Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1682/2023 28.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, X1 nümayəndəsi və ərizəçi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçilər İddiaçı və Cavabdeh1 (maraqlı şəxs qismində 2 saylı Bakı “Asan” Xidmətinin Notariat Ofisi cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçilər məhkəməyə müraciət edərək, Cavabdeh1 və İddiaçı X36, Baba Nəriman oğlu, X48, X43 ilə qohumluq faktının, X36, Baba Nəriman oğlu, X48, X34 ölüm faktının və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mirasın (bütün paylar üzrə) Cavabdeh1 və İddiaçı tərəfindən faktiki qəbuledilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Ərizəçilər daha sonra tələbini dəqiqləşdirərək, Cavabdeh1 və İddiaçı X36, Baba Nəriman oğlu, X48, X43 ilə qohumluq faktının və ərizəçilərin həmin şəxslərin yeganə vərəsələri olması faktının, X36, Baba Nəriman oğlu, X48, X34 ölüm faktının və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mirasın (bütün paylar üzrə) Cavabdeh1 və İddiaçı tərəfindən faktiki qəbuledilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər
3. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/10 hissəsi onların xüsusi mülkiyyətindədir. Həmin evdə 100 ildən artıq müddətdir ki, onlar ailəsi ilə yaşamışdır. Lakin evin çıxarışına nəzər yetirdikdə 1950-ci illərdə ölmüş şəxslərin adlarının olduğunun şahidi olduq (X36, Baba Nəriman oğlu, X48, X43). Halbuki o evi anamızdan biz miras olaraq qəbul etmişik və evin bütün xərcləri tərəfimizdən qarşılanır, evə faktiki sahibliyi biz həyata keçiririk. Ev adımıza qeydiyyatdan keçməmişdən əvvəl də faktiki olaraq tərəfimizdən qəbul edilmişdir. Çıxarışda adları olan digər şəxslər qohumlarımızdır, vəfat ediblər və onların yeganə mirası qəbuledən vərəsələri bizik. Həmin şəxslərin bizim qohumlarımız olduğunu və vəfat etdiklərini sübut etmək üçün tərəfimizdən müxtəlif orqanlara sorğular ünvanlanmışdır. Lakin həmin şəxslər (çıxarışda adları olan) 20ci əsrin əvvəllərində vəfat etdiyi üçün onlarla bağlı heç bir sənəd saxlanılmamışdır. DƏDRX-in 1 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin X36, Baba Nəriman oğlu, X48, X34 mülkiyyətinə hansı əsaslarla keçməsi ilə bağlı sənədlər idarədə aşkar edilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X13, X28, X48 və X34 doğum tarixlərinə dair heç bir məlumat aşkar olunmayıb. Mübahisəli evin bütün kommunal xərcləri anamızın sağlığında onun tərəfindən, daha sonra isə bizim tərəfimizdən ödənilmişdir. Evin bütün təmir və saxlama xərclərini biz çəkmişik. Bu barədə sənədləri məhkəməyə təqdim edəcəyik. Həmin evdə ailəmiz, yəni mərhum qardaşlarımız və mərhum valideynlərimizlə birlikdə biz yaşamışıq. Həmin evdə doğulub, böyümüşük. Bütün bu hadisələr olarkən evdə çıxarışda olan şəxslər çoxdan vəfat etmişlər. 60 il ərzində evə dair heç kəsin iddiası və pretenziyası olmamışdır. Bütün bu halları təsdiq edəcək şahidlər, yəni qonşular məhkəmə iclasına gəlib izahat verəcəklər. Hətta evin 100 ildən çox tarixi olan ev kitabçası da bizdə saxlanılır. Həmin ev kitabçasında çıxarışda adı olan ulu nənəmiz X26 1857-ci ildə doğulduğu qeyd olunur. Bütün bu hallar bir daha təsdiq edir ki, 100 ildən çoxdur ki,evə bizim ailəmiz və biz faktiki sahiblik etmişik. Qeyd edək ki, çıxarışda 100 il əvvəl ölən qohumlarımızın adının qeyd olunması mülkiyyətimizdə olan ev ilə bağlı sərəncam vermə hüquqlarımızı məhdudlaşdırır, ona görə də bu faktın tanınmasızəruridir. Mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etsək də vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və ərizəçi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, ərizəni müdafiə edir və təmin edilməsini xahiş edir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və ərizəçi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, ərizəçilər doğma bacıdırlar. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/10 hissəsi ərizəçilərin xüsusi mülkiyyətindədir. Həmin evdə 100 ildən artıq müddətdir ki, iddiaçının ailəsi yaşamışdır. Lakin ərizəçilər evin çıxarışına nəzər yetirdikdə 1950-ci illərdə ölmüş şəxslərin adlarının olduğunun şahidi olmuşlar(X36, Baba Nəriman oğlu, X48, X43). Halbuki o evi ərizəçilər analarından miras olaraq qəbul etmişlər və evin bütün xərclərini ərizəçilər tərəfindən qarşılanır, evə faktiki sahibliyi ərizəçilər həyata keçirirlər. Ev ərizəçilərin adına qeydiyyatdan keçməmişdən əvvəl də faktiki olaraq ərizəçilər tərəfindən qəbul edilmişdir. Çıxarışda adları olan digər şəxslər ərizəçilərin qohumlarıdırlar, onlar vəfat ediblər və onların yeganə mirası qəbul edən vərəsələri ərizəçilərdırlar. Həmin şəxslərin ərizəçilərin qohumları olduğunu və vəfat etdiklərini sübut etmək üçün ərizəçilər tərəfindən müxtəlif orqanlara sorğular ünvanlanmış, lakin çıxarışda adları olan şəxslərin XX əsrin əvvəllərində vəfat etdiyi üçün onlarla bağlı heç bir sənəd saxlanılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin X36, Baba Nəriman oğlu, X48, X34 mülkiyyətinə hansı əsaslarla keçməsi ilə bağlı sənədlər idarədə aşkar edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X13, X28, X48 və X34 doğum tarixlərinə dair heç bir məlumat aşkar olunmayıb. Mübahisəli evin bütün kommunal xərcləri ərizəçilərin anası sının sağlığında onun tərəfindən, daha sonra isə ərizəçilər tərəfindən ödənilmişdir. Evin bütün təmir və saxlama xərclərini ərizəçilər çəkmişlər. Bu barədə sənədləri məhkəməyə təqdim edəcəyik. Həmin evdə ərizəçilərin ailəsi, yəni mərhum qardaşları və mərhum valideynləri ilə birlikdə yaşamışlar. Onlar həmin evdə doğulub, böyümüşlər. Bütün bu hadisələr olarkən evdə çıxarışda olan şəxslər çoxdan vəfat etmişlər. 60 il ərzində evə dair heç kəsin iddiasıvə pretenziyası olmamışdır. Bütün bu halları təsdiq edəcək şahidlər, yəni qonşular məhkəmə iclasına gəlib izahat verəcəklər. Hətta evin 100 ildən çox tarixi olan ev kitabçası da ərizəçilərda saxlanılır. Həmin ev kitabçasında çıxarışda adı olan ərizəçilərin ulu nənəsi X26 1857-ci ildə doğulduğu qeyd olunur. Bütün bu hallar bir daha təsdiq edir ki, 100 ildən çoxdur ki, evə ərizəçilərin ailəsi və ərizəçilər faktiki sahiblik etmişlər. Qeyd etmək istəyirəm ki, çıxarışda ərizəçilərin 100 il əvvəl ölən qohumlarının adının qeyd olunması ərizəçilərin mülkiyyətində olan evə ilə bağlı sərəncam vermə hüquqlarını məhdudlaşdırır, bu səbəbdən bu faktın tanınması zəruridir. Ərizəçilər mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etsələr də, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.Bundan başqa məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlamışam. Nəzərinizə çatdırıram ki, hazırki mülki iş üzrə ərizəmiz təmin ediləcəyi təqdirdə qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olacaqdır. Vərəsəlik işlərinin aparılması üçün ərizəçilərin X36, Baba Nəriman oğlu, X48, X34 yeganə vərəsəsi olması faktı da müəyyən edilməlidir. Ona görə də, ərizəçilər Cavabdeh1 və İddiaçı X36, Baba Nəriman oğlu, X48, X43 ilə qohumluq faktının və ərizəçilərin həmin şəxslərin yeganə vərəsələri olması faktının, X36, Baba Nəriman oğlu, X48, X34 ölüm faktının və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mirasın (bütün paylar üzrə) Cavabdeh1 və İddiaçı tərəfindən faktiki qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X35 ifadəsində göstərmişdir ki, ərizəçiləri tanıyır. Ərizəçilər ünvan 4 ünvanında yaşayan zaman özü həmin küçədə ev 127 ünvanında yaşamışdır. Özü 1968-ci ildən orada doğulub, orada yaşamışdır. Ərizəçilərin ataları Nəriman, anaları Səltənət xanım olmuşdur. Onların hər ikisini tanımışdır. Babalarının adını Məhərrəm, nənələrinin adını Dosti xanım, əmilərinin adını isə Baba kimi eşitmişdir. Nənəsi ona danışmışdır ki, X48 və X20 xanımgilnən qohum olublar. Daha sonra isə 1937-ci ildən İrana gediblər. Bu məqamları ona nənəsi danışmışdır. X39 və Babanın anasıdır. Ərizəçilərinin ataları Nərimanın qəbri Pirşağıdadır. Dosti xanımın qəbri isə eşitdiyinə görə Buzovnadadır. X39 və Babanın anası olmuşdur. Nərimangildən başqa həmin evdə heç kim yaşamayıb. Onun evində də qeydiyyatda olan, lakin tanımadığı şəxslər var. Ərizəçilərin atası olan Nərimanın əmisi Baba Nəriman oğlu olmuşdur ki, o da, Maştağada dəlixanada olmuşdur. Belə ki, həmin dövrdə, yəni 1990-cı illərdə müharibə vaxtı Baba Nəriman oğlunu müharibəyə göndəriblər. Ərizəçilərin kiçik qardaşı Ceyhunla birlikdə oxumuşdur. Böyük qardaşları Məhərrəm isə ondan 2-3 yaş böyük olmuşdur. O, Ceyhunla birlikdə dəlixanada Baba Nəriman oğlunu ziyarətə gedən zaman, onlara bütün xəstələrin, həmçinin Babanın da, müharibəyə göndərildiyi bildirilmişdi.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, İddiaçı əridir. Digər ərizəçi Nərgiz isə onun baldızıdır. Nəriman onun qaynatası, Səltənət isə qaynanasıdı. Həmin evdə baldızını, arvadını və onların iki qardaşlarını görmüşdür. Qalan heç kimi isə görməmiş, arvadından isə eşitməmişdir. Qaynanası və Qaynatasının qəbirlərini tanıyır.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində bildirmişdir ki, ərizəçilərdən Nərgizin əridir. Nərgizlə nikaha 1984-cü ildə daxil olmuşdur. Ailə üzvlərindən başqa həmin evdə heç kimi görməmişdir. X17 onun qaynatasıdır. X48 və X43 1937-ci ildən İrana gediblər. Tətbiq edilən maddi hüquq normaları:
10. 1923-1964-cu illərdə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 488-ci maddəsinə əsasən 487-ci maddədə göstərilmiş hər iki əsasla vərəsəliyə çağırılan şəxslərin dairəsi, birbaşa aşağı nəsli qohumluqla(uşaqlarla, nəvələrlə, nəticələrlə), oğulluğa götürülənlərlə(onların aşağı nəsli qohumluğu ilə) və ölən şəxsin əri ilə çox yaşayan şəxslə və həmçinin ölən şəxsin ölümünədək bir ildən az olmayaraq tamamilə onun himayəsində olan yoxsul və əmək bacarığını itirmiş şəxslərlə məhdudlaşır.
11. Qanun üzrə vərəsələr-uşaqlar(o cümlədən övladlığa götürülən uşaqlar), ərarvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir.İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına(irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar(nəvələr) vəfat etdikdə isə-onların uşaqlarına(irs buraxan şəxsin nəticələrinə) keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə-qardaş-bacıları hesab olunurlar.
12. 490-cı maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras əmlak 488-ci maddədə göstərilən şəxslər arasında bərabər paylara bölünür.
13. 1964-1999-cu illərdə qüvvədə olan Mülki Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar(o cümlədən övladlığa götürülənlər), ər(arvad) və ölənin valideynləri(övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə olan valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına(anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
14. 532-ci maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı qardaşları, habelə onun həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.
15. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.
16. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu baddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur.
18. 28.12.1999-cu il tarixdə qəbul edilən Mülki Məcəllənin
19. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr hesab olunurlar.
20. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
21. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Tətbiq edilən prosessual hüquq normaları:
22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2- ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:- 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.
24. Həmin Plenum qərarında eyni zamanda qeyd olunmuşdur ki, azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları və məhkəmənin hüquqi dəyərləndirməsi:
25. ünvan 3 ünvanında yerləşən mənzil hər birinin 1/5 hissədə X27(X13), Baba Nəriman oğlunun(X19), X42, X34, 1/10 hissədə isə İddiaçı və 1/10 hissədə Cavabdeh1 xüsusi mülkiyyətindədir.
26. İddiaçı(1958-cı il təvəllüdlü) və Cavabdeh1(1959-cu il təvəllüdlü) bir birlərinə münasibətdə bacıdırlar və ataları X17, anaları X5r. X17 1925-ci ildə doğulmuş, 1998-ci ildə vəfat etmişdir. X10 isə 2013-cü ildə vəfat etmişdir.
27. Bundan əlavə İddiaçı və Cavabdeh1 1961-ci il təvəllüdlü X18 və 1963-cü il təvəllüdlü X22 adlı iki qardaşı olmuşdur və X18 2010-cu ildə, X22 isə 2007-ci ildə vəfat etmişlər.
28. Ərizəçilərin atası olan X11(1925-1998) atası X18(1896-1961), əmisi X28 olmuşdur.
29. X9(1896-1961) və əmi X19 anası isə, yəni X11(1925-1998) nənəsi 1857-ci il təvəllüdlü X13 olmuşdur.
30. Bundan əlavə X6 xx.xx.2000-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, miras qoyan 1961-ci ildə vəfat etmiş X18(vərəsənin qayınatası, çünki miras açılan zaman X12 oğlu, X2 əri X7 idi), miras əmlak isə ünvan 3 ünvanında yerləşən mənzilin 1/5 hissəsi olmuşdur. Hazırki ərizəçilər isə həmin miras əmlakı vəsiyyətnamə üzrə vərəsəlik qaydasında qəbul etmişlər və bununla bağlı xx.xx.2014-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
31. Dolayısı ilə müəyyən edilir ki, 1961-ci ilədək sözügedən mənzilə münasibətdə artıq miras ən azı bir dəfə açılmışdır. Belə ki, X18(1896-1961), X28 və onların anası 1857-ci il təvəllüdlü X3 hər birinin 1/5 hissədə paylarının müəyyən edilməsi və bu barədə dövlət qeydiyyatına alınması o qənaətə gəlməyə əsas verir ki, onlar həmin mənzili miras əmlak kimi və bərabər paylarda qəbul etmişlər. Bu o halda mümkündür ki, miras qoyan müvafiq olaraq vərəsələrin həm atası, həm də əri olsun. Odur ki, sözügedən mənzillə bağlı miras qoyan şəxs X12(1896-1961), X19 atası və X3 əri olan Nəriman ola bilərdi.
32. Eyni zamanda həmin ev kitabında 1857-ci il təvəllüdlü X3 dul olmasının göstərilməsi, adına mülkiyyət hüququ qeydə alınmış X19 həmin evdə yaşaması ilə bağlı hər hansı qeydiyyatın aparılmaması da əmlakın vərəsəliklə keçmiş olması qənaətini gücləndirir. Belə ki, hüquqların qeydiyyatı mənzilin özəlləşdirilməsi prosedurunun nəticəsi olaraq əldə edilmiş olsaydı, o zaman xeyrinə qeydiyyat aparılmış şəxs həmin mənzildə ən azından yaşamış olmalı idi.
33. Bundan əlavə ev kitabında Qasımov Məhərrəmin 1932-ci ildən həmin evdə yaşaması və onun ailə üzvləri kimi Şükufə, Şarif(Şərəf), Mamed, Nəriman, Behim Xanım, Elmira, Hüseyn, Həsən adlı şəxslərin də qeyd edilən mənzildə yaşamaları barədə qeydlər aparılmışdır. X33 paylı mülkiyyətçi kimi mənzili özəlləşdirmiş olsaydı onun ən azından arvadının da vərəsəlik hüququ tanınmış olardı.
34. Göstərilənlər baxımından digər şəxslər X48 və X34 X12 (1896-1961) və X19 atası, X3 əri olan Nəriman adlı şəxsin birinci növbəli vərəsələri olmaları və onlaradək digər vərəsələrin olmaması şübhə doğurmur. Belə ki, əgər Nəriman adlı şəxs də mirası(əgər həmin əmlak Nərimana miras kimi qalmışsa) X48 və X43 ilə birlikdə eyni həcmdə qəbul etmiş olsaydı, bu zamanda miras əmlak üç paydan ibarət olmuş olar və Nərimanın vərəsələri(X181896-1961), X28 və X13) mirasdan hər biri 1/9 hissədə pay almış olarlardı. Halbuki miras əmlak 5 nəfərin arasında bölünmüş və onların 1/5 hissədə payları müəyyən edilmişdir.
35. Odur ki, tədqiq edilmiş birbaşa və dolayı sübutlarla müəyyən edilir ki, ərizəçilər və adları keçən digər şəxslər, yəni X37 (X13), Baba Nəriman oğlu(X28), X48, X43 miras qoyanın birbaşa aşağı nəsil qohumlarıdırlar.
36. Bundan əlavə X13 və X19 ölümünü təsdiq edən sənədlər iş materiallarında olmasa da(sorğulara cavab olaraq da məlumat əldə edilməmişdir), onların vəfat etməsi, hətta X3 ən tezi 1923-cü ildən sonra, ən geci 1961-ci ilədək vəfat etmiş olması şübhə doğurmur. Belə ki, iş materiallarında olan ev kitabının qeydiyyatı 1930-cu illərdən sonrakı tarixə aiddir və əgər həmin dövrdən əvvəl vəfat etmiş olsalardı bu barədə nə X3 orada yaşaması göstərilər, nə də ki X19 adına hər hansı hüquq qeydə alınmazdı. X3 isə 1961-ci ilədək vəfat etmiş olması ehtimalı isə ondan irəli gəlir ki, əvvəla X18 1961-ci ildə vəfat etmiş və mənzillərin siyahısının ikinci hissəsində(hər mənzil üzrə siyahıda) mənzildə yaşayan şəxslər sırasında adları göstərilməmişdir. İkincisi isə X13 1857-ci il təvəllüdlü olmuşdur. X23 münasibətdə isə qeyd edilməlidir ki, şahid ifadəsi ilə onun 1990-cu ildən sonra yaşamağına dair hər hansı məlumat olmamışdır. Eyni zamanda onun ərizəçilərdən başqa yaxın qohumları olan vərəsəsinin olmaması da mübahisə doğurmur. Çünki faktiki olaraq həmin mənzildə X18 yaşamış və onun vəfatından sonra isə oğlu X17 və onun ailə üzvləri yaşamış və hal-hazırda da yaşamaqda davam edirlər. Hal-hazıradək ərizəçilər və onun valideynlərindən başqa mirasın qəbulu ilə bağlı heç kim müraciət etməmişdir.
37. Bundan əlavə ulu baba Nərimanın vərəsələri olduqları müəyyən edilən X48, X34 barələrində də ölümü ilə bağlı hər hansı qeydiyyatın mövcud olmaması da anlaşılandır. Belə ki, həmin şəxslərlə bağlı məlumatlar 100 ildən artıq müddətə aiddir. Onların da ölmüş olmaları və bu barədə əvvəllər qeydiyyat aparılmış olması mübahisə doğurmur.
38. Ümumi olaraq dəyərləndirdikdə o nəticə yaranır ki, bütün miras əmlakı 1998ci ildə vəfat etmiş X17 faktiki olaraq atası X8 qəbul etmiş, bundan sonra isə onun 2013-cü ildə vəfat edən arvadı X10 qəbul etmişdir. Bu qənaət həmçinin ona görə formalaşmışdır ki, X10 2000-ci ildə vərəsəlik haqqında şəhadətnamə alan zaman mirası birbaşa 1961-ci ildə vəfat etmiş X8 qəbul etmişdir. Əks yanaşma X14 münasibətdə birbaşa birinci növbə vərəsə olmayan X2 mirası ondan qəbul etməsi anlaşılan olmazdı.
39. Tədqiq edilmiş yazılı sübutlara, şahid ifadələrinə əsasən məhkəmə o qənaətə gəlir ki, vəfat etmiş şəxslər olan X36, Baba Nəriman oğlu, X48, X43 ilə aralarında olan birbaşa aşağı nəsli qohumluq faktına əsasən ərizəçilər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mirası (bütün paylar üzrə) faktiki olaraq qəbul etmişlər. Nəticə:
40. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X36, Baba Nəriman oğlu, X48, X34 ölüm faktları müəyyən edilməli, ərizəçilər Cavabdeh1 və İddiaçı vəfat edən(ölmüş) X36, Baba Nəriman oğlu, X48, X43 ilə birbaşa aşağı nəsli qohumluq faktı müəyyən edilməli, X36, Baba Nəriman oğlu, X48, X29 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki olaraq(bütün paylar üzrə) Cavabdeh1 və İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir.
41. Eyni zamanda qeyd edilməlidir ki, hazırki qətnamə ərizəçilər Cavabdeh1 və İddiaçı vərəsəlik şəhadətnaməsi verilməsi üçün əsasdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçilər Cavabdeh1 və İddiaçı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. X36, Baba Nəriman oğlu, X48, X34 ölüm faktları müəyyən edilsin, ərizəçilər Cavabdeh1 və İddiaçı vəfat edən(ölmüş) X36, Baba Nəriman oğlu, X48, X43 ilə birbaşa aşağı nəsli qohumluq faktı müəyyən edilsin, X36, Baba Nəriman oğlu, X48, X29 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki olaraq(bütün paylar üzrə) Cavabdeh1 və İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ərizəçilər Cavabdeh1 və İddiaçı vərəsəlik şəhadətnaməsi verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev