Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-197/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndələri X5, X9 və X4, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı çoxmənzilli yaşayış binaları kompleksinin, onun tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisinin, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrinin, ümumi işığı idarə edən mərkəz şəbəkəsinin və ərazidə olan digər qurğuların təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı çoxmənzilli yaşayış binaları kompleksinin, onun tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisinin, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrinin, ümumi işığı idarə edən mərkəz şəbəkəsinin və ərazidə olan digər qurğuların təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh tərəfindən inşa edilmiş 16 mərtəbəli 1, 2 və 4 saylı yaşayış binaları 12 iyul 2019-cu il tarixdə Dövlət aktına əsasən istismara qəbul edilmişdir. Binalarda yaşayan mülkiyyətçilər Cavabdeh binaları təhvil verdikdən sonra Mənzil Qanunvericiliyinin tələblərinə əməl etməyən hansı ki, 1 ay müddətində ləğv edilməli olan MTK-nın qanunsuz hərəkətlərindən mülkiyyətçiləri incitməsindən və həmçinin kompleskin baxımsız təhlükəli vəziyyətdə saxlanılması və digər hallardan bezərək qanunvericiliyin tələbinə, yəni Mənzil Məcəlləsinə əsasən yaşadığımız binaları - daşınmaz əmlak kompleksini birgə idarə etmək, binalarn ümumi əmlaklarının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə xx.xx.2022-ci il tarixində sahə mülkiyyətçilərinin səs çoxluğu ilə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti təsis edilmişdir. Qanuni əsaslarla təsis edilmiş “Binəqədi 31” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini dövlət qeydiyyatına alınması üçün sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim edildikdən sonra MMMC 16 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə ilə (Qeydiyyat nömrəsi 1122-MM9- 0265) dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət tərəfindən 18 noyabr 2022-ci il tarixdə müvafiq sənədlər Cavabdehnə təqdim edilərək əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlaklarının istismarını, ona sahibliyi, ondan istifadəni və Qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə göstərilən 1, 2 və 4 saylı yaşayış binalara aid olan sənədləri və texniki qurğuları, 2 mərtəbəli zirzəmini və kompleksin ərazisindəki qeyri-yaşayış sahələrini İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə təhvil verilməsi tələb edilmişdir. Cavabdeh qeyd edilən əmlak kompleksinin Mənzil qanunvericiliyinə əsasən idarə edilməsi üçün tələb edilən sənədlər, texniki qurğular, 2 mərtəbəli zirzəmini və kompleksin ərazisindəki qeyriyaşayış sahələrini "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə təhvil verməkdən imtina etməklə hazırda da təhvil verməkdən boyun qaçırır. Öhdəliyini icra etməməklə yanaşı Cavabdeh MTK kompleksdə hal-hazırda Qanunsuz olaraq göstərilməyən xidmət və 2 mərtəbəli zirzəmidə avtomobillərin saxlanmasına görə ödənişlər alır, qanunsuz avtomobillərin dayanması üçün zirzəmidəki yerləri satır, Qanunsuz fəaliyyətini davam etdirir, müxtəlif qurumlara böhtan xarakterli və əsassız şikayətlər etməklə kompleksin MMMC adı ilə sakinlər tərəfindən idarə edilməsinə maneələr yaradır. Bu da öz növbəsində Mənzil Qanunvericiliyinə zidd olmaqla həm öhdəliklərin icra olunmamasına, həm də qanunsuz hərəkətlər edilməsinə gətirib çıxarır. Lakin, "xxxx" ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli binanın ümumi əmlakına daxil olan 2 mərtəbəli zirzəmini, texniki qurğuları, kompleksin işıqlandırılması ilə bağlı mərkəzi şəbəkəni və digər sahələri ümumiyyətlə təhvil verməkdən boyun qaçırır. Əlavə olaraq, qanunsuz hərəkətlərin dayandırılması və sözügedən ərazilərin iddiaçıya təhvil verilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh qeyd edilən sahələri və qurğuları təhvil verməkdən imtina etmişdir. Bütün bu göstərilənlər iddiaçı "xxxx" MMMC ilə yanaşı kompleksdə mənzil mülkiyyətçilərinin də hüquqlarının cavabdeh tərəfindən əsaslı şəkildə pozulmasına gətirib çıxarır. İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin dövlət qeydiyyatına alındığı, yəni xx.xx.2022-ci il tarixdən Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068-ci məhəllə ünvanında yerləşən əmlak kompleksinin MMMC tərəfindən idarə edilməsinə "xxxx" tərəfindən müxtəlif üsullarla maneələr törədilməsi qadağan edilməli, MTK-nın hərəkətlərinin (fəaliyyətinin) qanunsuz sayılmalı və ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış kompleksinin, həmin kompleksin tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisi, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələri, kompleksin ümumi işığı idarə edən mərkəzi şəbəkə və kompleksin ərazisində olan digər qurğular "xxxx" tərəfindən İddiaçınə təhvil-təslim edilməlidir. Cavabdeh etiraz ərizəsi məhkəməyə daxil olmuş və ərizə onunla əsaslandırılmışdır ki, "xxxx"MMMC tərəfindən irəli sürülən iddia ərizəsini əsassızdır. Belə ki, "xxxx" MMMC Olimp MTK tərəfindən inşa edilmiş ünvan 3 ünvanında yerləşən coxmənzilli yaşayış kompleksinin, həmin kompleksin tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisini, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrini, kompleksin ümumi işığı idarə edən mərkəzi şəbəkəni və kompleksin ərazisində olan digər qurğuları "xxxx" tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərəkm Cəmiyyətinə təhvil-təslim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış kompleksi 15 girişli 6 binadan ibarətdir və bu binalardan yalnız üçü Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 12 iyul 2019-cu ildə 095 nömrəli istismara icazə aktını almışdır. Kompleksin digər üç binasının tikintisi davam etməkdədir. İddiaçı MMMC-yə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestri tərəfindən (xx/xx/2022ci il № 05/1613/7-14) verilmiş Cıxarışda onların fəaliyyət ərazisi Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068-ci məhəllə ev 1, 2 və 4 (tikintisi başa catmış və istismarına icazə verilən binalar) konkret olaraq göstərilmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, kompleksin ərazisində tikilən və istismarına dövlət icazə aktı alınmayan hec bir sahə Mənzil Mülkiyyətciləri Müştərək Cəmiyyətinə təhvil-təslim verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən Mənzil Mülkiyyətciləri Müştərək Cəmiyyəti coxmənzilli binada yalnız sahə mülkiyyətçilərinin ümumi əmlakını idarə etmək hüququna malikdir. Bu sahələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1 maddəsində konkret olaraq göstərilmişdir. Bu Məcəlləyə uyğun olaraq Cavabdeh MTK “Binəqədi-31"MMMC-ya onun fəaliyyət ərazisinə (bina 1, 2 və 4 - tikintisi başa catmış və istismarına dövlət tərəfindən icazə verilən binalar) daxil olan sahələrin hamısını təhvil vermişdir. Digər hər hansı bir qeyri-yaşayış sahələrinin MTK tərəfindən Mənzil Mülkiyyətciləri Müştərək Cəmiyyətinə təhvil verilməsi məsələsi hec bir qanunda nəzərdə tutulmayıb və bununla İddiaçıMMMC-nin qeyri-yaşayış sahələrin Cavabdeh MTK-dan təhvil almaq iddiası əsassız sayılmalıdır. Yuxarıda göstərilən binalarda Cavabdeh MTK-ya məxsus heç bir yaşayış və ya qeyri-yaşayış sahəsi mövcud deyil. Cavabdeh MTK tərəfindən tikilən binaların zirzəmi hissəsində 2 mərtəbəli avtodayanacaq inşa edilmiş, bütün sahələr bina sakinlərinə satılmış və həmin sahələrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən cixarışlar verilmişdir. Bu ərazilər sahə mülkiyyətcilərinin ümumi istifadədə olan sahalər siyahısına daxil olan halda bunlara çıxarışların verilməsi mümkünsüz olardı. Binanın zirzəmisinin -1 mərtəbəsində yerləşən və texniki qurğular (su motorları, sayğaclar və s.) üçün nəzərdə tutulan sahələr isə tam olaraq "xxxx" MMMC-yə təhvil verilib. Buradan İddiaçı MMMC-nin 2 mərtəbəli zirzəmi ərazisini Cavabdeh MTK-dan təhvil almaq iddiası əsassız sayılmalıdır. İddiaçı MMMC-nin kompleksin ümumi işığı idarə edən mərkəzi şəbəkəni Cavabdeh MTK tərəfindən İddiaçınə təhvil-təslim edilməsi aşağıda göstərilən 2 səbəbdən mümkünsüzdür: 1. kompleksin ərazisində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən 6 binanın tikintisi nəzərdə tutullub və bu binaların üçü tikilərək təhvil verilib, digər üçünün tikintisi davam etməkdədir. Cavabdeh MTK üçün Bakı Elektrikşəbəkə tərəfindən verilən texniki şərtə (№TX-08-0020 ) əsasən kompleksin ərazisinə verilən elektrik cəryanının gücü (2351 kVt) kompleksdə tikiləcək bütün binalar və qurğular ücün nəzərdə tutulub. Kompleksin ərazisindəki tikilməkdə olan yaşayış və qeyriyaşayış sahələrin elektrik enercisi ilə təmin olunmaması kompleksin ümumi işığı idarə edən mərkəzi şəbəkəni hər hansı bir quruma təhvil verilməsini mümkünsüz edir; 2. Cavabdeh MTK üçün Bakı Elektrikşəbəkə tərəfindən verilən texniki şərtin 2-ci bəndinə əsasən (Abonent tərəfindən quraşdırılacaq, "xxxx" ASC-nin balansına təhvil veriləcək qurğular) kompleksin işığı idarə edən mərkəzi şəbəkəni Cavabdeh MTK yalnız "xxxx" ASC-nin hüquqi varisi olan "xxxx" ASC-yə təhvil verməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 izahatında məhkəməyə bildirdi ki, cavabdeh ərazilərin qaraj olması barədə heç bir dövlət sənədi təqdim edə bilmir. Həmin ərazilər qaraj deyil, kommersiya məqsədi ilə istifadə olunur. Həmin ərazilərdən pul qazanılır. Cavabdehin İddiaçınə təhvil-təslim edildiyini bildirdiyi ərazilərə dair də heç bir akt mövcud deyil. Dövlət aktında 16 mərtəbəli bina qeyd edilsə də, qanunsuz olaraq mərtəbələrin sayı artırılmışdır və vətəndaşlar özəlləşdirmə məsələsində çətinlik çəkirlər. Sabah bir hadisə baş versə, İddiaçı həmin hadisəyə müdaxilə edə bilməyəcək. Kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən qapılar kilidlənib. Təhvil-təslim aktı yoxdur və bu İddiaçı hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 izahatında məhkəməyə bildirdi ki, cavabdehin nümayəndəsinin səlahiyyətləri sual altındadır. Belə ki, MTK öz fəaliyyətini dayandırıb və nümayəndəyə etibarnamənin kim tərəfindən verildiyi müəyyən edilməlidir. Həmçinin, zirzəminin şəxsi istifadədə olması qanuni deyil, zirzəmi ümumi istifadədə olmalıdır. Cavabdeh tərəfindən qanununvericilik normalarına istinad olunmur. 100-ə qədər sakin MTK-nın qanunsuz hərəkətləri nəticəsində çıxarış ala bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 izahatında məhkəməyə bildirdi ki, cavabdehin nümayəndəsi ona təhvil-təslim aktı imzalamaqla bağlı müraciət etmiş, lakin, o, razılaşmadı və bildirdi ki, liftlər, nasosxanadakı motorlar və s. hamısı yararsız vəziyyətdədir. O, həmin şəkildə təhvil-təslim aktı imzalaya bilməz. O, vətəndaşlardan pul yığıb təmir işləri aparır. 10 gün bundan əvvəl zirzəmidə ümumi kanalizasiya borusu partlamış və sexlərin qapısı bağlı olduğundan onlar zirzəmiyə daxil ola bilmədilər və məcburən qapıları qırdılar. 100-ə yaxın sakin çıxarış ala bilmir. Zirzəmiyə münasibətdə isə yalnız 12 sakin çıxarış ala bilib. 15000 m2 ərazinin qaraj olaraq çıxarışı mövcuddursa, məhkəməyə təqdim olunsun. MMMC əslində ƏDV-dən azaddır, lakin təhviltəslim aktı olmadığından işiğa görə onu da ödəmək məcburiyyətindədirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X11 izahatında məhkəməyə bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərə onun müdaxilə etmək hüququ yoxdur. Belə ki, həmin ərazilərə dair vətəndaşlar çıxarış alıb və özlərinə məxsus sahələrdən istədikləri kimi istifadə edirlər. 50- 60 vətəndaş çıxarış əldə edib və digərlərinin çıxarış almaması da həmin ərazilərə onun müdaxilə edə biləcəyi mənasına gəlmir. Şəxslərin hansı fəaliyyətlə məşğul olması heç kimə aid olmayan məsələdir, buna konkret dövlət orqanları nəzarət edir. İddiaçı yalnız 1, 2 və 4-cü binalara münasibətdə iddia irəli sürə bilər. Qarajın böyük hissəsi kompleksin həyətinin altında tikilib və bu günə qədər dövlət qeydiyyatından keçməyib. Dövlət tərəfindən qəbul edilməyən ərazilərə iddiaçı necə iddia irəli sürə bilər. Dövlət qeydiyyatına alınmamasına baxmayaqraq, həmin ərazi konkret fiziki şəxslərə satılıb. Kompleksin ərazisində 468 mənzil var və hər bir mənzildə kommunikasiya xətləri mövcuddur. Mənzildə bununla bağlı hər hansı nasazlıq olarsa mənzilin mülkiyyətçilərinə müraciət edilərək həmin nasazlıqlar aradan qaldırıla bilər. xx.xx.2019-cu ildən Cavabdeh MTK-nın heç bir işçisi həmin ərazidə fəaliyyət göstərmir. MTK fəaliyyətini dayandırıb və onun balansında 1 m2 ərazi belə yoxdur. Baxmayaraq ki, iddiaçının fəaliyyət sahəsindən kənardır, lakin, texniki qurğular yerləşən zirzəmi 1, 2 və 4-cü binalardan kənarda olsa belə o da, iddiaçıya təhvil verilib. İşıqla bağlı isə bildirilməlidir ki, işığı idarə edən qurğu ona məxsus deyil və Azərenerji tərəfindən plomblanıb. Hənin qurğunun iddiaçıya təhvil verilməsi onun səlahiyyətlərinə və imkanlarına aid deyil. İşıq stansiyası strateji əhəmiyyətli ərazidir və heç o özü oraya müdaxilə edə bilmir. Mühəndis qurğuları yerləşən ərazi – texniki zirzəmi isə iddiaçıya təhvil verilib və açarlar da onlardadır. Həmçinin qeyd edilməlidir ki, bina tikən üçün ən çox gəlir qeyri-yaşayış sahələrindən gəlir. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsində sadalanan heç bir sahə cavabdeh tərəfindən satılmayıb. Digər sahələrin isə satılıb-satılmamasının İddiaçınə heç bir aidiyyəti yoxdur, həmin əmlaklar Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məxsus deyil və qanunvericiliyin tələblərinə görə ola da bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Nizamnaməsindən görünür ki, Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Həmçinin Nizamnamədə qeyd olunur ki, İddiaçı müstəqil təsərrüfat subyekti olmaqla, ünvan 4 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıcağının qərarına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil Məcəlləsinin 119.2-ci maddəsinə görə, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Mənzil Məcəlləsinin 119.7-ci maddəsinə müvafiq olaraq, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti öz öhdəlikləri üçün ona məxsus bütün əmlakı ilə cavabdehdir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları iştirakçısı olduqları cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımırlar. Mənzil Məcəlləsinin 122.1-ci maddəsinə görə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. Əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Hazırkı mübahisənin predmetinin əsas hissəsi çoxmənzilli binanın ümumi əmlakına aid deyil. Belə ki, iddiaçı iddia ərizəsində həmçinin “ ... ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış kompleksinin, həmin kompleksin tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisini, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrini, kompleksin ümumi işığı idarə edən mərkəzi şəbəkəni və kompleksin ərazisində olan digər qurğuları "xxxx" tərəfindən İddiaçınə təhvil-təslim edilməsi”ni xahiş etmişdir. Halbuki cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlardan görünür ki, məsələn, ünvan 3, ev 4, 2-ci zirzəmi mərtəbəsində 21 və 21 saylı qarajlar (*çıxarışda qeyri-yaşayış sahəsinin məhz qaraj olduğu göstərilir) xx.xx.2023-cü il tarixdən X6 xüsusi mülkiyyətindədir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli, 18/04-626 saylı cavab məktubundan görünür ki, ... inşaat pasportu əsasında hazırlanmış Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindəki 3068-ci məhəllədə tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasının təqdim edilmiş eskiz layihəsi (15 girişli, 16 mərtəbəli + texmərtəbə + dam + 1-2 mərtəbəsi – qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbələri – yeraltı qaraj ...) razılaşdırılmışdır. Belə olan halda məhkəmə iddiaçı tərəfindən “ ... 2 mərtəbəli zirzəmi ərazisini, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrini”n cavabdehdən tələb edilməsinin hüquqi əsaslarının mövcud olması iş materiallarında olan sənədlərdən müəyyən edilmir. Belə ki, qanunvericilikdə paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan ərazilər konkret olaraq göstərilmiş və əmlak kompleksi iddiaçıya təhvil verilərkən nə iddiaçının Nizamnaməsindən, nə də ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərindən kənara çıxıla bilməz. Ümumi işığı idarə edən mərkəzi şəbəkənin iddiaçıya təhvil verilməsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, mərkəzi şəbəkənin yalnız artıq istismara verilmiş 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsi ayrılaraq İddiaçınə təhvil verilməlidir. Belə ki, TX-08-0020 saylı texniki şərt verilərkən ümumi olaraq 6 binadan ibarət olacaq çoxmərtəbəli yaşayış binaları kompleksi üçün verilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, ünvan 4 ünvanında yerləşən yaşayış binaları həmin binalarda mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (*mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) hissəsində, həmçinin ümumi işığı idarə edən mərkəzi şəbəkənin 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsi İddiaçınə təhvil verilməli; ünvan 4 ünvanında yerləşən yaşayış binalarının İddiaçı tərəfindən idarə edilməsinə maneələrin törədilməsi Cavabdehnə qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən yaşayış binaları həmin binalarda mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər hissəsində, həmçinin ümumi işığı idarə edən mərkəzi şəbəkənin 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsi İddiaçınə təhvil verilsin. ünvan 4 ünvanında yerləşən yaşayış binalarının İddiaçı tərəfindən idarə edilməsinə maneələrin törədilməsi Cavabdehnə qadağan edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-197/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-197/2024
13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver