Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-205/2024 13.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, iddiaçının nümayəndəsi (sədr) X4, iddiaçının nümayəndəsi (vəkil) Vəkil2, cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində ünvan 1 ünvanında yaşayış binasının həyətində yerləşən ümumi sahəsi 170 kv.m olan ofis binasının satışı haqqında xx.xx.2016cı il tarixli müqavilənin və bu müqavilənin doğurduğu bütün nəticələrin etibarsız hesab olunması, cavabdeh Zaman” X12 tərəfindən ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının idarəçiliyinin, ümumi istifadədə olmalı obyektlərin - mansard, zirzəmi, ofis binası, qaraj və generator binasının təhvil-təslim aktının tərtib edilərək təhvil verilməsi, binanın istismara qəbul aktının, binanın texniki pasportunun, binaya dair dövlət orqanlarının sənədlərinin - rəyin, layihənin, binaya dair bütün sənədlərin təqdim edilməsi, binanın tikintisinə dair "Gilan İnşaat" arasında bağlanmış müqvilənin, binanın ümumi istifadəsində olan dayanacağın yerləşdiyi torpaq sahəsinin icarəyə götürülməsinə dair “İnterservis" ilə bağlanmış icarə müqaviləsinin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadıqları ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli bina 2015-ci ildə tikilmişdir. Həmin bina Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 295 saylı sərəncamı əsasında Cavabdeh1 inşa etdiyi ünvan 2 ünvanda inşa edilmiş çoxmərtəbəli binanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində ayrılmış torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Binaya 2018-ci ildə Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. Mülkiyyətçilərlə alqı-satqı müqaviləsi bağlanmış, onların hüquqları dövlət qeydiyyatına alınmışdır. Binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan hissələrini Cavabdeh1 ümumi istifadə edilməsinə imkan vermir. Həmin hissəsləri təhvil vermir. Dəfələrlə edilən müraciətlər öz səmərəsini verməmişdir. Daha sonra mənzil mülkiyyətçiləri öz hüquqlarının müdafiəsi üçün birləşmişlər. İddiaçı (VÖEN: **********) hüquqlarının müdafiəsi üçün müraciət etmişdir. İddiaçı MMMC xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydiyyata alınmışdır. Adıçəkilən MMMC-nin fəaliyət ərazisi ünvan 1 ünvanıdır, orada yerləşən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakını, ona sahibliyi, ondan istifadəni və qanunvercilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ vardır. Binanın mülkiyyətçiləri iradələrini ifadə edərək binanın idarə eilməsi üsulunu seçmişlər. Cavabdeh1 vəzifəsi binanın tikintisini başa çatdırmaq olmuşdur. Buna baxmayaraq, cavabdeh binanı idarəetməyə, ikitirəlik yaratmağa çalışır. Cavabdehdən binanın mülkiyyətçilərinin ümumi mülkiyyətində olan əmlakların və bunlara dair sənədlərin təhvil verilməsi tələb edilsə də, cavabdeh buna məhəl qoymamışdır. Faktiki olaraq binanın idarə edilməsinə imkan yaratmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, bu haqda cavabdeh hüquqi şəxsə pretenziya məktubu göndərilmişdir. Məktubda Cavabdeh1 EİMdən çoxmərtəbəli yaşayış binası, ümumi istifadədə olmalı obyektlər, mansard, zirzəmi, ofis binası, qaraj və generator binasınını təhvil-təslim aktının tərtib edilərək təhvil verilməsi; binanın istismara qəbul aktının, binanın texniki pasportunun, binaya dair dövlət orqanlarının sənədlərinin - rəyin, layihənin, binaya dair bütün sənədlərin təqdim edilməsi; binanın tikintisinə dair “Gilan İnşaat” arasında bağlanmış müqvilənin, binanın ümumi istifadəsində olan dayanacağın yerləşdiyi torpaq sahəsinin icarəyə götürülməsinə dair “İnterservis” ilə bağlanmış icarə müqaviləsinin onlara təqdim edilməsi tələb edilmişdir. Lakin hazırki günə qədər heç bir müsbət nəticə əldə edilməmişdir. Halbu ki, qeyd edilən sənədlər ümumi mülkiyyətçilərin maraqlarına toxunur, binanın idarə edilməsi üçün zəruridir. Ümumi istifadədə olmalı binanın hissələri də mülkiyyətçilərin maraqlarına xidmət etməlidir, mülkiyyətçilərin istifadəsinə verilməlidir. Binanın ümumi istifadəsində olan hissələri təhvil verilmədiyindən narazılıqlar davam edir. Bunun əksinə olaraq tərəflərindən vəkil sorğusu verilərək müəyyən edilmişdir ki, binanın ümumi istifadəsində olmalı ofis binası qanunsuz şəkildə özgəninkiləşdirilmişdir. Sorğuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli 2-1(81)-1686/2019 saylı qərarı ilə cavab verilmişdir. Sənədlər barədə 11 aprel 2023-cü il tarixdə məlumat almışlar. Həmin sənədlərdən görünür ki, Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1686/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Hazırda üçüncü şəxs qismində həmin məhkəmə prosesinə qoşulmaq barədə vəsatəti məhkəməyə təqdim etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yaşayış binasının həyətində yerləşən ümumi sahəsi 170 kv.m olan ofis binasının 17000 manat dəyərini müəssisənin hesabına ödəyərək maliyyə arayışı almışdır. Bununla əlaqədar olaraq həmin qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq adına reyestrdən çıxarışın verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh ərizəsinə imtina məktubu ilə cavab verərək hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Məhkəmənin əsasladırmasına görə ünvan 1 ünvanında yaşayış binası xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 EİM-nin mülkiyyətindədir. Binaya dair xx.xx.2018-ci il tarixli texniki pasport tərtib edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, həmin tarixli texniki pasportda qeyd edilmiş ofis binası binanın ümumi istifadəsində olan inzibati idarəetmə üçün nəzərdə tutulmuşdur. Bu ofis binası binanın mülkiyyətçilərin razılığı olmadan özgəninkiləşdirilməsi qadağandır. Qanunvericiliyin tələblərinə zidd olaraq Cavabdeh1 EİM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ilə ofis binası satılmışdır. Həmin müqavilə etibarsız əqddir. Belə ki, binanın mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olan ofis binası qanunsuz olaraq Cavabdeh2 adına sənədləşdirilmişdir. Sabir İslmaov Cavabdeh1 EİM-in əvvəlki və hazırda faktiki rəhbəridir. Heç bir mülkiyyətçinin ixtiyarı yoxdur ki, ümumi istifadədə olan tikilini özgəninkiləşdirsin. Ona hamının haqqı çatır. Bundan başqa qeyd edir ki, həmin ofis binasının altında binanın texniki qurğuları, nasosxanası, su anbarı mövcuddur. Bu cür kommunikasiya xətlərinin, texniki qurğularının nasosxananın, su anbarı olan yerin üzərində hər hansı qeyri-yaşayış sahəsinin fəaliyyət göstərməsi qanunsuzdur. Belə ki, çoxmənzilli binanın həyətində yerləşən su anbarı mühüm, həyati əhəmiyyətli strateji obyektdir. Su anbarı 180 m (600 m) sahəni əhatə edir, 800 nəfərdən çox insana xidmət edir. Hazırda iddiaçı həmin yerin yarısında ofis, yarı hissəsində kafe kimi fəaliyyət göstərmək istəyir. Bu isə yolverilməzdir. Su anbarının havalandırılma, ora daxil olma faktiki olaraq mümkünsüz olmuş, su anbarı, texniki qurğular üçün təhlükə yaranmışdır. Məhkəmə həmin obyektin hüquqi statusunu müəyyən etməmişdir. Halbuki, Cavabdeh2 adına çıxarış verilmiş sahənin altında bütövlükdə strateji əhəmiyyətli olan bina sakinlərinin istifadəsi üçün su anbarı var. Su anbarının üzərində qeyri-yaşayış sahəsinin tikilməsinin içməli su anbarının fəaliyyətinə və insanlara veriləcək suyun təmizliyinə ciddi təhlükə yaradır. Buna dair ekspert rəyi alınaraq vəziyyət qiymətləndirilməlidir. Təsadüfi deyil ki, ofis binasının sahəsi 170 kv.m-dir. Məhkəmə qərarından sonra xx.xx.2019-cu il tarixdə obyektin sahəsinin azalması barədə notariusa ərizə vermiş, sahəni 118.8 kmə qədər azaltmışlar. Buna səbəb isə Ofis binasının altında binanın su anbarının olmasıdır. Su anbarının üstə yuxarı çıxıntısı var. O çıxıntının olduğu yer səthinə çıxan görünən yeri su anbarının hissəsi kimi göstərib, qalan hissəsini qeyriyaşayış sahəsi kimi rəsmiləşdirmişlər. Məhkəməyə bəyan olunan hüquqla qeydə alınan hüquq arasında ziddiyyətin olduğu aşkardır. Yaşayış binasının tərkib hissəsinin mülkiyyəçilərinə məxsus həmin binada mənzillərin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələr, o cümlədən mühəndis qurğuları olan zirzəmilər, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, həmçinin binaya xidmət göstərən elektrik, sanitar-texniki və digər avadanlıq olan hissə, ofis binası və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyəçilərinə məxsus həmin binada mənzillərin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələr, o cümlədən mühəndis qurğuları olan zirzəmilər, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, həmçinin binaya xidmət göstərən elektrik, sanitar-texniki və digər avadanlıq olan hissə, ofis binası və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdir. Yaşayış binasının mülkiyyətçilərinin hüquqları və qanunvericilik pozulmaqla, Cavabdeh1 EİM-in səlahiyyəti olmadan bağlandığından əqd etibarsız hesab olunmalıdır. Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində ünvan 1 ünvanında yaşayış binasının həyətində yerləşən ümumi sahəsi 170 kv.m olan ofis binasının satışı haqqında xx.xx.2016-cı il tarixli müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Qeyd olunan kimi binanın mülkiyyətçilərinin ümumi mülkiyyətdə olan obyektə dair müqaviləni bağlamağa Cavabdeh1 subyektiv hüququ mövcud olmamışdır. Həmçinin bina üçün strateji əhəmiyyət daşıyan su anbarı(su hövzəsi), nasosxana, kommunikasiya xətlərinin üzərində qeyri yaşayış binasının fəaliyyət göstərməsi qanunaziddir. Cavabdeh2 ofis binasında yenidən quraşdırma işləri apararaq binanı iki hissəyə ayırmış, qapının yerini dəyişmişdir. Tikilntinin aparılması, tikilidə konstruktiv dəyişikliyin aparılması, tikilinin qapısının yerinin dəyişdirilməsi üçün icazənin alınmaması qanunaziddir. Oranı kafe kimi işlətmək niyyətindədir. Təsəvvür edin ki, su anbarının üzərində kafenin olması nə qədər təhlükəsizdir. Kafe üçün nəzərdə tutulmuş qapı su anbarına daxil olan girişin üzərindədir. Su hövzəsinin girişində və havalandırma sisteminin üzərində kafenin yerləşməsi yolverilməzdir. Bu həm də gigiyenik baxımdan mümkünsüzdür. Kafedə və digər hissədə Sabir Orucov tərəfindən tikilən tikintidən axıdılan su, kanalizasiya, tullantıların su anbarının gigiyenik saxlanması şərtlərini pozur. Bu cür tikintinin olması yanğın təhlükəsizliyinə də ziddir. Ofis binası üçün yeni açılmış qapı binanın transformator binasına tərəf açılır. Transformator ilə obyektin qapısının ara məsafəsi azdır. Kafenin burada yerləşməsi və fəaliyyət göstərməsi binanın elektrik və texniki təhlükəsizliyinə də ziddir. Bundan başqa binanın altında yerləşən ümumi istifadədə olan qarajlar da təyinatına zidd istifadə olunur. Qarajın qapısı bağlanaraq sex kimi istifadə olunur. Oradan gələn kəskin boya qoxusu orada yaşayan sakinlərə narahatlıq verir. Qeyd edir ki, bu qaraj da Cavabdeh2 tərəfindən qanunsuz şəkildə istifadə olunur. Halbuki, qaraj heç kəsin şəxsi mülkü deyil, hamının istifadəsində olmalı ümumi əmlakdır. Bu olduqca təhlükəli vəziyyətdir. Baş verəcək hadisələr sakinlərin həyatı, əmlakı üçün təhlükədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, binanın mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olan ofis binası qanunsuz olaraq Cavabdeh2 adına sənədləşdirilmişdir. Sabir İslmaov Cavabdeh1 EİM-in əvvəlki və hazırda faktiki rəhbəridir. Heç bir mülkiyyətçinin ixtiyarı yoxdur ki, ümumi istifadədə olan tikilini özgəninkiləşdirsin. Ona hamının haqqı çatır. Bundan başqa qeyd edir ki, həmin ofis binasının altında binanın texniki qurğuları, nasosxanası, su anbarı mövcuddur. Bu cür kommunikasiya xətlərinin, texniki qurğularının nasosxananın, su anbarı olan yerin üzərində hər hansı qeyri-yaşayış sahəsinin fəaliyyət göstərməsi qanunsuzdur. Belə ki, çoxmənzilli binanın həyətində yerləşən su anbarı mühüm, həyati əhəmiyyətli strateji obyektdir. Su anbarı 180 m (600 m) sahəni əhatə edir, 800 nəfərdən çox insana xidmət edir. Hazırda iddiaçı həmin yerin yarısında ofis, yarı hissəsində kafe kimi fəaliyyət göstərmək istəyir. Bu isə yolverilməzdir. Su anbarının havalandırılma, ora daxil olma faktiki olaraq mümkünsüz olmuş, su anbarı, texniki qurğular üçün təhlükə yaranmışdır. Məhkəmə həmin obyektin hüquqi statusunu müəyyən etməmişdir. Halbuki, Cavabdeh2 adına çıxarış verilmiş sahənin altında bütövlükdə strateji əhəmiyyətli olan bina sakinlərinin istifadəsi üçün su anbarı var. Su anbarının üzərində qeyri-yaşayış sahəsinin tikilməsinin içməli su anbarının fəaliyyətinə və insanlara veriləcək suyun təmizliyinə ciddi təhlükə yaradır. Buna dair ekspert rəyi alınaraq vəziyyət qiymətləndirilməlidir. Təsadüfi deyil ki, ofis binasının sahəsi 170 kv.m-dir. Məhkəmə qərarından sonra xx.xx.2019-cu il tarixdə obyektin sahəsinin azalması barədə notariusa ərizə vermiş, sahəni 118.8 kmə qədər azaltmışlar. Buna səbəb isə Ofis binasının altında binanın su anbarının olmasıdır. Su anbarının üstə yuxarı çıxıntısı var. O çıxıntının olduğu yer səthinə çıxan görünən yeri su anbarının hissəsi kimi göstərib, qalan hissəsini qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirmişlər. Məhkəməyə bəyan olunan hüquqla qeydə alınan hüquq arasında ziddiyyətin olduğu aşkardır. Yaşayış binasının tərkib hissəsinin mülkiyyəçilərinə məxsus həmin binada mənzillərin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələr, o cümlədən mühəndis qurğuları olan zirzəmilər, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, həmçinin binaya xidmət göstərən elektrik, sanitar-texniki və digər avadanlıq olan hissə, ofis binası və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyəçilərinə məxsus həmin binada mənzillərin hissəsi olmayan, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələr, o cümlədən mühəndis qurğuları olan zirzəmilər, binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, həmçinin binaya xidmət göstərən elektrik, sanitar-texniki və digər avadanlıq olan hissə, ofis binası və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdir. Yaşayış binasının mülkiyyətçilərinin hüquqları və qanunvericilik pozulmaqla, Cavabdeh1 EİM-in səlahiyyəti olmadan bağlandığından əqd etibarsız hesab olunmalıdır. Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində ünvan 1 ünvanında yaşayış binasının həyətində yerləşən ümumi sahəsi 170 kv.m olan ofis binasının satışı haqqında xx.xx.2016-cı il tarixli müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Qeyd olunan kimi binanın mülkiyyətçilərinin ümumi mülkiyyətdə olan obyektə dair müqaviləni bağlamağa Cavabdeh1 subyektiv hüququ mövcud olmamışdır. Həmçinin bina üçün strateji əhəmiyyət daşıyan su anbarı(su hövzəsi), nasosxana, kommunikasiya xətlərinin üzərində qeyri yaşayış binasının fəaliyyət göstərməsi qanunaziddir. Cavabdeh2 ofis binasında yenidən quraşdırma işləri apararaq binanı iki hissəyə ayırmış, qapının yerini dəyişmişdir. Tikilntinin aparılması, tikilidə konstruktiv dəyişikliyin aparılması, tikilinin qapısının yerinin dəyişdirilməsi üçün icazənin alınmaması qanunaziddir. Göstərdiklərini nəzərə alaraq iddia tləbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (sədr) X8 nümayəndə və vəkilin göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil3 elektron kabinet vasitəsi ilə verdiyi etirazını müdafiə edərək göstərmişir ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Zaman X12 ilə Cavabdeh2 arasında xx.xx.2016-ci il tarixdə alqı satqı müqaviləsinə əsasən müqavilədə qeyd olunan məbləğ tam şəkildə ödənilərək, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 19 mərtəbəli binanın həyətindəki 170 kv metr olan qeyri yaşayış sahəsini almışdır. Eyni zamanda Bakı İnzibati Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarına əsasən ünvan 4 ünvanda yerləşən qeyri yaşayış sahəsinə mülkiyyət hüququ qeydiyyata alınmaqla çıxarışın verilməsinin təmin edilməsi qərara alınmış və qərar icra olunaraq Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır. Yəni artıq həmin qeyri yaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir və ofis kimi fəaliyyət göstərir. Mülkiyyət hüququnun da daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Mülkiyyət huququnun konstitusion hüquq olmaqla öz hüquqi əsasını konstitusiyadan götürür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı MMMC 2021-ci il tarixdə qeyri kommersiya qurumu kimi qeydiyyatdan keçmişdir. Onun qeydiyyatdan keçdikdən sonra xüsusi mülkiyyətdə olan əmlakın “Binəqədi 28“ MMMC-nin əmlakı kimi iddia tələbi qaldırması əsassızdır. Binanın nasosxanası olan sahənin qeyri yaşayış binasına aid olan hissədə hər iki tərəfdən qapı ilə təchiz olunmuşdur və açarları iddiaçıdadır. İstənilən zaman həmin nasosxanaya qanunsuz müdaxilə olmadan daxil ola bilirlər. Qeyri yaşayış sahəsinə giriş təhlükəsizlik normalarına, sanitar narmalara tam uyğun şəkildə təchiz olunmuşdur. Onun binanın su hövzəsi ilə və ya ora çirkab su axıdılması ilə bağlı verdiyi iddia tamamilə əsassızdır. Ümumiyyətlə MMMC-nin Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsinə dair verdiyi iddia tələbi tamamilə əsassızdır. Cəmiyyət 2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Ondan sonra yaranan hüquq münasibətlərinə əsasən iddia qaldıra bilər. 2016-ci il tarixdə alqı satqı əsasında satılmış əmlaka dair heç bir iddia tələbi irəli sürə bilməzdi. Mənzil Məcəlləsinin Cəmiyyətin hüquq və vəzifələrinə aid olan 122-123-cü maddələrinin normalarından da göründüyü kimi cəmiyyət xüsusi mülkiyyətdə olan sahələrə dair iddia qaldırmaq hüququna malik deyildir. Yəni onun xüsusi mülkiyyətdə olan sahələrlə bağlı yığıncaq edib qərar qəbul etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququnun da daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin tammailə qanunsuz, əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Hüquqların X15 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, 54-56 saylı, 750 kv/metr qeyri-yaşayış sayəsi xx.xx.2019-cu il tarixdən, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi X10 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********84-05301-083003 reyestr nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, 54-56 saylı qeyriyaşayış sahəsinin hüquq subyekti X16r. Hüquqların X15 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, ev 54-56 saylı, 311.30 kv/metr qeyri-yaşayış sayəsi xx.xx.2021-ci il tarixdən, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi X17 adına qeydiyyata alınmışdır. Hüquqların X15 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, 54-56 saylı, 113.5 kv/metr qeyri-yaşayış sayəsi xx.xx.2019-cu il tarixdən, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********84-05301-083001 reyestr nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, 54-56 saylı qeyriyaşayış sahəsinin hüquq subyekti Cavabdeh2dur. Hüquqların X15 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, 54A saylı, 118.9 kv/metr qeyri-yaşayış binası (Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar) xx.xx.2019-cu il tarixdən, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********11-06301 reyestr nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, 54A saylı qeyri-yaşayış binasının hüquq subyekti Cavabdeh2dur. Hüquqların X15 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, 54-56 saylı, (yeni qaydalarla: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç, giriş 56, mənzil 29, M1) 226.41 kv/metr qeyri-yaşayış sahəsi xx.xx.2024-cu il tarixdən, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********11-05301-083410 reyestr nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, 54-56 saylı qeyriyaşayış sahəsinin hüquq subyekti Cavabdeh1dir. Hüquqların X15 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, 54-56 saylı, 124.5 kv/metr qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdən, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi X9 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********11-05301-083002 reyestr nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, 54-56 saylı qeyriyaşayış sahəsinin hüquq subyekti X11r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 X15 1121-MM8-0216 qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, İddiaçı 31 avqust 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 yeni tikilən binasının həyətində olan qaraja dair 19 fevral 2021-ci il tarixli, 08/21 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 direktoru alıcı adlandırılan Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olan X18 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski 54/56 nömrəli yaşayış binasının həyətində yerləşən 35,2 kv/metr qarajın, hər kv/metrinə 450 manat olmaqla, ümumilikdə 15840 manat məbləğində pul vəsaiti ödəməklə satmışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X19 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski 54/56 nömrəli yaşayış binasının həyətində yerləşən 35,2 kv/metr qaraja dair 01/21 saylı alqı-satqı müqaviləsi əsasında dəyərini xx.xx.2021-ci il tarixdə tam ödəmişdir. Onun Cavabdeh1nə borcu yoxdur. Cavabdeh1 yeni tikilən binasının həyətində olan qaraja dair 03 mart 2021-ci il tarixli, 02/21 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 direktoru alıcı adlandırılan ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski 54/56 nömrəli yaşayış binasının həyətində yerləşən 45,6 kv/metr qarajın, hər kv/metrinə 450 manat olmaqla, ümumilikdə 20520 manat məbləğində pul vəsaiti ödəməklə satmışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski 54/56 nömrəli yaşayış binasının həyətində yerləşən 45,6 kv/metr qaraja dair 02/21 saylı alqı-satqı müqaviləsi əsasında dəyərini xx.xx.2021-ci il tarixdə tam ödəmişdir. Onun Cavabdeh1nə borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********84-05301 reyestr nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, 54-56 saylı qeyri-yaşayış sahəsinin hüquq subyekti Cavabdeh1dir; Həmin texniki pasporta əsasən; Təsnifat Liter Bina və qurğuların adı Təşkilatı M2 Hündür. Həcmi Əsas Digər Hm V m3 A Hündürmərtəbəli yaş.binası 1293.4 - 65.0 84201.0 İ Transformator binası - 95.2 - - İİ Qaraj - 35.2 - - İİİ Qaraj - 45.6 - - İV Ofis binası - 168.3 - - V Yeraltı su anbarı - 21.0 - - Vİ Daş hasar İ=362.0m - 144.8 - b=0.4m Vİİ Dəmir darvaza İ ədəd - - - - Ümumi tikili altı sahə: 1803.5 m2 1293.4 510.1 - - Asfalt örtüklü sahə: 4867.7 m2 Ərazinin ümumi torpaq sahəsi: 6671.2 m2 “A” tikilisinin planı (19 mərtəbəli binanın mansardı) M1:200 h=1.50 m; H=4.80m;S.t.a=982.4 m2, V=4715.0 m2 Təsnifat S/N OTAQLARİN TƏYİNATİ SAHƏLƏR (m2) əsas KÖMƏK DİGƏR 1;2 Mansard - 825.8 - 3;4 Lift, dəhliz - 35.0 - 5;6 Pilləkən qəfəsi - 26.4 - 7;8 Açıq eyvan - - 14.8 9-11 Terras - - 478.0 Cəmi: 887.2 m2 - 887.2 492.8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********84-06301 reyestr nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, 54A saylı qeyri-yaşayış sahəsinin hüquq subyekti Cavabdeh2dur. Həmin texniki pasporta əsasən; Təsnifat S/N OTAQLARİN TƏYİNATİ SAHƏLƏR (m2) əsas KÖMƏK DİGƏR 1 Dəhliz - 13.1 - 2-5 İş otaqları 83.3 - - 6 Mətbəx - 7.6 - 7;8 Sanitar qovşağı - 5.9 - 9 Köməkçi otaq - 9.0 - 10 Meydança - - 21.5 Cəmi: 118.9 m2 83.3 35.6 21.5 Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Maddə 231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir: 231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ; 231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti elementləri; 231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular. 231.2. binanın digər tikinti konstruksiyaları yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin sonrakı razılaşması ilə əsaslandırma aktında birgə konstruksiyalar elan edilə bilər. Belə edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 131.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mülkiyyətində daşınar, habelə çoxmənzilli binanın daxilində və ya onun kənarında yerləşən daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Hazırkı mübahisə üzrə belə müəyyən olunur ki, iddia aşağıdakı tələblərdən barətdir: - Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində ünvan 1 ünvanında yaşayış binasının həyətində yerləşən ümumi sahəsi 170 kv.m olan ofis binasının satışı haqqında xx.xx.2016cı il tarixli müqavilənin və bu müqavilənin doğurduğu bütün nəticələrin etibarsız hesab olunması; - Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının idarəçiliyinin, ümumi istifadədə olmalı obyektlərin – mansard, zirzəmi, ofis binası, qaraj və generator binasınını təhvil-təslim aktının tərtib edilərək təhvil verilməsi, binanın istismara qəbul aktının, binanın texniki pasportunun, binaya dair dövlət orqanlarının sənədlərinin – rəyin, layihənin, binaya dair bütün sənədlərin təqdim edilməsi; binanın tikintisinə dair “Gilan İnşaat” arasında bağlanmış müqvilənin, binanın ümumi istifadəsində olan dayanacağın yerləşdiyi torpaq sahəsinin icarəyə götürülməsinə dair “İnterservis” ilə bağlanmış icarə müqaviləsinin təhvil verilməsi. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Hazırkı iddianın xx.xx.2016-cı il tarixli müqavilənin və bu müqavilənin doğurduğu bütün nəticələrin etibarsız hesab olunması hissəsi ilə bağlı iddiaçı tələbinin əsası kimi ona istinad etmişdir ki, binaya dair xx.xx.2018-ci il tarixli texniki pasportda ofis binası binanın ümumi istifadəsində olan inzibati idarəetmə üçün nəzərdə tutulduğu qeyd olunsa da, ofis binası binanın mülkiyyətçilərin razılığı olmadan Cavabdeh2 özgəninkiləşdirildiyindən xx.xx.2016-cı il tarixli müqavilə etibarsız əqddir. Aşağadıkalıra əsasən məhkəmə iddiaçının bu dəlilini əsaslı saymır. Birincisi işin faktiki halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli bina 2015-ci ildə nşa edilmiş, bina Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 295 saylı sərəncamı əsasında Cavabdeh1 inşa etdiyi ünvan 2 ünvanda inşa edilmiş çoxmərtəbəli binanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində ayrılmış torpaq sahəsi ilə əvəzləşdirilmiş, həmin binaya dair 2018-ci ildə Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. Zaman X12 ilə Cavabdeh2 arasında xx.xx.2016-ci il tarixdə alqı satqı müqaviləsinə əsasən müqavilədə qeyd olunan məbləğ tam şəkildə ödənilərək, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 19 mərtəbəli binanın həyətindəki 170 kv metr olan qeyri-yaşayış sahəsini almışdır. Eyni zamanda Bakı İnzibati Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarına əsasən ünvan 4 ünvanda yerləşən qeyri yaşayış sahəsinə mülkiyyət hüququ qeydiyyata alınmaqla çıxarışın verilməsinin təmin edilməsi qərara alınmış və qərar icra olunaraq Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır. İddiaçı 31 avqust 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Belə olan halda xx.xx.2016-ci il tarixli alqısatqı müqaviləsinin predmeti olan qeyri-yaşayış binasının müştərək cəmiyyətin ümumi mülkiyyətinə aid edilməsi üçün hüquqi əsasın mövcudluğu iş üzrə müəyyən edilmir. İkincisi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski küç, 54A saylı, 118.9 kv/metr qeyri-yaşayış binası xx.xx.2019-cu il tarixdən, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydiyyata alınmış və hazırda qeyri-yaşayış binasına dair reyestrin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. İddiaçı qeyd olunan prezumpsiyanı təkzib edə biləcək heç bir mötəbər sübut təqdim etmədiyindən tələbin bu hissəsi əsaslı sayıla bilməz. Üçüncüsü iddiaçının istinad etdiyi ofis binasının altında binanın texniki qurğularının, nasosxananın, su anbarının mövcudluğu qeyri-yaşayış sahəsinin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı dəlilləri isə xx.xx.2016-cı il tarixli əqdin etibarsız sayılması üçün əsas deyil. Belə ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Məhkəmə hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində ünvan 1 ünvanında yaşayış binasının həyətində yerləşən ümumi sahəsi 170 kv.m olan ofis binasının satışı haqqında xx.xx.2016-cı il tarixli müqavilənin və bu müqavilənin doğurduğu bütün nəticələrin etibarsız hesab olunması, habelə sözügedən ofis binasının iddiaçıya təhvil verilməsi barədə tələbi əsaslı olmadığından təmin edilə bilməz. İddia tələbinin Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının idarəçiliyinin, ümumi istifadədə olmalı obyektlərin – mansard, zirzəmi, ofis binası, qaraj və generator binasınını təhvil-təslim aktının tərtib edilərək təhvil verilməsi; binanın istismara qəbul aktının, binanın texniki pasportunun, binaya dair dövlət orqanlarının sənədlərinin – rəyin, layihənin, binaya dair bütün sənədlərin təqdim edilməsi; binanın tikintisinə dair “Gilan İnşaat” arasında bağlanmış müqvilənin, binanın ümumi istifadəsində olan dayanacağın yerləşdiyi torpaq sahəsinin icarəyə götürülməsinə dair “İnterservis” ilə bağlanmış icarə müqaviləsinin təhvil verilməsi hissəsini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, işdə olan Cavabdeh1 adına tərtib edilmiş **********84-05301 reyestr nömrəli texniki pasportunun “A” tikilisinin planında 19 mərtəbəli binanın zirzəmisinin ümumi sahəsinin 1151.2 m2 , mansardının ümumi sahəsinin 887.2 m2 olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsində mansarda mərtəbəsi– binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsində isə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərinin dairəsi qeyd olunmuşdur. Göründüyü kimi mansarda mərtəbəsi binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə olduğundan, həmin sahəyə dair fərdi şəxslərin mülkiyyət hüquqlarının əmələ gəlməsi mümkündür. İş materialları ilə müəyyən edilir ki (yuxarıda qeyd olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan), iddiaçının tələb etdiyi binanın zirzəmisinin və mansarda mərtəbəsinin müxtəlif sahələrinə dair artıq X10, X17 Cavabdeh2 X1 və X9 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq çıxarışlar verilmişdir. Belə olan halda bütövlükdə ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının mansarda mərtəbəsinin ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olması və ya binanın ümumi əmlakına aid edilməsi üçün hüquqi əsas mövcud olmadığından mansarda mərtəbəsinə münasibətdə iddia təmin edilə bilməz. Binanın zirzəmi və generator binası hissəsi ilə bağlı isə məhkəmə iddianı qismən əsaslı hesab edir və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin dispozisiya şərtlərini nəzərə alaraq qeyd edir ki, həmin hissəyə münasibətdə mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi) və elektrik avadanlıq sahə mülkiyyətçilərinin ümumi əmlakına aid edildiyindən iddiaçıya təhvil verilməlidir. İddia tələbinin “qaraj”ın təhvil verilməsi hissəsi ilə bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, sözügedən qaraja dair Cavabdeh1 ilə X19 arasında 19 fevral 2021-ci il tarixli, 08/21 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs, Mirmahmud Kazımovski 54/56 nömrəli yaşayış binasının həyətində yerləşən 35,2 kv/metr qarajın, hər kv/metrinə 450 manat olmaqla, ümumilikdə 15840 manat məbləğində pul vəsaiti ödənilməklə sonuncuya satılmışdır. Həmin müqavilə mübahisələndirilməməklə yanaşı hazırda qüvvədən düşməsini təsdiq edən heç bir sübut da iddiaçı tərəfindən təqdim olunmamışdır. Bellə olan halda sözügedən qarajın iddiaçıya hansı əsasla təhvil verilməsi müəyyən edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Tələbin “binanın istismara qəbul aktının, binanın texniki pasportunun, binaya dair dövlət orqanlarının sənədlərinin – rəyin, layihənin, binaya dair bütün sənədlərin təqdim edilməsi; binanın tikintisinə dair “Gilan İnşaat” arasında bağlanmış müqvilənin, binanın ümumi istifadəsində olan dayanacağın yerləşdiyi torpaq sahəsinin icarəyə götürülməsinə dair “İnterservis” ilə bağlanmış icarə müqaviləsinin təhvil verilməsi”nə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Binanın istismara qəbul aktının və binanın texniki pasportunun iddiaçıya verilməsi üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin X15 qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Hazırkı halda Cavabdeh1 təşkilati-hüquqi forması mənzil-tikinti kooperativi olmasa da çoxmənzilli binanın istismara qəbul aktı və binanın texniki pasportu çoxmənzilli binanın ümumi əmlakının idarə edilməsi üçün zəruridir və həmin sənədlərin iddiaçıya təhvil verilməməsi çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarının həyata keçirməsində maneə törədir. Buna görə məhkəmə hesab edir ki, binanın istismara qəbul aktının, binanın texniki pasportu Cavabdeh1 tərəfindən iddiaçıya təhvil verilməlidir. Tələbin “binaya dair dövlət orqanlarının sənədlərinin – rəyin, layihənin, binaya dair bütün sənədlərin təqdim edilməsi” ilə bağlı məhkəmə qeyd edir ki, bu tələb qeyri-müəyyən olmaqla yanaşı işin məhkəmə araşdırılması zamanı da sözügedən sənədlərin nədən ibarət olduğu, hansı dövlət qurumu tərəfindən verildiyi və ümumiyyətlə onların cavabdehdə olub-olmamasını müəyyən etmək mümkün olmamış, bununla bağlı iddiaçı heç bir dəlil təqdim etməmişdir. Eyni zamanda tələbin “binanın tikintisinə dair “Gilan İnşaat” arasında bağlanmış müqvilənin, binanın ümumi istifadəsində olan dayanacağın yerləşdiyi torpaq sahəsinin icarəyə götürülməsinə dair “İnterservis” ilə bağlanmış icarə müqaviləsinin təhvil verilməsi” hissəsi də anlaşılan deyil. Belə ki, iddiaçı “binanın tikintisinə dair “Gilan İnşaat” arasında bağlanmış müqvilənin ona təhvil verilməməsinin onun hansı hüquqlarının pozduğunu, bu müqavilə olmadan hansı səlahiyyətlərinin icrasından məhrum olması əsaslandırılmamışdır. Həmçinin “İnterservis” ilə bağlanmış icarə müqaviləsini də mövcud olub olmaması ilə bağlı heç bir sübut təqdim edilməməklə yanaşı məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 122.1.1-ci maddəsində çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq cəmiyyətin hüquqlarından biri kimi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə görə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etməklə bağlı səlahiyyətlər mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə məxsusdur. Belə olan halda “İnterservis” ilə bağlanmış icarə müqaviləsinin cəmiyyətə təqdim edilməsinin əhəmiyyətinin nədə ifadə olması anlaşılan deyil. Hal bu ki, cəmiyyət sərbəst şəkildə çoxmənzilli binanın ümumi əmlakına dair mülkiyyətçilərin marağına zidd olmayan əqdləri bağlamaqda sərbəstdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın ümumi əmlakına aid mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan mühəndis qurğuları olan zirzəmilərin, o cümlədən texniki zirzəminin, generator binasının, binanın istismara qəbul aktının və binanın texniki pasportunun təhvil-təslim aktı tərtib edilərək İddiaçınə təhvil verilməsi öhdəliyi Cavabdeh1nə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 100 manatın 60 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın ümumi əmlakına aid mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan mühəndis qurğuları olan zirzəmilərin (texniki zirzəmi), generator binasının, binanın istismara qəbul aktının və binanın texniki pasportunun təhvil-təslim aktı tərtib edilərək İddiaçınə təhvil verilməsi öhdəliyi Cavabdeh1nə həvalə edilsin. Dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-205/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-205/2024
13.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver