Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1916/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “məhkəmə xərcinin tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsində təmsil üçün vəkilə ödənilmiş 330 manat vəkil xərcinin və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 360 manat vəsaitin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır: “Tərəfimdən Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində 1500 (bir min beş yüz) manat, həmçinin mediasiya üçün ödənilmiş 50 (əlli) manat və mediasiyada hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat və məhkəmədə təmsil üçün vəkilə ödənilmiş 400 (dörd yüz) manat olmaqla, cəmi 2250 (iki min iki yüz əlli) manat məbləğində vəsaitin Cavabdeh tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1808/2024 nömrəli 18 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1500 (min beş yüz) manat məbləğində maddi ziyan, 50 (əlli) manat məbləğində ödənilmiş mediasiya xərci və 696 (altı yüz doxsan altı) manat məbləğində hüquqi xidmət haqqının alınaraq mənə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sözügedən qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsi üçün 16 dekabr 2024-cü il tarixdə tərəfimdən vəkilə müraciət edilmiş və 330 manat ödəniş həyata keçirilmişdir (qəbz qoşmaya əlavə edilir). Lakin Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1808/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, tərəfimdən hüquqi yardım üçün vəkilə ödənilmiş həmin 330 manat ödənişin və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılması zərurəti yaranmışdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. 229.2. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim edilir. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi işə baxmağa mane olmur. Əlavə qətnamə və ya əlavə qərardad ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində qəbul olunur. Əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-6649/2024 saylı mülki iş üzrə çəkdiyi məhkəmə məsrəfini cavabdehdən tələb edir. Halbuki, məhkəmə xərclərinin bölüşdürülməsi qətnamə qəbul edilən zaman həll edilməli olan məsələlərdəndir. Odur ki, ayrıca iddia icraatı qaydasında məhkəmə xərclərinin bölüşdürülməsi mümkün olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı Cavabdeh qarşı “məhkəmə xərcinin tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 30(otuz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə(Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim İlkin Əliyev