Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1767/2024 06.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini artıraraq, məhkəmədən xx.xx.2010-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş 97500 (doxsan yeddi min beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X2 ilə xx.xx.2003-cü il tarixdə 360№-li nikah qeydi ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X8 dünyaya gəlmişdir. X2 2003-cü ildən xx.xx.2010-cu ilədək "xxxx" MMC-də briqadir vəzifəsində çalışmışdır. Qeyd edir ki, X6 xx.xx.2010-cu il tarixdə peşə vəzifəsin yerinə yetirərkən “Riyad” ticarət mərkəzinin qarşısında, Bakı-Sumqayıt avtomobil yolunun 06-16 km-də inşa edilən yer üstü keçiddə bünövrəyə tökülmüş yeni betonun suvarılması üçün həmin yerə gələrkən magistralın bir tərəfindən digər tərəfinə keçərkən avtomobil şosessində sürətlə hərəkət edən VAZ 2106 markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuşdur. Nəticədə xəsarət alan mərhum əri İntiqam Əmirov xx.xx.2010-cu il tarixdə xəstəxanada ölmüşdür. AZ-İ 400444 №-li ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2010-cu il tarixdə başbeyin travması nəticəsində Bakı şəhəri, Səbail rayonunda ölmüşdür. Mülki iş materiallarına əlavə edilmiş cavabdeh tərəindən verilmiş xx.xx.2023-cü il tarixli, 111№-li arayışdan göründüyü kimi mərhum X6 vəfat etdiyi günə aylıq əmək haqqısı 1000 (bir min) manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.3-cü maddəsinə əsasən ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək, on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək zərərin əvəzi ödənilir (maddə 1121.3.1, 1121.3.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Doğum haqqında şəhadətnamədən göründüyü kimi X7 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur və onun 18 yaşı xx.xx.2023cü il tarixdə tamam olmuşdur. Doğum haqqında şəhadətnamədən göründüyü kimi X8 xx.xx.2006-ci il tarixdə anadan olmuşdur və onun 18 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi iddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2024- cü il tarixədək (163 ay) cavabdehdən ailə başçısının itirilməsi ilə əlaqədar onun əmək haqqını, yəni 1000 (bir min) manat məbləğdə pul vəsaitini müavinat kimi hər ay almaq hüququna malik olmuşdur. Lakin iş materiallarından göründüyü kimi cavabdeh xx.xx.2010-cü il tarixdən 2023-cü ilin sentyabr ayınadək olan müddət ərzində bir ay üçün 500 manat olmaqla, 131 ay üçün ümumilikdə 65500 manat ödəniş etmişdir. Göründüyü kimi cavabdeh xx.xx.2024-cü il tarixədək bir ay üçün 1000 (bir min) manat olmaqla, 163 ay üçün iddiaçıya ümumilikdə 163.000 (bir yüz altmış üç min) manat pul ödəməlidir. Lakin cavabdeh cəmi 65.500 manat ödəməklə 97500 (doxsan yeddi min beş yüz) manat pul vəsaitini ödəməməklə iddiaçıya həmin məbləğdə zərər vurmuşdur.
3. Artırılmış tələbini isə belə əsaslandırmışdır ki, İddiaçı məhkəmədə Cavabdeh-Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq xx.xx.2010-cu il tarixdən xx.xx.2024cü il tarixədək ödənilməmiş 67.000 (altmış yeddi min) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddia tələbi onunla əsaslandırılır ki, mərhum X2 ilə xx.xx.2003-cü il tarixdə 360№-li nikah qeydi ilə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X8 adlı iki övladları doğulmuşdur. X6 2003-cü il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-də briqadir vəzifəsində çalışmışdır. X6 xx.xx.2010-cu il tarixdə peşə vəzifəsin yerinə yetirərkən “Riyad” ticarət mərkəzinin qarşısında, BakıSumqayıt avtomobil yolunun 06-16 km-də inşa edilən yerüstü keçiddə bünövrəyə tökülmüş yeni betonun suvarılması üçün həmin yerə gələr magistralın bir tərəfindən digər tərəfinə keçərkən avtomobil şosessində sürətlə hərəkət edən VAZ 2106 markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuşdur. Nəticədə xəsarət alan mərhum əri İntiqam Əmirov xx.xx.2010-cu il tarixdə xəstəxanada ölmüşdür. AZ-İ 400444 №-li ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2010-cu il tarixdə baş-beyin travması nəticəsində Bakı şəhəri, Səbail rayonunda ölmüşdür. Cavabdeh MMC tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında xx.xx.2010-cu il tarixli 02 saylı İZ formalı Akt tərtib edilərək İntiqam Əmirovun əmək xəsarəti nəticəsində vəfat etməsi ilə əlaqədar zərərə görə aylıq ödəncin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənilməsi müəyyən edilmişdir. xx.xx.2010-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş 67.000 (altmış yeddi min) manat pul vəsaiti qalmışdır. Dəfələrlə Cavabdeh MMCyə vurduğu ziyana görə aylıq ödəncin ödənilməsi üçün müraciət etsəm də cavabdeh öhdəsinə götürdüyü məsuliyyətdən dolayısı ilə boyun qaçırır. Cavabdehə ünvanladığı 25 sentyabr 2023-cü il tarixli 346 saylı məktubuna, xx.xx.2023-cü il tarixli 111 saylı məktub ilə cavab olaraq bildiriblər ki, “"xxxx" MMC-nin fəaliyytinin olmamağı səbəbbindən maliyyə çətinliyi yaranmışdır və bu səbəbdən müavinətlərin ödənilməsində gecikmələr olmuşdur. Maliyyə çətinliyi aradan qaldırıldıqda X5 ailəsinə müavinətlər ödəniləcəkdir.” Cavabdehin 10 il ərzində maliyyə çətinliyi aradan qalxmamışdırsa kim zəmanət verə bilərki bundan sonraki müddətdə onun çətinliyi aradan qalxacaqdır?! Himayəsində yetkinlik yaşına çatmayan iki övladı var. Onların saxlanılmasında maddi çətinlik çəkir. Mülki iş materiallarına əlavə edilmiş cavabdeh tərəindən verilmiş xx.xx.2023-cü il tarixli, 111№-li arayışdan göründüyü kimi mərhum X6 vəfat etdiyi günə aylıq əmək haqqısı 1000 (bir min) manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.3-cü maddəsinə əsasən ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək, on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək zərərin əvəzi ödənilir (maddə 1121.3.1, 1121.3.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. r. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Doğum haqqında şəhadətnamədən göründüyü kimi X7 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur və onun 18 yaşı xx.xx.2023cü il tarixdə tamam olmuşdur. Doğum haqqında şəhadətnamədən göründüyü kimi X8 xx.xx.2006-ci il tarixdə anadan olmuşdur və onun 18 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi iddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2024- cü il tarixədək (163 ay) cavabdehdən ailə başçısının itirilməsi ilə əlaqədar onun əmək haqqını, yəni 1000 (bir min) manat məbləğdə pul vəsaitini müavinat kimi hər ay almaq hüququna malik olmuşdur. Lakin iş materiallarından göründüyü kimi cavabdeh xx.xx.2010-cü il tarixdən 2023-cü ilin sentyabr ayınadək olan müddət ərzində bir ay üçün 500 manat olmaqla, 131 ay üçün ümumilikdə 65500 manat ödəniş etmişdir. Göründüyü kimi cavabdeh xx.xx.2024-cü il tarixədək bir ay üçün 1000 (bir min) manat olmaqla, 163 ay üçün iddiaçıya ümumilikdə 163.000 (bir yüz altmış üç min) manat pul ödəməlidir. Lakin cavabdeh cəmi 65.500 manat ödəməklə 97500 (doxsan yeddi min beş yüz) manat pul vəsaitini ödəməməklə iddiaçıya həmin məbləğdə zərər vurmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, keçən məhkəmə iclasından əvvəl özünü cavabdehin nümayəndəsi kimi təqdim edən Aybəniz xanımla danışsa da, nümayəndə heç bir məhkəmə iclasında iştirak etməmişdir. Aylıq 500 manatdan ödəyirdilər və bunu maliyyə çətinliyi ilə əlaqələndiriblər. İddiaçı əvvəl vəd verilən məbləği istəyirdi. Lakin sonradan ödənilməli olan məbləğə hüququnun olduğunu düşündüyündən, iddia tələbini dəqiqləşdirmiş və cəmi 97500 mant pul vəsaitinin tutulmasını tələb edir.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, əslində cavabdeh tərəfindən iddiaçıya mərhum ərinin əmək haqqının 40 % həcmində ödəniş edilib. Lakin bu məbləğ mərhumun əmək haqqın 80 % məbləğində ödəniş edilməli idi. Hazırda isə xx.xx.2010-cu il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya cəmi 4500 manat məbləğində pul ödənilmişdir. Cavabdeh öhdəliyinin icrasından yayındığından, iddiaçı hüquqlarının məhkəmə müdafiəsi ilə təmininə nail olmaq istəyir.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir.
7. Mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir.
8. Lakin mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəməyə təqdim etdiyi yazılı mülahizəsində göstərir: Nəzərinizə çatdırırıq ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği" (bundan sonra - Qaydalar) və onun müvafiq bəndlərinin tətbiqinə dair xx.xx.2004-cü il tarixli İzahatı; "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə AR NK-nin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı əsasında müəyyənləşdirilir. "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin hesabına vəsaiti ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə dair izahatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir (NK, xx.xx.1998-ci il tarixli Qərar). İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bedbext hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) İşçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Qaydaların 3.1-ci bəndinə əsasən, zərəçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: zərər çəkmiş işçilərə istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq. Həmçinin, Qaydaların 3.3-cü maddəsinə əsasən, əmək xəsarəti nəticəsində zərərçəkən vəfat etdikdə, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı işçinin ölümündən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı müəyyən edilərkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarının İ nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir.
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
10. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
11. Azərbaycan Respublikası Cavabdeh MMC tərəfindən Vəkil ünvanlanan xx.xx.2023-cü il tarixli, 111 saylı məktubda göstərilir: X5 xx.xx.2006-cı il tarixdən Cavabdeh MMC-də silindr operatoru vəzifəsində işləyib və əmək haqqı 1000 manat olmuşdur. 2010cu ilin 4 sentyabr tarixində bədbəxt hadisə nəticəsində rəhmətə gedib. Cavabdeh MMCnin fəaliyyətinin olmamağı səbəbindən maliyyə çətinliyi yaranmışdır və bu səbəbdən müavinətlərin ödənilməsində gecikmələr olmuşdur. Maliyyə çətinliyi aradan qaldırıldıqda X5 ailəsinə müavinətlər veriləcəkdir.
12. Cavabdeh MMC tərəfindən təqdim edilən ödəniş qrafikindən görünür ki, İddiaçı 2021-ci ilin mart ayına 500 manat, may ayında 500 manat, iyul ayında 500 manat, sentyabr ayında 500 manat, dekabr ayında 500 manat, 2022-ci ilin mart ayında 500 manat, aprel ayında 500 manat, iyul ayında 500 manat, dekabr ayında 500 manat olmaqla, cəmi 4500 manat ödəniş edilmişdir .
13. Cavabdeh MMC tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən əmək kitabçasından olan təqdimata görə mərhum X11 xx.xx.2006-cı il tarixindən Cavabdeh MMC-də silindr-operator vəzifəsinə qəbul edilmişdir.
14. Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2010-cu il tarixli, AZ-İ seriyalı, 400444 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixində Bakı şəhərində, baş beyin travması səbəbindən ölmüşdür.
15. Hacıqabul rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 035757 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X1 arasında xx.xx.2003-cü il tarixində nikah bağlanmış, nikahdan sonra arvada “Əmirova” soyadı verilmişdir.
16. Hacıqabul rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 746840 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixində Hacıqabul rayonunda doğulmuş, anası X9, İddiaçıdır.
17. Hacıqabul rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 074022 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixində Hacıqabul rayonunda doğulmuş, anası X9, İddiaçıdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
18. İddiaçı mərhum X3 arvadıdır. Onların birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X8 dünyaya gəlmişdir. X6 xx.xx.2006-cı il tarixdən Cavabdeh MMC-də silindr operatoru vəzifəsində işləmiş və əmək haqqı 1000 manat olmuşdur. Lakin əmək funksiyasını icra edən zaman baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2010-cu il tarixdə ölmüşdür.
19. İddiaçı AR MM-nin 1121 və 1122-ci maddələrinin müvafiq bəndlərinə istinad etməklə xx.xx.2010-cu il tarixdən xx.xx.2024-cü il tarixədək (163 ay) cavabdehdən ailə başçısının itirilməsi ilə əlaqədar onun əmək haqqını, yəni 1000 (bir min) manat məbləğdə pul vəsaitini müavinat kimi hər ay almaq hüququna malik olduğunu, lakin cavabdehin öhdəliyinin icrasından boyun qaçırmaqla, ödənilməli olan 97500 manat məbləğində vəsaitin ona ödənmədiyini iddia edir.
20. xx.xx.2024-cü il tarixədək ödənişi tələb etməsini isə birgə nikahdan doğulan X4 18 yaşına xx.xx.2024-cü il tarixdə çatması ilə əsaslandırır.
21. Cavabdeh tərəf isə məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməsə də, xx.xx.2023-cü il tarixli, 111 saylı məktubunda göstərilir: X5 xx.xx.2006-cı il tarixdən Cavabdeh MMC-də silindr operatoru vəzifəsində işlədiyini və əmək haqqının 1000 manat olduğunu, Cavabdeh MMC-nin fəaliyyətinin olmamağı səbəbindən yaranan maliyyə çətinliyinə görə müavinətlərin ödənilməsində gecikmələr olduğunu və çətinlik aradan qaldırıldıqda X5 ailəsinə müavinətlərin veriləcəyini bildirmişdir.
22. Bundan başqa Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2010-cu il tarixindən – 2023-cü ilin sentyabr ayına kimi, bir ay üçün 500 manat olmaqla, cəmi 65500 manat ödəniş etməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçı xx.xx.2024-cü il tarixinədək aylıq 1000 manat ödənilməli olduğunu, 163 ay üçün ümumilikdə 163000 manat vəsaitdən 65500 manatının ödənildiyini bildirməklə, qalıq qalmış 97500 manat vəsaitinin tutulmasını tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.
25. 1121.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:
26. 1121.1.1-ci maddəsinə əsasən ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;
27. 1121.1.2-ci maddəsinə əsasən şəxsin ölümündən sonra doğulmuş uşağı;
28. 1121.1.3-cü maddəsinə əsasən ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq;
29. 1121.1.4-cü maddəsinə əsasən ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
30. 1121.2-ci maddəsiə əsasən işləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır.
31. 1121.3-cü maddəsinə əsasən Zərərin əvəzi aşağıdakılara ödənilir:
32. 1121.3.1.-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək;
33. 1121.3.2-ci maddəsinə əsasən on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək;
34. 1121.3.3-cü maddəsinə əsasən əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük;
35. 1121.3.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərə - əlillik müddəti üçün
36. 1121.3.5-ci maddəsinə əsasən ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək.
37. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarının: 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. 3.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir.
38. İşin halları ilə müəyyən edildiyi kimi X6 xx.xx.2006-cı il tarixdən Cavabdeh MMC-də silindr operatoru vəzifəsində işləmiş və əmək haqqı 1000 manat olmuşdur. İşçi xx.xx.2010-cu il tarixdə əmək funksiyasının icrası zamanı bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Bundan sonra mərhumun himayəsində olmuş yetkinlik yaşına çatmayan uşaqları ailə başçısının öldüyü gündən ondan dolanacaq təminatı almaq hüququndan məhrum olmuşlar. Həmin hüququn mövcudluğu işin mübahisəsiz halı olmuş, necə ki, cavabdeh tərəfindən hissə-hissə olmaqla cəmi 65500 manat iddiaçıya ödənilmiş və maliyyə çətinliyi ilə əlaqədar verilməli olan məbləğ tam ödənilməmişdir. İddiaçı əvvəlcə cavabdehin hissə-hissə qismi ödənişlərini qəbul etsə də, hazırda ödənilməyən tam məbləği tələb edir. Odur ki, yuxarıda göstərilən normaların tətbiqi baxımından mərhumun əmək haqqının 1000 manat olması, xx.xx.2024-cü il tarixinədək(uşağı 18 yaşına çatanadək) əslində aylıq 1000 manat ödənilməli olması nəzərə alındıqda, 163 ay üçün ödənilməli olan qalıq məbləğin 97500 (163000-65500) manat olduğu müəyyən edilir. Bu səbəbdən də məhkəmə iddianı əsaslı hesab edir.
39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar.
40. 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Tətbiq edilən prosessual normalar:
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
45. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
46. 218.3-cü maddəsinə əssən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
47. 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.
48. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Nəticə:
49. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 97500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
50. İddiaçının ödəməkdən azad olduğu dövlət rüsumunun əvəzi qismində 382,5 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq, dövlət büdcəsinə ödənilməlidir.
51. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 97500 (doxsan yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və 382,5 (üç yüz səksən iki manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev