Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-164/2025 10.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə Mustafayeva (Özcan) Nigar Sədi qızına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və X8 cəlb edilməklə) "mülkiyyət hüququ ilə mülkiyyətçiyə məxsus olan mənzilin hərracda satılması üçün cavabdeh tərəfindən tərtib edilmiş rəyin (əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatın) və hərracın yekunları barədə prostokolun etibarsız hesab edilməsi" tələbinə dair mülki işə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan, ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzilə dair Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş və həmin mənzilin dəyərinin 175 000 (bir yüz yetmiş beş min) manat olmasını təsdiq edən, “Əmlakın qiymətləndirilməsi ilə bağlı Hesabat” RƏY-in etibarsız hesab edilməsi, mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan, ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzilin satışı (realizəsi) ilə bağlı Cavabdeh2 MMC tərəfindən təşkil edilmiş hərracın qanunsuz hesab olunması və onun yekunlarını özündə əks etdirən, 09 yanvar 2024-cü il tarixdə tərtib edilmiş, həmin tarixli, 04/24 nömrəli Protokolun etibarsız hesab olunması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 (yüz bir) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 11 (on bir) manat olmaqla, ümumilikdə 112 (bir yüz on iki) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi (verilməsi barədə) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə üçüncü şəxs X8 ilə Cavabdeh3 ümumi birgə nikahlarından iddiaçı - İddiaçı dünyaya gəlmişdir. Bir müddət sonra, cavabdehlər arasında olan nikah məhkəmənin müvafiq qətnaməsi ilə ləğv olunmuşdur. Tərəflər nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzili almışlar. Nikah münasibətlərinə məhkəmənin qətnaməsi ilə xitam verildikdən sonra, göstərilən mənzilin bölünməsi üçün məhkəməyə müraciət etmişlər. Məhkəmənin qətnaməsi ilə mənzilə dair hər iki tərəfin yarı hissədə mülkiyyət hüquqları tanınmışdır. Daha sonra, Cavabdeh3 yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin satılması və satışdan əldə olunan vəsaitə yarı hissədə payının dəyərinin ona ödənilməsi barədə qətnamənin çıxarılmasını istəmişdir. İşə baxmış Yasamal rayon Məhkəməsi iddia tələbininin təmin edilməsi barədə xx.xx.2017-ci il tarixli, 2(004)-5580/2017 nömrəli qətnmamə qəbul etmişdir. X1 şikayət verməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmış və qanuni qüvəsini almışdır. Yasamal rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə daxil olmuşdur. Qətnamənin icra icraatında olduğu müddətdə, mənzilə dair mülkiyyətçilərdən, eləcə də hazırki iş üzrə üçüncü şəxs X8 öz payının yarı hissəsini hazırki iş üzrə iddiaçıya vermiş və İddiaçı haqqında danışılan mənzilə xx.xx.2020-ci il tarixdə 1/4 hissədə mülkiyyət hüquqları yaranmışdır. Lakin icra icraatı zamanı iddiaçının icra hərəkətlərindən xəbəri olmamışdır. Bir müddət sonra iddiaçıya bəlli olmuşdur ki, haqqında danışılan mənzilin hərracda satılması üçün "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə satışa çıxarılması barədə xx.xx.2022-ci il tarixli 01/186 nömrəli məktub verilmişdir. Məktubla tanış olan zaman müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan mənzilin dəyəri 152 000 (bir yüz əlli iki min) manat məbləğində dəyərləndirilmişdir. Sonradan dəqiqləşdirilmişdir ki, mənzil "xxxx" MMC adlı hüquqi şəxs tərəfindən hazırlanmış (tərtib edilmiş) və xx.xx.2021-ci il tarixli, 190/21 nömrəli “ekspert rəyi” adlı sənədlə həyata keçirilmişdir. Qeyd edilən “ekspert rəyi” adlı sənəd rəsmi qaydada iddiaçıya təqdim olunmadığından, iddiaçı həmin sənədi şəxsən Yasamal rayon İŞ-dən kserosurətini əldə etmişdir. Həmin sənədlə tanış olarkən müəyyən olunmuşdur ki, heç bir ekspertiza fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti olmayan bir hüquqi şəxs tərəfindən həqiqəti əks etdirməyən, mülkiyyətçiyə paylı hüquqla məxsus olan mənzilin dəyərini həddən artıq aşağı qiymətlə qiymətləndirilmişdir. İkinci bir tərəfdən, haqqında danışılan sənədi tərtib etmiş şəxs və ya şəxslər heç vaxt mənzildə olmamış və bundan mülkiyyətçinin xəbəri olmamışdır. Nə də ki, bu barədə heç vaxt rəsmən və ya şəxsən məlumat verilməmişdir. Necə ola bilir ki, mülkiyyətçinin xəbəri yoxdur, ancaq səlahiyyəti olmayan hansısa bir hüquqi şəxs (MMC) tərəfindən mülkiyyətçinin mənzilini yarıdan da aşağı qiymətə dəyərləndirir? Ən maraqlısı da budur ki, həmin “rəydə” əmlakın şəkilləri olan hissəsində bilinməyən bir yerin şəkilləri çəkilərək əlavə olunmuşdur. Bu necə ola bilər ki, şəkildə olan yer haradır? Və yaxud da şəkildə olanların mülkiyyətçinin mənzili ilə hansı bağlılığı vardır? Bütün bunlar onu özündə ehtiva etmişdir ki, Yasamal rayon İŞ qəsdən özü bilə-bilə ekspert kimi hüquqi statusu olmayan bir MMC tərəfindən belə bir sənəd almışdır ki, mülkiyyətçinin hüquqları pozulsun. Bu məqsədlə, iddiaçı hələ ilk əvvəl Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, aşağıdakılar barədə qətnamənin çıxarılmasını xahiş etmişdir: Mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan, ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzildən sahiblik və istifadə olunması üçün cavabdehlər X7 və Cavabdeh3 hər hansı bir maneənin qadağan olunması, Mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan, ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzildən mülkiyyətçinin öz hüquqlarının tam, sərbəst və heç bir müdaxilə etmədən həyata keçirilməsi ilə bağlı X7 və Cavabdeh3 istənilən qanunazidd hərəkətlərinə son qoyulması, Cavabdeh "xxxx" MMC trəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli, 190/21 nömrəli “eskpert rəyi”nin etibarsız hesab edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 (yüz bir) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 11 (on bir) manat olmaqla, ümumilikdə 112 (bir yüz on iki) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi (verilməsi barədə) qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesləri dövründə iş üzrə ekspertiza təyin edilmiş və mübahisəli mənzilin dəyərinin həqiqi, real bazar dəyərinin dəqiqləşdirilməsi (öyrənilməsi) vacib sayılmışdır. AR ƏN MEM-nin xx.xx.2022-ci il tarixli, 10/3474-9/3907 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, haqqında danışılan mənzilin 10 noyabr 2021-ci il tarixə və rəy verildiyi tarixə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 175 610 (bir yüz yetmiş beş min altı yüz on) manat təşkil etmişdir. Məhkəmə prosesləri keçirilmiş və məhkəmənin də xx.xx.2022-ci il tarixli, e-2(004)-1615/2022 nömrəli qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. Xitam verilmənin prosessual hüquqi əsası kimi, hərracın keçirilməsinə qədər qiymətləndiricinin rəyindən verilən iddialar üzrə şikayətlər iddia qaydasında deyil, icra məmurunun hərəkətlərindən şikayət qaydasında həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Əgər hərrac keçiriləndən sonra qiymətləndiricinin rəyi mübahisələndirilərsə, bu zaman iddia icraatı qaydasında tərəfin məhkəməyə müraciət etmək hüququ vardır. Yasamal rayon Məhkəməsinin qərardadından müvafiq qaydada şikayət verilmiş olsa da, şikayətin təmin olunmaması barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-8039/2022 nömrəli qərardadı qəbul edilmişdir. Yasamal rayon Məhkəməsində olan iş üzrə məhkəmə prosesinə xitam verildikdən sonra, hərracda mübahisəli mənzilin satışı baş tutmamışdır. Bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdehlərdən Əmlak Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, 2359/23 nömrəli, “Açıq hərracın keçirilməsinə dair” Bildiriş vaxtı ilə iddiaçının nümayəndəsi və vəkili olmuş Nümayəndə1 yaşadığı ünvana göndərilmişdir. Məktubla tanış olan zaman müəyyən olunmuşdur ki, mübahisəli mənzilin hərracdan satılması ilə bağlı növbəti hərrac xx.xx.2024-cü il tarixə təyin olunmuş və mənzilin ilkin satış dəyəri isə 175000 (bir yüz yetmiş beş min) manat məbləğində qeyd edilmişdir. Həmçinin, məktubun mətnindən də görünür ki, hərracın keçirilməsinin ilkin hüquqi tərəfi kimi, iş üzrə üçüncü şəxs Yasamal rayon İŞ-nin xx/xx-5606/24-17826 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə aparılmışdır. Daha sonra, mənzilin dəyərinin hansı formada müəyyən olunması və bununla bağlı rəsmi məlumat istənilsə də, Yasamal rayon Məhkəməsində olan işdən yalnız cavabdehlərdən "xxxx" MMC tərəfindən tərtib edilmiş, “Əmlakın qiymətləndirilməsi ilə bağlı Hesabat” RƏY-in kserosurətinin əldə edilməsi mümkün olmuşdur. Ancaq istinad olunan Bildirişdən qabaq, hazırki iddiaçının da xəbəri olmadan və ona məlumat vermədən, cavabdehlərdən Hərrac Mərkəzi və eləcə də Yasamal rayon İŞ-si bir çox qanunsuzluqlara yol verməklə icra icraatında gizlin işlər görmüşlər. Belə ki, hələ yuxarıda istinad olunan Bildirişə qədər, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 2170/23 nömrəli “Açıq hərracın keçirilməsinə dair Bildiriş”i hazırlanmışdır ki, həmin sənəddən də iddiaçının xəbəri olmamışdır. Qeyd edilən bildiriş yalnız cavabdeh Nigar Mustafayevə və üçüncü şəxs X7 göndərilmişdir (bildiriş iddia ərizəsinə əlavə olunur). Bildirişdə göstərilmişdir ki, mübahisəli mənzilə dair hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin olunur. Bundan sonra, iş üzrə üşüncü şəxs Azər Cəlilov tərəfindən xx.xx.2023-cü il tarixdə Yasamal rayon İŞ-nin icra məmuru Emil Abiyevin adına ünvanlanmış ərizə ilə müraciət edərək, mənzilin təkrarən qiymətləndirilməsi üçün müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Çünki artıq 2023-cü il tarixdə mübahisələndirilən mənzilin dəyərinin həddən artıq yuxarı olması və bu kimi digər xüsusiyyətlərlə əlaqədar əsaslı formada qeyd edilmişdir. Ərizəyə əhəmiyyət verilməmiş və müvafiq qaydada hərrac keçrilmişdir. Lakin keçirilən hərrac baş tutmamış və bu barədə də xx.xx.2023-cü il tarixli, 106/23 nömrəli protokol tərtib edilmişdir. Bundan sonra, icra haqqında qanunun tələblərinə əsasən, qeyd olunan protokol (hərracın baş tutmasına dair) icra şöbəsinə geri qaytarılmışdır. Bütün bu hallar hərrac mərkəzinin xx.xx.2023-cü il tarixli, 2304/23 nömrəli rəsmi məktubu ilə müəyyən olunur ki, həmin məktubun da bir nüsxəsi iş üzrə üçüncü şəxs X7 göndərilmişdir. Göstərilən bu məktubdan da iddiaçının xəbəri olmamışdır. Və yalnız, xx.xx.2023- cü il tarixli məktubdan sonra, icra məmuru yenidən xx.xx.2023-cü il tarixli növbəti sifariş məktubu verir ki, bundan sonra da hərrac mərkəzinin xx.xx.2023-cü il tarixli, 2359/23 nömrəli məktubu iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 göndərilir. Həmin Bildiriş məktubunda da, qeyd etdikləri kimi, yenidən hərracın xx.xx.2024-cü il tarixdə olması barədə bildirilir. Bütün bunlar bir daha təsdiq edir ki, icra şöbəsinin icra məmuru qanunverciliyin tələblərini pozmaqla, düzgün qiymətləndirmə aparmadan icra hərəkətlərini həyata keçirmişdir. Necə olur ki, hərrac baş tutmadığı halda, mənzilin əldə edilməsi üçün mütləq tələbkara təklif olunmalıdırsa, lakin yenidən hərraca göndərilir? Bu artıq “İcra haqqında” qanunvericliyin tam kobud pozulmasını özündə müəyyənləşdirir. Bundan sonra, xx.xx.2024-cü il tarixdə keçirlmiş hərracda haqqında danışılan mənzil elə hazırki iş üzrə cavabdeh Nigar Mustafayevə də satılmışdır. Bu barədə cavabdeh Əmlak Hərrac Mərkəzinin xx.xx.2024-cü il tarixli, 12/24 nömrəli məktubunda tam təfsilatı ilə müəyyən olunur. Qeyd olunan məktub 13 yanvar 2024-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 yaşadığı ünvana rəsmi qaydada poçt vasitəsi ilə göndrilmiş və rəsmi qaydada alınmışdır. Mübahisələndirilən “Əmlakın qiyətləndirilməsi ilə bağlı Hesabat”a (RƏY-ə) nəzər yetirdikdə, rəyin özünün saxta və həqiqəti əks etdirməyən məlumatlardan ibarət olması ortadadır. Məhz elə onun nəticəsidir ki, MMC-nin və ya onun adından çıxış edən hər hansı bir şəxsin yalan rəy verməyə görə məsuliyyəti qanunvericiliklə müəyyən edilməmişdir. Çünki Cavabdeh1 MMC və ya onun adından çıxış etmiş istənilən şəxs ekspert deyildir. Cavabdeh1 MMC (və ya onun adından çıxış etmiş şəxs) yaxşı bilir ki, məsuliyyəti yoxdur, ona görə də istədiyi, həqiqətə uyğun olmayan və yalan məlumatları öz sənədində qeyd etmişdir. Bütün qeyd olunanlar onu bildirir ki, İddiaçı Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş, “Əmlakın qiyətləndirilməsi ilə bağlı Hesabat” RƏY adlı sənədi və eləcə də, digər Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Zahd Xəlilov küçəsində yerləşən 74 saylı evin 5 saylı mənzil barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 04/24 nömrəli hərracın yekunları barədə protokol etibarsız hesab olunmalıdır. Cavabdehlərdən Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş, “Əmlakın qiymətləndirilməsi ilə bağlı Hesabat” RƏY adlı sənədi haqqında danışılan qanunun nə tələblərinə uyğun tərtib edilmiş, nə də ki həmin qanunun tələbinə uyğun hüquqi statusu olan şəxs tərəfindən icra edilmişdir. Belə ki, həmin Qanunun 10-cu maddəsinin tələblərindən biri qiymətləndirici barədə bu sahədə zəruri təhsil almasını təsdiq edən müvafiq sənəd tələb olunur ki, həmin sənəd də hazırki mübahisləndirilən “Əmlakın qiymətləndirilməsi ilə bağlı Hesabat” RƏY adlı sənəddə görsənmir. Sadəcə, sənədi imza etmiş şəxs kimi Z.F.Həsənov adlı şəxs göstərilmişdir. Həmin şəxsin bu sahədə müvafiq biliyə malik olmasını təsdiq edən hər hansı bir hal öz təsdiqini tapmır. Bu səbəbdəndir ki, haqqında danışılan mənzil dəyərindən həddən artıq aşağı qiymətlə dəyərələndirilmişdir. Baxmayaraq ki, qeyd edilən ünvanda heç bir təmiri olmayan, yəni yaşayış üçün yaramayan mənzilin dəyəri 210 000 - 220 000 manat məbləğdən aşağı deyildir. Lakin mübahisəli mənzildə nəinki təmir olunmuş, hətta artıq neçə illərdir ki yaşayış vardır. Hazırki iş üzrə hüquq pozuntularından biri də icra məmuru tərəfindən mənzilin dəyərinin müəyyən olunması üçün qiymətlənmdiricinin dəvət olunmasının müvafiq qərarla həyata keçirilməsinin iddiaçıdan gizlətməsidir. Belə ki, “İcra haqqında” AR-nın Qanununun 51-ci maddəsinə əsasən də, qiymətlənidiricinin dəvət olunması müvafiq qərarla olmalı və bu barədə də tərəflər məlumatlandırılmalıdır. Bütün bunlara baxmayaraq, icra məmuru tərəfindən bununla bağlı heç bir hüquqi hərəkət olunmamış və əksinə, mənzil necə qiymətləndirilmiş, hansı hüquqi əsaslarla hərəkət edilmişdirsə, bunların heç birindən iddiaçının xəbəri olmamışdır. “İcra haqqında” Qanunun növbəti pozuntusu icra məmurunun mənzilin dəyərini müəyyənləşdirdikdən sonra mənzilin satışının həyata keçirilməsi üçün birbaşa hərraca göndərməsidir. Çünki qeyd edilən əmlakın birbaşa hərracda satılması üçün mütləq qaydada gərək ipoteka predmeti olmalı idi ki, bu da mümkün olsun. Ancaq qeyd edilən mənzil ipoteka predmeti olmamışdır. Bunun üçün icra məmuru ilk növbədə digər mülkiyyətçilərin üstünlük hüququnun gözlənilməsi üçün digər mülkiyyətçilərə mənzilin alınması üçün təklifini göndərməli idi və bunula da bağlı müvafiq hüquqi-prosedurlara əməl etməli idi. Ancaq qeyd olunduğu kimi, bunlar heç biri həyata keçirilməmişdir. Bütün bu xüsusiyyətlər onu göstərir ki, Yasamal İŞsi qəsdən mülkiyyətçiyə məxsus olan mənzilin həddən artıq aşağı qiymətlə satılmasını həyata keçirməkdə maraqlıdır. Bunun üçün də qanunvericiliyin normalarının pozulmasına belə göz yummaqdan çəkinmir. Məhkəmədə iddiaçı və nümayəndəsi Nümayəndə1 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Mustafayeva (Özcan) Nigar Sədi qızının nümayəndəsi Nümayəndə2 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)- 2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh X7 qarşı mənzilin açıq hərracdan satılması və satış pulunun onların arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə iddiası təmin edilərək Bakı şəhəri, Yasamal r-nu, Z.Xəlilov məh. 586, ev 74, mən. 5 açıq hərracdan satılması, satışdan əldə olunan 1/2 hissədə bölüşdürərək onlara ödəməsini qət etmişdir. Cəlilov Azər qətnamədən apellyasiya məhkəməsinə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-4279/2018 qətnaməsi ilə (hakim F.Talışinski) apellyasiya şikayəti təmin etmədən iş üzrə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsini dəyşdirmədən saxlamışdır. Cəlilov Azər və vəkili Eleanora Rəcəbova qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-6807/2018 saylı qərarına əsasən cavabdeh Cəlilov Azər və vəkili Eleanora Rəcəbovanın kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2018- ci tarixli 2(103)-4279/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bunları qeyd etməklə bildirmək istərdi ki, mənzilin açıq hərracda satılması bütün instansiyalar (rayon, apellyasiya, Ali məhkəmə) qərarı qüvvəsində saxlayıb, baxmayaraq ki, qarşı tərəf hər vəchlə bunun qarşısını almaq istəyərək şikayət ediblər. İddia ərizəsində tələblər konkret faktlara və dəlillərə deyil, ehtimal suallara əsaslanmışdır. Və ən əsası məhkəmə araşdırmasının predmeti olan məsələlər hazırki iddia ərizəsində təkrar qaldırılmışdır. Halbuki, yuxarıda da qeyd kimi Yasamal Rayon Məhkəməsində mübahisə edilən faktlar araşdırılaraq qiymət verilmiş, bu barədə qətnamələr qəbul olunmuş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Aydın görünür ki, 2022-ci ilin iddia ərizəsi ilə Ayxanın indi verdiyi iddia ərizəsinin arasında demək olar ki, ciddi bir fərq görünmür. Hər dəfə qiymətləndirilmədən şikayət olunub. Guya, qiymət az qoyulub. Hər qiymətləndirilmədən sonra icra məmuru tərəfindən onlarla əlaqə quraraq demişlər ki, onların etirazı yoxdur, qiymətin 1/2 hissəsini ödəyin, artığı sizin olsun, Yasamal rayon məhkəməsinə vəsatət qaldırdılar ki, qiymət məhkəmə tərəfindən olunsun. Çünki işi uzatmaq üçün Cəlilov Azər öz payından yarısını oğluna verərək onu üçüncü tərəf kimi cəlb etmiş oldu. Üçüncü tərəfin isə (Ayxan) birinci o oldu ki, anasından şikayət etdi, guya onu evə buraxmır. Halbuki, anası Cavabdeh3 xx.xx.2016-cı ildən qızı ilə birgə kirayədə yaşayır. Bu isə həm böhtandır, həm də məhkəməyə yalan məlumat vermək kimi hesab oluna bilər. Çünki Ayxan həmin vaxt xaricdə yaşayırdı. Möhtərəm Hakim, xahiş edir bu yalana çox ciddi yanaşılsın. Ola bilər ki, məsələdən heç Ayxanın da xəbəri olmasın. Ayxanın atası üç otaqlı mənzildə, xaricdə, ana və bacısı isə kirayədə. Halbuki, mənzilin 1/2 hissəsi anasına aiddir. Möhtərəm Hakim, bir məqamı da diqqətə çatdırmaq istəyir ki, iddia tələbində birgə nikahdan olan 2004-cü il təvəllüdlü Cəlilova Kamilə haqda heç yerdə adı çəkilməyib. Görəsən niyə? Yasamal rayon Məhkəməsi tərəfindən qiymətləndirmə təyin olundu. Bunu məhkəmə ekspertiza mərkəzi həyata keçirdi. 175610 manat qiymət qoyuldu. Bunun ardından Yasamal rayon İcra şöbəsi də servis qiymətləndirmə şirkətinə müraciət etdilər. Qiymət demək olar ki, eynidir 175000 manat. İddiaçı 610 manat fərqi qeyd edib. Hərracda isə 176750 manata satılıb. Cavabdeh3 Cəlilov Azərin 1/4 və İddiaçı 1/4 hissələrini alıb. 10428 manat hərraca xidmət haqqı ödənib. 88375 manat isə qarşı depozit hesabına köçürülüb. Bundan sonra X20 Rayon Məhkəməsinə müraciət edərək hərracın nəticəsindən şikayət edib. X22 xx.xx.2024cü il tarixli 8(004)-15/2024 nömrəli qərardadla şikayəti rədd edib. İndi isə növbə şikayət üçün İddiaçı çatıb. Möhtərəm hakim, bu süründürməçilikdir. Qeyd olunanları nəzərə alaraq, mənzilə qoyulan həbsin geri götürülməsini, onlara dəyən 25200 manatlıq zərərin depozitindən tutulub onlara ödənilməsini, 166 manat dövlət rüsumunun qarşı tərəfdən alınmasını və mənzilin dərhal boşalması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Mustafayeva (Özcan) Nigar Sədi qızının nümayəndəsi və vəkili Vəkil2 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək iş üzrə komisyon ekspertiza keçirilməsini xahiş etmişdir. Cavabdeh1 NNC-nin direktoru X13 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı özü mənzilə baxış keçirilməsinə onlara şərait yaratmış, mənzilin fotoşəkilləri çəkilib və bazar dəyərinə uyğun və müstəqil ekspert olaraq qiymətləndirilmişdir. Bu səbəbdən hesab edir ki, hazırki iddiada onun direktor olduğu MMC-nin cavabdeh qismində olması tam əsassızdır. Məhkəmədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X12 bildirmişdir ki, ekpsertiza aparılanda işdə olan sənəd əsasında aparılıb. Mənzilə aid Çıxarışda neçə kvadrat göstərilibsə, onlarda onun əsasında qiymətləndirmə aparmışlar. Məhkəmə tərəfindən göndərilən qərardadda mənzilin sahəsi barədə sual qoyulmamışdır. Mənzilə qiymət qoyulanda həmin binada yerləşən mənzillərlə, təmirli mənzillərlə, internet saytlarında mənzillərin səviyyəsində olan qiymətlərlə müqayisədə qoyulub. Qiymətləndirmə evin kvadratı ilə deyil, işdə olan çıxarışa əsasən aparılmışdır. Ölçü işlərin aparılması ilə bağlı qərardadda sual qoyulmamışdır. Mübahisəli mənzilin baxışında şəxsən özü iştirak etmişdir. İş üzrə cavabdeh "xxxx" MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və X8 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda "xxxx" MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini və etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5580/2017 saylı, xx.xx.2017-ci il tarixli (xx.xx.2017-ci ilda verilmiş) icra vərəqəsinə əsasən, Bakı şəhəri, Yasamal rayon İcra Şöbəsinin 17***-*******-17826 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Zahid Xəlilov küçəsində yerləşən 74 saylı evin 5 saylı mənzilinin açıq hərracda satılması "xxxx" MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olunan mənzilin açıq hərracda ilkin satış dəyəri 175.000 (bir yüz yetmiş beş min) manat məbləğində müəyyənləşdirilmişdir. Sözügedən hərrac sifarişi "xxxx" MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi 09 yanvar 2024-cü il, saat 10:00 təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış "Birjanyus" internet informasiya ehtiyatında (portalında) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısının rəsmi internet səhifəsində də yərləşdirilmişdir. Bundan sonra sifariş olunan əmlaka dair açıq hərracın keçirilməsinə dair ******* saylı, xx.xx.2023-cü il tarixli bildiriş hərracın sifarişçisinə, eləcə də X7, İddiaçı Azar oğluna və Cavabdeh3 poçt vasitəsi ilə gönderilmişdir. Sözügedən tarixə təyin olunmuş ilkin açıq hərracda iştirak etmək üçün Cavabdeh3 (etibarnamə üzrə Nümayəndə2) və X9 ərizə ilə "xxxx" MMC-yə müraciət edərək iştirakının temin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərlə yanaşı qeyd etməyi zəruri hesab edirlər ki, xx.xx.2024-cü il tarixdə keçirilən açıq hərracda hərracın predmeti olan mənzil 176.750 (bir yüz yetmiş altı min yeddi yüz əlli) manata Cavabdeh3 (etibarnamə üzrə Nümayəndə2) satılmışdır. Bununla əlaqədar olaraq herracın yekunları barədə 04124 saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. 04124 saylı, xx.xx.2024-cü il tarixli hərracın yekunları barədə protokol qalibi alıcı, eləcə də hərracın təşkilatçısının sənədlərlə iş üzrə bölmə rəhbəri və direktor müavinin imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərrəcın sifarişçisinə göndərilmişdir. Kağız daşıyıcısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumuna göndərilmişdir. Həmçinin qeyd olunması zəruridir ki, tərəflərindən X4 və İddiaçı oğunun ünvan 1, mənzil 5 və ünvan 3 ünvanına göndərilmiş məktublar onların ünvanlarına çatmışdır. Eləcə də, X4 ***-***-**-** telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlanılmışdır. Odur ki, onların hərracın yeri, vaxtı və s. barədə məlumatlı olmuşdur. Sadalanan xüsusatlardan, ələcə də istinad olunan sənədlərdən görünür ki, sözügedən hərrac sifariş üzrə keçirilən hərrac qanuni və esaslıdı. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Ona görə də iddia rədd edilməlidir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərini dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatın rəyindən görünür ki, X7 məxsus Yasamal rayonu, Zahid Xəlilov küçəsi 586-cı məhəllə, ev 74 mənzil 5 ünvanında yerləşən mənzilin xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 175000 (bir yüz yetmiş beş min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixə və hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 175,610 manat (103,3x1700) məbləğində müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası X2 Əmlak Hərrac Mərkəzinin “Açıq hərracın keçirilməsinə dair” bildirişlərin surətlərindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin açıq hərrac vasitəsi ilə satılmasına dair tərəflər məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5580/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, İddiaçı Cavabdeh3 cavabdeh X7 qarşı “birgə mülkiyyətindəki payın naturada ayrılması və ya əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia təmin edilərək, ünvan 5 mənzil 5 açıq hərracdan satılması, əldə olunan vəsait Mustafayeva (Cəlilova) Nigar Sədi qızının və X4 arasında paylarına mütənasib surətdə ½ hissədə bölüşdürülərək onlara ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0758510 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 5 mənzil 5 xüsusi mülkiyyət olmaqla 1\2 hissədə X8 və ½ hissədə X10 məxsusdur. İş materiallarında olan “X2” Əmlak Hərrac Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli hərracın yekunlarına dair 04/24 saylı protokolun surətindən görünür ki, ünvan 5 mənzil 5 hərrac yolu ilə Cavabdeh3 nümayəndəsi Nümayəndə2 tərəfindən 175000 manat ödənilməklə alınmışdır. İş materiallarında olan “Yeni Dövr” qiymətləndirmə mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən, 3 otaqlı, faktiki sahəsi 104,07 kv.m sahədən ibarət 5 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 223000 manat müəyyən edilir. İş materiallarında olan 5606/16\18 nömrəli, xx.xx.2019-cu il tarixli “Hərracın keçirilməsi haqqında” sifarişdən görünür ki, Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X5 xx.xx.2018-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(004)- 5580/2017 saylı, xx.xx.2017-ci il tarixli sənədi üzrə icraatda borclu X6 üzərinə həbs qoyulmuş ünvan 5 mənzil 5 barədə hərrac keçirilməsini "xxxx" MMC-dən xahiş etmişdir. Mənzilin ilkin satış qiyməti 195000 manat göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin X7 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5580/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində qeyd olunan mənzil "xxxx" MMC tərəfindən 195000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1392/2020 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh3 cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 190/21 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, X7 məxsus olan ünvan 8 ünvanının real bazar dəyəri 152000 (yüz əlli iki min) manat təşkil edir. İş materiallarında olan 5606/24 nömrəli, xx.xx.2021-ci il tarixli “Hərracın keçirilməsi haqqında” sifarişdən görünür ki, Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X19 xx.xx.2018-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(004)-5580/2017 saylı, xx.xx.2017-ci il tarixli sənədi üzrə icraatda borclu X6 üzərinə həbs qoyulmuş ünvan 5 mənzil 5 barədə hərrac keçirilməsini "xxxx" MMC-dən xahiş etmişdir. Mənzilin ilkin satış qiyməti 152000 manat göstərilmişdir. İş materiallarında olan 5606/24 nömrəli “Hərracın keçirilməsi haqqında” sifarişdən görünür ki, Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X19 xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin tərəfindən verilmiş 2(004)-5580/2017 saylı, xx.xx.2017-ci il tarixli sənədi üzrə icraatda borclu X6 üzərinə həbs qoyulmuş ünvan 5 mənzil 5 barədə hərrac keçirilməsini Cavabdeh2 MMC-dən xahiş etmişdir. Mənzilin ilkin satış qiyməti 175000 manat göstərilmişdir. İş materiallarında olan “Yeni Dövr” qiymətləndirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 9 ünvanında yerləşən 3 otaqlı, faktiki sahəsi 104,07 kv.m sahədən ibarət 5 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 223000 (iki yüz iyirmi üç min) manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, №0013851 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 5 mənzil 5 xüsusi mülkiyyət hüququ əsasında X4 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/37xx-xx/3584 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 95,07 kv.metr təşkil etdiyini nəzərə alaraq, ünvan 9 ünvanında yerləşən, 5 nömrəli mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 185000 manat (1940 x 95,07), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (185000-10%) 166500 manat məbləğində müəyyən edilir. ünvan 4 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixə və hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 175,610 manat (103,3x1700) məbləğində müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8345-9/8663 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 586-cı məhəllədə yerləşən 74 saylı evin, 5 nömrəli mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 244000 manat məbləğində likvid dəyəri isə təqribən 220000 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 mənzil 5 xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə X14, ¼ hissədə X8 və ¼ hissədə İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadı ilə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, ipoteka ilə bağlı iddia tələbləri üzrə qətnamə çıxarılarkən ipoteka predmetinin açıq hərracda satılması üçün likvid qiymət müəyyən edilir. Hazırki iddia tələbi sözügedən mənzil ipoteka predmeti olmadığından məhkəmə mənzilin ilkin satış qiymətini bazar qiyməti ilə müəyyən edir. Məhkəmə qeyd olunan hüquqi normalardan çıxış edərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, ilkin olaraq, icra məmurunun mənzilin dəyərini müəyyənləşdirdikdən sonra mənzilin satışının həyata keçirilməsi üçün birbaşa hərraca göndərməsidir. Çünki qeyd edilən əmlakın birbaşa hərracda satılması üçün mütləq qaydada gərək ipoteka predmeti olmalı idi ki, bu da mümkün olsun. Ancaq qeyd edilən mənzil ipoteka predmeti olmamışdır. Bunun üçün icra məmuru ilk növbədə digər mülkiyyətçilərin üstünlük hüququnun gözlənilməsi üçün digər mülkiyyətçilərə mənzilin alınması üçün təklifini göndərməli idi və bunula da bağlı müvafiq hüquqi-prosedurlara əməl etməli idi. Ancaq qeyd olunduğu kimi, bunlar heç biri həyata keçirilməmişdir. Azərbayacn Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülkiyyətin növündən asılı olmayaraq, mülkiyyətin toxunulmazlığına təminat verir və heç kəs öz mülkiyyətindən qeyri-qanuni yolla və ya əsassız qaydada mərhum oluna bilməz. Qeyd olunan bu anlayış mülkiyyətin özünün hüquqi anlayışıdır və onun iqtisadi mənada olmaqla hüquq normaları çərçivəsində mühafizə olunmasını qeyd edir. Lakin mülkiyyətin hüquqi cəhətdən anlayışı, Konstitusiyanın 29-cu maddəsində göstərilir. Yəni, mülkiyyət özü iqtisadi mənada müəyyən olunursa, mülkiyyət hüququ isə həmin iqtisadi mənada özünü əks etdirən maddi aləmin əşyasını hüquq cəhətdən qoruyur və əsaslandırır. Hazırki iş üzrə iddiaçı Konstitusiyanın qeyd olunan bu iki təməl prinsip və hüquqlarından məhrum olmuşdur. Qeyd olunan maddənin tələbi odur ki, paylı mülkiyyətçi hər zaman digər paylı mülkiyyətçinin payını almaqda üstünlük hüququ vardır. Bu hüququn pozulması yolverilməzdir və hər bir halda qanunvericiliklə də qorunur. Hətta payın əldə edilməsinin və üstünlük hüququnun qorunması üçün mülki qanunvericilik qabaqcadan özünün hüquqprosedurunu belə müəyyən edir (AR-nın MM-nin 218.2-ci maddəsi). Ancaq bunlar heç biri gözlənilməmiş və hətta mübahisəli mənzilə ipoteka predmeti kimi yanaşılmışdır. Bu isə, digər qanunvericiliyin normalarında olduğu kimi, hazırki vəziyyətdə AR-nın MM-nin 218-ci maddəsinin mülkiyyətçiyə (hazırki iş üzrə iddiaçıya) münasibətdə üstünlük hüquqlarının kobud pozuntusunun göstəricisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının ümumi dəyərləri 200 (iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 200 (iki yüz) manat cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən və Mustafayeva (Özcan) Nigar Sədi qızından müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan, ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzilə dair Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş və həmin mənzilin dəyərinin 175 000 (bir yüz yetmiş beş min) manat olmasını təsdiq edən, “Əmlakın qiymətləndirilməsi ilə bağlı Hesabat” RƏY-in etibarsız hesab edilməli, mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan, ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzilin satışı (realizəsi) ilə bağlı Cavabdeh2 MMC tərəfindən təşkil edilmiş hərracın qanunsuz hesab olunması və onun yekunlarını özündə əks etdirən, 09 yanvar 2024-cü il tarixdə tərtib edilmiş, həmin tarixli, 04/24 nömrəli Protokolun etibarsız hesab olunmalı, 10 yanvar 2025ci il tarixə ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzilin bazar dəyəri isə 244000 (iki yüz qırx dörd min) manat müəyyən edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 (yüz bir) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 11 (on bir) manat olmaqla, ümumilikdə 112 (bir yüz on iki) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan, ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzilə dair Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş və həmin mənzilin dəyərinin 175 000 (bir yüz yetmiş beş min) manat olmasını təsdiq edən, “Əmlakın qiymətləndirilməsi ilə bağlı Hesabat” RƏY-in etibarsız hesab edilsin. Mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan, ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzilin satışı (realizəsi) ilə bağlı Cavabdeh2 MMC tərəfindən təşkil edilmiş hərrac və onun yekunlarını özündə əks etdirən, 09 yanvar 2024-cü il tarixdə tərtib edilmiş, həmin tarixli, 04/24 nömrəli Protokol etibarsız hesab olunsun. 10 yanvar 2025-ci il tarixə ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzilin bazar dəyəri isə 244000 (iki yüz qırx dörd min) manat müəyyən edilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 (yüz bir) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 11 (on bir) manat olmaqla, ümumilikdə 112 (bir yüz on iki) manat məbləğində dövlət rüsumunun cavabdehlər cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə Mustafayeva (Özcan) Nigar Sədi qızından müştərək qaydada alınaraq müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyərləri 200 (iki yüz) manat cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən və Mustafayeva (Özcan) Nigar Sədi qızından müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-164/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-164/2025
10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver