Məhkəmə qərarları › İş №e-2(001)-1629/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1629/2024

15.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1629/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh, onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18000 manat məbləğində pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 144 manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şətan adlı şəxsdən “Mercedes E240” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili 13000 manata etibarnamə ilə almışdır. İddiaçıya etibarnamə verilən zaman Cavabdeh da orda olmuş, iddiaçı pulu hər ikisinin iştirakı ilə Şətana vermişdir. Şətan isə iddiaçıya bildirmişdir ki, maşını istədiyi qədər etibarnamə əsasında idarə edə, nə vaxt istəsə öz adına keçirə bilər. İddiaçı həmin maşının saz vəziyyətə gətirilməsi üçün 5000 manat məbləğində xərc çəkmişdir. Həmin maşın texniki pasport əsasında Cavabdeh məxsus olmuşdur. Daha sonra isə Cavabdeh borclu olduğu icra sənədi əsasında avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomobil satılmışdır. Avtomobili iddiaçı idarə edərkən Salyan postunda polis əməkdaşları tərəfindən saxlanılmış və avtomobilin axtarışda olduğu müəyyən edilmişdir. İddiaçı dəfələrlə avtomobilin pulunun ona qaytarılmasını Sadiqdən və Şətandan tələb etsə də, pulun qaytarılmasından imtina edilmişdir. Bildirilmişdir ki, maşını adına keçirərdin. Buna görə də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, Şətan adlı şəxsdən “Mercedes E240” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili 13000 manata etibarnamə ilə almışdır, pulu şəxsən cavabdehə vermişdir. Lakin avtomobil həbsdə olmuş postda saxlanaraq ondan alınmış və hərracda satılmışdır. Beləliklə o, verdiyi pulu cavabdehdən tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında göstərdi ki, cavabdeh iddianı qəbul etməsə də, iddia əsaslıdır. Cavabdeh “Mercedes E240” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir və iddiaçıya avtomobili 13000 manata satmışdır. Cavabdeh icra sənədi üzrə öhdəliklərinə görə qeyd edilən avtomobil iddiaçıdan alınmış və 12500 manata icra sənədi üzrə tələbkara borc əvəzində verilmişdir. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, o, iddiaçını tanımır, “Mercedes E240” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan deyil, Şətan (Şəfi) adlı şəxsdən almışdır. İddiaçı ilə onun arasında alğı-satqı müqaviləsi olmamışdır, bir-birlərini tanımırlar, avtomobil formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdir. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, iddia tam əsassızdır, tərəflər arasında faktiki alğı-satqı olmamışdır. Cavabdehin təqsiri yoxdur. Şətan iddiaçı ilə tanış olub və maşını satmışdır. Cavabdeh isə avtomobili iddiaçıya satmamışdır. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, “Mercedes E240” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətində olmuşdur. O, həmin avtomobili Sadiqdən aralarındakı razılıq əsasında dəyərini hissə-hissə ödəmək şərti ilə almışdır. Sadiq ona avtomobillə bağlı etibarnamə vermiş, o, avtomobili həmin etibarnamə əsasında idarə etmişdir. Lakin, bir müddət sonra avtomobilə görə Sadiqə aylıq ödəniş edə bilmədikdə, onu satmaq qərarına gəlmişdir. İddiaçı alıcı qismində həmin avtomobil üçün təklif etmiş, o, bu barədə Sadiqə məlumat vermişlər. Avtomobil Sadiqin mülkiyyətində olduğu üçün Elvinə etibarnamə verilməsi üçün Sadiq də faktiki alğısatqı zamanı notariat ofisində iştirak etmişdir. O, Elvindən aldığı 13000 manatdan Sadiqə olan borcunu qaytarmış, qalan pulu özünə götürmüşdür. Satılan zaman avtomobilin təmir zərurəti olmuş, Elvin avtomobilə təxminən 4-5 min manat xərc çəkmişdir. Sonradan bilmişdir ki, avtomobil Sadiqin borcuna görə Elvinin əlindən alınmış, başqa şəxsə satılmışdır. İş materiallarında olan: - 27.05.2021-ci il tarixli, ƏN-Vİİ seriyalı, 874808 nömrəli etibarnamədən görünür ki, Cavabdeh “Mercedes E240” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 01 il müddətinə İddiaçı etibar etmişdir. - AD ******* saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes E240” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. - Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2479/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 11639 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-765/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh məxsus “Mercedes E240” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və avtomobil 12500 manat dəyərində qiymətləndirilmişdir. Avtomobil artıq qalan məbləğin borcluya qaytarılması şərti ilə borc əvəzi tələbkar X3 təklif olunmuş və həmin təklif qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. İşin müəyyən edilən hallarına görə İddiaçı Cavabdeh məxsus “Mercedes E240” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili Şətan adlı şəxsdən 13000 manata etibarnamə ilə almışdır, pulu şəxsən cavabdehə vermişdir. İlk növbədə məhkəmə tərəflərin istinad etdiyi dəlillərin əsaslılığı ilə bağlı qeyd edir ki, iddiaçı 13000 manat ödədiyini və avtomobilə 5000 manat xərc çəkdiyini iddia edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). İddiaçının dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, onun tərəfindən tam olaraq 18000 manatın məhz cavabdehə ödədiyi sübut olunmur. Belə ki, tərəflər arasında yaranan münasibətlər şifahi qaydada baş verərək heç bir rəsmi sənədlə rəsmiləşdirilməyib. İş üzrə şahid qismində dindirilən X4 avtomobilin İddiaçı Tahir oğlu tərəfindən 13000 manata alındığını bildirir. Bununla yanaşı iddiaçı avtomobili əldə etdikdən sonra ona 5000 manat xərc qoyduğunu sübut edə bilmir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı 13000 manat pulun alınmasına nə qanuni əsas, nə də müqavilə olmadığından əsassız olaraq varlanmışdır. Ona görə də əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaiti iddiaçıya qaytarılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 13000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddia qismən təmin edildiyindən, onun təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar