Məhkəmə qərarları › İş №e-2(001)-173/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-173/2024

20.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-173/2024 20.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh1 nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh2, onun anası Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh3 və onların övladları Cavabdeh1 Fazil qızı və X2 xx.xx.2018-ci il tarixdən hal-hazıradək (50 ay müddətində) yaşamaları müqabilində vurduqları 35.000 manat kirayə haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, ünvan 2 ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin pulunu ödəyib almış və xx.xx.2018-ci il tarixdən mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidmətinin №1311837 saylı çıxarışından görünür ki, sözügedən mənzil ona, yəni İddiaçı tam pay hüququ ilə məxsusdur və xüsusi mülkiyyətindədir. Hal-hazırda ona məxsus olan ünvan 2 ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildə cavabdehlər Cavabdeh2, onun anası Cavabdeh1 Behbud qızı, onun həyat yoldaşı Cavabdeh3 və onların yetkinlik yaşına çatmayan övladları Cavabdeh1 Fazil qızı və X4 yaşayırlar və mənzildən qanunsuz istifadə edirlər. Həmin şəxslərlə aralarında heç bir müqavilə bağlanmamışdır, həmin şəxslər o, evi aldığı vaxtdan mənzildə qanunsuz yaşayıblar və bunu məhkəmədə etiraf ediblər. Lakin hal-hazıradək həmin şəxslər tərəfindən mülkiyyətində olan mənzildə müvəqqəti yaşamaları müqabilində ona heç bir ödəniş verilməmişlər. Daşınmaz əmlakın kirayə dəyəri ilə bağlı 24 fevral 2023-cü il tarixli arayışdan görünür ki, sözügedən ünvanda aylıq kirayə dəyəri 700-800 manat aralığında müəyyən edilmişdir. ünvan 2 ünvanında oxşar mənzillərdə aylıq kirayə haqqının 700 manat təşkil etdiyini nəzərə alsaq, xx.xx.2018-ci il tarixdən hal-hazıradək (50 ay müddətində, 700 x 50 = 35.000) kirayə haqqının ümumi məbləği 35.000 manat müəyyənləşdirilir. Qeyd edir ki, cavabdeh Hüseyn Fazil və onun ailə üzvləri onun ailə üzvləri deyil, qohumları deyil, onunla aralarında heç bir hüquq münasibəti yaranmamış, onunla onunla heç bir müqavilə bağlamamışlar. Həmin şəxslərin heç bir hüquqları olmadan onun mənzilində yaşamaları mülkiyyətiçi kimi mənafelərini pozur, o, öz mənzilindən istifadə edə ona sahiblik edə bilmir. Cavabdehlərin onun mənzilində qanunsuz yaşamalarına görə ona külli miqdarda ziyan vurublar. Belə ki, həmin mənzili ayda 700 manata icarəyə verə bilərdi və bununla da 35.000 manat gəlir əldə edə bilərdi. Cavabdehlər mənzildə qanunsuz yaaşamaqla 35.000 manat ziyan vurublar, həmin məbləğdə onun gəlir, fayda əldə etmək hüququndan məhrum ediblər. Ona görə də hesab edir ki, mülkiyyətçi olaraq onun hüquq və mənafeləri təmin edilməli və xx.xx.2018-ci il tarixdən hazırki gunədək hesablanmış kirayə haqqı cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Onu da qeyd edir ki, dəfələrlə Cavabdeh2, onun atası Hüseyn Hüseynova, onun anası Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh3 müraciət edərək, ailəsi ilə birlikdə mənzili tərk etmələrini və mənzili təhvil vermələrini xahiş etsə də, onlar imtina etmiş, mənzili tərk etməyəcəklərini bildirmişlər. Onu da qeyd edir ki, mülkiyyətçi hüquqlarının qəsdən pozulması Azərbaycan Respublikası Konstitusiyasına və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən yolverilməzdir. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququ deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakıalanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən də konkret işlərə baxılaraq, məhkəmələr üçün preyudisial əhəmiyyət daşıyan qərarlar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı mülkiyyət hüququnu təsdiq edən sənəd qanuni qüvvəsini almış məhkəmə qərarı ilə etibarsız hesab edilmişdir Bundan əlavə Cavabdeh1 20 ildən çoxdur ki, həmin mənzildə yaşayır. Göstərdiklərini, eləcə də iddiaçının həmin mənzilə heç bir hüququnun olmamasını nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X5 nümayəndəsi (vəkil) Vəkil2 göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclaslarının keçirilməsinin vaxtı və yeri barədə İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin sinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, Seriya RX, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 14 saylı ev, 23 saylı mənzil (Yeni qaydalarla: ünvan 1 xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-364/2024 saylı qətnaməsi ilə müəyyən edilir ki; İddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MTK-ya qarşı məhkəməyə müraciət edərək, cavabdeh MTK üzvlərinin ümumi iclasının mübahisəli mənzilin üçüncü şəxsə verilməsi barədə 11 may 2018-ci il tarixli protokolunun, forma 2 arayışının, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi və məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdeh MTK-dan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-751/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən ilk iddia rədd, üçüncü şəxsin iddiası təmin edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı subyektiv hüququnun olduğunu iki dəlillə əsaslandırır. Birincisi, iddiaçı mübahisəli mənzilə dair MTK-ya pul ödədiyini, bunun məntiqi davamı olaraq ona müvafiq order, maliyyə arayışı və sair sənədlərin təqdim edildiyini, nəticədə MTK-nın həmin mənzili onun sahiblik və istifadəsinə verdiyini bildirir. Lakin işin müəyyən edilən hallarından görünür ki, həmin istinad olunan sənədlər nə iddiaçıda, nə cavabdehdə mövcuddur. Eyni zamanda itirilmə ilə bağlı Polis orqanına müraciət edilməsi isə həmin sənədləri əvəz etmir. İddiaçı müvafiq sənədləri təqdim etməmiş və həmin sənədləri itirdiyinə istinad etməklə MTK ilə onun arasında hüquqi münasibətlərin yaranmış olması faktını təsdiq etməyə çalışmışdır. İddiaçının bu cəhdi uğursuzdur və istinad olunan hallar həmin faktı təsdiq edə bilməz. İkincisi, iddiaçı təqribən 20 il müddətində mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə etdiyini bildirir və Mülki Məcəllənin qüvvədən düşmüş 179.1-ci maddəsinə əsasən mülkiyyət hüququnu əldə etdiyinə istinad edərək, hazırki tələbi irəli sürməkdə haqlı olduğunu iddia edir. Lakin həmin əldə etmə müddəti o daşınmaz əmlaklara aiddir ki, onların mülkiyyətçisi olmasın. İşin halları ilə müəyyən edilir ki, iddiaçının 2001-2002-ci ildən həmin daşınmaz əmlaka sahiblik etməsi tədqiq edilmiş sübutlarla (şahid ifadələri, kommunal ödənişlərlə bağlı qəbzlər) təsdiq olunsa da, lakin mübahisələndirilən mənzil və onun tərkib hissəsi olan yaşayış sahəsi MTK-ya məxsus olmuş, sonradan pay haqqını ödəmiş üçüncü şəxsə (ikinci iddiaçıya) verilmişdir. Məhkəmə iddiaçının bu dəlilini də əsassız hesab etmiş və iddiaçının mənzilə dair sənədlərin etibarsız hesab edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir. Məhkəmə üçüncü şəxs İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbini isə əsaslı hesab etmiş və qənaətini onunla əsaslandırmışdır ki, əmlak iddiaçının mülkiyyətindədir, lakin cavabdeh iddiaçının etirazına baxmayaraq əmlaka faktiki sahiblik etməyə davam edir və cavabdehlərin sahibliyi qanunsuzdur. Belə ki, tərəflər arasında mənzildən istifadə ilə bağlı və ya mənzilə dair hüquqlarını təsdiq edən hər hansı müqavilə işin faktiki halları ilə müəyyən edilmir, odur ki, mülkiyyətçi həm öz əmlakını tələb etməkdə, həm də mülkiyyət hüquqlarından sərbəst şəkildə və öz mülahizəsinə uyğun istifadə etməsinə törədilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Həmin qətnamədən narazı qalan iddiaçı Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-751/2022 saylı qətnaməsi ləğv edilərək və iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MTK-ya qarşı (İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “cavabdeh MTK üzvlərinin ümumi iclasının mübahisəli mənzilin üçüncü şəxsə verilməsi barədə 11 may 2018-ci il tarixli protokolunun, forma 2 arayışının, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi” tələbi təmin edilərəl, cavabdeh "xxxx" MTK üzvlərinin ümumi iclasının mübahisəli mənzilin İddiaçı verilməsi barədə 11 may 2018-ci il tarixli protokolu, forma 2 arayışı, həmin mənzil (ünvan 2 14 saylı binanın 23-cü mənzilidir (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən) üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı etibarsız hesab edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh1 qarşı “cavabdehin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 133,10 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumları cavabdeh "xxxx" MTK-dan alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi və İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-1809/2024 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-364/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasınıməhkəmə vasitəsilə tələb edə bilər 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığıandan əldə edənə keçir. 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyimənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı qeyd dir ki, araşdırma zamanı müəyyən edilmişir ki, İddiaçı ünvan 2 ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin pulunu ödəyib almış və xx.xx.2018-ci il tarixdə onun həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidmətinin №1311837 saylı çıxarış verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MTK-ya qarşı məhkəməyə müraciət edərək, cavabdeh MTK üzvlərinin ümumi iclasının mübahisəli mənzilin üçüncü şəxsə verilməsi barədə 11 may 2018-ci il tarixli protokolunun, forma 2 arayışının, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi və məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdeh MTK-dan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-751/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən ilk iddia rədd, üçüncü şəxsin iddiası təmin edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-364/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-751/2022 saylı qətnaməsi ləğv edilərək və iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MTK-ya qarşı (İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “cavabdeh MTK üzvlərinin ümumi iclasının mübahisəli mənzilin üçüncü şəxsə verilməsi barədə 11 may 2018-ci il tarixli protokolunun, forma 2 arayışının, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi” tələbi təmin edilərəl, cavabdeh "xxxx" MTK üzvlərinin ümumi iclasının mübahisəli mənzilin İddiaçı verilməsi barədə 11 may 2018-ci il tarixli protokolu, forma 2 arayışı, həmin mənzil (ünvan 2 14 saylı binanın 23-cü mənzilidir (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən) üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı etibarsız hesab edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh1 qarşı “cavabdehin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 133,10 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumları cavabdeh "xxxx" MTK-dan alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi və İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-1809/2024 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-364/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırda ünvan 2 ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidmətinin №1311837 saylı çıxarışın etibarsız hesab edilməsi işin mübahisəsiz halıdır. Belə olan isə iddiaçının iddia etdiyi, xx.xx.2018-ci il tarixdən hal-hazıradək (50 ay müddətində) yaşamaları müqabilində vurduqları 35.000 manat kirayə haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbini irəli sürmək üçün əsas aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh2, onun anası Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh3 və onların övladları Cavabdeh1 Fazil qızı və X2 xx.xx.2018-ci il tarixdən hal-hazıradək (50 ay müddətində) yaşamaları müqabilində vurduqları 35.000 manat kirayə haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar