Məhkəmə qərarları › İş №e-2(001)-195/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-195/2024

14.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-195/2024 14.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Avro Qrand MMC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Avro Qrand MMC-yə məxsus Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 m2 olan qeyri-yaşayış sahəsinə Cavabdeh2 və Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 350 m2 olan qeyri-yaşayış sahəsinə Cavabdeh1 qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsinə dair ilkin iddia ərizəsi, İddiaçı Cavabdeh1 Cavabdehlər Avro Qrand MMC-yə və Cavabdeh3 qarşı Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın birinci mərtəbəsində olan 350 kv.m. qeyri-yaşayış sahəsinə dair Avro Qrand MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Avro Qrand MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Avro Qrand MMC-yə məxsus Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 m2 olan qeyri-yaşayış sahəsinə Cavabdeh2 və Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 350 m2 olan qeyri-yaşayış sahəsinə Cavabdeh1 qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər Avro Qrand MMC-yə və Cavabdeh3 qarşı Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın birinci mərtəbəsində olan 350 kv.m. qeyri-yaşayış sahəsinə dair Avro Qrand MMC ilə Cavabdeh3 arasında bağlanan xx.xx.2023-cü il tarixli kooperativ binada qeyri-yaşayış sahəsinin alqısatqı müqaviləsinin etibarsız hesab olunmasına qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılır ki, tikinti işləri ilə məşğul olan Avro-Qrand MMC-yə Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən kooperativ bina məxsusdur. Sözügedən binanın birinci mərtəbəsində yerləşən sahəsi 350 m2 qeyri-yaşayış sahəsi Cavabdeh1 və həmin binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 m2 olan qeyri-yaşayış sahəsi isə Cavabdeh2 tərəfındən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdehlərə Avro Qrand MMC-nin direktoru X17 tərəfındən mülkiyyət hüquqlarının pozuntusunun qarşısını almaq məqsədiələ dəfələrlə şifahi xəbərdarlıq edilsə də, cavabdehlər buna əhəmiyyət verməyərək iddiaçının konstitutision hüquqlarnı pozmaqda davam etmakdədirlər. Belə ki, cavabdehlər əllərində olan saxta alqı-satqı müqaviləsini əsas gətirərək Avro Qrand MMCyə məxsus əmlaka öz mülkiyyətləri kimi sahiblik edir və əmlakın faydalı xüsusiyyətlərindən istifadə edirlər. Cavabdeh1 iddiaçının mülkiyyətini xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında X27 icarəyə verərək hər ay özgənin əmlakından 300 manat gəlir əldə edir. Həmçinin digər cavabdeh də Avro Qrand MMC-yə məxsus əmlakı üçüncü şəxslərə kirayə verməklə iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqda davam etməkdədir. Cavabdeh1 adına bağlanmış xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsində, xx.xx.2020-ci il tarixli maliyyə arayışında və Cavabdeh2 adına bağlanmış xx.xx.2021-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqısatqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında olan imzalar MMC-nin direktoruna məxsus deyildir və müqavilə onun tərəfındən möhürlənməmişdir. MMC-nin möhürünün cavabdehlər tərəfındən hansı naməlum şəraitdə əldə edilərək müqavilə tərtib edilməsi MMC-nin direktoru X10 məlum deyildir. Həmçinin alqı-satqı müqavilələrinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli maliyyə arayışlarında əmlakların tam dəyərinin ödənilməsi qeyd edilsə də, Avro Qrand MMC-yə məxsus kassa mədaxil orderi yoxdur və arayışlarda müvafiq olaraq qeyd edilən 600000 manat və 220000 manat məbləğlər cavabdehlər tərəfindən MMC-nin bank hesablarına köçürülməmişdir. Bundan başqa binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin cizgi-planlarıda yoxdur. Bu faktlar onu göstərir ki, alqı-satqı müqavilələri və maliyyə arayışları saxtadır, hüquqi bazası və digər alt sənədləri yoxdur. MMC-nin təsisçisi X18 barəsində aparılan cinayət işi üzrə çıxarılmış məhkəmə qərarlarında MMC-nin direktoru X8 imzası olmadan bəzi sənədləşmə işlərinin aparılması faktı öz əksini tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)- 1421/2022 saylı qərarının 4-cü bəndinin sonuncu abzasında MMC-nin direktorunun imzası olmadan müəyyən formal müqavilələrin tərtib edilməsi öz təsdiqini tapmışdır. İddiaçı tərəfındən mülkiyyət hüquqlarının pozuntusuna dair cavabdehlərə edilmiş xəbərdarlığın nəticəsiz qaldığını görən iddiaçı cavabdehlərin əmlaka sahiblik və istifadə hüquqlarını müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, Binəqədi Rayon Məhkəməsinin e-16(001)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 Taverdi oğlunun Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən Avro Qrand MMC-yə məxsus binanın birinci mərtəbəsində yerləşən 350 kv.m. qeyri-yaşayış sahəsinə istifadə hüquqları məhdudlaşdırılmaqla həmin sahədən istifadəsi qadağan edilmişdir. İddiaçının digər Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən Avro-Qrand MMC-yə məxsus binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən 300 kv.m. qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi qanunsuz və əsassız olaraq Binəqədi Rayon Məhkəməsinin e-16(001)-108/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə rədd edilmişdir. Binəqədi Rayon Məhkəməsinin e-16(001)-108/2023 saylı, xx.xx.2023-cü il tarixli qərərdadından şikayət verilmiş, hal-hazırda Bakı Apellyasiya Məhkməsinin icraatında şikayətə baxılmaqdadır. Göstərilən faktiki hallardan da görünür ki, iddiaçı Avro-Qrand MMC-nin konstitutision hüquqları cavabdehlər tərəfındən kobud şəkildə pozulmuş və iddiaçı öz mülkiyyət hüquqlarından sərbəst və maneəsiz istifada edə bilmir. Odur ki, iddiaçnın konstitutsion hüquqları məhkəmə tərəfındən təmin edilməli və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən Avro-Qrand MMC-yə məxsus binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerəşən ümumi sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsinə və Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən Avro-Qrand MMC-yə məxsus binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 350 m2 olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarına xitam verilməlidir. Ona görə də iddiaçı Avro Qrand MMC-yə məxsus Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 m2 olan qeyri-yaşayış sahəsinə Cavabdeh2 və Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 350 m2 olan qeyri-yaşayış sahəsinə Cavabdeh1 qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Avro Qrand MMC-nin nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, iş materiallarında olan müqavilələrə görə ilk iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1 və Daşdı̇ yev Bəxtı̇ yar Məhəmmədəlı̇ oğlu əllərində olan sənədlərlə iddia edirlər ki, həmin dövrdə koorperativ binanın rəhbəri olan Cahangir Məmmədovdan qeyri-yaşayış sahəsi almışlar. Materiallar ekspertizaya təqdim olunmuş və ekspertiza tərəfindən rəy verilmişdir ki, Cahangir Məmmədov tərəfindən bir müqaviləyə imza atılmamış, digər müqavilədə isə imzanın Cahangir Məmmədov tərəfindən atılmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş digər sübutlardan, Cavabdeh1 Bakı şəhəri Baş Polis İdarəsində verdiyi ifadələrdən müəyyən olunur ki, həmin şəxs əlində olan maliyyə arayışının qarşılığı olaraq göstərilmiş vəsaiti Avro Qrand MMC-nin bank hesabına və ya hər hansı kassa mədaxil orderi ilə Avro Qrand MMC-yə ödəməmişdir. Bu göstərilən hallar onu təsbit edir ki, hazırda Avro Qrand MMC-nin mülkiyyət hüquqlarına məxsus olan daşınmaz əmlak cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilmiş, istifadələrindədir və faydalı xüsusiyyətləri mənimsənilmişdir. Hesab edirik ki, iş materiallarına əlavə olunmuş sübutlarla, Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə müəyyən olunur ki, cavabdehlərin əmlaka dair mülkiyyət hüquqlarının həyata keçirmələrinə haqları, hüquqları yoxdur. Qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, Cavabdeh3 adına olan müqavilənin mövcudluğu müəyyən edilmədiyindən, həmin müqavilə olmadığından qarşılıqlı iddia rədd edilməlidir. Qeyri-yaşayış sahələri müqavilə bağlanan tarixdən cavabdehlərin sahibliyində və istifadəsindədir. Qeyri-yaşayış sahəsinin Cavabdeh1 verilməsinə dair iş materiallarında təhvil-təslim aktı yoxdur. Ona görə də cavabdeh qeyri-yaşayış sahəsinə faktiki sahiblik edir. Digər Cavabdeh2 da həmin tarixdən, yəni 2022-ci ildən qeyri-yaşayış sahəsinə faktiki sahiblik edir. Cavabdehlərdən Cavabdeh2 həmin sahədən avtomobil ehtiyyat hissələri üçün anbar kimi, Cavabdeh1 isə qeyri-yaşayış sahəsini meyvə-tərəvəz dükanı kimi istifadə edir. Qeyri-yaşayış sahələrinin cavabdehlər tərəfindən abadlaşdırılıb, təmir olunması ona məlum deyildir. Təmsil etdiyi şəxs tərəfindən müraciət olunmuş, həmin müqavilənin bağlanması dəqiqləşdirilmiş, Cahangir müəllim özü bildirmişdir ki, onun tərəfindən belə müqavilələr imzalanmamışdır. Cavabdeh3 məsələyə münasibət bildirməməsi, məhkəməyə gəlməməsi, əmlakının müdafiəsinə qalxmaması onu göstərir ki, o, həmin yerə deyilən vəsaiti ödəməmiş, həmin sahəni almamışdır. 300000 – 700000 manat ödəyən şəxs əmlakı ilə bağlı məhkəmə mübahisəsi aparıldığını bilsəydi gələrdi. Avro Qrand MMC-də Xəzər və Elgiz adında satış menecerləri olmuş, Xanlar Cəfərov barəsində hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, rəsmi sənədlərin saxtalaşdırımasına dair ittihamla bağlı cinayət işinə baxılır. Hüquqi şəxsin birbaşa qanuni təmsilçisi olan Cahangir Məmmədov tərəfindən müqavilələr imzalanmamış, vəsaitlər Avro Qrand MMC-nin hesabına köçürülməmişdir. Baxmayaraq ki, əmlak Avro Qrand MMC-yə məxsusdur. Avro Qrand MMC-də cavabdehlərin istifadələrində olan sahələri 300 kv.m və 350 kv.m olan qeyri-yaşayış sahələrinin başqa adamlara satılması faktı yoxdur. Əgər belə bir hal olsaydı, həmin şəxslər müvafiq dövlət orqanlarına müraciət edərdilər. Onda olan məlumata əsasən bu qeyri-yaşayış sahələrinə dair başqa dövlət orqanlarında iş aparılmır. Müqavilələr bağlanan tarixdə mülkiyyətçi Avro Qrand MMC, direktor isə Cahangir Məmmədov olmuş, iradə ifadəsi Cahangir Məmmədova məxsus olmamışdır. İradə ifadəsi ona məxsus olmuş olsaydı belə, ekspert rəyinə əsasən imzanın ona aid olmaması müəyyən edilmişdir. Maliyyə arayışlarında göstərilən məbləğdə vəsait ödənilməmişdir. Cavabdeh pul əvəzinə maşın verməsini qeyd etmişdir. Maliyyə arayışının qarşılığında maşın verilməsi göstərir ki, maliyyə arayışının özü də saxtadır. Maşın qiymətləndirilməli idi, onun maddi dəyəri ölçülməli idi, qiymət qoyulmalı idi və Avro Qrand MMC-nin balansına alınmalı idi. Avro Qrand MMC hüquqi şəxsdir, bank hesabları vardır. Bundan başqa kassa məxaric orderi verilməli idi. Yazılı, möhürlü, baş mühasibin imzası olan sənədlər olmalı idi, həmçinin əmlakın verilməsinə dair təhvil-təslim aktı olmalı idi. Bunların heç biri olmadığı halda cavabdehlər MMC-nin əmlakına iddia edirlər. Bu səbəbdən əmlakdan istifadə qanunsuzdur, iddiaçının mülkiyyət hüquqları pozulur. MMCdə bağlanmış digər müqavilələr üzrə bank hesablarına köçürmələr olmuş, mədaxil qəbzləri verilmiş, maliyyə arayışları da verilmişdir. Bəzi hallarda tərəflərin razılaşmasına əsasən kassaya keçirilməyən pullar da olmuşdur. Cavabdehlər istintaqda müraciət etmiş, özlərinin ifadələri vardır. Cavabdeh2 maliyyə arayışında göstərilən məbləği Avro Qrand MMC-yə ödəməsini bildirsə də, ibtidai istintaq zamanı müəyyən məbləğdə pul verməsini, əvəzində maşın verməsini göstərmişdir. Ola bilər ki, Cavabdeh2 kimlərəsə pul vermişdir, lakin əmlakı satmaq hüququ olan, əmlakın sahibinə, mülkiyyətçisinə pul verilməmişdir. Əmlak satılandan sonra tərəflərin razılığı ilə təhvil-təslim aktı imzalanmalıdır. Hər hansı bir yerin hər hansı bir işçi tərəfindən ölçülməsi onun təhvil verilməsi demək deyildir. O, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə tanış deyil, Vergilər Nazirliyinin faktiki mövcud saytında onunla müqavilə bağlanan tarixdən bu günədək Cahangir Məmmədov qanuni təmsilçi kimi göstərildiyinə görə iddianı qaldırmış Cahangir Məmmədovun hüquqlarını mübahisələndirmir. Cahangir Məmmədovun vəzifəsinə xitam verilməsi ilə bağlı qətnamə olsa da, cavabdehlərlə müqavilələr 2020-2021-ci illərdə bağlanmışdır. Bu günkü gündə Vergilər Nazirliyinin rəsmi saytında Cahangir Məmmədov qanuni təmsilçidir. Həmin qətnamənin qüvvədə olmasıda sübut etməlidir. Sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Avro Qrand MMC-dir. Avro Qrand MMC həmin ərazini tikib və həmin ərazi onun mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestrinə qeydiyyata alınmaqla əmlak hüquqları yaranmışdır. Mənzil tikinti koorperativində onun tərəfindən yeni əmlakın yaradılması üsulu ilə mülkiyyət hüquqları yaranmış, lakin hələ qeydiyyata alınmamışdır. Qarşı tərəfin çıxarışı yoxdur və bu günkü gündə əmlakın Avro Qrand MMC-yə məxsus olması mübahisə mövzusu deyildir. Avro Qrand MMC-nin yeganə təsisçisi Xanlar Cəfərovdur. Müqavilə tərəflər arasında imzalandığı və möhürləndiyi andan hüquqi qüvvəsini alır. Əgər imzaya ehtiyac olmasaydı, o halda hər kəs müqaviləyə yalnız möhür vurardı. Avro Qrand MMC-nin möhürlərinin sayı barədə onda məlumat yoxdur. Elgiz adlı şəxs Avro Qrand MMC-nin yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirən şəxslərdən olmuşdur. Satış menecerinə satışı təşkil etmək səlahiyyəti verilmişdir. Amma satışı birbaşa həyata keçirmək hüquqları, müqavilə bağlamaq, imzalamaq kimi səlahiyyətləri olmamışdır. Bu səlahiyyət direktor Cahangir Məmmədova məxsus olmuşdur. Avro Qrand MMC-nin adından bağlanmış istənilən müqavilələrə Cahangir Məmmədovdan başqa heç kim imza atmamışdır. Avro Qrand MMC-nin təsisçisi Cəfərov Xanlar həbs olunduqdan sonra cavabdehlər əmlakı zəbt edərək istifadə edirlər. Ondan sonrakı mərhələdə Xanlar Cəfərovun buraxılması ilə bağlı tədbirlər başlanılmışdır. Xanlar Cəfərov da öz təmsilçi səlahiyyətlərini etibarnamə əsasında Mübariz İsmayılova həvalə etdikdən sonra iddia qaldırılmışdır. Bakı şəhəri Baş Polis İdarəsində ifadələr verilmiş, Cavabdeh2 ifadəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh1la bağlı isə məlumatı yoxdur. Ona verilən məlumata görə Cavabdeh1 istifadəsində olan 350 kv.m sahənin hər hansı bir şəxslə Avro Qrand MMC arasında müqavilə yoxdur. Ona görə də ilkin iddia ərizəsinin təmin edilərək Avro Qrand MMC-yə məxsus Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ilə H.Seyizadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsinə cavabdeh Daşdı̇ yev Bəxtı̇ yar Məhəmmədəlı̇ oğlunun və həmin ünvanda yerləşən ümumi sahəsi 350 kv.m. olan qeyri-yaşayış sahəsinə Cavabdeh1 qanunsuz sahiblik istifadə hüquqlarına xitam verilməsinə, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Avro Qrand MMC-nin direktoru X17 izahatında göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdən Avro Qrand MMC-nin direktoru işləyir, direktor kimi vəkilinə məhkəmə iclasında iştirak etmək üçün etibarnamə vermişdir. O, Cavabdeh3 tanımır. MMC-də müqavilələri şirkətin təsisçisi Xanlar müəllim hazırlamış, sadəcə lazım olan vaxtı onu çağırmış, o da, imza etmişdir. Xanlar müəllim indi həbsdədir. Cavabdeh1 və Daşdiyev Bəxtı̇ yarın müqavilələri barədə onun xəbəri yoxdur. İndi hal-hazırda şirkətin təsisçisi Mübariz müəllimdir. Bütün səlahiyyətlər ona aiddir, şirkəti o, idarə edir. Möhür Xanlar müəllimdə olmuşdur. O, heç kimin malını, mülkünü təhlükə altına qoymamış, binaya təzə gələn vaxt, 6-7 il bundan əvvəl Xanlar müəllim təsisçi olumuş, o isə binada usta kimi işləmişdir. Bir ildən çox işlədikdən sonra Xanlar müəllim onu sənədlə işə götürmək istədiyini, aylıq maaş verəcəyini, işlərin ona aidiyyatı olmayacağını demiş, o da savadsızlığından razılaşmışdır. Bundan sonra atası da Xanlar müəllimə rayondan zəng vurub onu işdən çıxarmağı demişdir. Onun heçnədən xəbəri olmamış, ona 500 manat əmək haqqı veriləcəyi deyilsə də, verilməmişdir. Mübariz müəllim ona binanın aşağıdakı ərazisinə olan sənədlərdə imzasının olub-olmamasını soruşmuş, o, imzasının olmamasını demiş, Mübariz həmin ərazi ilə bağlı məhkəməyə müraciət olunacağını deyib sənələri imzalamaq üçün ona vermişdir. O, da imzalamışdır. Şirkətin vergiyə olan milyonlarla borcuna görə bildiriş onun rayondakı evinə getdiyindən, atası həmin vaxt infakt keçirmişdir. O, Xanların nömrəsini atasına vermişdir. Xanların cinayət işi ilə bağlı o, dəfələrlə məhkəmələrdə Ali Məhkəmədə, Səbail Rayon Məhkəməsində olmuşdur. Cavabdehləri o, 3 ilə yaxındır ki, tanıyır, 3 ildir ki, Bəxtiyarın orada obyekti, Arazın isə meyvə mağazası var. Bəxtiyarın obyekti anbar kimi istifadə olunur. Direktor vəzifəsinə onu Xanlar müəllim təyin etmiş, şirkətdə bütün səlahiyyətlər Xanlar müəllimə məxsus olmuş, o, bağlanan alqı-satqıların heç birində iştirak etməmişdir. Şirkətin halhazırda təsisçini əvəz edən şəxs Mübariz müəllimdir, Mübariz iddia ərizəsini tərtib edib ona imza etdirmişdir. Sistemdə onun adı çıxır, şirkətin möhürü heç vaxt onda olmamış, indidə yoxdur. O, nizamnamənin nə olduğunu, direktorun hansı səlahiyyətlərinin olmasını bilmir və oxumamışdır. Bilmədiyi halda işə qəbul olunmasına razılıq vermiş, sonra dəfələrlə işdən çıxarılması üçün müraciət etmiş, işdən çıxarılmasını xahiş etmişdir. Niyə sənədləri imzalamalı olmasını heç vaxt deməmişdir. Cavabdehlərə ayrılan obyektin ölçübiçi işlərində iştirak etmiş, Xanlar müəllim həmin ərazini təmizləməyi ona tapşırmış, o, da fəhlə kimi həmin işləri görmüş, lakin onun pulu verilməmişdir. Səhəri gün Xanlar gələrək Araz və Bəxtiyar ilə birlikdə sahəni ölçmüçlər. O, alqı-satqı barədə bilməmişdir. Bölügü aparılarkən cavabdehlərin sahələrinin harada olması göstərilmiş, sonradan onlar Xanlar tutulandan sonra təmir işlərinə başlamışlar. O, indiki müvəqqəti təsisçi olan Mübariz müəllimi binaya gələndən, 7 ildir ki, tanıyır. Mübariz Xanlar müəllimin yanına gələrkən vəkil olduğunu demişlər. Cavabdehlərin bağladıqları müqavilələrdəki, maliyyə arayışlarındakı imzalar ona məxsus deyildir. Ona görə də iddia ərizəsini imzalamışdır. İlkin iddia ərizəsi üzrə Cavabdeh2 və sonuncunun vəkili və nümayəndəsi Vəkil2 Sadiq oğlunun məhkəməyə təqdim etdikləri ilkin iddiaya qarşı etirazlarında göstərmişlər ki, Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən kooperativ binanın 1-ci mərtəbəsinin yuxarı hissəsində olan 300 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən Avro Qrand MMC-dən almasına dair ləğv olunmamış müqavilə və maliyyə arayışı vardır. Sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh2 iddiaçı Avro Qrand MMC-nin sahibi X28 və MMC-nin direktoru X17 tərəfindən birlikdə xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə əsasında, qeyri-yaşayış sahəsinin dəyərini ödədiyi üçün eyni tarixdə maliyyə arayışı verilməklə satılmışdır. Həmin sənədlərə Cahangir Məmmədov tərəfindən vurulmuş möhür MMC-nin möhrüdür. O, hər hansı sənədi saxtalaşdırmamış, heç kimi aldatmamış, vicdanlı olaraq pulunu ödəyib obyekti almışdır. Artıq üç ildir ki, aldığı həmin qeyri-yaşayış sahəsini təmir edərək, maneəsiz istifadə edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-960/2018 saylı hökmündən çıxarışın 2-ci səhifəsinin 4-cü abzasında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, üzərinə həbs qoyulmuş Xanlar Cəfərova məxsus 2.572.367 manat dəyərində, Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən yaşayış binasının 3-cü mərtəbəsində olan 900 kv.m qeyri-yaşayış obyekti, müsadirə olunaaq zərərçəkmiş Azərbaycan Respublikası VN-nə dəymiş maddi ziyanın ödənilməsinə yönəldilmişdir. Binəqədi rayon İcra şöbəsinin, Binəqədi Rayon Polis İdarəsinin, İdarənin 7ci polis bölməsinin rəislərinə, Dövlət Vergi Xidmətinə, Avro Qrand MMC-nin sahibi X29 və MMC-nin direktoru X10 ünvanlanmış xx.xx.2023-cü il tarixli 17/68 № ******* saylı məktubunun 2-ci səhifəsində qeyd olunmuşdur ki, əlavə olaraq bildiri ki, vətəndaş X7 adına verilmiş 777 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin binanın 1-ci mərtəbəsində yerləşməsi qeyd edilmişdir ki, bütün bunlar isə vətəndaşa verilən qeydiyyat sənədlərində mülkiyyətin yerləşdirilməsinə aid texniki göstəricilərdə qeyri-dəqiqlik və uyğunsuluğun mövcud olmasını göstərir. Eyni zamanda yaşayış binasının birinci mərtəbəsinin qeyrişəxslərin faktiki sahibliyində olmasını göstərir. Eyni zamanda yaşayış binasının birinci mərtəbəsinin qeyri-şəxslərin faktiki sahibliyində olması müəyyən edilir. Avro Qrand MMCnin onlara ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda isə inşa edilən çoxmərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin hazırda MMC-nin balansında və mülkiyyətində olması, lakin qeyri-şəxslər tərəfindən zəbt edildiyi bildirilir. Burada xüsusi olara qeyd edilir ki, vətəndaş X7 adına verilmiş 777 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə aid çıxarışda 1-ci mərtəbə yazılmadığı halda, çıxarışın əsasında tərtib edilmiş texniki pasportda qeyri-yaşayış sahəsinin binanın 1-ci mərtəbəsində yerləşməsi necə yazıla bilər. 1-ci mərtəbədəki qeyri-yaşayış sahəsi vətəndaş X2 olsaydı yəqin ki, 2019-cu ildən 4 il ərzində, ən azından onun istifadə etdiyi 3 il ərzində bir dəfə də olsa gəlib onlara pretenziya bildirərdi. Bundan əlavə iddia ərizəsində göstərilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu iş üzrə xx.xx.2022-ci il tarixli 1(102)- 142/2022 saylı qərarının 40-cı bəndinin sonuncu abasında MMC-nin direktorunun imzası olmada formal müqavilələrin tərtib edilməsi öz təsdiqini tapmışdır. Bu ümumi fikirdir, onun işi ilə bağlı olub-olmaması müəyyən deyildir. Burada imzadan söhbət gedir. Bu işlər baş verdiyi zaman X17 MMC-nin rəsmi direktoru olmuş, o, konkret məsuliyyət daşımış vəzifəli şəxs olmuşdur. Sənədlərində olan imzanın və möhürün həqiqiliyi araşdırılmamışdır. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-960/2018 saylı Bakı şəhəri Binəqədi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Xanlar Cəfərova məxsus 2.572.367 manat dəyərində, Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən yaşayış binasının 3-cü mərtəbəsində olan 900 kv.m qeyri-yaşayış obyekti, müsadirə olunaraq zərəçəkmiş Azərbaycan Respublikası NV-nə dəymiş maddi ziyanın ödənilməsinə yönəldilməsi qərarından və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il qərarına əsasən, üzərinə həbs qoyulmuş Xanlar Cəfərova məxsus 2.572.367 manat dəyərində, Bakı şəhəri Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən yaşaış binasının 3-cü mərtəbəsində olan 900 kv.m qeyri-yaşayış obyekti, müsadirə olunaraq zərəçəkmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəymiş maddi ziyanın ödənilməsinə yönəldikdən sonra, iddiaçı və vətəndaş X15 razılaşmış, nəyin bahasına olursa-olsun Bəxtiyarın və Arazın qeyri-yaşayış sahələrini ələ keçirmək fikrinə düşmüşlər. Ona görə də ilk iddia ərizəsinin təmin olunmaması xahiş olunur. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh Daşdı̇ yev Bəxtı̇ yar Məhəmmədəlı̇ oğlunun vəkili və nümayəndəsi Vəkil2 ilkin iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, faktiki olaraq iddia qaldıran tərəfin hüquqi və ya fiziki şəxs kimi qeydiyyata alınma sənədi işə əlavə olunmamışdır. İddiaçının nizamnaməsi təqdim edilməmişdir. Faktiki olaraq içərisində mübahisələndirilən obyektlərin yerləşdiyi binanın həmin MMC-yə məxsus olması barədə heç bir hüquqi sənəd mövcud deyildir. İddianı verən, imzalayan Cahangir Məmmədov artıq hər hansı bir səlahiyyətə malik olmamışdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2289/2021 nömrəli qətnaməsindən müəyyən olunur ki, Cahangir Məmmədov direktor olaraq işdən çıxmaq istəmiş, lakin o, işdən çıxarılmadığından Cahangir məcbur olaraq bu məsuliyyətdən yaxa qurtarmaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə də onun qanuni və ya qanunsuz təyin olunmasına baxmayaraq onun mövcud olmuş statusuna xitam vermişdir. Buna görə də subyektiv hüquq yoxdur. Cahangir tərəfindən iddia ərizəsinin imzalanmasının heç bir hüquqi əsası yoxdur. Cahangir Məmmədovun adından nümayəndəyə etibarnamənin verilməsi əsassız və qanunsuzdur, heç bir hüquqi əsası yoxdur. Müqavilədəki möhür və imza ilə bağlı olaraq qeyd edir ki, rəydə Cavabdeh1 münasibətdə imzanın Cahangirə aid olmadığı qeyd edilsə də, Bəxtiyarın müqaviləsinə münasibətdə isə imzanın Cahangir Məmmədova məxsus olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bunun özü də mübahisəli məsələdir. Möhürsüz hər bir imzanı düzəltmək olar, amma möhür əsas bir predmetdir ki, onun vasitəsilə hüquq yaranır. Rəylə möhürün Avro Qrand MMC-nin oldğu tam təsdiqlənmişdir. Möhürün kimdə olmasını mübahisələndirmək lazım deyil. Təbii ki, qanunla Cahangir Məmmədovda olmalıdır. Əgər möhür Cahangir Məmmədovda olmayıbsa və hazırda o möhür yerindədirsə, o zaman möhür kimdə ola bilərdi, təbbi ki, təsisçidə. Müqaviləyə möhürü Avro Qrand MMC-nin təsisçi və ya direktoru vurubdur. Ona görə də bu məsələdə subyektiv hüququn olmaması vardır. Faktiki olaraq səlahiyyəti olmayan şəxs tərəfindən iddia qaldırılmışdır. Bu gün onu təmsil edən vəkilə də səlahiyyəti olmayan şəxs tərəfindən etibarnamə verildiyi üçün onun fəaliyyəti də qanunsuz və əsassızdır. Onlarda olan diskdə Araz tərəfindən 96500 manat pulun Xanlar Cəfərovun adamı Xəzər adlı şəxsə sayılıb verilməsi barədə görüntü vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.4-cü maddəsində konkret olaraq göstəriş vardır ki, məhkəmələr bu sayaq mübahisələri həll etdikləri zaman təkcə müqavilələrin, hüququn müddəalarına əsaslanmamalıdır. Məhkəmələr cəmiyyətdə mövcud olan məsələləri, işgüzar adətləri və ənənələri nəzərə almalıdır. Deyilir ki, pul kassaya mədaxil edilməyib, lakin təsisçinin özü MTK-da obyektlərin satışından əldə olunan vəsaitin kassaya mədaxil olunması barədə məlumatının olmadığını bildirmişdir. Araşdırma zamanı Cavabdeh2 qeyri-yaşayış sahəsini alması öz təsdiqini tapmışdır. Bakı şəhəri Baş Polis İdarəsində aparılmış təhqiqatla obyektin ölçülüb verilməsi, orada təmir işlərinin aparılması, bu iddianı qaldıran şəxsə səlahiyyət verən şəxsin özünün ölçmə işində iştirak etməsi məhkəmədə təsdiq olunmuşdur. MTK-nın həbsdə olan rəhbəri özü də təsdiq etdi ki, o tərəflərdən pul almışdır. Tam sübuta yetirilmişdir ki, sözügedən mübahisəli obyektlər daxil olduğu binanın özündə istər alqı-satqı, istərsə də yaşayış sahələri, istərsə də qeyri-yaşayış sahələrində formalaşmış təcrübəyə tam uyğun şəkildə baş tutmuşdur. Ona görə də təqdim edilmiş çoxsaylı sübutlar, dindirilmiş şahid ifadəsi, ekspert rəyi və sair sübut edir ki, alqı-satqı baş tutmuş, həqiqidir və həqiqətə uyğun olduğu üçün bu alqı-satqı baş vermişdir. Bərqərar olmuş təcrübəyə tam uyğun şəkildədir. Ona görə də Cavabdeh2 qarşı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh Daşdı̇ yev Bəxtı̇ yar Məhəmmədəlı̇ oğlu iddia ərizəsini qəbul etməyib, vəkilinin izahatını təsdiq edib, əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh1 sözügedən qeyri-yaşayış sahəsini alan müddətdə, 300 kv.m qeyri-yaşayış sahəsini Cəfərov Xanlar, Elgiz və Xəzər ona təklif etmişlər. Cahangir Məmmədov qeyri-yaşayış sahəsi ölçülərkən orda olmuşdur. Onlar qeyri-yaşayış sahəsini 220000 manata razılaşmış, o, 220000 manatın yarısını pul şəklində, yarısını da maşın qarşılığında verməyi razılaşmışdır. Həmin maşının etibarnaməsini də Xanlar Cəfərovun işçisi Elgizə vermişdir. X47 şəxsiyyət vəsiqəsinin surəti ona etibarnamə verməsi üçün göndərilmiş, lakin sonradan etibarnamənin Elgizin adına verilməsi deyilmişdir. O, mülkiyyətində olan, 30000 ABŞ dolları dəyərində, 2011-ci il buraxılışlı, Range Rover markalı avtomobilə dair Elgizə etibarnamə vermiş, 30000 ABŞ dolları 1,70 manat məzənnəsi ilə 50000 manat hesablanmış, 220000 manata aldığı qeyri-yaşayış sahəsinə görə o, 170 000 manat nəğd, qalan vəsaitin əvəzində isə avtomobil vermişdir. Bundan sonra ona maliyyə arayışı və müqavilə verilmişdir. Həmin obyekti o, hazırda icarəyə vermiş və orada avtomobil ehtiyat hissələri satılır. Ona satılan qeyri-yaşayış sahəsinin yarısı zirzəmi olduğundan qiymət aşağı olmuşdur. O, Cahangir Məmmədovu hər gün orda görür, ona qarşı hər hansı bir iddia söhbəti olmamışdır. Ona qarşı iddia verildiyini biləndən sonra o, Cahangir Məmmədovdan bu barədə soruşmuşdur. Cahangir Məmmədov ad olaraq direktor kimi fəaliyyət göstərsə də, fəhlə işləyir, tikinti materialları daşıyır. Aldığı oyektin pulunu o, Xanlar Cəfərova, Elgizə və Xəzərə vermişdir. Həmin vaxt Cahangir Məmmədov da orda iştirak etmişdir. O, 4 ay sonra Cahangir Məmmədovun direktor olmasını bilmişdir. O, qeyri-yaşayış sahəsinin Avro Qrand MMC-yə məxsus olmasını bilir. İmzalı və möhürlü olan müqaviləni ona Xanlar Cəfərov, Elgiz və Xəzər vermişdir. Xanlar Cəfərov müqaviləni Elgizə vermiş, Elgiz də ona təqdim etmişdir. Həmin dövrdə qeyri-yaşayış sahəsinin hər kv.m qiyməti 1200 manat olmuşdur. Onlar müqavilə bağlanarkən hər kv.m sahə üçün 733 manat olmaqla razılaşmışlar. Onun obyektinə daxil olmaq üçün 8 pilləkən aşağı düşmək lazımdır. Belə ki, ona satılan sahə zirzəmidə yerləşir. Heç bir yerdən işıq alımır, hər bir tərəfi bağlıdır. Bu hallarda qiymətə təsir edən amillərdir. Bəlkə də həmin sahənin 150000 manat dəyəri olmazdı. O, Avro Qrand MMC-yə və Cahangir Məmmədova şəxsən pul ödəməmiş, hər hansı bank hesabına pul köçürməmişdir. X24 tərəfindən imzalanmasını görməmiş, ona möhürlü, imzalı müqavilə və maliyyə arayışı təqdim olunmuş, müqavilə və maliyyə arayışı iki nüsxədə tərtib olunmuş, biri ona verilmiş, digəri MTK-da qalmışdır. Cavabdeh1 məxsus olan evlər sənədsiz olmuş, Xanlar özü şəxsən ona zəng edib evləri satmağa kömək etməyi demiş, o, Xanların işçisi olan Elgizin evi satmasını demiş, bundan sonra da Elgizə də zəng etmişdir. Elgizə zəng etdikdən sonra Xanlar Cəfərov ona zəng edib “bağışla, Elgiz pulu mənə verib, mən səhv salmışam” demişdir. Ona görə də ilkin iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılır ki, ilkin iddiaya görə guya Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yer1əşən kooperativ binanın birinci mərtəbəsində sahəsi 350 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfındən qanunsuz olaraq zəbt edilmişdir. Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yeləşən binanın birinci mərtəbəsində olan 350 kv.m. qeyri-yaşayış sahəsini xx.xx.2020-ci il tarixdə Avro Qrand MMC ilə müqavilə bağlayaraq, həmin tarixdə də tam dəyərini ödəyərək əldə etmişdir. Bundan sonra Cavabdeh1 həmin sahəni sahibliyinə götürüb, təmir etdirmiş və maneəsiz istifadə edir. Sahə ilə bağlı bütün kommunal xidmətlər təşkilatları ilə ayrı-ayrlıqda müqavilə bağlanmış, onların xidmətlərində də istifadə etməkdədir. Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın birinci mərtəbəsində yerləşən sahəsi 350 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlayaraq fərdi sahibkar X25 icarəyə vermişdir. Fərdi sahibkar V.Qədirov öz növbəsində sözügedən sahədə ərzaq, meyvə-tərəvəz bir sözlə qida məhsullarının satışı ilə məşğul olur. Avro Qrand MMC öyrədilmiş adamlar vasitəsi ilə 2022-ci ildə saxta sənədlərdən istifadə edib mülkiyyətindəki qeyri-yaşayış sahəsi ilə bağlı ona maneçilik törətmək istəsələr də, bu işin hüquq-mühafizə orqanlarında araşdırılması getmiş, bu məsələ ilə bağlı Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmış və şöbənin təhqiqatçısı, A.Bayramovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Alim Hüseynovun şikayəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığı, Cavabdeh1 və Baxtiyar Daşdiyev qərarda göstərilən qeyri-yaşayış sahəsini vicdanlı sahibləri olduğu üçün cinayət işinin başlanması rədd edilsin. Beləliklə həmin iş araşırılarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın birinci mərtəbəsində olan 350 kv.m. qeyri-yaşayış sahəşi tam qanuni əsaslarla əldə edilmiş, dəyəri ödənilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlər təsdiq edir ki, ilkin iddiaçı Avro Qrand MMC-nin Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın birinci mərtəbəsində olan 350 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı istənilən iddiaları və dəlilləri əsassızdır. Bu azmış kimi bu yaxınlarda onlara məlum olmuşdur ki, Avro Qarant MMC Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın birinci mərtəbəsində olan sahəsi 350 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı bütün qanunları alt-üst edərək, qaldırdıqları iddia ərizəsi ilə bağlı işin nəticəsini gözləmədən xx.xx.2023-cü il tarixdə Cavabdeh3 ilə kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin tarixli maliyyə arayışına görə guya Cavabdeh3 tərəfındən 1 500.000 manat pul ödəmişdir. X71 MMC Cavabdeh1 mülkiyyatində olan əmlakı Cavabdeh3 satmaqla sonuncunun xüsusilə külli miqdarda pulunu ələ keçirmişdir. Avro Qrand MMC Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın birinci mərtəbəsində olan 350 kv.m. qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Cavabdeh3 ilə kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi bağlamaqla Cavabdeh1 qanunlarla qorunan mülkiyyət hüququnu kobud surətdə pozmuşdur. Nə qədər ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüquq kimi bəyan olunur Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın birinci mərtəbəsində olan 350 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı başqa şəxslə müqavilə bağlamaqla hüquqların məhdudlaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları baxımından əsaslı sayıla bilməz. Ona görə də, Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın birinci mərtəbasində yerləşən 350 kv.m. qeyri-yaşayış sahəsinə dair Avro Qrand MMC ilə Cavabdeh3 arasındakı xx.xx.2023cü il tarixli kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsi, Avro Qrand MMC-nin vəziflə şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmamasının müəyyənləşdirilməsi üçün xüsusi qərardad çıxarılaraq prokurora göndərilməsi xahiş olunur. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilkin iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, Avro Qrand MMC hazırkı iddia ərizəsini qaldırmaq üçün subyektik hüquqa malik deyildir. İlkin iddiaçı əmlaka dair hüquqları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə qətnaməsinə əsasən Cahangirin məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. İddiaçının subyektiv hüququ olsa belə hesab edir ki, iddianın Araza münasibətdə təmin olunması üçün heç bir əsas yoxdur. Əvvəla məhkəməyə təqdim edilmiş müqavilə və maliyyə arayışı vardır. Sübut olunur ki, Cavabdeh1 dəyərini ödəyərək Avro Qrand MMC-dən əmlak almış, əmlakın dəyərini tam ödəmişdir. Təşkilatın imzası, möhürü ilə bağlı təsdiq olunmuş müqaviləsi var. Bu da Cavadovun hüquqlarının yaranmasına dəlalət edən amildir. İlk iddianın məhkəmədə qaldırılmasından əvvəl sözügedən əmlaklarla bağlı müəyyən bir mübahisə olmuş, mübahisənin təşəbbüskarı Avro Qrand MMC deyil, X44 olmuşdur. Bakı şəhəri Baş Polis İdarəsində araşdırma aparılmışdır. İlkin iddiaçının nümayəndəsi bu əmlakla bağlı Avro Qrand MMC tərəfindən hər hansı müqavilə bağlanmadığını bildirsə də, təhqiqat və istintaq orqanın qərarında, hər iki şəxsə satılmış əmlakların əvvəl vahid daşınmaz əmlak olması, əvvəlki alıcının əmlakı geri qaytardığına görə, həmin sahə Cavabdeh2 və Cavabdeh1 300 kv.m. və 350 kv.m. hissələrə ayrılmaqla satılmışdır. Sözügedən araşdırma zamanı Cavabdeh2, Cavabdeh1, iddiaçının, şahidlərin, eyni zamanda məhkəmə tərəfindən ifadəsi alınması üçün dəvət olunan Xanlar Cəfərovun da ifadəsi alınmış və araşdıra aparılmışdır. Cahangir Məmmədov da məhkəmə hazırlıq iclasında verdiyi izahatında təsisçinin tapşırıqlarını həyata keçirməsini bildirmişdir. Cahangir Məmmədov formal olaraq direktor olmuşdur. Əslində bütün səlahiyyətlər faktiki olaraq təsisçisinin əlində olmuşdur. Bütün hesablaşmalar, müqavilələrin təsdiqi və möhürü özündə saxlayan Cəfərov Xanlar tərəfindən aparılmışdır. İfadə verərkən bu müqavilələrlə bağlı iradlar, müqavilənin saxtalaşdırılması və yaxud da bu müqaviləyə görə aldadılması barədə ifadə verilməmişdir. Nəticə etibarı ilə sözügedən qərarda da istintaq orqanı bildirib ki, hər iki şəxs vicdanlı alıcıdır, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Bütün bu hallar göstərir ki, bu gün qaldırılmış iddia kimlərinsə sonradan ortaya çıxıb varlanmaq niyyətidir. Baxmayaraq ki, cavabdehlər qeyri-yaşayış sahəsini aldıqdan 3 ay sonra həmin sahəni təmir edirmiş, kommunal orqanlarla müqavilə bağlamış, kommunal xidmətlər çəkdirmiş, sözgedən sahəni özündən sonra başqa bir şəxsə-sahibkara icrayə vermiş, oranın faydasını götürür, gəlir qazanır. Bütün bunlardan sonra deyirlər ki, müqavilə əsassızdır, Cahangir müəllimin yadından çıxıb ora imza atmayıb, ya da imza onun deyil, başqa bir şəxsindir. Onlar öz imzasına cavabdehdir, müqavilədəki imzanı iddiaçı tərəf çəkdiyindən onların problemidir. Cahangir Məmmədov əlində möhürü olan şəxsdir, rəsmi direktordur. Cavabdeh haradan bilə bilərdi ki, özü imzalayır və ya başqa şəxs, cavabdehlər deyə bilməzdi ki, imzanı onların yanında çəksinlər, əks halda müqavilə bağlamayacaqlar. İddiaçı şirkət olaraq müqavilə bağlayır, əmlak satır, əmlak alır. Belə olan halda hazırki iddianın dəlilləri əsaslı və qanuni sayıla bilməz. Cavabdeh3 ilə Avro Qrand MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə gəldikdə, iddiaçı tərəf belə bir müqavilə bağlamadığını, belə bir müqavilənin olmadığını deyir. Belə çıxır ki, bu müqavilə saxta müqavilədir və yaxud özləri belə bir müqavilə bağlayıblarsa, o halda başqa bir məsələ var. Ortada bir əmlakın iki və daha çox şəxsə satılması ilə bağlı dələduzluq əməli və ya vəzifə səlahiyyətlərindən sui-istifadə halı vardır. Belə ki, bir nəfər Cavabdeh1 və Cavabdeh2 sözügedən sahənin guya ona 1 500 000 manata satıldığını bildirib, müqaviləni göstərmişdir. Lakin sonradan Cavabdeh3 tərəflərlə heç bir əlaqə saxlamamışdır. Cavabdeh3 külli miqdarda pul ödəmiş, onun bağladığı müqavilənin, ödədiyi pulun aqibəti həll olunan mühakimə icraatına gəlməməsi, gəlib öz mövqeyini müdafiə etməməsi göstərir ki, bu müqavilə ya yoxdur, əgər varsa da, saxtadır, ya da bu müqavilə görüntü üçün sadəcə Cavabdeh1 fəaliyyətinin dayandırılması üçün atılmış addımdır. Digər tərəfdən də əgər Avro Qrand MMC bu müqaviləni bağlamışsa belə, Cavabdeh1 müqaviləsi ilə bağlı məhkəmə mübahisəsi getdiyi halda, bu barədə məhkəmə aktı qüvvəyə minmədiyi halda sonradan müqavilə bağlanması heç bir qanuna, işgüzar adətə sığmayan bir haldır. Bu da öz növbəsində sözügedən müqavilənin etibarsızlığından, saxtalığından, əhəmiyyətsizliyindən xəbər verir. Araşdırma nəticəsində ilk iddia ərizəsi üzrə iddiaçının iddia tələbi öz təsdiqini tapmadığından, ilkin iddia tələbi əsassız olduğu kimi, həm də qanunsuzdur. İddia qaldırmış şəxsin kim olması bəlli deyildir. Ona görə də ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, qeyri-yaşayış sahəsinin satılmasını internetdə görmüş, daha sonra Xanlar Cəfərovla əlaqə saxlayıb onunla qeyri-yaşayış sahəsinin 600000 manat satılmasına razılaşmışlar. Daha sonra o, Rabitəbankdan kreditə pul götürüb Xanlar Cəfərova vermişdir. 600000 manat pulun bir hissəni bankdan götürdüyü pul ilə, qalan hissəsini isə 3-cü mikrorayonda Cavadxan küçəsində özünə məxsus 1 otaqlı 3 mənzillə, 9cu mikrorayonda yerləşən bir mənzillə, Sulutəpə qəsəbəsində yerləşən 2 həyət evi ilə, Badamdarda yerləşən bir evlə dəyərləndirib vermişdir. Qeyri-yaşayış sahəsinə görə cəmi 7 ev və 95600 manat pul vermişdir. O, xx.xx.2020-ci il tarixdə qeyri-yaşayış sahəsinə dair müqavilə bağladıqdan sonra təmir işlərinə bağlamışdır. Alqı-satqı bağlanarkən Elgiz adlı şəxs və başqa bir adam iştirak etmişdir. Mənzilləri o, Xanlar Cəfərovun dediyi bir kişinin adına keçirmişdir. Pulu və evləri o, Xanlar Cəfərova vermiş, sənədləşmə işlərində, notariusda Xanlar Cəfərov özü iştirak etmiş, Elgiz və Xəzər adlı şəxslər də Xanların yanında olmuşdur. Əvvəlcə pul beh kimi verilmiş, müqavilə bağlanandan sonra ev işləri həll edilmişdir. Onlar behi verəndə Xanlar Cəfərov özü gəlmiş, Cahangir Məmmədov satılmış qeyri-yaşayış sahəsini ölçmüşdür. Həmin vaxt o, Cahangirin direktor olmasını bilməmişdir. Qeyri-yaşayış sahəsi onlara verilərkən açıq sahədən onlar 7 kamaz maşını həcmində zibil daşımışlar. Sahə təmizləndikdən sonra abadlıq, təmir işləri aparılmışdır. Açıq sahə olduğuna görə kərpiclə hörülmüş, suvaq, kafel, metlax, tamet vurulmuşdur. O, 2 ilə yaxındır ki, qeyri-yaşayış sahəsindən istifadə edir. Qeyri-yaşayış sahəsini istifadə etdiyi müddətdə Cahangir Məmmədova o, sement, inşaat malları daşıtdırmış, heç vaxt Cahangiri normal geyimdə görməmiş, həmişə Cahangir fəhlə paltarında gəzmişdir. Qeyriyaşayış sahəsinə dair müqaviləni imazalı, möhrülü formada Cəfərov Xanlar ona təqdim etmişdir. Behi verəndən sonra ona maliyyə arayışı verilmişdir. Xanlar Cəfərova verdiyi əmlakların müqavilələri olmuş, çıxarışları olmamışdır. O, həmin əmlaklara dair notariusda etibarnamə ilə vermişdir. X33 işçisi olmasını, bu işlərin onun tərəfindən həll edilməsini demişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Avro Qrand MMC-nin vəkili və nümayəndəsi Vəkil1 qarşılıqlı iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etirazından müəyyən olunur ki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin sürətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Cavabdehin ərizəsində göstərdiyi bu xüsusat prosessual müddətlər keçdikdən sonra verildiyi üçün qabul edilməməlidir. Avro Qrand MMC öyrədilmiş adamlar vasitəsilə 2022-ci ildə saxta sənədlərdən istifadə edib mülkiyyətindəki qeyri-yaşayış sahəsi ilə bağlı ona maneçilik törətmək istəsələrdə, bu işin hüquqmühafizə orqanlarında araşdırması getmiş, bu məsələ ilə bağlı Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmış və şöbənin təhqiqatçısı A.Bayramovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qabul edilmişdir. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Alim Hüseynovun şikayəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığı, Cavabdeh1 və Baxtiyar Daşdiyev qərarda göstərilən qeyri-yaşayış sahəsinin vicdanlı sahibləri olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, həmin iş araşdırılarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın birinci mərtəbəsində yerləşən 350 kv.m qeyri-yaşayış sahəsi tam qanuni əsaslarla əldə edilmiş, dəyəri ödənilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cavabdehin ərizəsində göstərdiyi bu xüsusatla bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma X30 şikayəti üzrə başlanılmışdır. Həmın araşdırma əsnasında Cavabdeh1 izahında qeyd etmişdir ki, o fərdi sahibkalıqla məşğul olur, sahibkarlıq fəaliyyətini genişləndirmək üçün özünə qeyri-aşayış sahəsi almaq qərarına gəlmiş və söhbət əsnasnda tanışı Cavabdeh2 yaşadığı əraziyə yaxın yerdə Xanlar adlı şəxs tərəfindən inşa edilmiş bnanın qeyri-yaşayış sahəsini satdğını bildirmişdir. Buna görə də Cavabdeh2lə bilrikdə 2020-ci ilin oktybar ayında ünvan 1 ünvanına gedib orada özünü həmin obyektin sahibi kimi təqdim edən və Avro Qrand MMC-nin direktoru Xanlar Cəfərovla görüşmüşdür. Xanlar Cəfərov binanın sahibi olmasını və onun almaq istədyi sahənin hər kv.m-ni 2500 manat satdığını bildirmişdir. Söhbət zamanı Xanlar Cəfərovla 350 kv.m. qeyri-yaşayış sahəsini 600000 manata almağa razılaşmışdır. 2020-ci ilin noyabr ayında Xanlar Cəfərovun göndərdiyi tanımadığı şəxslə Yasamal rayonu ərazisində görüşüb 97000 manat pul vermiş və pul verməsini video kamera vasitəsi ilə qeydə alınmışdır. Bildirişdir ki, həmin vaxt ayrı-ayrı ünvanlarda olan mənzillərin Xanlar Cəfərovla 366000 manata dəyərləndirərək razılaşmış və ona vermişdir. X65 137000 manat pul ödəmiş və həmin şəxs xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən Qızıl Tac şadlıq sarayının yanında ona 600000 manat Avro Qrand MMC-yə ödəməsinə dair maliyyə arayışını təqdim etmişdir. Həmin vaxt yanında Bəxtiyar, Rüstəm, oğlu Tarverdi, Xanlar Cəfərovun yanında daha iki nəfər tanımadığı şəxslər olmuşdur. Xanlar Cəfərovdan aldığı 350 kv.m. qeyri-yaşayış sahəsində təxminən bir ilə yaxın təmir-tikinti işləri aparmış, 2021ci ilin dekabr ayında kənd bazarı meyvə-tərəvəz satılan obyekt kimi işlətməyə başlamışdır. Xanlar Cəfərovdan qeyri-yaşayış sahəsini aldıqdan sonra orada həm təmir işi aparıldığı, həm də obyekt kimi işlətdiyi müddətdə heç kim gəlib onu narahat etməmişdir. 2022-ci ilin mart ayında tanımadığı bir nəfər şəxs gələrək Xanlar Cəfərovdan aldığı sözü gedən obyektin ona məxsus olmasını bildirmiş və onu Abşeron rayon ərazsində yerləşən Riyad adlı mebel şəhərciyinə dəvət etmişdir. Həmin ünvana gedərək İlham adlı şəxslə görüşmüş və sənədlərini ona təqdim etmişdir. Həmin vaxt İlham adlı şəxs ona sözü gedən obyekti 2017-ci ildə almasını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, X39 rayon 9cu mikrarayon, Adil Məmmədov küçəsi 10 ünvanında yerləşən 713 kv.m qeyri-yaşayış sahəsinin 350 kv.m almış, digər sahənin isə Cavabdeh2 220000 manata Xanlar Cəfərovdan almışdır. Qeyri-yaşayış sahəsinin alqı-satqısına dair və digər xüsusatlarla bağlı, yalnız özünü həmin obyektin sahibi kimi təqdim edən və Avro Qrand MMC-nin direktoru Xanlar Cəfərova söhbəti aparmış 6 ədəd bir otaqlı mənzil, Sulutəpə qəsəbəsində 2 üç otaqlı ev və nağd 150.000 manat olmaqla, ona ümumilikdə 600.000 manat pul ödəmişdir. X8 Avro Qrand MMC-nin direktoru kimi tanımamış, onunla arasında heç bir söhbət aparılmamış və ona heç bir ödəniş etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Xanlar Cəfərov törətdiyi dələduzluq əməlinə görə 9 il müddətinə həbs edilmişdir. Bundan başqa qeyd edilmişdir ki, Cavabdeh2 Xanlar Cəfərovdan nə vaxt obyekti almasından xəbəri olmamış və onların arasında olan söhbətdə iştirak etməmişdir. Cavabdeh izahatında özüdə etiraf etmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın birinci mərtəbəsində yerləşən 350 kv.m. qeyri-yaşayış sahəsini almaq üçün MMC-nin direktoru Məmmədov Cahangirə heç bir ödəniş etməmiş və onu tanımır. Həmçinin Avro-Qrand MMC-nin direktoru X17 məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci tarixli müqavilə və maliyyə arayışındakı imzaların ona məxsus olmadığını bildirmiş və həmin sənədlərin Avro Qrand MMC-nin iradəsini ifadə etmədiyini bəyan etmişdir. Cavabdeh1 sözügedən əmlakın ona məxsus olmasını əlində olan xx.xx.2020-ci il tarixli müqavilə və maliyyə arayışına əsasən iddia edir. Lakin, cavabdeh tərəfındən nə Avro Qrand MMC-yə nə də ki, MMC-nin direktoruna ödənişlər edilməmişdir. Cavabdeh tərəfındən edilmiş ödənişlər Avro Qrand MMC-yə aidiyyatı olmayan şəxsə edilmişdir. Belə olan halda cavabdeh Avro Qrand MMC-nin qanuni mülkiyyətində olan əmlakın vicdanlı sahibi alıcısı hesab edilə bilməz. Cavabdeh ərizəsində həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh3 ilə Avro Qrand MMC arasında müqavilə bağlanmışdır və qarşılıqlı iddia verərək həmin əqdin etibarsız hesab edilməsini tələb edir. Ərizəyə əlavə edilmiş müqaviləyə dair onu qeyd edirik ki, Avro Qrand MMC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli müqavilə bağlanmamışdır. Ərizəyə əlavə edilmiş müqavilədə Avro Qrand MMC-nin möhürü yoxdur, imzanın kimə məxsus olması onlara da məlum deyildir və alıcı qismində qeyd edilən şəxsin də imzası olmadığı üçün həmin kağız parçası rəsmi sənəd deyil və müqavilə adlandırıla bilməz. Cavadeh qarşılıqlı iddia ərizəsi verərək əqdin etibarsız hesab edilməsini tələb etsə də, mövcud olmayan əqdi mübahisələndirmişdir. Mövcud olmayan əqdin etibarsız hesab edilməsi isə mücərrəd olduğu üçün mümkün deyildir. İddiaçı Avro Qrand MMC tərəfındən Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi Binəqədi rayon Məhkəməsi tərəfındən xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və müvafiq qaydada iddia ərizələrinin surəti cavabdehlərə göndərilmişdir. Cavabdeh1 Tamerdi oğlunun nümayəndəsi və vəkili Z.G.Niftaliyev tərəfındən əqdin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə, yəni MPM-də qeyd edilən müddətlər ötürüldükdən sonra verildiyi üçün baxılmamalıdır. Qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Maddə 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Maddə 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Maddə 87.3. Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir. Maddə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Maddə 91.1-7. Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 362.5. hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. xx.xx.2009-cu il tarixdə Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış Avro Qrand MMC-nin nizamnaməsinə edilmiş dəyişiklikdən müəyyən olunur ki, nizamnamənin 2.2-ci bəndinə aşağıdakı məzmunda dəyişiklik edilmişdir: 2.2. Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payı aşağıdakı kimi müəyyən edilmişdir: X28 10 manat, 10 pay, 100% pul şəklində. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X55 Kommersiya qrumunun hüquqi şəxslərin dövlət rüyestrinə daxil edilmiş məlumatdan müəyyən olunur ki, X6 Qrand MMC-nin qanuni təmsilçisidir. Avro Qrand MMC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 ünvan 4 ünvanında 1-ci mərtəbədə sahəsi 350 kv.m olan qeyri-yaşayış sahəsini 1 kv.m. 1714 manat olmaqla, 600000 manata Avro Qrand MMC-dən almışdır. Avro Qrand MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən kooperativ binası Avro Qrand MMC-yə məxsusdur. Binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 350 kv.m. olan qeyri-yaşayış sahəsinin ümumi dəyəri 600000 manat alıcı Cavabdeh1 Tanrıverdi oğlu tərəfindən tam ödənilmişdir. Avro Qrand MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 ünvan 4 ünvanında binanın 1-ci mərtəbəsinin yuxarı hissəsində sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsini 1 kv.m. 733 manat olmaqla, 220000 manata Avro Qrand MMC-dən almışdır. Avro Qrand MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən kooperativ binası Avro Qrand MMC-yə məxsusdur. Binanın 1-ci mərtəbəsinin yuxarı hissəsində ümumi sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsinin ümumi dəyəri 220000 manat alıcı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Avro Qrand MMC-nin səlahiyyətli dövlət orqanlarına ünvanlanan xx.xx.2023-cü il tarixli 07/03-23 nömrəli ərizəsindən müəyyən olunur ki, Avro Qrand MMC tərəfindən Bakı şəhəri Binəqəi rayonu A.Məmmədov və H.Seyidzadə küçəsinin kəsişməsində inşa olunan və MMC-yə məxsus olan çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində Cavabdeh2 adına bağlanılmış xx.xx.2021-ci il tarixili sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinin alqısatqı müqaviləsində və həmin müavilə üzrə xx.xx.2021-ci il tarixli müqavilə dəyərinin tam ödənilməsinə dair mövcud olan maliyyə arayşında Avro Qrand MMC-nin direktoru X8 adından çəkilmiş imza Avro Qrand MMC-nin direktoru kimi ona məxsus deyil və həmin müqavilə və maliyyə arayışı Avro Qrand MMC-nin iradəsini əks etdirmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-1421/2022 saylı qərarından müəyyən olunur ki, kassasiya protesti təmin edilməmiş, məhkum X18 müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-494/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Qərardan daha sonra ... Xanlar Cəfərov təkrar qeyd edilən hüquqi şəxsin təsisçisi olmaqla MMC-nin direktoru vəzifəsinin səlahiyyətlərini faktiki icra edən şəxs kimi Avro Qrand MMC-nin nizamnaməsinə əsasən, qeyd edilən səlahiyyətlərə malik təşkilatsərəncamverici və inzibat-təsrrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində özünün barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.3, 308,2 və 313-cü maddələri ilə istintaq aparılmış ********* saylı cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınmış X34 dəymiş 95000 manat maddi ziyanın ödənmiş kimi göstərmək üçün cinayətkar niyyətindən xəbərsiz olan nümayəndəsi X45 göstəriş verərək, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə X4 Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında inşa olunan 1 girişli, 21 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin 80 kv.m sahəsinin dəymiş ziyan ödənənədək zərəçəkmiş şəxs Vəfa Məmmədovanın saxlanca verilmiş qeyri-yaşayış sahəsi üzərində sahiblik və sərəncam vermək hüququna malik olmasına dair tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil edilmiş saxta rəsmi sənədləri xx.xx.2018-ci il tarixli müqavilə və maliyyə arayışını tərtib etməklə Rahib Şükürovun imzası və cəmiyyətin möhrü ilə təsdiq edilərək, sonuncu vasitəsi ilə həmin tarixdə Cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi ünvanında inşa olunan binanın 1-ci mərtəbəsində yerləşən ofisində Vəfa Məmmədovaya təqdim edilməsini təmin etdikdən bir müddət sonra, yəni 2020-ci ilin əvvəllərində sonununcu tərəfindən ziyan ödənilməsi üçün ona verilmiş qeyri-yaşayış sahəsinin Tahirə Cahangirovaya məxsus olmasını bilinməsindən Vəfa Məmmədovaya vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə qeyd edilən yaşayış binasının 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98.5 kv.m olan 107 nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 baxmayaraq, mənzilin başqa şəxsə satılmadığını bildirərək, xx.xx.2020-ci il tarixdə göstərilən mənzilə dair alqı-saqtı müqaviləsi tərtib edərək cəmiyyətin formal direktoru olan cinayətdən xəbərsiz X10 və Vəfa Məmmədovaya imzalatdıraraq, şəxsən MMC-nin möhrü ilə təsdiq edərək dəymiş ziyanın əvəzində sonuncuya təqdim etmiş bilə-bilə yalan məlumatların daxil edildiyi xx.xx.2020-ci il tarixli müqaviləni və tam ödəniş barədə maliyyə arayışını həmin ofisdə Cahangir Məmmədova imzalatdırıb cəmiyyətin möhrü ilə təsdiq etməklə həmin tarixdə şəxsən Vəfa Məmmədova imzalatdırıb təqdim edib təkrar vəzifə saxtakarlığı törədərək, X35 dəymiş ziyanın ödənilməsini tələb etmə hüququndan məhrum edib onun qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrar vəzifə saləhiyyətlərindən suistifadə etmiş, həmin əməlləri ilə X11 qeyri-yaşayış sahəsinə və X22 mənzilə maneəsiz sahiblik və ondan istifadə etmək hüquqlarına və qanuni mənafelərinə təkrar ağır nəticələr səbəb olan mühüm zərər vurmuşdur. Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, Alim Hüseynovun şikayəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığı, Cavabdeh1 və Cavabdeh2 qeyd olunan qeyri-yaşayış sahəsinin vicdanlı sahibləri olduğu üçün cinayət işinin başlanması rədd edilmiş, Xanlar Cəfərovun ünvan 5də olan binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı Alim Hüseynova sənəd vermə hissəsində əməli az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmadığına, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmadığna görə qeyd olunan faktla bağlı Xanlar Cəfərov barəsində cinayət işinin başlanılması rədd olunmuşdur. Qərardan daha sonra müəyyən olunur ki, X46 müraciətində göstərmişdir ki, Avro Qrand MMC ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli kooperativ binada qeyriyaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən ünvan 5də olan binanının 1-ci mərtəbəsində yerləşən 715 kv.m. qeyri-yaşayış sahəsini o, 1.812.500 manata almış, həmin qeyri-yaşayış sahəsinin dəyəri tam ödənildikdən sonra Avro Qrand MMC tərəfindən ona MMC-yə borcunun olmaması barədə xx.xx.2017-ci il tarixli maliyyə arayışı verilmişdir. Sonra ona məlum olmuşdur ki, Avro Qrand MMC ünvan 5də olan binanının 1-ci mərtəbəsində yerləşən 723 kv.m. qeyri-yaşayış sahəsini xx.xx.2015-ci il tarixli kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən 1.807.500 manata X16 ünvan 5də olan binanının 1-ci mərtəbəsində yerləşən 350 kv.m. qeyri-yaşayış sahəsini xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən 600.000 manata Cavabdeh1 saxta sənədlər asasında satmışdır. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh1 izahatında göstermişdir ki, sahibkarlıq fəaliyyətini genişləndirmək üçün özünə qeyri-yaşayış sahəsi almaq qərarına gəlmiş, buna görə tikinti işi ilə məşğul olan tanışı Xanlar Cəfərova müraciət etmiş, qeyri-yaşayış sahəsi almaq istədiyini bildirmiş, Xanlar ona ünvan 5 ünvanında tikinti apardığını və həmin binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 350 kv.m. olan qeyri-yaşayış sahəsini almağı təklif etmiş, Xanların tikinti apardığı MMC Avro Qrand MMC adlanır. Həmin yaşayış sahəsinin əvvəllər kiminsə mülkiyyətində olub-olmamasını soruşanda, Xanlar həmin qeyri-yaşayış sahəsini xx.xx.2015-ci il tarixli kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən X3, sonuncunun da həmin qeyriyaşayış sahəsini Avro Qrand MMC-yə geri qaytardığını bildirmiş, ona 12 saylı notariat kontorunda təsdiq olunmuş ərizəni təqdim etmiş, Rüstəm də bir daha onun yanında qeyriyaşayış sahəsinin Avro Qrand MMC-yə geri qaytarmasını bildirmişdir. Buna görə də, o, Xanların təklifi ilə razılaşmış, ünvan 5 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 350 kv.m. olan qeyri-yaşayış sahəsini Avro Qrand MMC-nin direktoru X17 ilə xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə dair müqavilə əsasında satın almışdır. Həmin qeyri-yaşayış sahəsinə görə ümumilikdə 600.000 manat pulu Xanlara vermiş, Avro Qrand MMC-nin direktoru X17 isə ödənişi tam şəkildə etməsinə dair ona maliyyə arayışı vermişdir. Daha sonra o, həmin qeyri-yaşayış sahəsini təmir edərək meyvə-tərəvəz mağazası kimi istifadə etməyə başlamışdır. Cavabdeh1 izahatında daha sonra göstərmişdir ki, Alim Hüseynovu şəxsən tanımır. Həmin şəxs onun qeyri-yaşayış sahəsinə gələrək qeyri-yaşayış sahəsinə dair müqaviləsinin olduğunu bildirmişdir. Lakin onun Alim Hüseynovun kiminlə müqavilə bağlaması barədə məlumatı yoxdur. Xanlar Cəfərov isə hal-hazırda cəza çəkmə müəssəsindədir. Cahangir Məmmədovun harada olması, istifadəsində olan sim kartları barədə malumatı yoxdur. Həmin şəxsi yalnız bir dəfa alqı-satqı vaxtı görmüş, daha sonra isə onunla əlaqəsi olmamışdır. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, əvvəllər fərdi sahibkarlıqla məşğul olmuş və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün özünə qeyri-yaşayış sahəsi almaq qərarına gəlmişdir. Yaşadığı əraziyə yaxın yerdə Xanlar Cəfərovun yeni tikilmiş binanın qeyri-yaşayış sahəsini satdığını bilib 2021-ci ilin fevral ayında Binəqədi rayonu 9-cu mikrarayon Adil Məmmədov küçəsi 10 ünvanına gedib orada özünü həmin obyektin sahibi kimi təqdim edən və Avro-Qrand MMC-nin direktoru Xanlar Cəfərovla görüşmüşdür. Həmin vaxt Xanların yanında Elgiz və Xəzər adlı şəxslər olmuşdur. Xanlar Cəfərov onun almaq istədiyi sahənin hər kvadrat metrini 733 manata satdığını desə də, aralarında 300 kvadrat metr qeyri-yaşayış sahəsini 220000 manata alması ilə bağlı razılaşma olmuşdur. Belə ki, aldığı hissə zirzəmi olduğundan Xanlar Cəfərov ucuz satmışdır. 16.022021-ci ildə Xanlar Cəfərovun göndərdiyi Elgiz adlı şəxslə Binəqədi rayonu ərazisində görüşüb 60000 manat dəyərində Range Rover markalı avtomobili və 160000 manat pulu ona vermiş və həmin vaxt yanında dostu Şaiq adlı şəxs də olmuşdur. Sonra Elgiz adlı şəxs alqı-satqı müqaviləsini və 220000 manat Avro-Qrand MMC-yə ödədiyinə dair maliyyə arayışını ona təqdim etmişdir. Xanlar Cəfərovdan aldığı 300 kvadrat metr qeyri-yaşayış sahəsində təxminən 2 aya yaxın təmirtikinti işləri aparıb 2022-ci ilin fevral ayından avtomobil ehtiyat hissələri satılan obyekt kimi icarəyə vermişdir. Xanlardan obyekti aldıqdan sonra orada həm təmir işləri aparıldığı, həm də obyekt kimi fəaliyyət göstərilən müddətdə heç kim onu narahat etməmişdir. 2022-ci ilin mart ayında tanımadığı bir nəfər ona zəng etmiş, sözü gedən obyektin ona məxsus olmasını bildirmiş, onu görüşə dəvət etsə də, o, həmin şəxsə obyekti Xanlar Cəfərovdan sənədlə aldığını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, X39 rayonu 9-cu mikrarayon Adil Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın 713 kvadrat metr qeyriyaşayış sahəsinin 300 kvadrat metrini almış, digər sahəni isə Cavabdeh1 600000 manata Xanlar Cəfərovdan almışdır. Qeyri-yaşayış sahəsinin alqı-satqısına dair və digər xüsusatlarla bağlı, yalnız özünü obyektin sahibi kimi təqdim edən və Avro-Qrand MMC-nin direktoru olan Xanlar Cəfarovla söhbət aparmış, 220000 manat pulu Xanlar Cəfərovun göstərişi ilə onun göndərdiyi Elgiz adlı şəxsə ödəmişdir. X13 isə Avro-Qrand MMC-nin direktoru kimi tanımamış, onunla arasında heç bir söhbət aparılmamış və ona heç bir məbləğdə ödəniş etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Xanlar Cəfərov törətdiyi dələduzluq əməlinə görə 9 il müddətinə həbs edilmişdir. Cavabdeh1 Xanlar Cəfərovdan obyekti 2020-ci ilin dekabr ayında alması və onların arasında olan söhbətlərdə iştirak etmiş, Cavabdeh1 tərəfindən pulun ödəməsinin şahidi olmuşdur. O, bu işdə yalnız Xanlar Cəfərovu tanımış, bütün söhbətləri onunla və göndərdiyi Elgiz adlı şəxslə etmiş, Cahangir Məmmədov isə onun bildiyinə görə həmin binanın tikintisində fəhlə kimi işləmiş, Xanlar Cəfərov həbs olunduqdan sonra ola bilsin ki, Cahangir direktor kim sənədləşdirilmiş, lakin əvvəllər həmin şəxsi tanımamışdır. Xanlar Cəfərova ödədiyi 220000 manat pulu hardan əldə etməsi barəda suala cavab olaraq bildirmişdir ki, Bank Respublika MMC-dən 60000 manat kredit götürmüş, Range Rover markalı avtomobili 60000 manat dəyərində hesablayıb etibarnamə əsasında vermiş və qalan 100000 manat pulu isə dost-tanışdan borc alaraq ödəmişdir. Hazırda banka aylıq 5000 manat kredit pulu ödəməsini və bununla bağlı sənədləri təqdim edə biləcəyini qeyd etmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı X28 izahatında göstərmişdir ki, o, hazırda 13 saylı X48 cəza çəkir. Məhkəmənin hökmü ilə Azerbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2015-ci ildə ünvan 5 21 mərtəbəli yaşayış binası tikməyə başlamışdır. 2017-ci ildə Alim Hüseynov ona yuxarı dairələrdə yaxın əlaqələrinin olduğunu bildirib inşa etdirdiyi binanın müvafiq sənədləşməsinə köməklik edəcəyini bildirmişdir. O, tikdiyi binanın zirzəmisində 723 kvadrat metr sahəni onun adına sənədləşdirməyə söz vermişdir. Alim Hüseynova alqı-satqı müqaviləsi və ******* manat pulu rəhbəri olduğu Avro Qrand MMC-yə guya ödəməsinə dair maliyyə arayış vermişdir. X51 tərəfındən heç bir ödəniş edilməmişdir. Alim Hüseynov sənədləşmədə ona heç bir köməklik etməmişdir. Ona görə də, o, həmin sahəni Cavabdeh1 və Cavabdeh2 Məhəmmədli oğluna satmışdır. Cavabdeh1 600000 manat qarşılığında 723 kv.m. sahənin 350 kv.m-ni vermişdir. Cavabdeh2 isə 300 kv.m. sahəni 220000 manata satmışdır. Cavabdeh1 ona 6 ədəd bir otaqlı mənzil, Sulutəpə qəsəbəsində 2 üç otaqlı ev və nəğd 150000 manat pul vermişdir. X36 Araz və Bəxtiyardan aldığı pul və mənzilləri, həmçinin Bəxtiyarın pul əvəzi verdiyi Range Rover markalı avtomobili ələ keçirdiyini, X59 Hüseynovla əlbir olaraq ona, Araza və Bəxtiyara böhtan atdıqlarını, Alim Hüseynovun yalan və böhtan ataraq guya ona ******* manat pul verməsini müraciətində göstərdiyini, Alim Hüseynovun həmin vəsaiti hardan əldə etdiyini və həmin məbləği harada və kimin yanında ona verdiyini sübut etməsini qeyd etmişdir. X14 Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Avro Qrand MMC tərəfindən Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında inşa edilən binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 723 kv.m. olan qeyri-yaşayış sahəsinin həmin Avro Qrand MMC-yə geri qaytarılmasına etiraz etməmiş, qeyri-yaşayış sahəsi ilə əlaqədar Avro Qrand MMC-yə qarşı heç bir iddiasının, tələbinin və şikayətinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-960/2018 saylı hökmündən çıxarışdan müəyyən olunur ki, X28 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 213.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əmmələrini törədməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə X28 3 il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məccələsinin 70-ci maddəsi tətbiq edilməklə cəzası şəti hesab edilərək ona 02 il sınaq müddəti təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayonu Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Xanlar Cəfərova məxsus 2.572.367 manat dəyərində ünvan 6 ünvanda Avro Qrand MMC tərəfindən inşa edilən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 900 kv.m sahəsi olan qeyri-yaşayış obyekti, Bakı şəhəri Yasamal rayonu Ş.Mehdiyev küçəsi 97 saylı evin 135 saylı mənzili və ünvan 7 ünvanda yerləşən bağ evi müsadirə olunaraq X21 vergi ödəməkdən yayındığı məbləğində zərəçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəymiş maddi ziyan ödənilməsinə yönəlmişdir. Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsindən giriş hissədə sahəsi 350 kv.m olan qeyri-yaşayış sahəsinin 1 kv.m 4285 manat olmaqla, 1 500 000 manata Avro Qrand MMC-nin direktoru X19 ilə tərtib olunmuş müqavilə Cavabdeh3 tərəfindən imzalanmamışdır. Avro Qrand MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, alıcı Cavabdeh3 Avro Qrand MMC-yə məxsus Bakı şəhəri Binəqədi rayonu A.Məmmdov küçəsindən giriş sahəsi 350 kv.m olan qeyri-yaşayış sahəsi üçün 1 500 000 manat ödəniş etmiş və MMC-yə heç bir borcu yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1392-5/1170 nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 16-cı vərəqəsində olan Cavabdeh1 ilə Avro Qrand MMC arasında olan xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin arxa tərəfində Avro-Qrand MMC-nin direktoru X17 qrafasındakı imza, mülki işin 17-ci vərəqəsində olan Avro Qrand MMC tərəfindən Cavabdeh1 adına olan xx.xx.2020-ci il tarixli maliyyə arayışında Avro-Qrand MMC-nin direktoru X17 qrafasındakı imza X17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 172-ci vərəqəsində olan Cavabdeh2 ilə Avro-Qrand MMC arasında olan xx.xx.2021-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin arxa tərəfində Avro-Qrand MMCnin direktoru X17 qrafasındakı imzanın, mülki işin 173-cü vərəqəsində olan Avro Qrand MMC tərəfindən Cavabdeh2 adına olan xx.xx.2021-ci il tarixli maliyyə arayışında Avro Qrand MMC-nin direktoru X17 qrafasındakı imzanın X17 tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 16-cı vərəqəsində olan Cavabdeh1 ilə Avro Qrand MMC arasında olan xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin arxa tərəfində Avro-Qrand MMCnin direktoru X17 qrafasındakı imzada, mülki işin 17-ci vərəqəsində olan Avro Qrand MMC tərəfindən Cavabdeh1 adına olan xx.xx.2020-ci il tarixli Avro-Qrand MMC-nin direktoru X17 imzada X8 imzasına oxşamasını xarakterizə edən əlamətlər müşahidə olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Cavabdeh2 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının, Cavabdeh1 ilə Avro Qrand MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli maliyə arayışının üzərlərində olan möhür əksləri relyef klişedən sənədlər üzərinə bir başa vurulmuşlar. Rəydən daha sonra müəyyən olunur ki, təqdim edilmiş Cavabdeh2 ilə Avro Qrand arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının, Cavabdeh1 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının üzərlərində olan Azəbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Avro Qrand məzmunlu möhürlə təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Rəydən daha sonra müəyyən olunur ki, Cavabdeh2 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının, Cavabdeh1 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının üzərlərində olan imzalar hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vastəsilə icra edilmişlər. Rəydən daha sonra müəyyən olunur ki, təqdim edilmiş Cavabdeh2 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqısatqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının, Cavabdeh1 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının üzərində mətin əvvəl çap edilmiş sonra isə möhür əksləri vurulmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, Cavabdeh2 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh2 Məhəmmədə oğluna verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının, Cavabdeh1 ilə Avro Qrand MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinin, Avro Qrand MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının üzərində imzalar əvvəl icra edilmiş, sonra isə möhür əksləri vurulmuşdur. Rəydən daha sonra təqdim edilmiş müqavilələrdə və maliyyə arayışlarında çap mətni imza və möhür əksi bir-birləri ilə kəsişmədikləri üçün və xx.xx.2021-ci il tarixli müqavilədə çap mətni ilə imzanın kəsişən hisssində rəngləyicinin zəif əks olduğuna görə onların icra ardıcıllıqları üzrə tədqiqat aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2289/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək iddiaçı X8 Avro Qrand MMC-nin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor vəzifəsindən azad edilməsi barədə təsisçi barədə qərarının qəbul eidlməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsi Avro Qrand MMC-nin 100 % payla təsisçisi olan X23 həvalə edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2289/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, 3EC5ZDK000100 nömrəli müqavilə əsasında, əmək haqqı 250 manat olmaqla Avro Qrand MMC-də usta vəzifəsində işləyir. Lakin sonradan Avro Qrand MMC-nin yeganə təsisçisi X28 tərəfindən qəbul edilmiş təsisçi qərarına əsasən xx.xx.2019-cu il tarixdə formal olaraq Avro Qrand MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsindən cavab olaraq bildirilmişdir ki, Avro Qrand MMC-nin (VÖEN **********) xx.xx.2019-cu il tarixli təsisçisi qərarına əsasən X17 direktor vəzifəsinə təyin edilmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, X28 100 % payla Avro Qrand MMC-nin yeganə təsisçisi, X37 əvvəlki qanuni təmsilçisidir. Həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, o, Avro Qrand MMC-nin hazırkı qanuni təmsilçisidir. Buna baxmayaraq X72 MMC-yə direktor vəzifəsinə təyin edilməsinə baxmayaraq, bu günədək həmin vəzifəni bir gün belə olsun icra etməmişdir və hazırda da, Avro Qrand MMC-də usta vəzifəsində işini davam etdirir. Bunu hazırda internet saytından çıxarış edilmiş Sosial arayışdan görmək mümkündür. Tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə Avro Qrand MMC-nin təsisçisi X23 müraciət olunaraq onun müddət gözləmədən Avro Qrand MMC-nin direktoru vəzifəsindən azad edilməsi xahiş edilmişdir. Bununla yanaşı tərəfindən xx.xx.2021-ci il tarixdə Vergi Xidmətinin Bakı şəhəri X61 üzrə Baş İdarəsinə elektron qaydada müraciət olunaraq Avro Qrand MMC-də usta vəzifəsində işləməyinə baxmayaraq təsisçi X28 tərəfindən qanunsuz olaraq direktor vəzifəsində saxlanılması və çox saylı müraciətlərinə baxmayaraq həmin vəzifədən azad edilməsi üçün qanunsuz olaraq təsisçi qərarının qəbul edilmədiyi barədə məlumat verilmişdir. Bundan başqa tərəfindən Avro Qrand MMC-nin 100% payla təsisçisi olan X23 və digər aidiyyəti orqanlara xx.xx.2021-ci tarixdə yazılı və şifahi müraciətlər olunaraq, X72 MMC-nin qanuni təmsilçisi vəzifəsindən azad edilməyi barədə təsisçi qərarının qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda tərəfindən xx.xx.2021-ci il tarixdə Əmək Müfəttişliyinə ərizə ilə müraciət olunaraq dəfələrlə X23 müraciətlər etməyinə baxmayaraq MMC-nin direktoru vəzifəsindən azad edilmədiyi barədə məlumat verilmişdir. Lakin, X28 tərəfindən bu günədək müraciətlərinə hər hansı cavab verilməmiş və Avro Qrand MMC-nin direktoru vəzifəsindən azad edilməmişdir. Avro Qrand MMC-nin 100 % payla təsisçisi olan X23 çox saylı müraciətlərinə baxmayaraq, Avro Qrand MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi qərarının qəbul edilməməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur və bu hüquq pozuntusu bu gün də davam etməkdədir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2289/2021 saylı qətnaməsindən daha sonra müəyyən olunur ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı X17 xx.xx.2020-ci il tarixdən qüvvədə olan 3EC5ZDK000100 nömrəli müqavilə əsasında, əmək haqqı 250,0 manat olmaqla Avro Qrand MMC-də usta vəzifəsində işləyir. Lakin sonradan Avro Qrand MMC-nin yeganə təsisçisi X28 tərəfindən qəbul edilmiş təsisçi qərarına əsasən xx.xx.2019-cu il tarixdə formal olaraq Avro Qrand MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsindən cavab olaraq bildirilmişdir ki, Avro Qrand MMC-nin (VÖEN **********) xx.xx.2019-cu il tarixli təsisçisi qərarına əsasən X17 direktor vəzifəsinə təyin edilmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, X28 100 % payla Avro Qrand MMC-nin yeganə təsisçisi, X37 əvvəlki qanuni təmsilçisidir. Həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, hazırki iş üzrə iddiaçı X62 Qrand MMC-nin hazırkı qanuni təmsilçisidir. Buna baxmayaraq X72 MMC-yə direktor vəzifəsinə təyin edilməyinə baxmayaraq, bu günədək həmin vəzifəni bir gün belə olsun icra etməmişdir və hazırda da, Avro Qrand MMC-də usta vəzifəsində işini davam etdirir. X72 MMC-nin 100 % payla təsisçisi olan X23 çox saylı müraciətlərinə baxmayaraq, Avro Qrand MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi qərarının qəbul edilməməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur və bu hüquq pozuntusu bu gün də davam etməkdədir. Hazırda iddiaçı X17 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Avro Qrand MMC-nin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru vəzifəsindən azad edilməyi barədə təsisçi qərarının qəbul edilməsinin, dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsinin Avro Qrand MMC-nin 100 % payla təsisçisi olan X23 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Enerjitəchizatı müəssisəsi Azərişıq ASC ilə abonent Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 090486 nömrəli enerji alqı-satqı müqaviləsindən müəyyən olur ki, enerjitəchizatı müəssisəsi abonenti Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanına elektirik enerjisi təmin etməyi öhdəsinə götürmüşdür. Azərsu ASC-nin Binəqədi rayon Sukanalı İdarəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 45177967 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilədən müəyyən olunur ki, müəssisə Adil Məmmədov küçəsi 10/A ünvanına xidmət göstərməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında şahid X28 ifadəsində göstərmişdir ki, o, Avro Qrand MMC-ni 1994-cü ildə təsis etmiş, həmin vaxt özü direktor olmuş, sonra Allahverdi adlı şəxs, daha sonra Cahangir Məmmədov direktor təyin olunmuşdur. MMC yalnız tikinti işləri ilə məşğul olmuş, o, Məmmədov küçəsi 10 ünvanında 21 mərtəbəli bina tikdirmişdir. Tikintiyə mühəndislər nəzarət etmiş, əmlakın satışı ilə o, və satış menecerləri məşğul olmuşdur. Müqavilələri satış meneceri tərtib etmiş, mənzillər üçün ayrı, qeyri-yaşayış sahələri üçün ayrı müqavilələr tərtib olunmuşdur. Əmlakın qiyməti ilə o, satış meneceri Xəzər və direktor Cahangir Məmmədov məşğul olmuş, son qərarı isə o özü vermiş, ödənişlər birbaşa onlara ödənilmişdir. Banka heç vaxt ödəniş edilməmiş, ödənişlər daxili ödənişlər olmuşdur. Ödənişlə bağlı kassa mədaxil orderi və sonda maliyyə arayışı verilmişdir. İstisna hallarda, pul tam ödənilməyəndə, maliyyə arayışı verilmiş və pulun qalan hissəsi ödəniləndən sonra order verilmişdir. Ödənişlər nəğd şəkildə həyata keçirilmiş, barter formasıda da razılaşmalar olmuşdur. Barterə mənzillər, tikinti materialları daxil olmuşdur. Barter olunan tikinti materialları tikintiyə istifadə olunmuş, barter olunan mənzillər ona və başqa adamlara verilmişdir. Barter olunan mənzillər onun adına sənədləşdirilməmiş, cavabdehlər mənzilləri onun adına sənədləşdirməli olsalar da, sənədləşdirməmişlər. Bəxtiyarla onların cəmiyyətində müqavilə bağlanmış, sənədləşdirməni o, özü aparmışdır. Sənədləşdirmə aparılmış, qalıq qalan pulları Bəxtiyar verəndən sonra əmlak Bəxtiyarın adına keçməli və ya əmlak satılmalı idi. Bəxtiyara sahəsi 350 kv.m olan sahə satılmışdır. Müqavilə imzalanmamış, bütün ödəniş ediləndən sonra müqavilə imzalanmali idi. Lakin müqaviləyə möhür vurulmasını o, xatırlamır. Bəxtiyarı o, makler kimi tanıyır, ünsiyyəti olmuşdur. Bəxtiyar ona həmin sahəni almaq istəməsini demişdir. Qiyməti 600000 manat olan sahəni Bəxtiyar onun adına keçirməyi, əmlakı öz adından satacağını demişdir. Əmlakı satandan sonra, Bəxtiyar öz payını götürüb, yerdə qalan pulu onlara verməli idi. Bəxtiyar əmlakı öz adına keçirəcəyi halda daha rahat satacağını ona demişdir. Əvvəllər Bəxtiyarla aralarında alqı-satqı müqavilələri olmasa da, o, Bəxtiyara etibar etmişdir. İş materiallarına əlavə olunmuş müqavilədəki imza Cahangir Məmmədovun imzasına oxşayır. Möhür isə əsas möhür deyil, dublikat möhürdür. Çünki möhürün kənarında dublikat işarəsi olan "xxxx" hərfi yazılmışdır. Bəxtiyara müqaviləni o, vermişdir. MMC-nin möhürü onda və Xəzərdə olmuşdur. Əsas möhür bir ədəd olmuş, möhür təxminən 2018-2019-cu illərdə itdiyindən ikinci möhür alınmışdır. Möhür ofisdə stolun üstündə olmuşdur. O, Cavabdeh1ı Bəxtiyar vasitəsilə tanımış, Cavabdeh1 obyektin digər hissəsi satılmışdır. Cavabdeh1la aralarında həmin obyekti 600000 manata razılaşmış, təxminən 100000 manata yaxın məbləğində ilkin ödəniş edilmiş, yerdə qalan məbləğin əvəzinə də mənzillər verilmiş, lakin həmin mənzillər də ona gəlib çatmamış, onlarda rəsmi işçi olmayan Elgiz adlı şəxs mənzillərin hamısına yiyələnmişdir. O, Elgizi cavabdehlərlə soncuların sənədlərini götürməsi üçün tanış etmiş, Elgiz də, sənədləri öz adına keçirmişdir. Sulutəpədə verilən evlərin sənədləri olmamış, Bəxtiyar həmin evləri sənədləşdirib verəcəklərini demiş, daha sonra Elgizin dediyinə görə Bəxtiyarla Elgiz birləşib həmin evləri satıb pulunu öz aralarında bölüşdürmüşlər. Maliyyə arayışlarını da, MMC-də o, Xəzər, Cahangir vermişdir. Cavabdehlərə möhür vurulmuş, imzalanmamış müqavilələr verilmiş, həmin müqavilələrə ödəniş tam edildikdən sonra imza çəkilməli idi. Ona görə müqavilədəki direktor qrafasındakı imzanın kim tərəfindən çəkildiyini o, bilmir. Müqavilələr üzrə order verilibverilməməsini o, xatırlamır. Cavabdeh1 ilkin ödəniş kimi 100000 manata yaxın pul vermiş, həmin pulu Cavabdeh1 Xəzər götürüb tikintiyə xərcləmişdir. O, Xəzər, Cahangir MMC-nin əsas işçiləri olmuşlar. Artıq 2 il 3 aydır ki, o, həbsdədir. O, Cahangir Məmmədovu işdən azad etmədiyi üçün Cahangir onu Abşeron Rayon Məhkəməsinə vermişdir. Cahangir şirkətdən götürdüyü borcu qaytarmağından o, Cahangirin işdən azad olunmasına dair ərizəsini imzalamamışdır. Sonra da Cahangir özü işdən çıxmaq istəməmişdir. O, Abşeron Rayon Məhkəməsində iştirak etməmiş, həmin qərardan şikayət verməmişdir. Elgiz ona evlərin heç birinin sənədi olmadığından Araza verilən obyektin geri qaytarılacağını demişdir. Cavabdeh2 verdiyi maşın ona gəlib çatmamış, Bəxtiyar maşını Elgizə vermiş, həmin obyektə görə cəmi 40000 manat pul ödənilmişdir. Bəxtiyarın verdiyi maşının markası onun yadında deyil, Bəxtiyara satılan obyektin əvəzində maşının vasitəsilə cəmi 40000 manat alınmış, həmin vəsait tikintinin inşasına sərf olunmuşdur. Müqavilədə əmlakın qiyməti 220000 manat yazılsa da, əmlakın dəyəri 600000 manat olmuş, ona 40000 manat puldan başqa, heç bir vəsait ödənilməmişdir. Bəxtiyar özü guya adam tapıb obyekti satamalı, oradan qoyduğu pulu və özünə 20000 manat qazanc götürməli, 450000 manatı ona verməli idi. Belə şərtlərlə müqavilələr mənzillərə dair də bağlanırdı. Lakin cavabdehlərlə qeyri-yaşayış sahələrinə dair müqavilələr bağlanmışdı. Qeyri-yaşayış sahəsində, yalnız sahələr verilmış, kommunal xidmətləri alan tərəf özü çəkmişdir. Mənzillərin kommunal xidmətlərini isə MMC özü ödəmişdir. Möhür hərdənbir Cahangirdə olmuş, çox vaxt o, özü möhürü ona verməmişdir. Bəxtiyara satılan qeyri-yaşayış sahəsinin qiyməti maliyyə arayışında 220000 manat göstərilmişdir. O, Bəxtiyara 500000 manatlıq maliyyə arayışı da yaza bilərdi, çünki Bəxtiyara onun etibarı olmuşdur. Onun razılığı olmadan MMC-də hər hansı əmlakın satılması mümkün olmamışdır. Cavabdeh1 satılan qeyri-yaşayış sahəsinin dəyərini həm nəğd pulla, həm də əmlakla barter olunması barəsində öz aralarında ilkin razılaşma olmuşdur. O, Elgizə Cavabdeh1 etibarnaməni ona gətirməsini demiş, Elgiz etibarnaməni gətirməmişdir. 6-cı mikrorayonda olan iki evi Elgiz öz adına keçirmiş, 4-5 ay keçəndən sonra Elgizin Sulutəpədəki evləri satmasını Xəzər ona demişdir. İlk dəfə 95600 manat pul ödəniləndə o, maliyyə arayışını Cavabdeh1 vermişdir. İstintaqda verdiyi ifadəsini o, yaxşı xatırlamır. İstintaqda 95000 manat əvəzinə 150000 manat düzgün yazılmamışdır. Cavabdeh1 qeyri-yaşayış sahəsinin pulunu tam ödədiyi halda o, qeyri-yaşayış sahəsinin təmir etdirməsinə Araza icazə vermişdir. Ona görə ki, Araz təmir edirdi, həmin sahəsini dağıtmırdı. Bundan başqa Araz pulun qalan hissəsini gətirib verəcəyini deyirdi. O, Araz ilə Bəxtiyarı Elgizlə tanış etmiş, Elgizi sənədləri götürməsi üçün onların yanına göndərmişdir. Elgiz sənədləri gətirməmiş, pulun ödənilmədiyini ona demişdir. Cavabdehlərə möhürlü imzasız maliyyə arayışını və müqaviləni o, özü vermişdir. Əmlaklar kimə verilmişsə, həmin əmlaklar alınsın, obyektləri cavabdehdən alan yoxdur. Qeyri-yaşayış sahələrini və həmin sahələrin sərhədlərini o, özü Bəxtiyara və Araza göstərmiş, Bəxtiyar və Araz da sahəni özləri ölçüb düz olmasını görmüşlər. O, həbs olunana qədər Bəxtiyar qeyri-yaşayış sahəsində heç bir təmir işi aparmamışdır. Cavabdeh1 müqavilə üzrə verilən qeyri-yaşayış sahəsinə dair başqa şəxslə müqavilə imzalanmamışdır. MMC-də qeyri-yaşayış sahələri alıcıya təhvil veriləndə müqavilə tərtib olunur. Qalan işlərə onun Mübariz İsmayılov adlı tanışı nəzarət edir, bunun üçün o, Mübarizə etibarnamə vermişdir. Mübariz ona məlumat verir, onunla məsləhətləşir. O, Cavabdeh3 adında şəxsi tanımır. Sahəsi 350 kv.m olan qeyri-yaşayış sahəsinə görə ona 150000 manat ödənilməmişdir. Arazın əlindən obyekti alan adam yoxdur. Cavabdehlər kimə nə veriblərsə, o adamdan geri alıb şirkətə versinlər, əmlaklar satışa çıxarılsın, cavabdehlər nə ödəyibsə öz pullarını götürsünlər, onlar da öz pullarını götürüb şirkətin hesabına qaytarsınlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maadə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ilkin iddia ərizəsi Avro Qrand MMC-nin adından xx.xx.2023-cü il tarixli etibarnaməni imzalayan MMC-nin direktoru X8 verdiyi səlahiyyətlər əsasında Vəkil1 tərəfindən imzalanmışdır. Məhkəmə araşdırması zamanı daha sonra məyyən olunmuşdur ki, Avro Qrand MMC-nin yeganə təsisçisi olan X28 MMC-nin direktoru vəzifəsini faktiki icra edərək törətdiyi cinayət əməllərinə görə məhkum edilmiş, hal-hazırda qanuni qüvvəsini alan məhkəmə aktına əsasən cəza çəkir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, özünü məhkəməyə Avro Qrand MMC-nin direktoru kimi təqdim edən X17 həmin vəzifəyə təyin edildiyi vaxtdan hazırkı iddia ərizəsinin verilməsi üçün əsas olan etibarnaməni imzaladığı vaxt da, daxil olmaqla MMC-də direktor kimi heç bir səlahiyyəti olmamış, özünün də izahatında qeyd etdiyi kimi hazırkı iddia ərizəsini MMC-nin yeganə təsisçi olan X18 xx.xx.2022-ci il tarixli etibarnaməsi əsasında nümayəndəsi X20 göstəri əsasında imza etmiş, formal olaraq tutduğu vəzifədən azad edilməsi üçün təsisçiyə müraciət etsə də, sonuncu onun işdən azad edilməsinə dair qərar qəbul etməmiş, C.C.X66 MMC-nin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi olaraq üzərinə, qanuni qüvvəsini alan məhkəmə aktına əsasən, qoyulan vəzifəni icra etməmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2289/2021 saylı qətnaməsi ilə Avro Qrand MMC-nin 100% payla təsisçisi olan X18 təkbaşına təsisçi kimi X1 razılığı olmadan cəmiyyətin təmsilçisi təyin edilməsinə dair qərar qəbul etməsi, həmin qərar əsasında cəmiyyətin hazırki qanuni təmsilçisi qismində X8 qeydiyyata alınması, X8 həmin cəmiyyətdə usta vəzifəsində işləməsinə baxmayaraq özünün də xəbəri olmadan onun hansı əsaslarla MMC-yə məhz qanuni təmsilçi təyin edilməsinə dair sübutların müəyyən edilməməsi, sonradan həmin vəzifənin icraçısı olduğundan xəbər tutan iddiaçının özü də onun təyin edildiyi direktor vəzifəsindən azad edilməsinə dair təsisçiyə müraciət etməsinə baxmayaraq iddiaçıya bununla bağlı qanunamüvafiq qaydada cavab verilməməsi, X8 Avro Qrand MMC-də əmək müqaviləsi əsasında icra etdiyi işin usta funksiyasının icrasından ibarət olması, onun üzərinə iradəsi ziddinə qanuni təmsilçi-direktor kimi məsul funksiyanın da həvalə edilməsinin tamamilə qanuna zidd olması müəyyən edilərək iddiaçının pozulmuş hüquqları bərpa edilməklə X72 MMC-nin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi qərarının qəbul edilməsinin təsisçiyə həvalə edilməsi qət edilmişdir. Məhkəmə ilkin iddia ərizəsi ilə bağlı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia vermək hüququ olduğundan, X8 Avro Qrand ASC-nin direktoru vəzifəsinə öz iradəsinin əleyhinə, MMC-nin 100 % payla təsisçisi X28 tərəfindən şəxsin razılığı olmadan cəmiyyətin təmsilçisi təyin edilməsi, X8 faktiki olaraq MMC-də usta vəzifəsində işləməsi qanuni qüvvəsini alan məhkəmə aktı ilə öz təsdiqini tapdığından, əmək müqavilələri sərbəst bağlanmalı olduğundan, şəxsin əmək müqaviləsi bağlamasına məcbur edilməsi yolverilməz olduğundan, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməklə yenidən sübut edilmədiyindən, MMC-də usta vəzifəsində işləyən X8 Avro Qrand MMC-nin adından iddia qaldımaq üçün səlahiyyəti olmadığından ilkin iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı sübutları tədqiq edib belə qənaətə gəlir ki, bu tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Avro Qrand MMC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixdə kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin bağlanmasına dair mötəbər sübutlarını, yəni belə bir müqavilənin mövcud olmasına dair sübutları məhkəməyə təqdim etmədiyindən qarşılıqlı iddia ərizəsi də təmin edilə bilməz. Belə ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının üzərinə düşür. İlkin və qarşılıqlı iddia ərizələri təmin edilmədiyi üçün məhkəmə hesab edir ki, hər bir iddiaçının ödədiyi dövlət rüsumu onun özünə, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri isə Avro Qrand MMC-yə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Avro Qrand MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Avro Qrand MMC-yə məxsus Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 m2 olan qeyri-yaşayış sahəsinə Cavabdeh2 və Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 350 m2 olan qeyri-yaşayış sahəsinə Cavabdeh1 qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsinə dair ilkin iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdehlər Avro Qrand MMC-yə və Cavabdeh3 qarşı Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın birinci mərtəbəsində olan 350 kv.m. qeyri-yaşayış sahəsinə dair Avro Qrand MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kooperativ binada qeyri-yaşayış sahəsinin alqısatqı müqaviləsinin etibarsız hesab olunmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Avro Qrand MMC-dən ekspertiza tədqiqatının dəyərinə görə 200 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar