Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1623/2022 20.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (o, həm də Cavabdeh1 nümayəndəsidir) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun paylara mütənasib bölünməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun paylara mütənasib bölünməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan “Toyota Kuluger”minik markalı **-CE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq hərracdan satılması və satış pulunun paylarına mütənasib surətdə (5/8 hissədə onun, 1/8 hissədə Cavabdeh3, 1/8 hissədə Cavabdeh1 və 1/8 hissədə Cavabdeh2) bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X5 ilə 27 mart 2009-cu il tarixdə nikaha daxil olmuş və birgə nikahda olduqları müddətdə 15 fevral 2020-ci il tarixdə birgə təsərrüfat hesabına mərhum ərinin adına alğı-satqı müqaviləsi əsasında “Toyota Kuluger” markalı nəqliyyat vasitəsi alınmışdır. X2 10 mart 2021-ci il tarixdə vəfat etmiş və onun adına rəsmiləşdirilmiş birgə mülkiyyətlərində olan 2003-cü il buraxılışlı, Universal tip, Gümüşü metallik rəngli, “Toyota Kuluger” minik markalı nəqliyyat vasitəsinin onun payına düşən hissəsi miras qalmışdır. Bundan sonra miras əmlakın yerləşdiyi yer üzrə notariusa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş və 26 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 09 dekabr 2021-ci il tarixli şəhadətnamə verilmişdir. Sözü gedən şəhadətnaməyə əsasən vərəsə İddiaçı miras əmlakdan 5/8 hissədə pay almalıdır. Digər vərəsələrin isə hər birinə bir pay düşmüşdür. Öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsi şərti ilə onlara satılması ilə bağlı cavabdehlərə bildiriş göndərməyinə baxmayaraq, bu vaxta kimi hər hansı bir cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, “Toyota Kuluger”minik markalı **-CE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi mərhum atasından miras olaraq qalmışdır və həmin avtomobilin 1/8 hissəsi ona məxsusdur. O, avtomobilin hərrac yolu ilə satılaraq paylara uyğun bölünməsinə etiraz etmir, lakin avtomobilin qiyməti ilə bağlı tərəflərlə razılığa gələ bilmirlər. Məhkəmə iclasında Cavabdeh3 (o, həm də Cavabdeh1 nümayəndəsidir) bildirdi ki, mərhum atası X1 miras qalmış “Toyota Kuluger”minik markalı **-CE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/8 hissəsi ona, 1/8 hissəsi X3, 1/8 hissəsi Cavabdeh2 və 5/8 hissəsi İddiaçı məxsusdur. O və qardaşı avtomobilin hərrac yolu ilə satılaraq paylara uyğun bölünməsinə etiraz etmirlər, lakin avtomobilin qiyməti ilə bağlı razılığa gələ bilmirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 177821 №-li Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbi ilə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 03 ayının 16 günündə 469 № ilə qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh2 Fazil oğlu tərəfindən ünvan 1 ünvanlanmış ərizənin surətindən görünür ki, o, 10 mart 2021-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakları qəbul edir. Miras əmlak daşınar və daşınmaz əmlakdan ibarətdir. İş materiallarında olan Cavabdeh3 Fazil qızı tərəfindən ünvan 1 ünvanlanmış notarial qaydada tərtib edilmiş ərizənin surətindən görünür ki, o, 10 mart 2021-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakları qəbul edir. Miras əmlak daşınar və daşınmaz əmlakdan ibarətdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən ünvan 1 ünvanlanmış notarial qaydada tərtib edilmiş ərizənin surətindən görünür ki, o, 10 mart 2021-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakları qəbul edir. Miras əmlak daşınar və daşınmaz əmlakdan ibarətdir. İş materiallarında olan İddiaçı tərəfindən ünvan 1 ünvanlanmış notarial qaydada tərtib edilmiş ərizənin surətindən görünür ki, o, 10 mart 2021-ci il tarixdə vəfat etmiş əri X1 miras qalmış əmlakları qəbul edir. Miras əmlak daşınar və daşınmaz əmlakdan ibarətdir. İş materiallarında olan 09 dekabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan 5/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak –AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD737243 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi ACU250004886, mühərrikin nömrəsi- -və buraxılış ili 2003-cü il olan “Toyota Kuluger” minik markalı **-CE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh3 ünvanlanmış 23 dekabr 2021ci il tarixli Bildirişdən görünür ki, “Toyota Kuluger” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində olan payını 5.000 manat müqabilində onlara təklif etmiş və niyyətləri barədə ona rəsmi məlumat verilməsini, əks təqdirdə açıq hərracda satılması və satışdan əldə edilmiş pulun 5/8 hissə, payına uyğun ona verilməsi ilə bağlı məhkəməyə müraciət olunacağını bildirmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 23 dekabr 2021-ci il tarixli Bildirişdən görünür ki, “Toyota Kuluger” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində olan payını 5.000 manat müqabilində onlara təklif etmiş və niyyətləri barədə ona rəsmi məlumat verilməsini, əks təqdirdə açıq hərracda satılması və satışdan əldə edilmiş pulun 5/8 hissə, payına uyğun ona verilməsi ilə bağlı məhkəməyə müraciət olunacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 30 iyun 2022-ci il tarixli 016-80260-1222 saylı məktubundan görünür ki, “Toyota Kuluger” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində X4 vərəsəsi İddiaçı miras qalmış əmlakdan 5/8 hissədə payının müəyyən edilməsi barədə DİN Baş X9i İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Hazırki işdə iddiaçının başlıca tələbi mübahisə mövzusu nəqliyyat vasitəsinin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylarına münasib surətdə bölüşdürülməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2ci maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 1281-ci maddəsinə əsasən, əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Həmin Məcəllənin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Mülki Məcəllənin 220-ci maddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Beləliklə işin hallarından göründüyü kimi, mirası əmlakı olan “Toyota Kuluger” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 5/8 hissəsi İddiaçı, 1/8 hissəsi Cavabdeh2, 1/8 hissəsi Cavabdeh1 və 1/8 hissəsi Cavabdeh3 vərəsəlik qaydasında keçmişdir. Mübahisəli nəqliyyat vasitəsinin iddiaçıya məxsus olan payının tənasübsüz zərər vurmadan naturada ayrılması mümkün deyildir və tərəflər arasında kompensasiyanın ödənilməsi və onun məbləği ilə bağlı da razılıq əldə edilməmişdir. Şərh edilənlərə əsasən iddiaçının mübahisəsi gedən nəqliyyat vasitəsinin hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin 5/8 hissəsinin ona verilməsini istəməkdə haqlı olduğu qənaətinə gələn məhkəmə, mübahisəli nəqliyyat vasitəsinin keçiriləcək hərracdakı ilkin satış qiyməti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "xxxx" MMC-nin 10 iyun 2022-ci il tarixli 0056 №-li Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə Hesabatından görünür ki, buraxılış ili 2003-cü il olan gümüşü metallik rəngli “Toyota Kuluger” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 10.000 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə "xxxx" MMC-nin 10 iyun 2022-ci il tarixli 0056 №-li hesabatını əsas götürməklə hesab edir ki, Toyota Kuluger” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 10.000 (on min) manat olaraq müəyyən olunmalıdır. Şərh edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməli, “Toyota Kuluger” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 10.000 (on min) manat olmaqla, açıq hərracdan satılmalı və satışdan əldə edilən pul vəsaiti paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Buna əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu, cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən qiymətləndirilmə xidmətinin göstərilməsinin dəyəri 300 manat təşkil edir. Həmin məbləğin 150 manatı İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyərinin ödənilməmiş 150 (yüz əlli) manatı cavabdehlərdən müştərək qaydada tutularaq adı çəkilən MMC-nin hesabına köçürülməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. “Toyota Kuluger” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satış qiyməti 10.000 (on min) manat edilməklə açıq hərracda satılsın və satışdan əldə edilmiş pul vəsaiti paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - İddiaçı 5/8 hissə, cavabdehlər Cavabdeh2 1/8 hissə, Cavabdeh1 1/8 hissə və Cavabdeh3 1/8 hissə olmaqla bölünsün. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilsin. "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyərinin 150 (yüz əlli) manatı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq adı çəkilən MMC-nin hesabına (hesab: VÖEN **********, hesab nömrəsi AZ12PAHA40060AZNHC**********,müxbir bank "xxxx" ASC, “S.W.İ.F.T. PAHAAZ22 kod:505141, Bankın VÖEN-i **********) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1623/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1623/2022
20.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver