Məhkəmə qərarları › İş №e-2(001)-1621/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1621/2022

16.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1621/2022 16.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçının cavabdehlər Cavabdeh3 MTK-ya, Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilələrin etibarsızlığı, miras əmlaka pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3 MTK-ya, Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilələrin etibarsızlığı, miras əmlaka pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış 178 saylı xx.xx.2016-cı il tarixli müqavilənin, Cavabdeh3 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 178 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən 4-cü giriş, 7-ci mərtəbə., 198 saylı 2 otaqlı mənzilə dair onun 1/8 payda vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi(vəkili) Nümayəndə 01 iyun 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında əldə edilmiş razılığa əsasən Cavabdeh1 tərəfindən İddiaçının atasından miras qalmış ünvan 1 ünvanda yerləşən 4-cü giriş, 7-ci mərtəbədəki 198 saylı mənzilə görə iddiaçının miras payı üçün 8000 (səkkiz min) manat məbləğində kompensasiya ödənildiyindən, hazırki mülki iş üzrə iddia tələblərindən imtina etdiklərini, həmin mənzillə bağlı hər hansı tələblə məhkəməyə müraciət etməyəcəklərini bildirərək, mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiadan imtina edilmə barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina edilmə qəbul edilməli, iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1 və 52.5-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddia tələbindən imtina edilməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmişdir, iddiaçının öz iddia tələbindən imtina edilməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının öz iddia tələbindən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçının iddiadan imtina etməsinin məhkəmə tərəfindən qəbul edildiyini nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçının cavabdehlər Cavabdeh3 MTK-ya, Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilələrin etibarsızlığı, miras əmlaka pay hüququnun müəyyən edilməsi» tələbi barədə mülki işin icraatına xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, işin baxılması ilə əlaqədar məhkəmə xərclərinin ödənilməsi məsələsinə də qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Odur ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 122, 261- 264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının cavabdehlər Cavabdeh3 MTK-ya, Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilələrin etibarsızlığı, miras əmlaka pay hüququnun müəyyən edilməsi» tələbi barədə mülki iş üzrə iddiaçının iddiadan imtina etməsi qəbul edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar