Məhkəmə qərarları › İş №e-2(001)-2043/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2043/2025

08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2043/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər:müvaqilə öhdəlikləri, maddi ziyan, pul) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvananda çoxmərtəbəli yaşayış evinə (1-ci korpus), 1-ci blok, 9-cu mərtəbə ümumi tikinti sahəsi 180,85 kv.m olan, 4 otaqlı, 37 saylı mənzilə (yeni qaydalarla: AZ 1007, ünvan 2 ünvandakı m1) uyğun mənzilin verilməsinə və ya mənzilin hazırki real bazar dəyərinə uyğun məbləğin ödənilməsinə və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh MTK- dan tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış evinə (1-ci korpus), 1-ci blok, 9-cu mərtəbə, ümumi tikinti sahəsi 180,85 kv.m olan, 4 otaqlı, 37 saylı mənzilə (yeni qaydalarla: AZ 1007, ünvan 2 ünvandakı m1) uyğun mənzilin verilməsinə və ya mənzilin hazırkı real bazar dəyərinə uyğun 353.000 (üç yüz əlli üç min) AZN məbləğin və 17.650 (on yeddi min altı yüz əlli) AZN məbləğində gecikmə faizi olmaqla ümumilikdə 370.650 ( üç yüz yetmiş min altı yüz əlli) AZN məbləğində pulun və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. 3.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə 16 saylı müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən ünvan 1 ünvanda çoxmərtəbəli yaşayış evinin (1-ci korpus), 1-ci blok, 9-cu mərtəbə ümumi tikinti sahəsi 180,85 kv.m olan, 4 otaqlı, 37 saylı mənzilə (yeni qaydalarla: AZ 1007, ünvan 2 ünvandakı m1) dair X9 xx.xx.2005-ci il tarixdə bağlanmış müqaviləni öz razılıq ərizəsinə əsasən ləğv etmişdir. Buna uyğun olaraq mənzilin dəyəri (140.000 (yüz qırx min) AZN) İddiaçı tərəfindən X7 ödənmişdir. Belə ki, İddiaçı həmin mənzili əldə etdikdən sonra buna uyğun olaraq Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və xx.xx.2020-ci ildə mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Həmçinin bu mənzil İddiaçı tərəfindən əldə edilərkən tamamilə təmirsiz vəziyyətdə olmuşdur. Buna görə də mənzil İddiaçı tərəfindən tam təmir etdirilmiş və ümumilikdə təmir və yaxşılaşdırma üçün 100.000(yüz min) manat xərc çəkilmişdir. Sözügedən mənzili tam təmir etdirdikdən sonra, İddiaçı və onun ailəsi həmin mənzildə yaşamağa başlamışdırlar. Lakin xx.xx.2023-cü il tarixində icra məmuru ünvan 1 ünvanda çoxmərtəbəli yaşayış evinin (1-ci korpus), 1-ci blok, 9-cu mərtəbə ümumi tikinti sahəsi 180,85 kv.m olan, 4 otaqlı, 37 saylı mənzilə (yeni qaydalarla: AZ 1007, ünvan 2 ünvandakı m1) gələrək bu mənzilin 2(001)-2405/2024 saylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə boşaldılaraq X2 istifadəsinə və sahibliyinə verilməli olduğunu bildirmişdir. Məhz mənzilin xx.xx.2005-ci il tarixli, 47 saylı müqavilə əsasında X4 satılmasını və bu məsələyə dair məhkəmə mübahisəsinin olduğu İddiaçı yalnız icra məmurları həmin mənzilə gəldikdən sonra məlum olmuşdur. Bundan sonra, X5 Cavabdeh MTK, İddiaçı və Cəfərov Aqilə qarşı xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi tələbi ilə iddia qaldırmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(001)-1029/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Eyni qaydada Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3061/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-3412/2024 nömrəli qərarı ilə 19 fevral 2024-cü il tarixli, 2(001)-1029/2024 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. “MTK- REAL MTK” İddiaçı 3-cü şəxslərin hüquqları ilə yüklü olmayan əmlak təqdim etmək vəzifəsi vardır. Lakin cavabdeh tərəfindən təqdim olunan əmlak barəsində əvvəlcədən X3 müqavilə bağlandığından, onun əmlak üzərində istifadə, sahiblik hüquqları vardir. İddiaçı MTK-REAL MTK ilə müqavilə bağlayarkən sözügedən əmlakın başqa şəxsə özgəninkiləşdirilməsi ilə bağlı heç bir məlumatı olmamışdır və MTK tərəfindən vicdanlılıq prinsipi pozularaq bununla bağlı hər hansı bir məlumat da verilməmişdir. Hətta əmlakı əldə etdikdən sonra 4 ilə yaxın həmin əmlakda yaşamasına baxmayaraq, X5 və ya başqa hər hansı bir şəxs tərəfindən sözügedən əmlaka baş çəkilməmiş və ya məhkəmə prosesi ilə bağlı heç nə eşidilməmişdir. Qanunvericiliyin şərtlərinə uyğun olaraq, lazımi keyfiyyətdə olan əmlak təqdim olunmadığından, Cavabdeh MTK tərəfindən ya həmin əmlak uyğun əmlak ilə əvəz edilməlidir, ya da ödənilən Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: pul məbləği geri qaytarılmalıdır. Ödənilən pul məbləği geri qaytarılan zaman əmlakın hazırkı real bazar qiyməti nəzərə alınmalıdır. Çünki, bu zaman sözügedən əmlak şəxsin əlindən çıxmış olur və həmin qiymətə onun ehtiyaclarını ödəyəcək yeni bir əmlakın əldə edilməsi mümkün deyil. Belə ki, Cavabdeh MTK ilə qeyd edilən məsələ ilə bağlı razılığa gəlinmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil verdiyi izahatında bildirdi ki, iddia qanuni və əsaslıdır və bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, tərəflərindən Cəfərov Aqil qarşı iddia qaldırılmamışdır. Belə ki, onlara qarşı hüquq pozuntusunu törədən şəxs C.Aqil deyildir. Nəticə etibarı ilə mübahisəli mənzilin dəyəri cavabdehə ödənilmişdir. Hesab edir ki, MTK çıxarış olmadığı müddətdə həmin evin alqı-satqısı belə həyata keçirilirdi ki, birinci müqavilə kimin adınadırsa həmi şəxslə razılaşdırılır və məbləğ ona verilir və həmin şəxs notariat kontoruna gedir və ona məxsus paydan imtina edir və bu zaman MTK həmin payı ikinci mülkiyyətçiyə tanıyır. Burda MTK üçün payçının kimin olması heç bir fərq etmir. Belə ki, MTK onun müvəkkilindən və ya digər şəxsdən mənzilə görə pulunu almışdır. Lakin haqqını aldığı halda həmin mənzili digər bir şəxsə satmışdır. Hazırda MTK rəhbəri mənzilə görə pulu almış və eyni mənzil digər üçüncü şəxs Sergey adlı şəxsə satmışdır. Əslinda hesab edir ki, həmin mənzil Sergey adlı şəxsə də satılmamışdır. Həmin şəxsin elə bir imkanı yoxdur. Həmin Sergey MTK rəhbərinin tanışıdır. Bəlkə də, Sergey adında şəxs yoxdur, sadəcə onun adından istifadə olunur. Cavabdeh rəhbərinin barəsində cinayət işi gedir. İddiaçı hazırda orda yaşayır. Lakin icra qaydasında çıxarılması üçün 1 ay vaxt verilmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2020-ci il tarixli, 16 saylı müqavilənin surətindən görünür ki, X9 İddiaçı 140000 manat məbləğində ünvan 1 ünvanda çoxmərtəbəli yaşayış evinin (1-ci korpus), 1-ci blok, 9-cu mərtəbə ümumi tikinti sahəsi 180,85 kv.m olan, 4 otaqlı, 37 saylı mənzili almışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 108, M10, m1) xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1029/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər Cavabdeh MTK, İddiaçı və X7 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər İdarəsini cəlb etməklə) “xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış ünvan 3 ünvanda çoxmərtəbəli yaşayış evinin (korpus 1), blok 1, 9-cu mərtəbə, ümumi sahəsi 180,85 kv.m olan 4 otaqlı, 37 saylı mənzilinə dair bağlanmış xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilə etibarsız hesab olunması, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş ünvan 1, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 108, M10, m1), ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (qeydiyyat) ləğv edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3061/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(001)- 1029/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. - 14 mart 2025-ci il tarixli hesabatdan görünür ki, ünvan 1, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 157.50 kv.m sahədən ibarət olan 1 saylı mənzilin təmirli və təmirsiz qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: Təmirli: 441000 (dörd yüz qırx bir min) manat Təmirsiz: 353000 (üç yüz əlli üç min) manat. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 146.1 “Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla)”. Maddə 572.1 və 572.2 “Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Maddə 587.2- “Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin”. Maddə 624.4 “Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tərəfin maddi ziyan tələbi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma iddialarından yaranır. xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilə tərəflər arasında bağlanan zaman ünvan 3 ünvanda çoxmərtəbəli yaşayış evinin (korpus 1), blok 1, 9-cu mərtəbə, 4 otaqlı, 37 saylı mənzilə dair X6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, həmin müqavilə üzrə Cavabdeh MTK tərəflər arasında əmlaka dair pay hüquqlarının ötürülməsini təsdiq edən subyekt kimi iştirak etmişdir. Göründüyü kimi, sözügedən mənzilə dair mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınmadığından reyestrin prezumpsiyasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ … Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı)”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir.Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə tərəfindən iddiaçıya qeyd olunanlar izah edilmiş, lakin iddiaçı işə irəli sürülmüş tələblər üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Beləliklə, xx.xx.2020-ci il tarixli, 16 saylı müqavilənin surətindən görünür ki, X9 İddiaçı 140000 manat məbləğində ünvan 1 ünvanda çoxmərtəbəli yaşayış evinin (1-ci korpus), 1-ci blok, 9-cu mərtəbə ümumi tikinti sahəsi 180,85 kv.m olan, 4 otaqlı, 37 saylı mənzili almışdır. Hazırda iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixli, 16 saylı müqavilənin surətindən görünür ki, İddiaçı tərəfindən mübahisə predmeti təşkil edən mənzilə görə 140000 manat pul Cavabdehnə deyil, X7 ödənilmiş, , Aqil Cəfərov öz payından İddiaçı xeyrinə imtina etmiş, qeyd edilən müqavilə ilə Cavabdeh Aqil Cəfərov ilə İddiaçı arsında mənzilə dair pulun verilməsi və əvəzində paydan imtina edilməsinə dair münasibtələrin rəsmiləşdirilməsində çıxış etmişdir. Mübahisənin halından göründüyü kimi, Aqil Cəfərov tərəfindən mənzilə dair ödəniş Cavabdehnə ödənilmiş, 2020-ci l tarxdə isə İddiaçı tərəfindən Aqil Cəfərova ödənilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən mənzilə dair ödənilmiş pulun dəyəri X7 qarşı deyil, Cavabdehnə qarşı irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsinə razılıq vermədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar