Məhkəmə qərarları › İş №e-2(001)-1769/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1769/2024

29.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1769/2024 29.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh X4 və nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı “mülkiyyət hüququnu məhdudlaşdıran maneələrin aradan qaldırılması, həmin hərəkətlərin edilməsinin qadağan olunması, dəymiş maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr qeyriyaşayış sahəsinə mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam) məhdudlaşdıran manelərinin (qapını qıfıllaması, onun qeyri-yaşayış sahəsinə daxil olmasına, kommunal xidmətlərdən, telefondan, internetdən və s istifadə etməsinə qarşı edilmiş hərəkətlərinin) onun tərəfindən aradan qaldırılması, həmçinin mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması barədə və əldən çıxmış fayda kimi 143.225 (yüz qırx üç min iki yüz iyirmi beş) manat maddi zərərin, ona vurduğu mənəvi zərərə görə 100.000 (yüz min) manatın və cəmi 243.225 (iki yüz qırx üç min iki yüz iyirmi beş) manatın və hazırki iddia üzrə ödənilmiş 534 (beş yüz otuz dörd) manat dövlət rüsumunun cavabdeh X2 tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr sahəsi olan qeyri-yaşayış binası cavabdeh X10 ilə onun paylı mülkiyyətindədir. Belə ki, xx.xx.2019-cu il tarixdən həmin qeyri-yayayış sahəsinin 85%-i onun, yerdə qalan 15%-i isə cavabdehin mülkiyyətindədir. Lakin, buna baxmayaraq xx.xx.2019-cu il tarixdən hal-hazıradək olan müddət ərzində cavabdeh onu mülkiyyətinə daxil olmağa və ondan istifadə etməyə qoymur. O, həmin qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixdən ayrı-ayrı şəxslərə icərayə verməklə gəlir götürür. Hətta cavabdeh qeyri-yaşayış sahəsinin üstünü də, "xxxx" MMC-yə icrayə verməklə gəlir götürür. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh X4 ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsindən əldə etdiyi gəlirdən ona heç bir məbləğdə pul verməmişdir. Onda olan məlumata görə o, həmin qeyri-yaşayış sahəsini xx.xx.2019-cu ildən hal-hazıradək olan müddət ərzində hər ay 2.500 manat pul ödənilmək şərti ilə icarəyə vermişdir. X1 qeyriyaşayış sahəsinin üst hissəsini "xxxx" MMC-yə icrayə verməklə hər il MMC-dən 3.500 manat gəlir götürmüşdür. Hətta o, qeyri-yaşayış sahəsinin icarəsinə görə "xxxx" MMC-dən 2024-cü ilin noyabr ayına kimi olan icarə haqqını almışdır. Həmin müddət ərzində o, qeyriyaşayış sahəsinin icarəsindən 168.500 (yüz altmış səkkiz min beş yüz) (147.500 + 21.000) manat gəlir əldə etmişdir. Əgər sözügedən qeyri-yaşayış sahəsinə görə gələn gəlir paylara uyğun bölüşdürülsə idi, ona düşən pay 143.225 (yüz qırx üç min iki yüz iyirmi beş) (125.375+17.850) manat edəcəkdir. Lakin, cavabdeh qeyri-yaşayış sahəsinin icarəsindən gələn gəlirdən ona düşən payı verməmişdir. Hələ bu azmış kimi onu həmin qeyri-yaşayış sahəsinə daxil olmağa və ondan istifadə etməyə maneçiliklər törədir. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində ona 143.225 (yüz qırx üç min iki yüz iyirmi beş) manat zərər dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 380/20 saylı qiymətləndirmə rəyində qeyd edilmişdir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qeyri-yaşayış sahəsinin 1 aylıq icarə haqqı 2.500 (iki min beş yüz) manat müəyyən edilmişdir. Cavabdeh X4 nümayəndəsi (vəkili) Vəkil2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ƏMDK yanında DƏDRX-dən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr sahəsi olan qeyri-yaşayış binası İddiaçı ilə cavabdeh X4 paylı mülkiyyətindədir. Belə ki, xx.xx.2019-cu il tarixdən həmin qeyri-yaşayış sahəsinin 85%-i iddiaçının, yerdə qalan 15%-i isə cavabdehin mülkiyyətindədir. İddiaçı ərizəsində qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdən hal-hazıradək olan müddət ərzində cavabdeh ona mülkiyyətinə daxil olmağa və ondan istifadə etməyə qoymur. İddiaçı məhkəmədən onun mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərə son qoyulmasını və bunun cavabdehə qadağan olunmasını xahiş etmişdir. Halbuki, iddiaçının bu iddiası tamamilə əsassızdır. Belə ki, 4 ildən artıq müddətdə iddiaçının öz mülkiyyətinə daxil olmağa icazə verilmədiyi təqdirdə, onun indiyədək hər hansı qanuna müvafiq addım atmaması real görünmür. Əgər qeyd olunan müddətdə cavabdeh iddiaçıya qarşı bununla bağlı hər hansı məhdudiyyətlər yaratsa idi, yəqin ki, iddiaçı öz hüquqlarını qorumaq üçün hər hansı zəruri addımları atardı. Üstəlik, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3M-708 nömrəli İcarə müqaviləsindən də göründüyü kimi, iddiaçı həmin qeyri –yaşayış sahəsini qeyd olunan tarixdə hətta aylıq 1000 manat məbləğində icarəyə də vermişdir. Burdan da bir daha görünür ki, iddiaçı öz mülkiyyəti ilə bağlı sahiblik istifadə, sərəncam hüquqlarını layiqincə yerinə yetirir. İddiaçı həmin qeyri-yaşayış sahəsini aylıq 1000 manat məbləğində icarəyə versə də, iddia edir ki, onda olan məlumata görə iddiaçı, həmin qeyri-yaşayış sahəsini xx.xx.2019-cu ildən halhazıradək olan müddət ərzində hər ay 2.500 manat pul ödənilmək şərti ilə icarəyə vermişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 380/20 saylı qiymətləndirmə rəyində qeyd edilmişdir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1 aylıq icarə haqqının 2.500 (iki min beş yüz) manat olduğu müəyyən edilmişdir. Maraqlıdır ki, əgər bazar qiymətinə görə qeyd edilən qeyri-yaşayış sahəsinin 1 aylıq icarə haqqı 2019-cu ildən 2.500 manat (iki min beş yüz manat) təşkil edirdisə, nəyə görə cavabdeh həmin qeyri-yaşayış sahəsini 2023-cü ilin sonlarında aylıq 1000 manata icarəyə vermişdir. Həmçinin iddiaçı iddia edir ki, cavabdeh qeyri-yaşayış sahəsinin üst hissəsini "xxxx" MMCyə icarəyə verməklə hər il MMC-dən 3.500 manat gəlir götürmüşdür. Lakin iddiaçı digər iddiaları kimi, bu iddiasını da sübuta yetirə bilməmişdir. Nəzərə alsalar ki, qeyd olunan qeyri-yaşayış sahəsinin 15% hissəsi cavabdehə məxsusdur, cavabdeh həmin hissə barəsində istədiyi kimi sərəncam vermək hüququna malikdir. Necə ki, iddiaçı əmlakın 85% hissəsini icarəyə vermiş və ondan bəhrələnmişdir. Həmçinin, iddiaçının qeyd etdiyi hadisədən mənəvi zərər çəkməsi və bunun əvəzində 100.000 manat kompensasiya tələbi iddiaçının əsassız varlanma istəyinə dəlalət edir. Faktiki işin mahiyyətindən və iddia tələbinə əlavə edilən iş materiallarından görünür ki, iddianın əsası məhz əsassız varlanmaya dəlalət edir və iddianın faktiki hər-hansı hüquqi əsası mövcud deyildir. Bu və digər səbəblərdən iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh ilk gündən qeyri-yaşayış sahəsinin ona məxsus hissəsindən istifadəyə şərait yaratmamışdır. Belə ki, gah ona qeyri-yaşayış sahəsinin icarədə olduğunu və ayın sonuna qədər gözləməsini, gah da həmin qeyriyaşayış sahəsini birlikdə icarəyə verməyi təklif etsə də, bununla əlaqədar aralarında razılığa gələ bilməyiblər. Daha sonra həmin qeyri-yaşayış sahəsini təmir etməyə icazə vermişdir. Lakin sonra elektrik xəttini kəsmiş, icarəçilərə obyektdən istifadəyə imkan verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edib, iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 iddia tələbini qəbul etmədiyini bildirərək, məhkəməyə təqdim etdikləri ərizənin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, o, 40 ildir mübahisəli qeyri-yaşayış sahəsini istifadə edir və onun orada güzəştli payı olub. İddiaçı həmin qeyri-yaşayış sahəsini 50.000 manata almışdır. O, iddiaçıya bundan xəbəri olmadığını və hansı qiymətə alıbsa onu ödəməyə hazır olduğunu bildirsə də, iddiaçı həmin qeyri-yaşayış sahəsini ona 175.000 manata sata biləcəyini bildirdiyindən onlar razılığa gələ bilməmişlər. Sonra onun üstünə reket gətirmişlər, halbuki o halallaşmaq istəyirdi. Mübahisəli qeyri-yaşayış sahəsi ilə yanaşı onun qeyri-yaşayış sahəsi olduğuna görə, həmin qeyri-yaşayış sahəsini tam olaraq almaq istəyir. Qeyri-yaşayış sahəsini onlara versə də, işlədə bilməyəcəklər. Belə ki, 1 ay müddətinə həmin qeyri-yaşayış sahəsini istifadə üçün qarşı tərəfə versə də, onlar avadanlıqlar gətirmiş,lakin işlətməyib getmişlər. Qeyri-yaşayış sahəsinin qapısı hal-hazırda da açıqdır və gəlib işlətsinlər. Samirə xanım həmin obyektdə aptek açacağını bildirmiş, o da buna etiraz etməsə də, hələ də həmin qeyri-yaşayış sahəsində aptek açılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 nümayəndəsi(vəkili) Vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirərək, məhkəməyə təqdim etdikləri ərizənin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilə qeyri-yaşayış sahəsinin 12 kvadrat metrini və onun üzərini əhatə edir. Cavabdehin bağladığı həmin müqavilə də, öz payı ilə bağlı olub. Eləcə də əldən çıxmış fayda olmamışdır. Çünki qarşı tərəfin qeyri-yaşayış sahəsini işlətmək fikri olmamışdır. Təzyiq vasitəsi kimi istifadə edirlər. Eləcə də, cavabdehin qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsinə kommunal xidmətlərlə əlaqədar təmin etmək borcu deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qətnamə isə cavabdehin özünə məxsus olan qeyri-yaşayış sahəsi ilə bağlıdır və onun şəxsiyyətini xarakterizə edən hal deyildir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş disklərdə də heç nə başa düşülmür və onların başqa şəxslərin danışığını təqdim etmək hüquqları yoxdur. İddianın mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar isə qeyd edir ki, mənəvi zərərin nədən ibarət olması və zərərin dəyməsi ilə bağlı sübut təqdim edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, iddiaçı ilə aralarında olan şifahi razılaşmaya uyğun olaraq, iddiaçının həmin obyektə olan payı ona məxsusdur. Həmin obyekt 2019-cu ilin may ayında alınıb və iddiaçı tərəfindən ona həmin qeyri-yaşayış sahəsini idarə etmək üçün etibarnamə verilmişdir. Lakin hal-hazırki günədək cavabdeh tərəfindən maneələr yaradıldığı üçün həmin obyektə daxil olub, istifadə edə bilmir. Ona verilmiş etibarnamə əsasında X12 ilə icarə müqaviləsi bağlasalar da, cavabdeh tərəfindən mübahisələr yaradıldığından həmin şəxs də çıxıb getmişdir. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin işığı sökülmüşdür və həmin elektrik xətti qonşu obyektdən çəkilməmişdir. Onlar cavabdehə həmin qeyri-yaşayış sahəsini birlikdə icarəyə verməyi təklif etsələr də, cavabdeh bununla razılaşmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, tərəflər aralarında olan mübahisəni həll edə bilmədiyinə, yəni cavabdeh tərəfindən iddiaçıya mülkiyyətində olan obyektdən istifadə ilə bağlı maneələr yaradıldığına görə, məsələni həll etmək üçün cavabdeh tərəflə söhbət etmiş, lakin mübahisə öz həllini tapmamışdır. Bununla əlaqədar polisə müraciət etsələr də, polis əmlak məsələsi olduğunu bildirərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının (9 saylı mağaza) 85 %-i İddiaçı xüsusi mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə 87 nömrəli reyestr kitabının 8260 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin qeyri yaşayış sahəsinin 15 %-nə isə X4 payı müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli QXM/380/24 №-li qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1 aylıq icarə dəyərinin bazar dəyəri 2500 (iki min beş yüz) manat müəyyən edilmişdir. İddiaçı icarəyə verən X12 icarəçi olmaqla bağlanmış 01 noyabr 2023-cü il tarixli İcarə müqaviləsindən görünür ki, “İcarəyə verən” ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının ünvanında yerləşən ümumi sahəsi 217.8 kv/m olan digər daşınmaz əmlakın paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 185.13 kv.m hissəni icarəçi X8 xx.xx.2024cü il tarixədək icarəyə vermişdir. X10 “Birinci tərəf”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “İkinci tərəf” olmaqla aralarında bağlanmış 04 noyabr 2019-cu il tarixli 2019-0753 №-li Birgə fəaliyyət müqaviləsindən görünür ki, “Birinci tərəf”in ünvan 3 ünvanında yerləşən 9 saylı mağaza “İkinci tərəf” tərəfindən özünə məxsus radio-baza stansiyasının qurulması, “Birinci tərəf” tərəfindən isə bu stansiyanın kabinet avadanlıqları və antenlərin qurulması üçün 12 (on iki) kvadrat metr (eni 3 və uzunu 4 metr) binanın damında sahənin ayrılması, stansiyanın elektrik enerjisi ilə təmin edilməsi və mühafizənin təşkil edilməsi sahəsində tərəflər razılığa gəlmişlər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin müddəti, tərəflərin onu imzaladığı gündən hesablanmaqla, 5 (beş) il müddətinə müəyyən edilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin mövzusuna uyğun olaraq əldə ediləcək gəlirlərdən “İkinci tərəf” “Birinci tərəf”ə bir ildə vergilər nəzərə alınmamaqla 2500 (iki min beş yüz) Azərbaycan manatı ödəyir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən Ödəniş 1 (bir) ildə bir dəfə öncədən və hər dəfə illik məbləğin bir misli miqdarında hesablanmaqla, “Birinci tərəf” tərəfindən manatla tərtib edilərək “İkinci tərəf”ə təqdim edilən ödəniş sənədləri əsasında köçürmə yolu ilə həyata keçirilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2159/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh X2 2090 (iki min doxsan) manat məbləğində vəsaitin və 64 (altmış dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(103)-4734/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2159/203 saylı iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən (mübahisələndirilən hissədə) saxlanılmışdır. Həmin qətnamələrdən müəyyən olunur ki, X10 M.Davudoğlu küçəsi 16 ünvanında yerləşən obyekti icarəyə vermək vədi ilə X3 ümumilikdə 2090 manat pul vəsaiti almışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün məhkəmənin hesabına 534 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı tərəf hal-hazırda məhkəməyə müraciət edərək, cavabdeh X4 onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam) məhdudlaşdıran manelərinin (qapını qıfıllaması, onun qeyri-yaşayış sahəsinə daxil olmasına, kommunal xidmətlərdən, telefondan, internetdən və s. istifadə etməsinə qarşı edilmiş hərəkətlərinin) onun tərəfindən aradan qaldırılmasını, həmçinin mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdehə qadağan olunmasını və əldən çıxmış fayda kimi 143.225 (yüz qırx üç min iki yüz iyirmi beş) manat maddi zərərin, ona vurduğu mənəvi zərərə görə 100.000 (yüz min) manatın və cəmi 243.225 (iki yüz qırx üç min iki yüz iyirmi beş) manatın ödənilməsini tələb edir, cavabdeh tərəf isə iddianı qəbul etmədiklərini, iddiaçıya hər-hansı maneənin yaradılmadığını bildirir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 216-cı maddəsinə əsasən, mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr qeyri-yaşayış sahəsinin 85 faiz iddiaçının paylı mülkiyyətindədir. Lakin qeyri-yaşayış sahəsinin 15 %-nin sahibi olan cavabdeh iddiaçıya həmin qeyri-yaşayış sahəsindən sahiblik və istifadə ilə əlaqədar maneələr yaradır. Belə ki, məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatları və şahid ifadələri ilə müəyyən edilir ki, paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin sahibliyi və istifadəsi ilə əlaqədar tərəflər arasında mübahisələr var. Eyni zamanda cavabdehin kommunal xətlərin ona məxsus olan ayrı obyektə məxsus olduğunu əsas gətirərək, mübahisəli qeyri-yaşayış sahəsinin kommunal xidmətlərə çatımlılığını məhdudlaşdırdığı müəyyən edilsə də, o, ayırmış olduğu kommunal xətlərin ona məxsus olan digər obyektə aidiyyatını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin isə iddiaçının həmin qeyri-yaşayış sahəsindən istifadəsinə maneçilik törətməsi, onun mülkiyyət hüquqlarını əsassız şəkildə pozur. Halbuki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh X4 onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam) məhdudlaşdıran manelərinin (qapını qıfıllaması, onun qeyri-yaşayış sahəsinə daxil olmasına, kommunal xidmətlərdən, telefondan, internetdən və s istifadə etməsinə qarşı edilmiş hərəkətlərinin) onun tərəfindən aradan qaldırılması, həmçinin mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması hissəsində əsaslıdır. Məhkəmə əldən çıxmış fayda kimi 143.225 (yüz qırx üç min iki yüz iyirmi beş) manat maddi zərərin tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X10 ilə "xxxx" MMC ilə aralarında ünvan 3 ünvanında yerləşən 9 saylı mağazada sonuncuya məxsus stansiyanın kabinet avadanlıqları və antenlərin qurulması üçün 12 (on iki) kvadrat metr (eni 3 və uzunu 4 metr) binanın damında sahənin ayrılması ilə əlaqədar 5 il müddətinə, illik 2500 (iki min beş yüz) manat ödəniş edilməsi barədə 04 noyabr 2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndində icarə haqqının ildə bir dəfə öncədən ödənilməsi nəzərdə tutulmuşdur. ünvan 3 ünvanında yerləşən 9 saylı mağazın 85 %-i iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə barədə məlumatlandırılmamış və əldə edilmiş gəlirin iddiaçının payına mütənasib olan hissəsi iddiaçıya verilməmişdir. Cavabdeh həmin müqavilənin və müqavilə üzrə əldə etdiyi pul vəsaitinin özünə məxsus olan hissə ilə bağlı olduğunu əsas gətirərək qeyd edilən hissədə iddiaya etiraz etmişdir. Məhkəmənin qənaətinə görə, cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar əsaslı deyildir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 216-cı maddəsinə əsasən, mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Məhkəmə araşdırması zamanı tərəflər arasında bununla əlaqədar bir razılaşmanın olması və ya qeyri-yaşayış sahəsinin naturada bölgüsünün həyata keçirilmiş olduğu müəyyən edilməmişdir. Ona görə də, iddiaçının 04 noyabr 2019-cu il tarixli müqavilə əsasında cavabdehin əldə etdiyi gəlirin, yəni 12500 manatın (5 il x 2500 manat = 12500 manat) payına mütənasib hissəsi kimi 10625 manatı ( 12500 manatın 85 %-i) cavabdehdən tələb etmək hüququ yaranmışdır. Bununla belə məhkəmə, qeyd edilən hissədə (əldən çıxmış fayda kimi maddi zərərin tutulması hissəsində) iddia tələbinin qalan hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı cavabdehin həmin qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixdən hal-hazıradək olan müddət ərzində aylıq 2500 manat müqabilində icarəyə verərək, gəlir əldə etdiyi qeyd etsə də, bununla əlaqədar mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, əldən çıxmış fayda kimi 143.225 (yüz qırx üç min iki yüz iyirmi beş) manat maddi zərərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə məhz 10625 (on min altı yüz iyirmi beş) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “100.000 (yüz min) manat məbləğində vurulmuş mənəvi ziyanın ödənilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam) məhdudlaşdıran maneələr (qapının qıfıllaması, onun qeyri-yaşayış sahəsinə daxil olması, kommunal xidmətlərdən, telefondan, internetdən və s istifadə etməsinə qarşı edilmiş hərəkətlər) cavabdeh X10 tərəfindən aradan qaldırılmaqla, mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsi ona qadağan edilməli və cavabdeh X2 10625 (on min altı yüz iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 534 manat məbləğində dövlət rüsumunun 119 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçının özünə aid edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr qeyriyaşayış sahəsinə mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam) məhdudlaşdıran maneələr (qapının qıfıllaması, onun qeyri-yaşayış sahəsinə daxil olması, kommunal xidmətlərdən, telefondan, internetdən və s istifadə etməsinə qarşı edilmiş hərəkətlər) cavabdeh X10 tərəfindən aradan qaldırılmaqla, İddiaçı mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsi cavabdeh X7 qadağan edilsin. Cavabdeh X2 10625 (on min altı yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 119 (yüz on doqquz) manat məbləğində hissəsi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar