edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı şirkətdə ekspeditor vəzifəsində çalışmışdır. Bir gün ona bildirilib ki, işlədiyi mağazada yoxlama aparılacaq. Yoxlama aparılan zaman iddiaçıya təhvil verilmiş mallarda əskiklik olub və idarəyə gedərkən ona artıq işə gəlməməsini, onu işdən azad etdiklərini bildiriblər. Hətta iddiaçının işləmək üçün kompyuterinin girişinə belə məhdudiyyət qoyublar. İddiaçı da xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi məktub göndərərək, iş yerinin hara olduğu, onun hansı əraziyə çıxmalı olduğunu soruşsa da ona heç bir məlumat verilməmişdir. Bir dəfə telefonla zəng olunaraq öz ərizəsi ilə işdən çıxmalı olduğunu, əks təqdirdə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə işdən azad edəcəklərini bildiriblər. Daha sonra iddiaçı vəkilə müraciət etmiş və onlar birlikdə MMC-yə yaxınlaşmışlar, lakin MMC onları qəbul etməkdən imtina etmişdir. Daha sonra iddiaçı mövcud vəziyyətlə bağlı Əmək Müfəttişliyinə şikayət etsə də MMC iddiaçı ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Onlar daha sonra yenidən Əmək Müfəttişliyinə müraciət etdikdə isə yenə sənədlər təqdim olunmasa da onlara bildirilmişdir ki, iddiaçı Əmək Məcəlləsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Lakin rəsmi olaraq heç bir sənəd onlara təqdim edilməmişdir. Bundan başqa mediasiya prossesi ilə bağlı ərizəsinə etiraz edərək bildirdi ki, mediasiya prossesi ilə bağlı arayış və iddia ərizəsinə dəqiqləşmə məhkəməyə təqdim edilmişdir. İddia müddəti ilə bağlı ərizəyə münasibətdə bildirdi ki, onların Əmək müfəttişliyinə ünvanladıqları məktubun tarixi Əmək müfəttişliyinin onlara ünvanladığı rəsmi cavab məktubundan da göründüyü kimi ilk müraciət xx.xx.2024 və ikinci müraciət xx.xx.2024-cü il tarixlidir. Yəni göründüyü kimi iddiaçının müraciəti qanunla müəyyən olunmuş müddət çərçivəsində verilmişdir.
7. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiqinə dair ərizəni müdafiə edərək İddiaçı tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, iddiaçı işlədiyi dövrdə öz ərazisinə aid olmayan restoranlara endirimli mallar satmışdır. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı “Araz Market” şəbəkəsinə aid olan 130 qutu suyu endirim olmayan restoranlara endirimli qiymətlərlə satıb. Bundan sonra ona araşdırma getdiyini və əraziyə çıxmaması bildirilmiş, lakin o əraziyə çıxmamaqla bərabər həmçinin iş yerinə də gəlməmişdir. Bundan sonra onun barəsində tədbir görülmüş və o, işdən azad olunmuşdur. Bu dövr ərzində isə onu idarəyə dəvət edərək öz ərizəsi ilə işdən çıxması və lazımi sənədlərin götürülməsi təklif olunmuşdur. Lakin o, idarəyə vəkili ilə gəldiyinə görə qəbul edilməmişdir. Daha sonra əmr xx.xx.2024-cü il tarixdə onun ünvanına göndərilmiş və qəbul edilmişdir. Bu səbəbdən də hesab edir ki, iddianın rədd edilməsi üçün kifayət qədər sübutlar mövcuddur.
8. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qabaqcadan qanuna müvafiq qaydada məlumatlandırılmış cavabdhelər (nümayəndələri) məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməni əvvəlcədən hər hansı bir formada məlumatlandırmamışlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt xərcini ödəmişdir. Lakin Cavabdeh2 MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
10. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, İddiaçı cavabdehə Cavabdeh2 MMC-yə rəsmi müraciət edərək məlumat verilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıya aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə onlar tərəfindən Cavabdeh2 MMC-nin ünvanına 3-17-5/2-68126/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir.Tələb olunan sənədlərin təqdim olunması “ X5 LTD” MMC tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.20224-cü il tarixdə xitam verildiyi müəyyən edilmişdir). Təqdim olunan əmək haqqı bank çıxarışı əsasında iddiaçıya xx.xx.2024-cü il tarixində 1323.35 manat son haqq-hesab təyinatlı vəsaitin ödənildiyi məlim olmuş, lakin Cavabdeh2 MMC tərəfindən sənədlər təqdim edilmədiyindən ödənilmiş vəsaitin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb hesablanmamasına münasibət bildirmək mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Cavabdeh2 MMC tərəfindən sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılacaqdır. Müraciətdə qeyd olunan məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
12. Cavabdeh2 MMC tərəfindən iddiaçıya ünvanlanmış 325 nömrəli, xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Cavabdeh2 MMC-nin İA- 397 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı əmək kitabçasını təhvil götürülməsi bildirilmişdir.
13. Cavabdeh2 MMC-nin İA-397/24 nömrəli, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Cəmiyyətin Satış Departamenti, OT Satış şöbəsi, COBO / FOBO Satış bölməsinin Merçendayzer plyus vəzifəsində çalışan işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç” bəndinə əsasən (İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilmədikdə, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə istinad edərək (özünün xəstəliyi, yaxud qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam verilmişdir.
14. Əmək müqaviləsindən görünür ki, işəgötürən Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (3 ay) müddətli əmək müqaviləsi bağlanmış, Əhədli X1 departamenti satış şöbəsi - Ehtiyat merçendayzer plyus vəzifəsinə qəbul edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdən merçendayzer plyus vəzifəsinə keçirilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
15. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
16. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
17. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
18. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
19. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
20. 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
21. 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
22. 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
23. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
Azərbaycan Respublikası Mülkü Məcəlləsinin:
24. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;
25. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır;
26. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun:
27. 34.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir.
28. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
29. 35.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
31. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
32. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir.
34. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, İddiaçı əmək müqaviləsinin ləğv edildiyini bildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olmuşdur.
35. Belə ki, iddiaçı hüqununun pozulmasını xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Cavabdeh2 MMC-nin İA-397 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi barədə bildirişi imza edərək qəbul etməklə, ona hesablanmış son haqqhesabı almaqla bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir.
36. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).
38. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
39. İddia ərizəsinin məzmunundan, məhkəmə iclası zamanı verdiyi izahatından da aydın olur ki, İddiaçı məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etməməsini işdən çıxarılmasına dair əmrin ona verilməməsi ilə əsaslandırılır. Mövcud iddia tələbi üzrə iddia müddəti qanunla işçinin işdən azad edilməsinə dair əmrin surətini aldığı vaxtdan deyil, işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən başladığından, iddiaçının əmrin surətinin ona verilməməsinə əsaslanması əsassızdır.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
41. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
42. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan Cavabdeh2 MMC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini, iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir.
43. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan Cavabdeh2 MMC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi təmin edilməməlidir.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
45. Bundan başqa iddiaçı iddia ərizəsində iddianın müəyyən edilmiş müddətdə verildiyini qeyd etmiş və bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə edilmiş müraciətlərlə əsaslandırmışdır.
46. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmır.
47. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X4 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X4 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.
48. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir.
49. Məhkəmə həmçinin iddiaçının maddi ziyanın ödənilməsi barəsində digər iddia tələbini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də təmin edilməməlidir.
50. Belə ki, iddianın maddi ziyanın ödənilməsi barəsində hissəsi törəmə hüquq münasibəti olub, əmrin ləğv edilməsi və işə bərpa barəsində iddia tələbindən asılıdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın əmrin ləğv edilməsi və işə bərpa barəsində hissəsi təmin edilmədiyindən, iddianın maddi ziyanın ödənilməsi barəsində hissəsi də təmin edilməməlidir.
51. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi:
İddiaçı Cavabdeh2 MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova